Month: April 2018

  • Kataloniyanın eks-lideri Puçdemon azadlığa buraxılıb

    Almaniyanın Şlezviq şəhər məhkəməsi Kataloniyanın sabiq lideri Karles Puçdemonu azadlığa buraxıb.

    Median.Az xəbər verir ki, Puçdemon 75 min avro girov məbləğində azadlığa buraxılıb.

    Siyasətçi ekstradisiya ilə bağlı məsələyə baxıldığı müddət ərzində azadlıqda olacaq.

    Qeyd edək ki, Puçdemon, Finlandiyada iştirak etdiyi bir tədbirdən sonra quru yolu ilə Belçikaya qayıdarkən Danimarka-Almaniya sərhədində həbs olunmuşdu.

  • Cəlilabadda 50 yaşlı qadın intihar edib

    Cəlilabadda intihar etmiş qadının şəxsiyyəti məlum olub.

    Bu Cəlayir kənd sakini, 1968-ci il təvəllüdlü Yasəmən Elyas qızı Nağıyevadır. O özünü evin həyətindəki köməkçi tikilidə asıb.

    Onun meyiti müayinə üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib.

    Məlumata görə, Ə. Nağıyevanın psixoloji problemləri olub.İntihar edən şəxs qadındır. Hazırda onun kimliyi araşdırılır.//Apa.az

  • Azərbaycanda məşhur müğənnilər dodaq-dodağa öpüşdü – FOTO

    Məşhur azərbaycanlı müğənnilər – Şəbnəm Tovuzlu və Rahidə Baxışın hər kəsi heyrətləndirən fotosu yayılıb.

    Sənətçilər tədbirlərdən birində görüşərkən dodaq-dodağa öpüşüblər.

    Tanınmış ifaçıların bu addımı hamının təəccübünə səbəb olub.

  • Azərbaycanda “təhsil tələsi” qurulub – Xəbərdarlıq

    Müəllim və tələbənin eyni məkanda olma məcburiliyini ortadan qaldıran sistem Distant Təhsil Sistemidir. Bu, inkişaf edən texnologiya ilə birlikdə müvəffəqiyyət nisbəti hər keçən gün artan bir təhsil sistemidir.

    Məsafəli təhsil tələbə ilə müəllimin fiziki olaraq eyni bir mühitdə olmamasını təşkil edən texnologiyadır. Sistem təhsil texnologiyası tərəfindən araşdırılan bir fenomendir və bu sahədə təhsil elminə verdiyi ən böyük töhfədir.

    Bir çox tələbələrin işin çoxluğu, ailə öhdəlikləri və ya digər təzyiqlər səbəbindən beynəlxalq təhsil üçün xaricə getməsi mümkün deyil. Ancaq distant təhsil bütün bu mümkünsüzlüklərin üstündən xətt çəkir. Distant təhsildə isə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi var.

    Distant təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilər. Bu baxımdan müxtəlif məqsədlərlə istənilən təhsil proqramı sahəsində həyata keçirilə bilən distant təhsil sisteminin funksiyaları daha genişdir.

    Xatırladaq ki, 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda ali təhsil almaq formalarından biri kimi distant təhsil qəbul edilsə də, indiyə qədər Azərbaycanda bu təhsilin mexanizmi müəyyən olunmayıb. Ona görə də xarici ölkələrdə bu formada təhsil almış şəxslərin diplomları ölkəmizdə tanınmır.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, təhsil eksperti Kamran Əsədovun dediyinə görə, hazırda Azərbaycanda distant təhsilin mexanizmi işlənib hazırlanmadığından onu təhsilin bir forması kimi qəbul etmək olmaz.

    Ekspert qeyd edib ki, ölkəmizdə distant təhsilin fəaliyyətə başlamamasına təsir göstərən bir neçə vacib məqam var: “İlk növbədə, bizim ali təhsil müəssisələrimizin tədrisi bu təhsil formasında qurmaları üçün maddi-texniki bazaları yoxdur. Belə ki, distant təhsil zamanı peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə təhsil uzaqdakı şagirdlərə çatdırılır. Amma bizim universitetlərin həm qeyd etdiyim resursları yoxdur, həm də bunu tətbiq edəcək kadr potensialı”.

    K.Əsədovun fikrincə, Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrində hələ də qiyabi təhsilin mövcud olması da buna ciddi şəkildə maneə olur: “Yaxın vaxtlarda qanunvericiliyə dəyişiklik ediləcək və o vaxta kimi qiyabi təhsil tədricən distant təhsillə əvəz olunacaq. Hazırda qiyabi təhsilin ləğv olunması ən yaxşı üsuldur. Çünki qiyabi təhsil artıq öz faydasını vermir və Avropanın qabaqcıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir”.

