Month: April 2018

  • Bakıda şirkətə silahlı basqın edilib – TƏFƏRRÜAT – VİDEO

    Bakıda turizm şirkətinə basqın olub. Maskalı şəxs şirkətin mühasibinə 10-a yaxın bıçaq zərbəsi vurub.

    Hadisə ötən gün paytaxtın Yasamal rayonu Məhəmməd Naxçıvani küçəsi 15 ünvanındakı turizm şirkətinin ofisinin qarşısında baş verib. Məlumata görə, şirkətin mühasibi Tərxan Namazov külli miqdarda pulla ofisdən çıxıb avtomobilə tərəf gedərkən maskalı şəxs ona hücum edərək bıçaqla bir neçə zərbə vurub. Əlindəki pul olan çantanı alıb qaçmaq istəsə də, Tərxan ona müqavimət göstərib. Bu səbəbdən də o, çox bıçaq zərbəsi alıb.

    Ağır yaralı Tərxan Namazovu yaxınlıqdakı taksi sürücülərindən biri dərhal 1 saylı şəhər kliniki tibbi mərkəzə aparıb. O, dərhal əməliyyat edilib. Həkimlərin verdiyi məlumata görə, onun bədəninin müxtəlif nahiyyələrindən 10-a yaxın bıçaq zərbələri aşkar edilib. Hazırda Tərxan Namazov reanimasiya şöbəsində həkim nəzarəti altındadır.

    Tərxan Namazova bıçaqla hücum edəndən sonra qaçan şəxsin dalınca başqa bir taksi sürücüsü qaçsa da, tuta bilməyib. Məlumata görə, maskalı cinayətkar hündür boylu və qarabuğdayı olub. Hadisə barədə 27-ci polis bölməsinə məlumat daxil olan kimi hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələrək araşdırmalara başlayıblar.

    Turizm şirkətinin müdiri Vəli Dünyamalıyevin sözlərinə görə, ilkin ehtimal kimi həmin şəxs onun əlində pulun olduğunu bilərək basqın edib.

    Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis bölməsindən verilən məlumata görə, hadisə ilə əlaqədar hələ ki, saxlanılan yoxdur. Amma əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Şəhid qızını avtomobillə vuraraq öldürən biznesmen oğlu məhkəməyə gəlmədi

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

    “Report”un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin məhkəməyə gətirilmədiyi elan olunub.

    Hakim bildirib ki, Bakı İstintaq Təcridxanasından məhkəməyə məktub daxil olub.

    Məktubda qeyd edilib ki, R.Rəhimovun səhhətində problem yaranıb, onun qızdırması var. O, tibb müəssisəsində müalicə alır.

    Məhkəmə prosesi mayın 3-dək təxirə salınıb.

    Xatırladaq ki, dövlət ittihamçısı çıxışında R.Rəhimovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Qeyd edək ki, Bakı şəhər prokurorluğunun və şəhər Baş Polis İdarəsinin ötən il noyabrın 8-də Səbail rayonunda baş vermiş qəza ilə bağlı yaydığı məlumata əsasən, Səbail rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

    Belə ki, ötən ilin noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurması, sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsi və sürücünün hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan – 2000-ci il təvəllüdlü Rəhim Rəhimov tərəfindən idarə edilməsi müəyyən edildiyindən cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib. O, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Xatırladaq ki, qəzanı törədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

    Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

  • Müğənni Aynur Dadaşova yenidən qayıtdı ” Görənlər onu tanımadı ” – FOTO

    Müğənnilik sənətindən uzaqlaşan Aynur Dadaşova yeni görünüşü ilə diqqət çəkib

    Bir neçə müddətdir ki, sənətdən uzaqlaşan müğənni Aynur hər kəsi heyrətləndirib.Məclislərin birində çıxıs edən müğənni ilə stilist Samiraldo şəkil çəkdirərək öz sosial şəbəkəsində paylaşıb. Xanım müğənnini görən izləyicilər ilk əvvəl onu tanımasalar da, sonradan onun Aynur Dadaşova olduğunu biliblər.

  • Bakıda daha bir liseydə qalmaqal – Şagirdi intim fotoları ilə şantaj edirlər

    Bakı şəhər sakini A.M.-dən şantaj yolu ilə külli miqdarda pul alıblar. Məktəblinin intim xarakterli şəkli ilə bağlı növbəti qalmaqal bu dəfə Bakıdakı tədris müəssisələrinin birində — Türk Anadolu Liseyində baş verib.

