Month: April 2018

  • Назван безотказный способ избежать преждевременной смерти

    Исследователи Школы медицины Стэнфордского университета в США выяснили, что умеренная физическая активность значительно снижает риск преждевременной смерти от сердечно-сосудистых заболеваний даже у тех людей, кто подвержен им с рождения. Об этом сообщает Median.Az со ссылкой на MedicalXpress.

    Ученые проанализировали данные, собранные у 482 тысяч человек в ходе долговременного исследования Biobank. Добровольцы указывали уровень их физической активности, у них была также измерена сила мышц кисти и масса тела. Кроме того, 468 тысяч участников прошли генетические тесты.

    Оказалось, что активный образ жизни способствовал снижению вероятности развития коронарной болезни сердца, инсульта и фибрилляции предсердий. У тех людей, кто был генетически предрасположен к нарушению работы сердечно-сосудистой системы, регулярные физические упражнения способствовали снижению риска ишемической болезни сердца на 49 процентов и фибрилляции предсердий на 60 процентов.

    В марте 2018 года физиолог Грэхем Холлоуэй (Graham Holloway) из Гуэлфского университета в провинции Онтарио (Канада) назвал упражнения, повышающие выносливость, единственным эффективным способом профилактики старческой немощи.

  • В Туркмении началась охота на меломанов

    В Туркмении правоохранительные органы начали штрафовать жителей Ашхабада, слушающих на улице музыку через наушники.

    Об этом сообщает Median.Az со ссылкой на Лента.ру.

    Как отмечается, подобные случаи происходят с начала апреля. Жители туркменской столицы указывают, что полицейские, штрафуя горожан, ссылаются на некое «новое положение», которое, впрочем, не было предъявлено ни одному из оштрафованных пешеходов.

    Свои действия полицейские мотивируют тем, что слушающие музыку пешеходы могут не услышать подъезжающий сзади или сбоку автомобиль, что, в свою очередь, приведет к наезду.

    Сами сотрудники правоохранительных органов утверждают, что им дано указание штрафовать пешеходов, чьи уши закрыты наушниками. Они ссылаются на некий приказ министра внутренних дел, желающего снизить количество ДТП на дорогах.

    «Я переходил проспект Махтумкули, близ посольства США. На той стороне дороге меня остановил пеший патруль и потребовал пройти в опорный пункт для оформления штрафа.

    В отделение идти не хотелось, да и времени не было, поэтому с полицейским мы «договорились» на месте – 20 манатов, и никакого нарушения не было», — рассказал один из собеседников портала.

    5 апреля стало известно, что власти Туркмении ввели запрет на ввоз в страну женских купальников бикини и шорт для последующей реализации. Продавцы одежды сообщили журналистам, что сейчас частные магазины распродают купальники и шорты, оставшиеся на складах, на таможне их уже запрещают.

    Сотрудник таможенной службы, беседовавший на условиях анонимности с корреспондентом «Радио Азатлык» (местная служба «Радио Свобода»), предположил, что запрет может быть связан «с нравственными нормами туркменов, то есть с тем, что туркменским девушкам не подобает носить купальники».

  • Leyla Əliyeva üçün özəl gün – FOTO

    Xəbər verdiyimiz kimi, bu gün prezidentin ailəsində xoş gün qeyd edilir.

    Median.Az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı Əminənin 4 yaşı tamam olur.

    Leyla Əliyeva qızına yığıncaq təşkil edib. Yığıncaqdan fotonu təqdim edirik:

  • Bəzi “jeklər” niyə işləmir? – “Süpürgəçilərin ölümü sizi güldürür?” – VİDEO

    Teleaparıcı Amil Xəlil bu dəfə mənzil kamunal təsərüfatı birliyinə (MKTB) üz tutub.

    Space Tv-də yayımlanan “Olar? Olmaz!” verilişində süpürkəçilərin yolu süpürərkən hər hansısa avtomobilin zərbəsinə tuş gələrək, dünyasını dəyişməsinin səbəblərinən danışılıb. Amil Xəlil bir neçə MKTB-nə üz tutub. İşçilərin təhlükəsizliyi nə dərəcədə qorunur, hansı qaydalar tədbiq edilir və s. kimi məsələlərə aydınlıq gətirmək istəyib . Çox təəssüf ki, bir çox MKTB-nin əməkdaşları danışmaqdan imtina edib. Hətta aparıcı nahar fasiləsinin 2 saatdan çox davam etdiyini, heç bir nəfərində məkanda olmadığını qeyd edib. O cümlədən binaların nə üçün dezinfeksiya edilmədiyini də soruşmaq istəyib. Müsahibə verən MKTB-nin bəzi nümayəndələri boşluqları etiraf edib. Maraqlı məqam isə çəkiliş vaxtı bir məntəqənən cərmələnməsi də qeydə alınıb. Daha sonra Amil Xəlil tamaşaçılara sonuncu qurban süpürgəçi Cəmilə Həsənovanın yaxınlarının müsahibəsini tamaşaçılara təqdim edib.

