Bakı Metropoliteninin “Xətai” stansiyası bu il təmirə bağlanacaq.
Median.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
Qurum rəsmisi bildirib ki, stansiyanın bütün eskalatorları dəyişdiriləcək: “”Xətai” stansiyası 1968-ci ildə istifadəyə verilib. Həmin stansiyanın eskalatorlarının istismar müddəti bu il başa çatır. Ona görə də, stansiyadakı hər üç eskalator dəyişdirilməlidir. Artıq bununla bağlı plan-qrafik hazırlanıb”.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, “Xətai” stansiyası ən dərin özüllü metro stansiyasıdır və stansiyanın eskalatorları da digər eskalatorlardan uzundur: “Stansiyaya 4 müasir eskalator quraşdırılması nəzərdə tutulub”. N. Pasayev bildirib ki, stansiyanın təmirə bağlanacağı konkret tarix müəyyən edilməsə də, bu il reallaşacaq: “İyulun 1-də “Sahil” stansiyasının istifadəyə verilməsi gözlənilir. Yəqin ki, “Sahil” stansiyası istifadəyə veriləndən sonra “Xətai” təmirə bağlanacaq”.
Как сообщает Median.Az, сотрудники Главного управления полиции (ГУП) г.Баку и 22-го отделения полиции Насиминского РУП в результате оперативно-розыскных мер задержали жителя Кельбаджарского района Джамаладдина Азизова и жителя Евлахского района Фарида Новрузова, которые накануне примерно в 5 часов утра на улице Р.Рза угрожая гражданину Э.Аскерову, вследствии чего отобрали у потерпевшего 2100 манатов и часы.
В Следственном отделе Насиминском РУП возбуждено уголовное дело по статье 180.2.1 (грабеж, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана.
Göygöl rayonunda 73 kiloqram partlayıcı maddə tapılıb.
ANAMA-dan verilən məlumata görə, aprelin 5-də saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Göygölrayonu, Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq (TNT ekvivalenti 75.19 kq) olan partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş partlayıcı maddənin ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.
Vətəndaş İsmayılova Gülafər Hətəm qızı Gəncənin sabiq icra başçısı Daşdəmirov Rasim Bayram oğlunun ona qarşı dələduzluq etdiyini iddia edib.
Median.Az xəbər verir ki, bu şikayəti Yenicag.az-a Gülafər xanım özü ünvanlayıb. Şikayətçi əməkdaşımızla söhbətində bildirib ki, o, uzun illər Rasim Daşdəmirovun evində xadimə kimi işləsə də, sabiq icra başçısı ona əmək haqqı ödəməyib, əvəzində 6 sot torpaq sahəsi verib.
Bir müddət keçdikdən sonra da Daşdəmirov Gülafər xanımın həmin torpaq sahəsində tikdirdiyi evdən çıxmasını tələb edib. İsmayılovanın iddiasına görə, sabiq məmur, hətta, onu oğlunu öldürəcəyi ilə də hədələyib:
“Evimiz 2017-ci ilin yanvarın 25-də sökülüb. O torpağı mənə Gəncənin keçmiş icra başçısı Rasim Daşdəmirov vermişdi. Mən iş axtaran zaman ona rast gəlmişəm, kaş ki, heç rast gəlməzdim. Əslində, aylıq maaş olaraq 300 dollara razılaşmışdıq. Amma o pulu verməkdən imtina etdi. Onun Novxanıdakı 4 mərtəbəli villasında təmizlik işlərinə baxırdım. Mənə dedi ki, evimdə 10 il işlə, sənə 6 sot torpaq verəcəm, özünə ev tik, razılaşdım. Bu hadisə 1998-ci ildə olub. Bu torpaqda birtəhər özümə koma düzəldib, balalarımı başıma yığdım. Torpağın mənə aid olduğuna dair bir sənəd istədim ki, ürəyim sakitləşsin. Dedim, 10 il demirsən, lap evində 15 il işləyəcəm.
Qayıtdı ki, canlı sənəd mənəm. Torpağı mən vermişəmsə, arxanda da dayanmışam. Digər bağ evlərində işləyə-işləyə uşaqları böyütdüm. Qızım anadangəlmə şikəstdir. 20 il birtəhər dolandıq, yenicə “nəfəs almağa” başlamışdım ki, oğlum hərbi xidmətə yollandı. Bir müddət sonra Rasim Daşdəmirov bizə gəldi.
