Month: March 2018

  • В Сумгайыте в костре сгорел ученик 5-го класса

    В Сумгайыте ученик 5-го класса сгорел в костре, организованном в связи с Праздником Новруз.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент произошел в квартале 30.

    Житель города Айхан Гардашхан оглу Шарафханлы 2007 г.р. поскользнулся при попытке перепрыгнуть через костер во дворе в праздничный день. В результате он упал на костер.

    Подросток был добавлен на станцию скорой помощи Сумгайыта с ожогами. Сообщается, что состояние 11-летнего Айхана тяжелое.

    Факт расследуется.

  • Sumqayıtda 5-ci sinif şagirdi tonqalda yanıb

    Sumqayıtda 5-ci sinif şagirdi Novruz bayramı şənliyi zamanı yandırılan tonqalda yanıb.

    Median.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 30-cu məhəllə ərazisində baş verib.

    Belə ki, Sumqayıt şəhər sakini, 2007-ci il təvəllüdlü Ayxan Qardaşxan oğlu Şərəfxanlı Novruz bayramı günü həyətdə qalanan tonqalın üstündən tullanmaq istəyərkən ayağı büdrəyib. Nəticədə o, tonqalın üstünə yıxılıb.

    Yeniyetmə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıb. Bədəninin müxtəlif yerlərindən yanıq xəsarəti alan 11 yaşlı Ayxanın vəziyyətinin orta ağır olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    www.oxu.az

  • Бакинский метрополитен получил новые современные поезда

    Акционерное общество «Метровагонмаш», расположенное в городском округе Мытищи, направило первый поезд серии «Москва» в Бакинский метрополитен, говорится в сообщении предприятия, распространенном в среду.

    В середине февраля ОАО «Метровагонмаш», входящий в состав «Трансмашхолдинга», и ЗАО «Бакинский метрополитен» заключили договор на поставку в столицу Азербайджана двух пятивагонных составов модели 81-765/766.

    «Новый поезд метро для Бакинского метрополитена отправился с ОАО «Метровагонмаш» в столицу Азербайджана. Бакинскую подземку пополнят новые вагоны серии 81-765/766, которые выпускаются мытищинским заводом с 2017 года для Московского метрополитена, известны в столице под названием «Москва», – говорится в сообщении пресс-службы.

    Подмосковное предприятие поставляет подвижной состав в столицу Азербайджана с 1967 года. Здесь эксплуатируются 280 вагонов метро производства «Метровагонмаш». Предыдущая поставка состоялась в 2015 году.

    «Для бакинских вагонов разработана оригинальная цветографическая схема, используется адаптированная к местным условиям информационная система», – уточняется в релизе.

    По данным пресс-службы, все вагоны имеют сквозной проход через весь поезд, работают на асинхронном тяговом приводе, имеют системы кондиционирования и вентиляции. В вагонах есть розетки для зарядки гаджетов, есть места для колясок и велосипедов.

    «В каждом составе два головныx и три промежуточных моторных вагона. Срок службы поездов – 31 год. Второй состав планируется изготовить и передать заказчику в апреле этого года», – говорится в сообщении.

  • Bakı metrosuna müasir qatarlar gətirilib

    “Bakı Metropoliteni” QSC ilə “Transmaşholdinq” QSC-yə daxil olan “Metrovaqonmaş” ASC arasında müqavilə imzalanıb.

    Bu barədə “Bakı Metropoliteni” QSC-nin məlumatında qeyd olunur.

    Məlumata görə, hər biri 5 vaqondan ibarət qatar müasir texnologiyaların ən son nailiyyətlərinə söykənir:

    “İstismar müddəti 31 il olan “81-765/766” modelli qatarlar iki baş və üç aralıq vaqondan ibarətdir və texniki innovasiyalar baxımından bu qatarlar 4-cü nəslə mənsubdur. Müqavilənin icrası 2018-ci il ərzində nəzərdə tutulub”.