    Ürək ağrıdan görüntüləri sizə təqdim edirik. //big.az

  • Ərəb milyarderlər Bakıya niyə toplaşır

    Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək

    Mayın 1-dən 3-dək Bakıda Birinci Azərbaycan-ərəb investisiya və biznes forumu keçiriləcək.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə özəl mənbələrdən məlumat verilib.

    Forum Azərbaycan və ərəb ölkələrinin əməkdaşlığı Assosiasiyası tərəfindən təşkil edilir.

    Tədbirdə ərəb ölkələrindən təxminən 300 sahibkar və investorun iştirakı gözlənilir.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanın ərəb ölkələri ilə 2017-ci ildə mal dövriyyəsi 324,53 milyon dolar təşkil edib.

  • İstanbulda sərnişin avtobusu atışmanın ortasında qaldı – Ölən və yaralılar var + Video

    İstanbulun Bağcılar səmtində avtodayanacaqda atışma baş verib.

    Median.Az İHA-ya istinadən xəbər verir ki, naməlum şəxslər avtomobillə dayanacağa gəlib və oradakılara atəş açıb.

    Qarşılıqlı atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

    Hadisə zamanı ərazidən keçən bir sərnişin avtobusu silahlı qrupların arasında qalıb. Onlarla insan təşviş içində yerə çökərək xilas edilməyi gözləyiblər.

    Görüntüləri təqdim edirik:

  • “Bu dərəcədə biabırçılıq olmaz!” – Prezidentdən məmurlara ciddi XƏBƏRDARLIQ

    “Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik”.
    Median.Az-ın APA-ya istinadən məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.

    Dövlət başçısı bildirib ki, bu sahədə də təkmilləşmə işləri aparılacaq:

    “Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”.

    “Bəzən hüquq mühafizə orqanlarının işçiləri otellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır”, deyə dövlət başçısı vurğulayıb.

    Prezident qeyd edib ki, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın:

    “Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

  • İŞİD böyük əraziləri necə ələ keçirdi? – Mosulda 15 min gizli sənəd tapıldı – Foto

    Median.Az Eastnews.org-a istinadən verdiyi xəbərə görə, Suriya və İraqda böyük əraziləri ələ keçirən İŞİD terror qruplaşmasının məğlub edilməsinə və bölgədən təmizlənməsinə baxmayaraq, terror təşkilatının üç il ərzində Orta Şərqdəki geniş əraziləri ələ keçirməsi və necə nəzarət etməsi hamını düşündürən suallardır. ABŞ-ın “New York Times” qəzeti terrorçulardan xilas olduqdan sonra Mosulda ələ keçirilən 15 000-dən artıq sənədə əsaslanaraq, bu sualı cavablandırmağa çalışıb. Qəzet bildirir ki, İŞİD 2014-ci ildə İraq, Suriya, Liviya, Nigeriya və Filippində çox geniş əraziləri ələ keçirib ki, bu ərazilərdə 12 milyon insan yaşayırdı. Ələ keçirilən sənədlər terrorçuların idarəetmə üsullarını ortaya çıxarıb. Terror təşkilatı yalnız güc tətbiq edərək ərazilərə nəzarət edə bilib. Lakin terrorçular güc tətbiq etməklə yanaşı, ordu və təşkilatçılıq sahələrində bu ölkələrin hökumətlərindən daha bacarıqlı işçiləri ələ keçiriblər. Livan əsilli amerikalı tədqiqatçı Favaz Gergesin “İŞİD-in tarixi” adlı kitabında qeyd olunub ki, İŞİD-in idarəetmə və təşkilatçılıq qabiliyyətləri silahlı şəxslərin qəddarlığından az təhlükəli deyil. Qəzet yazır ki, sənədlərdə İŞİD-in vergi və xərac toplanması, pasport və şəxsiyyət vəsiqələri, hətta sürücülük vəsiqələrinin olduğuna dair sübutlar var. Bu isə onların inzibati quruluş yaratmağa müvəffəq olmasını göstərir. Neft ticarəti İŞİD-i maliyyələşdirən ən mühüm iqtisadi qaynaq idi. Terror təşkilatı bu yolla milyonlarla dollar gəlir əldə edib. İşğal altındakı torpaqlarda mövqelərini möhkəmlətdikdən sonra İŞİD, qadınları küçələrdə çadra geyinməyə vadar edib və bu qanuna qarşı çıxanları sərt cəzalandırıb. Qeyd edək ki, məqalədə İŞİD terror təşkilatına məxsus pasportlar, şəxsiyyət vəsiqələri, rəsmi sənədlər dərc edilib.

  • Kiçik yaşlarından pul yığır, misilsiz sərvəti var, amma milyonçu olmaq istəmir

    “Məndə elə pullar var ki, qazanc məqsədilə kolleksiya yığanları çox maraqlandırır”

    O, pul toplamağa hələ 5-ci sinifdə oxuyanda başlayıb, yaşıdları əlinə düşənin “başına tez daş salsalar” da, ona verilən pulu xərcləməyib, kənarda saxlayıb. Yaşadığı rayonun sərhəddə yerləşməsi isə, hələ kiçik yaşlarından onun xarici ölkə valyutalarını əldə etmək həvəsini daha da artırıb. Bu gün 36 yaşı olmasına baxmayaraq, o, hələ də hobbisini davam etdirir.