Qapını təpiklə açıb girdi içəri. Dedim, nə məsələdir? Qayıtdı ki, uşaqların burnunun fırtığı ilə böyüdülər, ərin də sizi atıb Qarabağa vuruşmağa getdi, indi də oğlun əsgərliyə gedib. Məni hədələdi ki, əgər bu torpaqdan çıxmasan, oğlunu əsgərlikdə öldürtdürəcəm. Dedi, şikəstini də götür, çıx get burdan. Dedim, heç olmasa, qapında işlədiyimin pulunu ver. Heç nə demədən, “Prado”suna oturub getdi. Oğlu Elşad polis işləyir. Bizə gələndə dərdimi dedim. O da vəziyyətin fərqində olduğunu, atası ilə bacarmadığını bildirdi. Gördü ki, ayağımda ayaqqabım yoxdu, 20 manat verdi ki, get özünə ayaqqabı al. Elə bildim ki, əsgər anasına bir dünya verdi. Həmin pulla hərbi hissəyə gedib oğlumun sağ olduğunu gördüm, rahatlaşdım. 2013-cü ildə məktub gəldi ki, Rasim Daşdəmirovun torpağından çıxmadığınız üçün sizi məhkəməyə veriblər. Mən də Kərimzadə Əziz adlı vəkillə danışdım. O da dələduz imiş, hazırda türmədədir. Vəkil bizdən 3500 manat pul aldı ki, evinizə sənəd düzəldəcəm. İnəyimin birini satıb pulu vermişəm. Sonradan araşdırdım ki, bu torpaq Rasimin deyil, Su İdarəsinin balansında imiş. Abşeronun polis rəisi İsmayılov Namiq var idi, indi Binəqədidə işləyir. Gəldi bizim vəziyyəti gördü, çox dəstək oldu. Allah ondan razı olsun. 2013-cü ildə Rasim yenə qapıya gəldi, dedi ki, 2000 dollar verəcəm, get özünə ev tik. Dedim, 2000 dollara necə ev tikim? Qayıtdı ki, heç o pulu da vermirəm. Bunu görən anam insult keçirib, vəfat etdi. Bir nəvəm oldu, o da xəstə doğuldu. Daha sonra biri də oldu, öldü. Gəlinim də dedi ki, mən bu həyətdə yaşaya bilmərəm, qorxuram. Beləcə oğlumun da ailəsi dağıldı. Zaur Azad oğlu Quliyev adlı vəkil tutdum. Dedim, səndən əvvəlki vəkil pulu aldı çıxdı aradan. Yalvardım ki, mənə kömək elə. Dedi, sənin üçün bu işi 1000 manata görərəm. Birtəhər borc tapdım, verdim ona.
Zaur bir-iki dəfə gedib-gəldi ki, ora pul lazımdı, bura pul lazımdı. Beləcə bacımın da qızıllarını satıb pulunu ona verdim. Sən demə, heç bu işlə maraqlanmırmış. Zaura nə qədər zəng vurdum, telefonlarıma cavab vermədi. İcraçılar gəldi başımızın üstünü kəsdirdi. Axırda Zauru tapdım ki, niyə apelyasiya şikayəti verməmisən? Qayıtdı ki, Sumqayıt məhkəməsində mənə dedilər ki, Rasim Daşdəmirovun “arxa”sı güclüdür, sənin başına oyun gətirə bilərlər. Axırda da gəlib evimizi başımıza uçurtdular.
Getməyə də yerimiz yox idi. Bir-iki ay kirayədə qaldım, ödənişi edə bilmədim. İndi də bir adam ev verib ki, sənə yazığım gəlir, qal burda. Ondan sonra bir də Rasim Daşdəmirovu görmədim. Evimiz söküləndə oğlu gəlmişdi, acı mənzərəni görüb, dözə bilmədi, çıxdı getdi. Zemfira İbrahimqızı adlı qadın var, Rasimin işlərini görür, bütün dələduzluqları edən də o qadındır. İndi o dağılan evimizin yeri də boşdur. 200 min manata satışa qoyublar. Heç kim də almır ki, bu həyətdə ah-nalə var”.
Qeyd edək ki, Rasim Daşdəmirov Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. Məsələ ilə bağlı sözügedən qurumla əlaqə saxlasaq da, Daşdəmirovun yalnız iclasdan iclasa təşkilata gəldiyini, onun əlaqə nömrəsini bilmədiklərini söylədilər. İstənilə halda qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Nadir Qafarzadənin “Maral”ını erməni xalq mahnısını kimi təqdim edən Anjelika Abramyan adlı vizajisti azərbaycanlı hakkerlər cəzalandırıb.
Paylaşdığı videoda “Maral” oxuduğu və onu erməni xalq mahnısı adlandırdığı üçün Nadir Qafarzadəni özündən çıxaran erməni qızın instaqram səhifəsini yerli hakkerlər ələ keçirib. Hakkerlər onun paylaşdığı videonu siliblər, həmçinin Azərbaycanla bağlı paylaşımlar edib və ermənilərin törədikləri vəhşiliklərin şəkil və videolarını paylaşıblar.