    Qeyd edək ki, “Moskva” adı verilmiş bu hərəkət tərkiblərinin istehsalına 2017-ci ildən başlanılıb və həmin qatarlar Moskva metropoliteni xətlərində hərəkət edir. Yeni vaqonların əsas üstünlüklərindən biri, qapıların əvvəlki modellərə nəzərən daha geniş olmasıdır. Əgər əvvəlki modellərdə qapı keçidləri 1250 mm idisə, yenilərində 1400 mm-dir. Bu isə sərnişinlərin qatara daha rahat minib-düşməsinə, qatarların stansiyalarda yubanmasının qarşısının alınmasına təsir edəcək. Bu mənada, qapıların açılıb-bağlanarkən yeni tipli işıqsiqnallı xəbərdarlıq sistemi ilə təchiz olunmasını da qeyd etmək lazımdır.

    Ümumən, yeni vaqonlar bir çox innovativ üstünlükləri ilə də seçilir. Vaqon konstruksiyasında müasir asinxron dartı ötürücüsündən istifadə olunub, bu da qatarın əvvəlki nəsil analoqları ilə müqayisədə, daha etibarlı, ekoloji cəhətdən daha təmiz olmasını, daha keyfiyyətli səs və istilik izolyasiyasını təmin edir, istismar xərclərinin azalmasına səbəb olur. Bu mənada, məhz bu qatar üçün səsboğucu konstruksiyalı yeni alçaq gərginlikli təkər cütlərinin hazırlanmasını da qeyd etmək lazımdır. Bu da hərəkət edən qatarın səsinin kifayət qədər azalmasına təsir edir.

    Onu da əlavə edək ki, yeni texnologiyalar sayəsində elektrik enerjisinə 30 faiz qənaət edilməsi də mümkün olacaq. Yeni qatarların sərnişin salonlarında kondisionerləşdirmə, havalandırma və mikroiqlim nəzarəti sistemi var. Bu xüsusda, daha etibarlı və uzunömürlü diodlu işıqlanma sistemi salonun mikroiqlim şəraitinə uyğunlaşdırılıb. Döşəməsi yeni kompozit materiallardan hazırlanıb, bu da vaqonun çəkisinin azaldılmasına kömək edir.

    Baş vaqonlarda arabalar, hətta velosipedlər üçün yer də ayrılıb. Bundan başqa, sərnişin salonu daha da təkmilləşdirilib və əvvəlki modellə müqayisədə, 15 faiz genişləndirilib, oturacaqları və tutacaqları sərnişinlər üçün daha münasib edilib və artırılıb. Sərnişin informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv elementləri də yeniliklərlə zənginləşdirilib. 2015-ci ildə Bakı metropoliteninə gətirilmiş yeni tipli qatarlar kimi, bu hərəkət tərkiblərində də vaqonlar arasında keçid var.

    1967-ci ildən “Metrovaqonmaş” ASC Bakı metropoliteninin vaqon təchizatında əsas tərəfdaşıdır. Bakı metropoliteninə 2015-ci ildə gətirilmiş “81-760.B/761.B/763.B” modelli vaqonlar da “Transmaşholdinq” QSC-nin bloklayıcı paketinin sahibi olan Fransanın “Alstom” şirkətilə əməkdaşlıq şəraitində bu müəssisədə istehsal olunmuşdu.

  • Namiq Qaraçuxurlu əlil arabasında – VİDEO

    Meyxanaçı Namiq Qaraçuxurlunun sosial şəbəkədə Rusiya hava limanından videosu yayılıb.

    Yayılan videoda sənətçinin əlil arabasında oturduğu görünür.

    Bir müddət əvvəl ayağı sınan və ağır əməliyyat keçirən Namiq əsa ilə gəzir. Səfər zamanı ayağı ağrıyan meyxanaçı əlil arabasından istifadə etmək qərarına gəlib.

    Qaraçuxurlunun videosunu müğənnilər Sevil və Sevinc bacıları sosial media hesablarında paylaşıb./oxu.az

  • Əli Həsənov Azərbaycanı söyənlərdən DANIŞDI

    Azərbaycanı söyməklə komfortlu yaşayışı təmin etmək insanlıq simasını itirmək deməkdir.

    Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri Əli Həsənov “Facebook” səhifəsində yazıb.

    Ə.Həsənov bildirib: “Azərbaycan jurnalistlərinin Vll qurultayındakı çıxışımda və “Facebook” vasitəsilə bir həftə əvvəl paylaşdığım statusda xarici ölkələrdə məskunlaşmış bəzi soydaşlarımızı milli-mənəvi dəyərlərimizə, dövlət simvollarımıza hörmətlə yanaşmağa, yaşadıqları ölkələrin müsbət nümunələrini əxz edərək opponentlərinə qarşı yalan, şantaj, qeyri-etik və qeyri-əxlaqi davranış nümayiş etdirməməyə çağırmışdım. Məqsədim, bir tərəfdən, siyasi mübarizə meydanında son zamanlar bəhs olunan şəxslər tərəfindən başladılmış və getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan qaldırmaq, digər tərəfdənsə, bu cür hərəkətlərin heç kimə şərəf gətirməyəcəyinə, qeyri-əxlaqi davranış sahiblərinin xalqın nifrətini qazanacaqlarına onları inandırmaq idi”.

    Prezidentin köməkçisi qeyd edib ki, o, hər bir insanın mahiyyətində və əxlaqında bir xeyir başlanğıcı olduğuna inanır və inandırmaq istəyir ki, bu və ya digər yad təsirlər, şəxsi və ya siyasi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi azərbaycanlıların öz dövlətinə düşmən kəsilməsi üçün səbəb ola bilməz:

    “Müraciətim yayılandan sonra daxili müxalifətin, xaricdəki diaspor fəallarının bu polemikaya qatılacağını və indiki qeyri-normal halın aradan qaldırılması yollarının müzakirə ediləcəyini gözləyirdim. Ancaq bu gün dərin təəssüf hissi ilə bildirmək məcburiyyətindəyəm ki, Azərbaycan dövlətinə, hakimiyyətə, ayrı-ayrı şəxslərə, o cümlədən də şəxsən ölkə Prezidentinə və onun köməkçisi kimi mənə qarşı çirkin kampaniya aparan həmin “insanlar” nəinki polemika mədəniyyətlərinin olmadığını, həm də tərbiyə və əxlaq normalarından çox-çox uzaq olduqlarını bir daha nümayiş etdirdilər. Tam məsuliyyətimlə bəyan edirəm ki, cavabdeh olduğum sahədə çalışan şəxslərin heç biri və heç vaxt öz opponentlərinin şərəf və ləyaqətinə, milli-vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyiblər və belə hərəkətləri həmişə sərt formada qınayıblar. Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu gün də buna hazırıq. Görünür, mədəniyyət, əxlaq, tərbiyə və şərəf barədə anlayışları plintusdan da aşağı səviyyədə olan vidadi isgəndərli, isa sadıqov, elşad abdullayev kimilərdən qısa müddətdə möcüzəli transformasiya gözləmək əbəs imiş.

    Bir də təkrar edirəm, insanlar təkcə bildikləri danışıq dilində deyil, eyni zamanda, malik olduqları mədəni-mənəvi keyfiyyətlərin dili ilə danışırlar. İnsanın mahiyyəti nədirsə, davranış və leksikonu da elədir. Böyük Füzulinin təbirincə desək, “kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz”. Jurnalistlərin son qurultayında ifadə etdiyim fikri bir daha, bu dəfə ünvanlı şəkildə, mahiyyətcə düşük olanların diqqətinə çatdırıram: özünüzə rəva görmədiyinizi başqasına da etməyin! Ailəsinin şərəfini gözləyən hər bir şəxs başqasının ailəsini də təhqir etməz! Özünə rəva görmədiyi ədəbsiz ifadələri başqası barədə də işlətməz! Əlbəttə, hazırda dünyanın bir parçası kimi, biz də virtual informasiya mühitində, azad internet və demokratiya şəraitində yaşayırıq. Siyasi mübarizə gedir və bundan sonra da davam edəcək. Sosial şəbəkələrdən qaçmaq mümkün deyil və görünən budur ki, gələcəkdə də qaca bilməyəcəyik. Amma unutmaq olmaz ki, biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var”.