    Söhbət Qazax şəhər sakini Rəşad Əhmədovdan gedir. Müxtəlif dövlətlərin pul vahidlərini toplayan Rəşad bu işi hobbi olaraq həyata keçirir. Hazırda onun kolleksiyasında 40-dək ölkənin 1000-dən çox metal, 400-dən artıq kağız pulu yer alır.

    Hobbisi barədə danışan kolleksiyaçı bir vaxtlar idmançı olaraq, hazırda isə məşqçi kimi getdiyi xarici ölkələrin yeni və qədim pul vahidlərini əldə etməyə çalışdığını deyir. Eyni zamanda dostlarının da ona çox kömək etdiyini bildirir.

    “Uşaq vaxtı bu iş maraqlı gəldiyi üçün başladım, sonradan daha da həvəsim artdı. Xaricdə yaşayan qohumlar, dostlar da çox kömək edirlər. Hər hansı ölkəyə səfər edən dostlar həmin ölkələrin hazırda işlənən, yaxud qədimdə işlənmiş pul vahidlərini tapıb göndərirlər, beləliklə yavaş-yavaş kolleksiya da artır” — müsahibimiz danışır.

    R.Əhmədov kolleksiyasındakı qəpikləri yığmaq üçün istifadə etdiyi albomları da ona Rusiyada yaşayan dostlarının alıb göndərdiyini deyir. Rəşadın kolleksiyasında, əsasən 18-ci əsrdən bəri buraxılan qəpiklər, həmçinin kolleksiyaçılarda rast gəlinən yubiley pulları, gümüş, mis və bürünc sikkələr yer alır.

    Kolleksiyasında yer alan, çox az sayda çap edilmiş, bir çox amerikalıların evlərində suvenir kimi saxladığı 2 dollarlıq əsginas da maraq oyadır. Ölkəmizdə əlamətdar günlər, yubiley əsginasları və sikkələrinin olmaması haqqında danışan kolleksiyaçı Azərbaycanda da belə pulların buraxılmasını arzuladığını bildirir.

    Kolleksiyaçı bəzən bir neçə qəpik əldə etmək üçün 100 manatdan çox pul xərclədiyini də deyir. Buna baxmayaraq, dəfələrlə istəyən olsa da, hələ heç bir eksponatını satmadığını bildirir.

    “Məndə elə pullar var ki, qazanc məqsədilə kolleksiya yığanları çox maraqlandırır. Tez-tez zəng vururlar, tək-tək, yaxud hamısını satmağım üçün pul təklif edirlər, ancaq satmıram. Bunların hər biri mənim xatirəmdir”, — deyir Rəşad Əhmədov.//Sputnik Azərbaycan

  • ​Azərbaycanlı oliqarxın şəxsi təyyarəsini ABŞ-da müsadirə etmək istədilər – “DƏRHAL 20 MİLYON DOLLAR ÖDƏDİM”

    ABŞ Maliyyə Nazirliyinin bu ilin fevralında tərtib etdiyi “Kreml məruzəsi”ində yer alan azərbaycanlı milyarder-oliqarx Araz Ağalarov şəxsi təyyarəsinin müsadirə olunacağı haqda xəbərdarlıq aldığını açıqlayıb.

    Median.Az xəbər verir ki, biznesmen, “Crocus Group” şirkətlər qrupunun sahibi bu haqda RBC-ya müsahibəsində danışıb. Ağalarov deyib ki, həmin siyahı açıqlanandan sonra Amerika bankı onun “Gulfstream G500” təyyarəsini müsadirə etmək istəyib.

    “ABŞ Maliyyə Nazirliyinin “Kreml məruzəsi”inə daxil edilməyiniz biznesinizə necə təsir göstərdi?” –deyə müxbir Ağalarovdan soruşub.
    “Biz qərb bankları ilə işləmirik. Yeganə sual meydana çıxdı: mənim təyyarəm Amerikanın “Stonebriar Commercial Finance” bankında kreditə görə girov qoyulmuşdu. Onlar dərhal bildirdilər ki, ya borcunuzu bağlayırsınız, ya təyyarənizi müsadirə edirik. Biz borcu bağladıq, məcbur olduq 20 milyon dollarlıq borcu öz pullarımızla bağlayaq”-biznesmen bildirib.

    Ağalarov deyib ki, “Kreml məruzəsi” bu cür birbaşa məhdudiyyətləri nəzərdə tutmurdu. “Fikrimcə banka belə göstəriş verilmişdi”-o əlavə edib.

    Biznesmen “Crocus Group”un əsas kreditorunun “Sberbank” olduğunu deyib. Bildirib ki, hazırda şirkətin kredit yükü 1.85 milyard dollardır.