    Bu barədə paytaxtın daxili işlər orqanlarından sputnik-ə məlumat verilib..

    Belə ki, aprelin 18-də polisə 45 yaşlı kişi müraciət edib. O bildirib ki, 2002-ci il təvəllüdlü qızı şantajın qurbanı olub. Mətanət adlı qadın kişini qızının intim xarakterli şəklini yaymaqla hədələyib. Bildirib ki, əgər ona 4 min dollar verməsə, qızının intim şəklini bütün liseyə yayacaq və qızı biabır edəcək. Şantajçı qadın pulu öz qurbanından alıb. Lakin bundan dərhal sonra zərərçəkmiş polisə müraciət edib.

    Hazırda şantaj yolu ilə pul tələb etmə faktını Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi araşdırır. Apreln 24-də faktla bağlı cinayət işi qaldırılıb. Cinayətin törədildiyi şərait aydınlaşdırılır. Hələlik faktla bağlı saxlanılan şəxs yoxdur.

  • “Azərbaycanda “qurd yağı” biznesi var, insanı 6 aya öldürür” – FOTO

    Elə bir dövrdə yaşayırıq ki, mistik qüvvələrlə bağlı qəti qənaətə gəlmək olmur. Bəzi insanlar cinin, cadunun, tilsimin olduğunu israr edir, bəziləri bu şeylərin adı çəkilən kimi gülürlər.

    Median.Az xəbər verir ki, metbuat.az insanların bu marağını nəzərə alıb, suallarımızı Azərbaycandan kənarda yaşayıb, fəaliyyət göstərən ekstrasens, parapsixoloq, metafizik Zərinə Ulduza ünvanlayıb. O iddia edir ki, bioenerji, gizli elm və neqativ enerjilərlə işləyə, onları yönləndirə, zərərsizləşdirə bilir.

    – İlk sualımız belə olsun: Cadu varmı?

    – Cadu, ovsun, sehir, tilsim… hamısı var. Bu “Quran”da da təsdiqlənib. Ağ-qara magiya var, hətta bunların qarşığından qırmızı magiya da yaradılıb.

    – Bəs mistik aləm mövcuddurmu, cin varmı, varsa, bu cin insanın içinə necə girir?

    – Bəli var. İndi belədi ki, kim falçıya gedir ya deyirlər sənin içinə cin girib, ya da cadu olunmusan. Əslində, bu suala insan özü daha yaxşı cavab verə bilər. Hava qaralanda içinə cin girən insanlarda narahatçılıq yaranmağa başlayır. Bunun üçün falçıya filana getmək lazım deyil. Bir termin var gizli elmlərə aid. 4 hərfdən ibarət işarədir. Hər bir insan bu termini vərəqə yazır, həmin kağızı 1 stəkan suya atır və həmin suyu içir. İnsanın içində müəyyən qüvvələr varsa, artıq onu narahat edəcək. İnsanın içinə cin giribsə, “Rükuyə”, “Cin” surələrini oxuya bilər. Ümumiyyətlə, insana təsir edəcək çox qüvvə var. Cindən də dəhşətliləri var. Lənətli ruhlar var, olar ərafda ortada qalıblar. Ən qorxulu qüvvələr onlardı.

    – Niyə insanın içinə cin girsin ki? Bu necə olur?

    – Bəzən insanlar qaynar suyu yerə tökür və “bismillah” demirlər. Bu zaman biz cinlərə ziyan vurmuş oluruq. Cinlərin intiqam hissi insanların intiqam hissindən güclüdür. Və onlar başlayırlar qisas almağa. Ya evdəki uşaqları incidirlər, ya evə hücum edərək ortalığı dağıdırlar, ya da insanın içinə girib ona olmazın əzablar verirlər. Bizimlə bərabər çox varlıqlar yaşayır. Sadəcə, onları görmürük.

    – Nə edək ki, bu yad canlılar insanların aləminə toxunmasın?

    – Qüsul alıb “Əlqələm”, “Nas”, “Fələq”, “İxlas”surələrini oxumaqla neqativ enerjilərdən qorunmaq olar.

    – Deyirlər gecə güzgüyə baxdıqda cin insanın bədəninə girir, doğrudurmu?

