Month: April 2018

  • “Azərpoçt”a baş direktor təyin edilib

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

    Median.Az Report-a istinadən xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.

    O, 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

    Əmək fəaliyyətinə 1992-ci ildə Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb.

    1996-2004-cü illərdə Rossiyskiy Kredit BKB Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, idarə heyətinin sədrinin müavini və idarə heyətinin sədri vəzifələrində işləyib.

    2004-2009-cu illərdə AZAL SKB idarə heyətinin sədrinin müavini olub.

    2009-2015-ci illərdə “Kapital Bank”da filial müdiri vəzifəsində çalışıb.

    2015-2018-ci illərdə Bank MBA-Moskva “Azərbaycan Beynəlxalq Bankı”nın Rusiya Federasiyasındakı törəmə bankında idarə heyətinin sədri vəzifəsində işləyib.

  • Bakının mərkəzi küçələri bir həftəlik bağlanır

    2018-ci il “Formula-1” üzrə Azərbaycan Qran-Prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq Meydanına qədər olan olan yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai açıqlama verib.

    O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaq:

    “Aprelin 25-dən mayın 1-dək dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinə qədər olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışna icazə veriləcək”.

    Qeyd edək ki, Azərbaycan Qran Prisi 27-29 apreldə keçiriləcək.

  • “Formula-1”lə əlaqədar paytaxt sakinlərinə icazə sənədləri veriləcək

    “Formula-1” Azərbaycan Qran-Prisi zamanı nəqliyyatın hərəkəti üç ərazidə qadağan ediləcək.

    Bunlar İçərişəhər, Azadlıq Meydanı və BMT-nin 50 illiyi küçəsidir.

    Bu zonalara daxil olmaq üçün icazə sənədi almaq lazım gələcək. Belə ki, müvafiq olaraq İçəri şəhər Dövlət Tarix-memarlıq Qoruğu İdarəsi, 4 saylı Mənzil Kommunal İstismar Sahəsi və 58 saylı Mənzil Kommunal İstismar Sahəsindən icazə sənədlərinin alınması mümkündür.

    İcazə sənədi olanlar İçərişəhər və Azadlıq Meydanı zonasına saat 00:00-06:00 BMT-nin 50 illiyi küçəsi zonasına isə istənilən vaxt daxil ola biləcəklər.

    Qeyd edək ki, bu müddət 23 aprel – 1 may tarixləri üçün etibarlıdır.

  • Müğənnilərimiz “Eurovision party”də geyimləri ilə diqqət çəkdi – FOTO

    Aprelin 7-si Rusiyanın paytaxtı Moskva şəhərində “Eurovision party” keçirilib.

    Artıq səkkiz ildir ki, ənənə halını alan gecədə “Eurovision” təmsilçimiz Aysel Məmmədova və müğənni Səmra Rəhimli çıxış edib.

    Bundan əlavə, “Jara” TV-də canlı yayımlanan konsertdə Rusiya, Ermənistan, Moldova və Maltadan olan iştirakçılar müsabiqə üçün hazırladıqları mahnılarını oxuyublar.

    Gecə boyu jurnalistlərin suallarını cavablandıran Aysel Məmmədova daha sonra İsrailə yollanıb.

    Müğənni “Israel Calling 2018” adlı musiqili gecədə iştirak edib.

    Sənətçilərimiz geyimləri ilə hər iki tədbirdə diqqət çəkiblər./oxu.az













  • Bakıda “civə əməliyyatı” – FOTO

    Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində insan sağlamlığına mənfi təsir göstərən zərərli kimyəvi maddə hesab edilən civə satmaq istəyən şəxs saxlanılıb.

    Belə ki, Nizami Rayon Polis İdarəsi (RPİ) 25-ci Polis Şöbəsinə (PŞ) Qalib adlı şəxsin rayon ərazisində civə satmaq istəməsi barədə məlumat daxil olub.

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yerli idarəsi və Nizami RPİ-nin 25-ci PŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Qalib İbadov saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 585 qram civə, bir ədəd kustar üsulla hazırlanan tapança və altı ədəd patron aşkar olunaraq götürülüb.

    Saxlanılan şəxs ifadəsində civəni satmaq niyyəti ilə əldə etdiyini və bu məqsədlə Masallı rayonundan Bakıya gətirdiyini etiraf edib.

    Qeyd edilən faktla bağlı 25-ci Polis Şöbəsində toplanan material araşdırılması üçün Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Zəruri əməliyyat və istintaq tədbirləri davam etdirilir.





  • Nardaran sakininin evindən silah-sursat tapılıb

    Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

    Aprelin 8-də əldə edilən məlumatlar əsasında bu istiqamətdə həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini Mikayıl Qafarovdan bir ədəd pnevmatik tapança, dörd ədəd patron və bir ədəd patron darağı, 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyevin evindən bir ədəd nömrəsi silinmiş yivli odlu silah, süngülü karabin kəsiyi (obrez), bir ədəd pnevmatik tapança, iki ədəd “F-1” qumbarası, avtomata məxsus süngü bıçaq və 65 ədəd müxtəlif çaplı patron, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Ağ körpü kənd sakini İsfəndiyar Hüseynovun yaşadığı evdən bir ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edərək götürüblər.

    Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

  • Agentlikdən südlə bağlı – XƏBƏRDARLIQ

    Süd və süd məhsulları təxminən altı milyard insanın qidasının ən önəmli hissəsini təşkil edir. Dünyada hər il 730 milyon ton süd və süd məhsulları istehsal edilir. Süddən yoğurt, qatıq, pendir, qaymaq və s. kimi məhsullar istehsal edilir.

    Median.Az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, süd və süd məhsullarının insan sağlamlığına təhlükə törətmədən istehlak edilməsi çox vacibdir.

    Bu cür məhsulların bir sıra zərərli və xəstəlik törədən bakteriyalar, göbələklər, o cümlədən onların toksinləri, yəni zəhərləri ilə tez-tez çirklənməsi müşahidə edilir.

    Adətən, zərərli mikroorqanizmlər süd və süd məhsullarını xəstə heyvandan, sanitar vəziyyəti pis olan ərazidən, o cümlədən istehsal zamanı texnoloji proseslərə düzgün əməl edilməməsi, xəstələnmiş insanın istehsal prosesində iştirak etməsi nəticəsində çirkləndirə bilərlər.

    Bundan əlavə, istehlakçıların süd və süd məhsullarını lazımi şəraitdə və temperaturda saxlamaması süd məhsullarının korlanmasına, bakterial çirklənməsinə və insan sağlamlığında ciddi fəsadlara yol açmasına səbəb ola bilər.

    Südün tam təhlükəsiz olması məqsədilə onun düzgün temperatur emalına ehtiyacı vardır. Temperaturun düzgün seçilməsi südün tərkibində olan vacib maddələrin parçalanmaması, o cümlədən zərərli bakteriyalardan təmizlənməsi baxımından çox vacibdir.

    Sterilizasiya və pasterilizasiya kimi temperatur emalından istifadə edilir. Sterilizasiya zamanı süd 130-150 dərəcədə qaynadılaraq istehlak edilir və adətən, bu metoddan ev şəraitində istifadə edilir. Hazırda südün pasterilizasiya edilərək satılması daha geniş yayılıb.

    Bu metod vasitəsilə süd tərkibində olan faydalı maddələri saxlayır və insan sağlamlığına lazım olan komponentlər tərkibində qalır. Sənayedə pasterilizasiyanın yüksək temperaturlu qısa zamanlı (HTST) və ultra yüksək temperatur emalı (UHT) üsullarından istifadə edilir.

    HTST zamanı süd 72 dərəcədə 15 saniyə qızdırılır və sonra isə soyudulur. UHT zamanı isə süd 138 dərəcədə 1-2 saniyə qızdırılır və dərhal soyudulur. Pasterizasiya emalından keçmiş süddən tam təhlükəsiz şəraitdə bir sıra məhsullar hazırlanır.

    Süd və süd məhsullarında bir sıra zərərverici və xəstəlik törədən bakteriyalar qrupuna aid olan Acinetobacter spp., Pseudomonas spp., Clostridium spp., Bacillus spp., Brucella spp., Staphylococcus spp., Mycobacterium paratuberculosis (heyvanda vərəm törədən bakteriya) və E. coli geniş yayılıb.

    Qeyd etdiyimiz bakteriyaların əksəriyyəti insanlarda xəstəlik törətməklə yanaşı, süd və süd məhsullarına öz toksinlərini sintez etmək qabiliyyətinə malikdirlər. Toksinin az dozası uşaqlar üçün çox təhlükəlidir, hətta onlarda ölümə də səbəb ola bilər.

    Qida təhlükəsizliyi baxımından bu cür mikrob çirklənməsinə həssas məhsullar ciddi şəkildə texnoloji emal prosesindən keçirilməli və həmin qidaların təhlükəsizlik göstəriciləri daim yoxlanılmalıdır.

    Süd və süd məhsulları zülal və bir sıra vacib elementlər ilə zəngin olduğundan daim bakterial çirklənməyə məruz qalırlar, çünki bu qidalı mühit mikroorqanizimlərin inkişafı üçün çox əlverişlidir.

    Qeyd edilən mikrorqanizmlər içində insan sağlamlığına vurduğu zərər baxımından ən təhlükəlisi Brucella spp.-dır. Brucella spp., adətən, xəstə heyvandan südə keçir və süd düzgün emal prosesindən keçmədikdə, insanı yoluxduraraq ciddi sağlamlıq problemləri yaradır.

    Bu zoonoz bakteriya hüceyrədaxili parazit olub insanda ağır fəsadlara səbəb olan brusellyoz adlı infeksion – allergik xəstəliyin formalaşmasına səbəb olur. Zoonoz bakteriya dedikdə, heyvanda infeksion xəstəlik törədən və insana keçən mikroorqanizm başa düşülür.