    Qeyd edək ki, hazırda ictimai yerləri – metro stansiyalarını, televiziya ekranlarını və internet saytlarını “xaricdə imtahansız təhsil” reklamları “bəzəyir”. Bunların içərisində Ukrayna, Türkiyə və Gürcüstan universitetlərinə imtahansız qəbulun təşkilinə daha çox rast gəlinir. Azərbaycanda ali təhsil üçün nəzərdə tutulan test imtahanından minimum keçid balını toplaya bilməyən bir çox gənc xaricdə təhsil almağa üz tutur.

    Kamran Əsədov bu məsələyə də münasibət bildirib: “Son illərin təcrübəsi onu göstərir ki, xaricdə imtahansız təhsil verən əksər universitetləri təhsil vermək yox, fırıldaqçılıqla pul qazanmaq düşündürür”.

    “Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına – diplom sevdasına qurban verirlər”, – deyə ekspert əlavə edib.

    Onun sözlərinə görə, bəzi insanlarda sanki belə bir rəy formalaşıb ki, “təhsil necə olur-olsun, fərqi yoxdur, yetər ki, diplom olsun”. Ekspert vurğulayıb ki, insanların xaricdə “imtahansız təhsil” adı ilə fırıldaqçıların könüllü qurbanına çevrilmələrinin əsas səbəbi də diplomdur.

    “Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur. Çünki ölkə qanunvericiliyi bu yolla “təhsil” alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Bu, günümüzün acı reallığıdır”, – Əsədov deyib.

    Həmsöhbətimiz xarici ölkələrdə ali təhsil almaq niyyətində olan şagird və tələbələrə, onların valideynlərinə tövsiyə edir ki, özləri birbaşa xarici ali təhsil müəssisələrinə sorğu göndərib, Təhsil Nazirliyinə müraciət edərək həmən universitetin ölkəmizdə tanınıb-tanınmamasını, diplomun hansı hallarda tanınacağını öyrənə bilərlər: “Əgər bunu etməsələr, onların 4-5 illik əziyyətləri, vaxtları boşa çıxacaq. Yüksək vəsait sərf edərək əldə etdikləri diplomlar adi kağız parçasına çevriləcək”.

  • У иранского самолета в воздухе отказал двигатель

    Пассажирский самолет иранской авиакомпании ATA Airlines совершил аварийную посадку в Тегеране после отказа двигателя.

    Как передает Median.Az со ссылкой на РИА «Новости», по предварительным данным, у самолета MD-83 через полчаса полета отказал двигатель, из-за чего он был вынужден изменить маршрут и направиться в международный аэропорт имама Хомейни в Тегеране. Приземление авиалайнера прошло успешно.

    Самолет выполнял рейс из Тебриза в иракский Наджаф. В результате инцидента никто не пострадал.

  • Yevlaxda piyada vuruldu

    Yevlax rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, “Opel” markalı minik maşını Havarlı kəndindən keçən magistral yolda 37 yaşlı Eldəniz adlı yerli sakini vuraraq, ona ağır xəsarət yetirib.

    Yaralı xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta-ağırdır.

    Faktla bağlı araşdırma aparılır.

  • Ильхам Алиев: Азербайджанская кухня вкусная, но опасная

    Кухня каждого народа – показатель его культуры, традиций и возможностей. И конечно, азербайджанская кухня очень разнообразная, очень вкусная, но очень опасная.

    Как передает Median.Az, об этом заявил Президент Азербайджана Ильхам Алиев в интервью «Российской газете»

    По словам главы государства, главная опасность азербайджанской кухни – неконтролируемый набор веса.

    «Поэтому я в каждодневной жизни стараюсь не злоупотреблять. Хотя я считаю, что ничего более вкусного, чем азербайджанская кухня, нет.

    Думаю, каждый представитель каждого народа любит свою кухню, и я не исключение.

    Что касается моих любимых блюд из азербайджанской кухни, я должен сказать, что я их все практически люблю. Но больше всего люблю те, которые готовит моя жена Мехрибан.

    Она в этом деле хороший специалист. И доставляет много радости мне и всем членам семьи, когда радует нас своими кулинарными произведениями», – заявил Президент АР.

  • İlham Əliyev: Azərbaycan mətbəxi dadlı, amma təhlükəlidir

    Hər bir xalqın mətbəxi onun mədəniyyəti, ənənələri və imkanlarının göstəricisidir. Əlbəttə ki, Azərbaycan mətbəxi çox müxtəlif, çox dadlı, lakin çox təhlükəlidir.

    Median.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

    Dövlət başçısının sözlərinə görə, Azərbaycan mətbəxinin əsas təhlükəsi – nəzarət olunmayan çəki artımıdır.

    “Ona görə gündəlik həyatda sui-istifadə etməməyə çalışıram. Baxmayaraq hesab edirəm ki, Azərbaycan mətbəxindən dadlı heç nə yoxdur. Düşünürəm ki, hər bir xalqın nümayəndəsi öz mətbəxini sevir və mən də istisna deyiləm.