    Ə.Həsənov əlavə edib ki, siyasi mübarizəni də həmin çərçivədə, cəmiyyətimizə, vətəndaşlarımıza utanc gətirməyəcək formada, milli-mənəvi və əxlaqi dəyərlərimizə uyğun şəkildə aparmalıyıq: “Bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar. Belələri başa düşməlidirlər ki, müxtəlif fərziyyələrni mənim və hakimiyyəti təmsil edən digər şəxslərin adına çıxmaqla, “trollar”, “məqsədli təhqir” və s. bu kimi ifadələr ortaya atmaqla, heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edirəm. Yenə də jurnalistlərin qurultayında ifadə etdiyim və bəziləri tərəfinədən təhrif olunmuş şəkildə şərh edilən fikrimə qayıtmaq istəyirəm: bu gün Azərbaycan dövlətinə və onun simvollarına, hakimiyyət nümayəndələrinə, cəmiyyət üzvlərinə qarşı qeyri-əxlaqi çirkab yağdıranlar xarici ölkələrin müvafiq orqanları qarşısında xüsusi öhdəlik götürmüş ünsürlərdir. Belələri Azərbaycanın sərhədlərini keçdikdən sonra pasportlarını bəlli dairələrə təhvil verib xüsusi öhdəliklər götürür və sonra da öz dövlətlərinə qarşı mübarizəyə sövq edilirlər. Əlbəttə, bu fikri xaricdəki bütün soydaşlarımız haqqında söyləmək olmaz. Avropada yüz mindən çox azərbaycanlı məskunlaşıb, onların 15-20 min nəfəri fəaldır və ölkəmizin maraqlarını həmişə müdafiə edirlər. Hazırda söhbət müxtəlif saxta yollarla Avropada siyasi sığınacaq almış və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olan beş-on nəfərdən gedir”.

    Prezidentin köməkçisi vurğulayıb ki, onlar iki əlin barmaqları ilə sayılacaq qədərdir: “Mən üzümü məhz onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir. Düşünürəm ki, cəmiyyətimiz belələrinə sükutla yanaşmamalı, diasporumuz, media nümayəndələrimiz, ictimai fəallarımız seyrçi mövqe tutmamalıdırlar. Düşünürəm ki, məskunlaşdıqları ölkələrdə digər çoxminli soydaşlarımızdan nümunə götürərək, bu insanlar öz həyatlarını qanunlar və əxlaq normaları çərçivəsində qursalar, Azərbaycandakı qohum-əqrabaları da onlara görə utanmaz, əksinə, qürur duyarlar”.

  • İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı videoçarx hazırlanıb – VİDEO

    Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov rəsmi “Facebook” səhifəsində Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı video paylaşıb.

    Videoçarxda Prezidentin fəaliyyəti, nitqləri, keçirdiyi görüşlər haqqında kadrlar yer alıb.

  • Yaralını aparan “təcili yardım” maşını qəzaya düşdü

    Hadisə Torvuz rayonunda baş verib

    Bu gün Tovuzun Cırdaxan kəndində yol nəqliyyat qəzası baş verib.

    Real TV xəbər verir ki, “Daewoo” markalı avtobusla minik avtomobili toqquşub. Bir nəfər xəsarət alıb.

