Month: April 2018

  • Konservləşdirilmiş qidaların böyük təhlükəsi – ARAŞDIRMA (VİDEO)

    “Space” Tv-də yayımlanan “Olar? Olmaz!” verilişinin aparıcısı daha bir maraqlı faktın üstün açıb.

    Aparıcı Amil Xəlil konsevrləşdirilmiş qidaların aylarla qalmasının səbəbini və tərkibindəki maddələrin adlarını açıq-aşkar səsləndirib. Verilişdə çıxış edən ekspert də, insanları bu tipli qidalardan uzaq qalmağa səsləyib. Belə ki, tibb eksperti bəzən bu qidaların tərkibində ət yox kimyəvi maddələr üstünlük təşkil edir ki, bu da asıllıq yaradır.

    Onun sözlərinə görə araşdırdığımız bu qablaşdırmanın təkibində ki qida qəbul edildikdən bir neçə ay sonra belə ciddi fəsad verə bilər. Hətta ölümə səbəb olacaqını da xüsusi olaraq qeyd eidb. Teleaparıcı Amil Xəlil bu cür qidalara son zamanlar təlabatın artıdığını o cümlədən marketlərdə vaxtı keçmiş qablaşdırmaların satıldığını açıq aşkar qeyd edib… Teleaparıcı bu cür məhsulların marketdə nəzarətsiz satılmasının düzgün olmadığını vurğulayıb.

  • Şok etiraf: “Vəzifəli şəxslərlə intim əlaqədə olub videoya çəkirdim”

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində reketlik fəaliyyətində təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, onu müavini Hikmət Nəcəfli, “İlk xəbər” saytının baş redaktoru Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və “Kriminal” qəzetinin baş redaktoru Maarif Abbasovun məhkəməsi keçirilib.

    Median.Az-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun icraatında olan prosesdə dövlət ittihamçısının istəyi ilə S.Məmmədsalayevanın ifadəsi elan edilib. Məlum olub ki, o, istintaqa ifadəsində 2002-2006-cı illərdə “Ədalət” qəzetində, 2006-2013-cü illərdə “Haqqın səsi” qəzetində, sonra isə “Bizim Dövr” qəzetində qeyri-rəsmi işlədiyini deyib:

    “2014-cü ildə hədə-qorxu gəlməkdə ittiham edilib 6 il müddətinə azadlıqdan məhrum edildim. Həbsimin səbəbkarı Surxay və Hikmətdir. Boşanandan sonra A.Quliyev (şərti) ilə sevgi münasibətləri yaşamışam. Bir müddət sonra ondan ayrıldım. Surxay məni otağına çağırıb təhqir etdi, sevgilimlə olan intim münasibətlərimi açıqlayıb hamının yanında biabır edəcəyini dedi. Sonra mənə dedi ki, gözəl qadınsan, bundan sonra mənim üçün işləyəcəksən, vəzifəli şəxslər və biznesmenlərlə görüşüb intim münasibət yaşayacaqsan və onları gizli videoya çəkib sonra şantaj edərək pul alacağımızı dedi. Surxay mənə tapşırdı ki, rayonların birində vəzifə tutan şəxslə görüşüb intim əlaqədə olum və bunu videoya çəkim. Onun saxta diplomla vəzifədə olması və qadın düşkünü olduğunu dedilər.

    Daha sonra paytaxtda vəzifədə işləyən başqa bir şəxslə münasibət qurdum. O, mənə “Whatsapp”da intim görüntülərini göndərdi. Mən də Surxaya bunu dedim. Onu şantaj edib 10 min manat almışdı. Mənə də min vermişdi. Bunu Surxay deməsə də, həmin adam özü mənə demişdi”.

    Daha sonra prosesdə təqsirləndirilən şəxslərin vəkilləri zalda jurnalistlərin olduğunu bildirib və həmin epizodlarda intim münasibətlər barədə məlumat olduğu üçün hakimin göstərişi ilə iclas qapalı keçirilib. Beləliklə, jurnalistlər zaldan çıxarılıb.