    – Güzgünü mən canlı hesab edirəm. Güzgü insanın neqativ enerjisini özünə götürür. Bir nəfər təzə evə köçür, görür evdə böyük güzgü var. Adətən böyük güzgülər baha olur. Adam “uf” demədən güzgünü götürüb zibilə atır. Çünki əvvəlki ailənin bütün neqativ enerjisi həmin güzgüyə çöküb.

    – Bizim oxucularımıza varlamaq üçün bir çıxış yolu deyin.

    – Əvvəlcə insan varlanmaq üçün qarşısına məqsəd qoyub, çalışmalıdır və mübariz olmalıdır. Sonra “Ayətəl-kürsi” duasının 4 hüddamı var, onları oxumalıdır. Bu dua üçün 4 varlıq ayrılıb. İnsan bunu oxuyanda həmin ayənin yetkililəri yerə enir ki, Allahın bu bəndəsi onları niyə çağırıb, diləyi, istəyi nədir?.. Və bunu həyata keçirməyə çalışırlar. Sıxıntıda, işi çətində, darda olanlar, borca düşənlərinsə “Mücür” duasını oxuması məsləhətdir.

    – Məsələn, həbsdə olanlar hansı duanı oxumalıdır? Hansı dua onlara həbsdən çıxmağa yardım edə bilər?

    – “İxlas”, “Fələq” surələrinin oxunması məsləhətdir.

    – Qurd yağı varmı? Bu yağ nə olan şeydir?

    – Qurd yağı toksid maddədir. İnsan ölür, onu dəfn edrilər, qamış bitkisini həmin təzə qəbirə salırlar. 40 günün içində bədən boşalır, cəsəd qurdlayır, qamışın içi boş olduğundan qurdlar da onun içinə dolur. Və həmin qurdları çıxardıb satırlar. Artıq bu bir qrup insanların biznesinə çevirilib. Qurd yağının heç bir gizli gücü yoxdur. Ancaq elə bir toksid maddədir ki, nə ilə yuyulsa da, sürtülən yerdən getmir. İnsan bədəninə bir dəfə dəydisə, hepatitdən də təhlükəli virus daşıyıcısıdır. 6 ay ərzində insanı bu zəhərli maddə məhv edir.

    – Deyirlər caduya qarşı qoruyucu var. Doğrudurmu?

    – Bir insana cadu olunursa, ona qoruyucu qoyulur və adı dəyişdirilir. Bu belədir ki, bu qoruyucunu qoyan kahinlər insanın adını və ana adını metofizika aləmində dəyişirlər. Ona görə də həmin adama cadu olunduqda cin onu tanımır. Hər cür müddətli qoruyucular var.

    – Ailənin dağılması üçün cadu olunubsa, onu necə batil etmək olar?

    – Əvvəl bu dəqiqləşdirilməlidir. Hər iki insanın adına “Quran” xət olunmalı və 1 stəkan suya “Fatiheyi-şərif”, “İxlas”, “Nəs”, “Fələq” surələrinin hərəsi 7 dəfə oxunub cütlüyə içirilməlidir.

    – Evində cadu olanlara nə çarə deyə bilərsiniz?

    – Həmin cadu tapılmalıdır, üzərində 7 ədəd dəfnə yarpağı yandırıb axar suya atılmalıdır. Bu cür batil edilir.

  • Aktrisa illər sonra sevgisini etiraf etdi – VİDEO

    Əməkdar artist Nahidə Orucova bu gün “Səhər-Səhər”də maraqlı etirafı ilə diqqətləri üzərinə çəkib

    Median.Az xəbər verir ki, ARB kanalında yayımlanan ” Səhər-Səhər ” verlişi zamanı aparıcı Elgiz üzünü aktrisaya tutaraq “Mən istəyirəm sizin gənclik sevginiz olan şəxsin oğlunu dəvət edim. Bildiyim qədər indi də sevirsiniz onu” ifadəsini işlədib. Əməkdar artist ELgizin sözlərini təsdiq edib.
    Aparıcı xalq artisti Ramiz Novruzun oğlu Cavidanı efirə dəvət edib.
    Verilişdən həmin kadrları sizə təqdim edirik.

  • Gəncədə zorla evləndirilən həddi-buluğa çatmamış qıza qarşı ərindən DƏHŞƏTLİ ƏMƏL: hamının önündə…

    Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Elsevər Qurbanzadənin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    İttihama görə, ötən il dekabnrın 19-da Gəncənin Nizami rayonu ərazisində yerləşən “Əminə” supermarketində Elsevər Qurbanzadə arvadı, 18 yaşlı Sevinc Quliyevaya çoxsaylı bıçaq zərbələri vurub.