    Hadisə yerinə gedən təcili-tibi yardım avtomobili isə qəzada xəsarət alan şəxsi xəstəxanaya aparan zaman Tovuz şəhərinin girəcəyində “VAZ 2106” markalı avtomobillə toqquşub.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda “bomj”u öldürən şəxs: “Həmin gün “Barselona”nın oyununa baxacaqdım”

    Təqsirləndirilən şəxs mərhuma neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını deyib

    Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sadiq Nəhmətovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    Median.Az-ın “Report”a istinadən verdiyi məlumata görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

    Elan olunmuş ittiham üzrə S.Nəhmətov özünü təqsirli bildiyini söyləyib. O sərbəst ifadəsində qeyd edib ki, mərhum Zahir Hacıağayevin xalası oğlunun evində işləyib, orda da içki içib: “Onlardan evə gələndə qapının açıq olduğunu və televizorun otaqda olmadığını gördüm. Maraqlananda qonşu Gülbəniz bildirdi ki, televizoru Zahir aparıb. O, daha əvvəl də məndən televizoru istəmişdi, lakin verməmişdim”.

    S.Nəhmətov futbol azarkeşi olduğunu deyib: “Zahir də futbola baxmağı sevirdi. Elə olurdu ki, oyunlara bir yerdə baxırdıq. Həmin gün də “Barcelona” klubunun oyunu var idi. Mən də futbola baxacaqdım. Zahirin televizoru evdən aparmasına əsəbləşdim. Sonra öyrəndim ki, o, televizoru başqasına satıb. Mən də bıçaq götürüb, məhləyə düşdüm. Ona yaxınlaşanda yanında Feyruz var idi. Zahirlə əvvəl söhbət etdik. Mənə söyüş söydü, mən də onu vurdum”.

    Təqsirləndirilən şəxs mərhum Z.Hacıağayevə neçə bıçaq zərbəsi vurduğunu xatırlamadığını vurğulayıb: “Həmin zaman Zahir televizoru satdığını etiraf etmədi. Onu öldürmək fikrim yox idi, yalnız qorxutmaq istəyirdim. Bıçağı da bunun üçün götürmüşdüm”.

    Məhkəmənin növbəti iclası martın 27-nə təyin edilib.

    Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Bakının Suraxanı rayonunda qətl hadisəsi baş verib. Belə ki, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayev 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov tərəfindən bıçaqlanaraq öldürülüb.

    Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən S.Nəhmətov tutulub.

    O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

    Xatırladaq ki, qətlə yetirilən Z.Hacıağayev əvvəllər məhkum edilib. O, əvvəllər tüfeyli (“bomj”) həyatı yaşayıb.

  • Əbülfəs Qarayev: “Hamıya bir-bir dəvətnamə göndərməliyəm?” (VİDEO)

    Nazir Real TV-yə müsahibəsində vacib məqamlara toxunub

    “İnsanlar teatrlara getmirlər. Mən fərdi şəkildə insanlara dəvətnamə göndərməli deyiləm ki, teatra gəlin, tamaşalara baxın”.

    Bu sözləri Real TV-yə müsahibəsində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son vaxtlar Azərbaycanın film sənayesini, teatr tamaşalarını tənqid edənlərə cavab olaraq bildirib.

    Əhalini teatrlara gəlməyə və yerli filmlərimizə, tamaşalarımıza baxmağa çağıran nazir bildirib ki, tənqidlərə açıqdır, lakin bu sağlam tənqid olmalıdır.
    “Mən insanlara bir-bir dəvətnamə göndərməli deyiləm. Bileti kassalarda satırlar. Teatrla maraqlananlar bileti alıb getsinlər. Tamaşalara baxandan sonra tənqidi fikirlər səsləndirə bilərlər. Son vaxtlar belə tendensiya yaranıb: tənqid etmək. Müqayisə etmək lazımdır. Amma əvvəlcə teatrlara gedib tamaşalara, Azərbaycan kinolarına baxmaq lazımdır. ABŞ, Türkiyə filmlərinə biletləri alıb baxırlar. Amma öz filmimizə baxmırlar. Deyirlər ki, nəyimizə gərəkdir. 3-4 gün filmimiz nümayiş olunur. Amma baxmağa gələn olmadığından nümayiş dayandırılır”, – deyə Əbülfəs Qarayev bildirdi.
    Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.