    Brusellyoz xəstəliyinin insana pasterizə edilməmiş süddən, o cümlədən xəstə heyvan ilə birbaşa təmasdan keçməsi mümkündür.

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin vəzifələrindən biri də insan sağlamlığı üçün tam təhlükəsiz süd və süd məhsullarının istehsal edilməsinə nəzarət edərək, əhalinin yüksək keyfiyyətli qidalar ilə təmin edilməsində iştirak etməkdir.

    Süd ilkin emal prosesində düzgün pasterizasiya edilməli, ondan istehsal ediləcək məhsulların təhlükəsiz olmasına bilavasitə şərait yaradılmalı, süd məhsullarının düzgün temperatur emalı nəticəsində qidaların Brusella bakteriyası ilə yoluxma riskinin azaldılmasına nail olunmalıdır. Agentliyin laboratoriyalarında bu bakteriyanın müxtəlif metodlarla qısa zamanda aşkarlanması və təyin edilməsi insanların təhlükəsiz qidalanmasına öz töhfəsini verəcək.

    İnsanların süd və süd məhsularından keçmə ehtimalı yüksək olan brusellyoz xəstəliyinin qarşısını almaq üçün yuxarıda qeyd olunan qaydalara riayət etməsi vacibdir.

  • Tolikdən əkizlərə: Şeytan maskaları geyinirlər

    Azərbaycanlı tanınmış prodüser Tarix Əliyev (Tolik) müğənnilər Sevil və Sevinc Səfərova ilə bağlı maraqlı açıqlamalar verib.

    Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində musiqiçilərlə söhbət edərkən əkizlərə işarə vuraraq “Xəzər” TV-də bir ailə olduqlarını deyib:

    “Biz bir evin yiyəsiyik. Baxmayaraq ki, bəziləri deyirlər ki, biz kimlərinsə mitilini bayıra atmışıq. Bu “Xəzər”ə çoxları qurban olsunlar ki, onları xalqa sevdirib, tanıtdırıb, xalqa onların mələk simasını göstəriblər. Amma “Xəzər”mizin həyətindən çıxandan sonra şeytan maskaları geyinilir və ona görə də simasız olurlar. Amma “Xəzər”imiz hər zaman sevilir və xalqımızın ən sevilən kanallarından biridir. Mən də fəxr edirəm ki, hər gün “Xəzər”in efirində sizə “sabahınız xeyir olsun” və “gününüz uğurlu olsun” deyirəm”.

    Tolik bir qədər sonra, verilişdə “Youtube”da saxta izləyicilər toplayan müğənnilər barədə danışılarkən də Sevil-Sevincdən söz açıb:

    “Əslində mən istədim ki, bu mövzuya toxunum. Çünki gördüm ki, bu mövzudan sonra bəzi müğənnilərin şübhələri oldu ki, mən kiməsə sifariş etdirib nəsə yazdırıram. Mən buradan Sevinc-Sevilə demək istəyirəm ki, siz mənim üçün o qədər də böyük rəqib deyilsiniz ki, mən sizin üçün nəsə deyim. Mən nəsə deyəndə bax belə adınızı çəkib açıq-aşkar deyə bilərəm. Baxmayaraq ki, siz bu kanaldan gedəndə dediniz ki, öz xoşumuzla gedirik.

    “Tolik, atamızın qəbri üçün biz səndən incimirik, bizə doğmasan” dediniz. Amma sonra çıxıb elə bizim kanalda da – Zaur Kamalın verilişində, orda-burda dediniz ki, Tolik bizim torbamızı… Mən müharibə aparanda çox böyük miqyaslı müğənnilərlə müharibələrim, qalmaqallarım olu, hətta məhkəməmiz olub”.

    Qeyd edək ki, Tolik “Hər şey daxil” verilişinə aparıcı və layihə rəhbəri kimi gəldikdən sonra əkizlər proqramdan gedib. Bir müddət əvvəl isə onlar Zaur Kamalın aparıcısı olsuğu “5/5” verilişində “Falçı qapısı tanısaydıq, verilişdən mitilimizi bayıra atardılar?” deyərək qalmaqala səbəb olmuşdular./oxu.az

  • Ильхам Алиев собрал министров

    Под председательством президента Ильхама Алиева 9 апреля состоялось заседание Кабинета министров, посвященное итогам социально-экономического развития в первом квартале 2018 года и предстоящим задачам.

    Глава государства произнес вступительную речь.

    Затем выступил председатель ОАО «Азеришыг» Баба Рзаев, председатель ОАО «Азерсу» Горхмаз Гусейнов и директор Государственного агентства жилищного строительства Самир Нуриев.

  • İlham Əliyev nazirləri topladı

    Aprelin 9-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

    Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.

    Sonra “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev çıxış ediblər

    Prezident İlham Əliyev iclasda yekun nitqi söyləyib.