  • Ruhi xəstəxanada intihar (TƏFƏRRÜAT)

    Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında intihar hadisəsi baş verib.

    Median.Az report-a istinadən xəbər verir ki, həmin xəstəxanada müalicə alan 1990-cı il təvəllüdlü Sənan Nəsibov özünü palatada asaraq intihar edib.

    Onun cəsədi 3 saylı Sabunçu Xəstəxanasının morquna aparılıb.

    Xəstəxanadan yenicag.az-a bildirilib ki, S.Nəsibov dəfələrlə intihara cəhd edib: “Sənan psixi xəstədir və xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub. Dəfələrlə boğazını kəsib, başını yarıb, özünə müxtəlif dərəcəli ağır xəsarətlər yetirib. Həkimlər onu xilas edib. Bu dəfə də heç kimə heç nə demədən palatada özünü asıb”.

  • QALMAQAL! Kamran Həsənli Afaq Aslandan sonra bu dəfə onu qəzəbləndirdi (AÇIQLAMA)

    Tanınmış rəqqas İlham Kərimli ilə şoumen-aparıcı Kamran Həsənli arasında qalmaqal başlayıb.

    Space TV-də yayımlanan “Onda başladıq” verilişində rəqqas tənqid olunub.

    Haqsız tənqiddən qəzəblənən İlham Kərimli açıqlamasında qarşı tərəfə kəskin cavab verib:

    “Biabırçılıqdır, veriliş xatirinə ağzına gələni danışırlar. Bu savadsızlıqdan irəli gələn bir şeydir. Verilişin reytinqini qaldırmaq üçün ən ucuz vasitələrə əl atmayın! Sizə Azərbaycan xalqı baxır, düz danışın. Qonaqlar haqqında düzgün məlumat verin. Köməkçi aparıcı adını jurnalist qoyub, çağırdığı qonaq haqqında məlumatı yoxdur. Mənim rəqslərimi tənqid edir. Aparıcı qonağı dəvət edir, özü oxuyur, özü oynayır və ümumiyyətlə bağqa mövzudan danışır. Ən azı cürət edib düz danış, heç olmasa ağı qaradan seçməyi bacar”.

    Kamran Həsənli rəqqasın iradlarını yersiz adlandırıb: “Bəzi insanlar haqqı dediyimiz üçün bizi guya tənqid etmək istəyirlər.Biz heç kəsdən çəkinmirik, nə də nəyə görəsə heç kimə yaltaqlanmırıq.Efirlər tamaşaçıları elə həddə çatdırıb ki, artıq millət həqiqəti eşitməkdən belə qorxur, hələ danışmaqdan söz belə gedə bilməz. Səviyyəsiuzlik və zövqsüzlük təəssüf ki, artır. Biz də bu cahillərlə efir vasitəsilə mübarizə aparırıq. Bəziləri düşünürlər ki, biz də o biri efirlər kimi bizim verilişə qonaq gələnləri tərif etmək məcburiyyətindəyik və ya onların geyimlərindən, ayaqqabılarından, alt paltarlarından danışıb yola verməliyik. Aglınız o biri efirlərə getməsin!”/baku.ws

  • Milli Məclisin rəhbərliyi Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb

    Milli Məclisin rəhbərliyi, komitə sədrləri və üzvləri deputat Astan Şahverdiyevin vəfatı ilə bağlı nekroloq imzalayıblar.

    “Report”un xəbərinə görə, nekroloqda deyilir:

    “Azərbaycan ictimaiyyətinə və elminə ağır itki üz vermişdir. Milli Məclisin deputatı, tanınmış ictimai xadim və texnika elmləri doktoru, professor Astan Şahverdiyev aprelin 15-də ömrünün 72-ci ilində vəfat etmişdir.