Xatırladaq ki, video sosial şəbəkələrdə paylaşılıb, müzakirələrə çevrilmişdi. Abramyanın instaqram səhifəsini dünəndən bəri azərbaycanlı istifadəçilər şikayət edib.
Median.Az xəbər verir ki, bu barədə Trend-ə Zooloji Parkın direktoru Azər Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, Bakı Zooloji Parkının Moskva Zooloji Parkı ilə müqaviləsi əsasında bir cüt “Dağıstan turu” dağ keçisi, 3 baş göy qulaqlı qırqovul quşu, 3 baş mandarin ördəyi, xalçaya bənzər piton gətirilib.
Direktor bildirib ki, hazırda parkda təmir-tikinti işləri aparılır. A.Hüseynov qeyd edib ki, təmir işləri başa çatdıqdan sonra yer qalarsa, yeni heyvanların gətirilməsi nəzərdən keçirilə bilər. Qeyd edək ki, bundan öncə Trend Bakı Zooloji Parkının Daşkənd Zooloji Parkı ilə müqaviləsi əsasında Heyvanat Parkına bir lama, bir yallı qoyun (Afrika faunasına aid), bir çəhrayı qutan, bir quzğun və bir iri yapalağın gətirilməsi barədə məlumat vermişdi.
Median.Az a24.az-a istinadən xəbər verir ki, sabiq nazir Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Fazil Məmmədovun vəziyyəti barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, sabiq nazirin özündən əvvəl qardaşı da Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Onun hansı səbəbdən xəstəxanaya çatdırılması barədə heç bir məlumat yoxdur.
Şəmkirdə məktəbin həyətində ölüm hadisəsi baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə rayonun Çənlibel kəndində qeydə alınıb. Kənd sakini, 6-cı sinif şagirdi, 2003-cü il təvəllüdlü Məhərrəmov Elgün Gündüz oğlu məktəbin həyətində yoldaşları ilə oynayan zaman anidən yerə yıxılıb. Dərhal həkim çağırılsa da, onun dünyasını dəyişdiyi məlum olub. Ölümün səbəbi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Daxili işlər orqanlarınnın əməkdaşları tərəfindən şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən “Minval”-a verilən məlumata görə, mart ayının son günlərində Bakı şəhər sakini olan 3 qadın Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək naməlum şəxsin ayrı-ayrı ünvanlarda onlara hücum etdiyini və qulaqlarındakı qızıl sırğaları götürərək qaçdığını bildirib. Dərhal idarədə yaradılan əməliyyat-istintaq qrupu tərəfindən həmin şəxsin axtarışlarına başlanılıb. “İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, həmin cinayətləri törətməkdə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş İftixar Əzizov saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin aprelin 1-də Nəsimi rayonu A.Mustafayev küçəsində 9 yaşlı bir qızın qarşısını kəsdiyi və onun qulağında dəyəri 300 manat olan qızıl sırğaları dartıb qaçaraq oğurladığı məlum olub. İ.Əzizov istintaqa verdiyi ifadəsində ələ keçirdiyi qızıl-zinət əşyalarını satdığını bildirib.
Верховный суд Азербайджана рассмотрел кассационную жалобу жителя столицы Насруллы Загидулина (1963-го года рождения), осужденного по статье 126.3 (умышленное причинение тяжкого вреда здоровью, повлекшее по неосторожности смерть потерпевшего) УК Азербайджана.
Как сообщает Median.Аz, 24 декабря 2014-го года в Сабаильском районе Насрулла Загидулин находясь в нетрезвом состоянии умышленно нанес знакомому Игорю Самойленко (1982-го года рождения) руками и ногами несколько ударов в различные части тела. Помещенный с побоями в Клинический медецинский центр потерпевший спустя 3 дня скончался. В этот день его мать Мая Батолова обратилась в 8-е отделение полиции Сабаильского РУП, вследствии чего районная прокуратура возбудила уголовное дело. Насруллу Загидулина задержали и передали следствию.
Отметим, что Н.Загидулин ранее был судим и провел в местах лишения свободы 27 лет.
Бакинский суд по тяжким преступлениям приговорил обвиняемого к 11 годам лишения свободы.
Бакинский Апелляционный суд оставил приговор суда первой инстанции в силе.
В связи с этим Н.Загидулин подал кассационную жалобу.
Верховный суд рассмотрев кассационную жалобу, не удовлетворил ее и оставил приговор в силе.