Qaxda 38 yaşlı kişini çaqqal dişləyib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saatlarında rayonun İbaxlı kənd sakini, 1980-cı il təvəllüdlü Xəlil Məhyəddin oğlu Vəliyev sağ qolun bilək nahiyəsinin dişləmə xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı Xəlil Vəliyevi yaşadığı ünvanda çaqqal dişlədiyi məlum olub. Belə ki, Xəlil Vəliyev yaşadığı ünvanda yerləşdirdiyi tələyə çaqqal düşüb. Xəlil Vəliyev çaqqalı tələdən azad etmək istəyən zaman yırtıcı ona hucum edərək biləyini dişləyib.
Xəlil Vəliyevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.
Month: March 2018
-
Qaxda 38 yaşlı kişini çaqqal dişləyib
-
Qızıl 11 dollaradək bahalaşıb
Amerika fond bazarında “Dow Jones” indeksi 2,93% – 23 957,89 bəndədək, “S&P 500” 2,52% – 2 643,69 bəndədək, NASDAQ isə 2,42% – 7 166,69 bəndədək ucuzlaşıb.
Avropa fond bazarlarında “FTSE 100” indeksi 1,23% – 6 952,59 bəndədək, Almaniya DAX-ı 1,70% – 12 100,08 bəndədək, Fransa CAC-40-ı isə 1,38% – 5 167,21 bəndədək ucuzlaşıb.
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 10,80 dollar artaraq 1 344,00 dollara, gümüşün unsiyasının qiyməti 0,11 dollar bahalaşaraq 16,50 dollara satılıb./apa.az -
Qobustanda 2 uşaq dəm qazından zəhərlənib
Qobustan rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qobustan şəhərində qeydə alınıb.
Şəhər sakini, 2015-ci il təvəllüdlü Məmmədov Mehdi Mehman oğlu və qardaşı, 2009-cu il təvəllüdlü Ağa Məmmədov yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Uşaqlar təcili tibbi yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. -
İnsan alverinə qarşı mübarizə üzrə illik hesabat MM-də müzakirəyə çıxarılacaq

Azərbaycanın insan alverinə qarşı mübarizə üzrə milli koordinatorunun hesabatı Milli Məclisə daxil olub.
APA-nın məlumatına görə, hesabat parlamentin aprelin 3-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı iclasda daxili işlər nazirinin müavini, milli koordinator, general-leytenant Vilayət Eyvazovun təqdim edəcəyi gözlənilir. -
BMT-nin İnsan Hüquqları Şurasında “ASAN Xidmət” təcrübəsinin təşviqinə dair qətnamə qəbul edilib
Bu gün Cenevrədə keçirilən BMT-nin İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə yekdilliklə qəbul edilmişdir.
“Report” Xarici İşlər Naziriliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qətnamə dünyanın qlobal inkişaf proqramını müəyyən edən BMT-nin Davamlı İnkişaf Məqsədlərinin 2015-ci ildə qəbul olunmasından bəri BMT-nin İnsan Hüquqları Şurasının çərçivəsində Azərbaycanın təşəbbüsü ilə qəbul edilmiş ilk qətnamədir.
Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərimizdən biri hesab edilən “ASAN Xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsi olmuşdur.
Qəbul edilmiş qətnamədə dövlət xidmətlərinin texnoloji yeniliklər və innovativ yanaşmalar vasitəsilə çatdırılmasının insan hüquqlarının müdafiəsinə verdiyi töhfə vurğulanır və bu sahədə uğurlu modellər təsis etmiş BMT üzv ölkələri öz təcrübələrini digərləri ilə bölüşməyə dəvət edilir.
Qətnamə həmçinin 2015-ci ildə “ASAN Xidmət”in təltif edildiyi “BMT-nin Dövlət Xidmətləri Mükafatı”nı dövlət xidmətlərinin göstərilməsi sahəsində dünyanın ən nüfuzlu mükafatı olaraq təsbit edir və BMT qurumlarını və digər beynəlxalq təşkilatları müvafiq sahədə mövcud olan uğurlu təcrübələri təşviq etməyə və mükafatlandırmağa davam etməyə çağırır.
Qeyd edək ki, ölkəmiz tərəfindən irəli sürülmüş bu qətnaməyə BMT-nin bütün coğrafi və siyasi qruplaşmalarını təmsil edən 87 dövlət həm-müəllif qismində qoşulmuşdur ki, bu da BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qəbul edilən digər qətnamələrlə müqayisədə kifayət qədər yüksək göstəricidir. Bu amil “ASAN Xidmət”in təsis edilməsi və genişləndirilməsi də daxil olmaqla ölkəmizdə insan hüquqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilməkdə olan islahatlara beynəlxalq insan hüquqları ictimaiyyəti tərəfindən nümayiş etdirilən dəstəyin bariz göstəricisidir.
-
Abşeron rayonunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var
Bakının Abşeron rayonunda özəl şirkətlərin birinə məxsus sərnişin avtobusu qəzaya uğrayıb.
“Report”un xəbərinə görə, hadisə Qobu qəsəbəsində baş verib.
Şirkətə məxsus 10-VJ-993 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı sərnişin avtobusu hərəkət edən zaman onun qarşısına “Ford” markalı yük avtomobili çıxıb. Nəqliyyat vasitələrinin toqquşması zamanı avtobusda olan 1975-ci il təvəllüdlü Cahangirova Raifə Gülverdi qızı, 1976-ci il təvəllüdlü Hacıağayeva Şölə Sabir qızı, 1978-ci il təvəllüdlü Sadıqova Səidə Əliyoldaş qızı və 1973-cü il təvəllüdlü Abdıyev Qəhrəman Ağami oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, Q.Abdiyevin vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
-
Abşeronda ər arvadını bıçaqlayaraq qətlə yetirib
Xırdalan şəhərində gənc qadın bıçaqlanaraq öldürülüb.
“Report”un xəbərinə görə, hadisə ötən gün axşam saatlarında baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Türkanə Kamran qızı Məmmədcanova həyat yoldaşı (hələlik ad soyadı açıqlanmır) ilə mübahisə edib. Nəticədə əri T.Məmmədcanovaya bir neçə bıçaq zərbəsi vurub. Yaralı çoxlu qan itirərək hadisə yerində dünyasını dəyişib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
-
Bayram günlərində zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edənlərin sayı açıqlanıb
Novruz bayramı günlərində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 10 nəfər gətirilib.
Bunu “Report”a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
O bildirib ki, martın 20-dən bu günədək şöbəyə 6 nəfər dəm qazından zəhərlənmə ilə müraciət edib: “Onların 4-ü qadın, 2-si kişidir. Heç bir ölüm faktı olmayıb. Bundan başqa, 1 nəfər dərmandan, 3 nəfər isə spirtli içkidən zəhərlənmə ilə bağlı şöbəyə gətirilib”.
A.Maqsudov əlavə edib ki, müraciət edənlərdən şöbədə qalan yoxdur: “Onlara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar”.
-
Vaşinqtonda “Leyli və Məcnun” operasının premyerası keçirilib