    Astan Şahverdiyev 1947-ci il fevralın 15-də Füzuli şəhərində anadan olmuşdur. O, 1953-1964-cü illərdə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbində təhsil almış, 1970-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1976-cı ildə isə Azərbaycan Politexnik İnstitutunu müvəffəqiyyətlə bitirmişdir.

    Astan Şahverdiyev elmə böyük maraq göstərmiş, 1981-ci ildə istilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. O, 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsini, 1994-cü ildə isə professor elmi adını almışdır. Astan Şahverdiyev 1995-ci ildə Nyu York Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş, dünyanın aparıcı jurnallarında elmi məqalələrlə çıxış etmişdir. O, 2001-ci ildən ömrünün sonunadək Azərbaycan Texniki Universitetinin “İstilik və soyuqluq texnikası” kafedrasının müdiri olmuşdur. 300-dən çox elmi məqalənin, 2 monoqrafiyanın, 2 ixtiranın, 1 patentin və 10 dərslik və dərs vəsaitinin müəllifidir.

    Astan Şahverdiyev yeni istedadlı gənc alimlərin yetişməsinə öz layiqli töhfəsini vermişdir. Tanınmış alim 1998-2003-cü illərdə BMT-nin Ətraf mühit və inkişaf proqramının Azərbaycan ofisində koordinator olmuş, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və simpoziumlarda Azərbaycan elmini layiqincə təmsil etmişdir. O, “İstilik və soyuqluq texnikası” kafedrasının nəzdində “Alternativ və bərpa olunan enerji mənbələri” elmi-tədqiqat laboratoriyasının elmi rəhbəri idi.

    Astan Şahverdiyev Yeni Azərbaycan Partiyasının üzvü kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, seçicilərin etimadını qazanaraq müstəqil Azərbaycanın Üçüncü, Dördüncü və Beşinci çağırış Milli Məclisinin deputatı seçilmişdir. O, parlamentin qanun yaradıcılığı işində, ölkəmizdə həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsində, qanunverici orqanın beynəlxalq əlaqələrinin inkişafında yaxından iştirak etmiş, Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuşdur.

    Tanınmış alim və ictimai xadim Astan Şahverdiyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

    Allah rəhmət eləsin!”

    Nekroloqu Oqtay Əsədov, Ziyafət Əsgərov, Bahar Muradova, Valeh Ələsgərov, Səfa Mirzəyev, Əli Hüseynli, Ziyad Səmədzadə, Eldar İbrahimov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Aqiyə Naxçıvanlı, Fuad Muradov, Siyavuş Novruzov, Arif Rəhimzadə, İsa Həbibbəyli, Rafael Hüseynov, Səməd Seyidov, Fəttah Heydərov, Ağacan Abıyev imzalayıb.

  • Водка раздора: три пьяные подруги подрались на борту самолета – ВИДЕО

    Три пьяные подруги подрались на борту самолета, летевшего из Лондона на Канары, сообщает Median.Az со ссылкой на Lenta.ru.

    Инцидент произошел на борту британского лоукостера EasyJet. По словам очевидцев, сначала девушки мирно сидели, распивали водку и обнимались. Однако это продолжалось недолго. Пассажирки неожиданно начали кричать, осыпая друг друга матом.

    Другие пассажиры пожаловались на буйных соседок экипажу, и стюардесса забрала у них спиртное.

    «После этого брюнетка набросилась на блондинку с криком и начала выдирать ей волосы. Мы перепугались, что кто-то может серьезно пострадать», – рассказала пассажирка Энджи Диллоуэй.

    В итоге одной из участниц потасовки разбили лицо.

    После приземления в аэропорту Тенерифе дебоширок забрала полиция.

    Ранее двух пассажирок рейса Москва-Сочи оштрафовали за то, что они пели во время полета. Девушек привлекли к ответственности за мелкое хулиганство. По словам самих нарушительниц, столь эмоциональное поведение было вызвано морским пейзажем.