    Azərbaycan mətbəxindən sevimli yeməklərə gəldikdə isə, deməliyəm ki, onların hamısını sevirəm. Lakin ən çox mənim həyat yoldaşım Mehribanın hazırladığı yeməkləri sevirəm. O, bu işdə yaxşı mütəxəssisdir. Öz kulinariya əsərləri ilə mənə və bütün ailə üzvlərinə çoxlu sevinc bəxş edir”, – deyə, AR Prezidenti bildirib.

  • Начало деоккупации Арменией азербайджанской территории – это первый шаг в поэтапном урегулировании карабахского конфликта

    Нынешняя ситуация вокруг Нагорного Карабаха не является приемлемой ни для Азербайджана, ни для мирового сообщества.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом, в частности, сказал Президент Азербайджана Ильхам Алиев в интервью первому заместителю генерального директора ТАСС Михаилу Гусману для ТАСС и “Российской газеты”.

    “Тем более что страны, которые имеют мандат на посредническую миссию, страны – сопредседатели минской группы – это Россия, Франция и США – на уровне глав государств неоднократно заявляли, что статус-кво неприемлем, должен быть изменен. Мы полностью разделяем эти позиции и считаем такие заявления очень правильными. Но мы ждем конкретных действий. Заявления, конечно, важны, но нам нужно урегулирование вопроса”, – отметил глава государства.

    Как отметил Президент Ильхам Алиев, для урегулирования вопроса существуют все правовые механизмы.

    “Совет Безопасности ООН более десяти лет назад принял четыре резолюции, требующие немедленного и безоговорочного вывода армянских войск с оккупированной территории. Эти резолюции сохраняют свою силу и должны быть выполнены, но Армения отказывается их выполнять. И к сожалению, никаких санкций на Армению за этот отказ наложено не было. Другие международные организации также приняли схожее решение и резолюции. ОБСЕ, Организация исламского сотрудничества, Европарламент, Парламентская ассамблея Совета Европы, Движение неприсоединения и другие организации приняли подобные резолюции – Армения их не выполняет.

    Оккупация азербайджанских земель продолжается. В результате оккупации более миллиона азербайджанцев стали вынужденными переселенцами, беженцами на своей собственной земле. Наши города разрушены, люди изгнаны. Против нас была осуществлена этническая чистка. Все это доказано фактами и материалами”, – подчекнул глава государства..

    По словам Президента Ильхама Алиева, главная проблема – Армения не хочет менять статус-кво.

    “Она на словах декларирует желание вести переговоры, но на деле занимается их имитацией. И делает все для того, чтобы, как вы говорите, все шло по кругу и это был бы процесс без конца. Что не является приемлемым ни для нас, ни для мирового сообщества. Поэтому необходимо скорейшее выполнение резолюций Совета Безопасности ООН Арменией, скорейшее начало деоккупации азербайджанской территории. Ведь под оккупацией находится не только Нагорный Карабах, но и семь районов Азербайджана, которые к Нагорно-Карабахской автономной области Азербайджанской ССР никакого отношения не имеют. И не имели.

    Начало деоккупации азербайджанской территории – это первый шаг в поэтапном урегулировании конфликта, которое должно быть осуществлено опять же на основе норм и принципов международного права”, – сказал Президент Азербайджана.

  • Bakıda bir sotu 2 milyon manata satılan torpaq

    Bakının elə əraziləri var ki, orada torpaq sahələri sotla deyil, hətta kvadratla satılır. Bunu Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

    R.Osmanlının sözlərinə görə, bu cür torpaqlar əsasən şəhərin mərkəzi hissələrində, yolkənarı ərazilərdədir: “Bu cür ərazilərdə torpaq sahəsi azdır. Bir kvadratının dəyəri 10-15 min manat və hətta daha böyük ola bilər. Bunu sotla hesabladıqda, sotu 1.5-2 milyon manat dəyər ifadə edir. Ancaq bu cür torpaq sahələri çox azdır. Bu gün Neftçilər prospekti ətrafında torpaq sahəsi tapmaq mümkün deyil, Yusif Səfərov küçəsində yolkənarı ərazidə torpağın 1 kvadratının dəyəri bazara təqribən 15 min manata təklif olunur, Ağa Neymətulla küçəsində belə torpaq sahəsi tapmaq mümkün deyil və əgər ortaya çıxarsa onun da qiyməti də elə yüksək olacaq”.

    Ekspert əlavə edib ki, Bakı şəhərində bir sotunun dəyəri 260 min manata təklif olunan torpaq sahəsi də var: “Həmin torpaq sahəsi Avropa otelinə yaxın ərazidə, təqribən 35 sotluq bir sahə idi”.

    R.Osmanlının sözlərinə görə, ümumiyyətlə torpaq sahələrinin likvidliyi son illərdə xeyli dərəcədə aşağı düşüb: “Baxmayaraq ki, torpaq realizə olunan əmlak kateqoriyasına aiddir, amma müşahidələr göstərir ki, onun alıcılarının sayı xeyli dərəcədə azalıb.//Trend.az