ABŞ paytaxtı Vaşinqtonda “Leyli və Məcnun” operasının premyerası keçirilib.
“Report” xəbər verir ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin operası yeni versiyada böyük uğurla təqdim olunub.
Opera ABŞ-ın məşhur Kennedi Mərkəzinin “Opera Evi” zalında nümayiş etdirilib.
Operada Azərbaycanın xalq artisti Alim Qasımov və sənətkarın qızı, əməkdar artist Fərqanə Qasımova çıxış edib. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən reallaşdırılıb. İfalarda hazırda dünyanın ən məşhur violonçel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.
“Leyli və Məcnun” layihəsində həmçinin tanınmış Azərbaycan musiqişünası, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, hazırda İndiana Universitetində müəllim kimi fəaliyyət göstərən Aida Hüseynova da iştirak edib. O, həmin layihənin elmi məsləhətçisi kimi, tamaşalardan əvvəl “Leyli və Məcnun” əsərinə həsr olunmuş simpoziumlarda məruzələrlə çıxış edib. Bütün şəhərlərdə tamaşaçılara təqdim olunan bukletlərdəki mətnin müəllifi də Aida Hüseynovadır. Onun təşəbbüsü ilə bukletlərə tanınmış Azərbaycan rəssamı Sənan Səmədovun “Muğam triosu” rəsmi də daxil edilib.
Konsertlər həmçinin ABŞ-ın İllinoys və Nyu-York ştatlarında da keçirilib. Opera amerikalılar tərəfindən heyranlıqla qarşılanıb.
Qeyd edək ki, Vaşinqtonun Kennedi Mərkəzində “Leyli və Məcnun” operası martın 23 və 24-də də nümayış etdiriləcək.
-
В ЛДПР ответили на слухи о близости Жириновского с геем

Вице-спикер Госдумы от фракции ЛДПР Игорь Лебедев прокомментировал заявление журналиста телеканала «Настоящее время» Рената Давлетгильдеева о домогательствах со стороны лидера либерал-демократов Владимира Жириновского.
По словам Лебедева, эти сообщения — клевета и оскорбления, передает Median.Az со ссылкой на ТАСС.
Депутат считает, что заявление журналиста оскорбляет всю фракцию. «Если он сказал бы это мне во дворе на улице, я бы дал ему в морду сразу и без разговоров», — заявил Лебедев. Он отметил, что ЛДПР проконсультируется, какие юридические шаги предпринять, «чтобы человек, оклеветавший лидера партии, понес за это наказание».
22 марта открытый гей Ренат Давлетгильдеев написал в своем Facebook о домогательствах Владимира Жириновского. Он рассказал, что в 2006 году после финала конкурса «Мисс Россия» в Гостином дворе помощники Жириновского пытались увезти его в сауну.
«Сам он, пока давал небольшое интервью, лапал за ж…. так, что руки тряслись с диктофоном», — признался журналист.