  • Куръезный случай в Масаллы – ВИДЕО

    В Азербайджане в местной нотариальной конторе 44-летнему Алиширу Нуралиеву сообщили, что его давно нет в живых.

    Как сообщает Median.Az со ссылкой на xezerxeber.az, официально он числится мертвым вот уже 35 лет.

    Во время попытки оформить на себя приобретенный автомобиль А. Нуралиеву заявили в нотариальной конторе, что предъявленное им удостоверение личности является недействительным, а сам он вот уже 35 лет числится мертвым.

    В регистрационном отделе Масаллинского района заявили, что А. Нуралиев должен обратиться в учреждение, предъявить свидетельство о рождении и удостоверение личности. При этом добавили, что и в системе, возможно, произошла какая-то ошибка.

  • Masallıda maraqlı olay: Gəzir, işləyir amma ölü kimi qeydiyyatdadır – VİDEO

    Masallı rayonu Mollaoba kəndində yaşayan 1974-cü il təvəllüdlü Əlişir Nurəliyev rayondan aldığı avtomobili öz adına keçirmək istəyərkən gözləmədiyi bir halla qarşılaşıb.

    Median.Az Xəzər TV-yə istinadən məlumat verir ki, Notarius-da onun təqdim etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız olduğu, özünün isə ölmüş şəxs kimi qeydiyyata alındığı bildirilib. Əlişir Nurəliyev rəsmi sənədlərə əsasən düz 35 il əvvəl ölüb. Məsələyə Masallı rayon qeydiyyat şöbəsi də münasibət bildirib.

    Sağ ikən öldüyü iddia olunan Əlişir bu cür problemlə 44 il ərzində ilk dəfə qarşılaşdığını deyir. Bu illər ərzində bir neçə dəfə şəxsiyyət və sürücülük vəsiqələrini dəyişən Əlişir Nurəliyev indi necə öldüyünü heç özü də anlamır.

    Məsələ ilə bağlı Ədliyyə nazirliyinin Masallı rayon qeydıyyat şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, Əlişir Nurəliyev doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə birlikdə müraciət etməlidir. Ola bilər ki,sistemdə həmin şəxsin qeydiyyatı səhv düşsün. Məsələ ətraflı araşdırıldıqdan sonra Əlişir Nurəliyevə məlumat veriləcək.

  • В Азербайджане растет спрос на внутренний туризм – ВИДЕО

    В последние годы наблюдается оживление в туристическом секторе регионов Азербайджана.

    Как сообщает Median.Az co ссылкой на xezerxeber.az, предлагаются однодневные туры в некоторые районы стоимостью от 20 манатов. В эту стоимость входит чайный стол и фотосессия.

    В сравнение с севером страны, в западной зоне цены несколько выше.

    В частности, тур в Губу стоит 20, в Габалу – 21 манат.

    Эксперты отмечают, что наряду с иностранцами, граждане Азербайджана также отдают предпочтение возможностям внутреннего туризма по причине низкой стоимости.

    Во время подготовки турпакетов учитывается также то, что иностранные туристы предпочитают посещать места с историко-культурными памятниками.

  • В частной бакинской клинике скончался прооперированный врач

    В Баку врач скончался после перенесенной операции.

    Как сообщает Median.Az со ссылкой на Report, врач-отоларинголог городской поликлиники № 25 города Баку Азиз Байрамлы 14 апреля скончался.

    Так, 63-летний А.Байрамлы на прошлой неделе перенес хирургическую операцию по эндопротезированию тазобедренного сустава в расположенной в Баку клинике MediStyle Hospital. Он пришел в себя после операции и даже поднялся на ноги. Однако спустя 3 дня после операции А.Байрамлы впал в кому. Близкие поместили находящегося в коме больного в Объединенную городскую больницу №6 имени А.Д.Меликова, поскольку для размещения его в MediStyle Hospital у них не было финансовых средств. А.Байрамлы скончался в больнице.

    По факту ведется расследование.

    Отметим, что А.Байрамлы родился в 1954 году.