    Sevinc Quliyeva işlədiyi həmin marketin işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

    Məlum olub ki, Sevinc Quliyevanı valideynləri həddi-buluğa çatmamış ərə verib. Valideynləri onu bu evliliyə məcbur ediblər. Bu səbəbdən də nikah rəsmiləşdirilməyib.

    Elsevər Qurbanzadə ilə birlikdə yaşadıqları müddətdə cütlük arasında tez-tez münaqişələr baş verirmiş. Nəticədə Sevinc Quliyeva ərindən ayrılaraq ata evinə qayıdıb.

    Elsevər Qurbanzadə isə bunu özünə qarşı təhqir hesab edərək arvadını cəzalandırmaq qərarına gəlib.

    Bu məqsədlə dekabrın 19-da özü ilə bıçaq götürən Elsevər Qurbanzadə arvadının işlədiyi marketə gəlib, ona çoxsaylı bıçaq zərbələri vurmaqla, cinayət əməlini başa çatdırıb.

    İstintaq araşdırması zamanı məlum olub ki, Elsevər Qurbanzadə Sevinc Quliyeva ilə yetkinlik yaşına çatmadığı zamanda intim əlaqədə olub.

    Bu səbəbdən ona adam öldürməkdən əlavə, yetkinlik yaşına çatmayan Sevinc Quliyeva ilə intim əlaqədə olmaq ittihamı verilib.

    İstintaq orqanı tərəfindən Elsevər Qurbanzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

    İttihama münasibət bildirən Elsevər Qurbanzadə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, qeyd edib ki, Sevinc Quliyevanın xüsusi amansızlıqla öldürmək niyyəti olmayıb.

    Valideynlərinin məsləhəti ilə Sevinc Quliyeva ilə ailə quran Elsevər Qurbanzadə qeyd edib ki, arvadının ondan xəbərsiz evdən getməsinə əsəbiləşib: “Bu səbəbdən onu cəzalandırmaq qərarına gəldim. Bu məqsədlə Sevincin işlədiyi marketə getdim. Onu evə qayıtmasına yola gətirmək istədim. Amma o, öz bildiyini dedi. Mən də onu bıçaqla vurdum”.

    Təqsirləndirilən şəxs ailə həyatı quran zaman yetkinlik yaşına çatmayan şəxslə intim əlaqədə olmağın cinayət olduğunu bilmədiyini deyib.

    Növbəti proses mayın 4-də davam edəcək.publika.az

  • O elə dəyişdiki görənlər şok oldu – VİDEO



    Tanınmış stilist Pərviz Mirzəyev müğənni-meyxanaçı Samirənin imicini dəyişib

    Meyxanaçı Samirənin makiyajla inanılmaz dərəcədə dəyişməsi hər kəsi heyrətləndirib.
    Tanınmış stilist Pərviz Mirzəyev müğənni-meyxanaçı Samirənin imicini dəyişib.
    Median.Az xəbər verir ki, stilist Samirənin makiyajdan əvvəl və sonrakı görüntülərini sosial şəbəkədə paylaşıb.
    Meyxanaçı Samirənin makiyajla inanılmaz dərəcədə dəyişməsi hər kəsi heyrətə gətirib

  • SOCAR и BP подписали новое соглашение

    Вчера SOCAR и BP подписали новое соглашение о долевом разделе добычи (HPBS) для проведения совместной разведки и разработки блока D230 в бассейне Северного Абшерона в азербайджанском секторе Каспийского моря.

    Как передает Median.Az со ссылкой на сайт SOCAR, соглашение было подписано президентом SOCAR Ровнагом Абдуллаевым и генеральным исполнительным директором группы BP Бобом Дадли при участии президента Азербайджана Ильхама Алиева и премьер-министра Великобритании Терезы Мэй в Лондоне.

    Выступивший на церемонии подписания президент SOCAR Ровнаг Абдуллаев заявил, что подписанное соглашение построено на принципах равенства и справедливости, и будет играть важную роль в совместном использовании природных ресурсов Азербайджана с максимальной эффективностью.

    Генеральный исполнительный директор группы BP Боб Дадли отметил, что соглашение нацелено на поддержку долгосрочной добычи в Азербайджане и изучение новых возможностей SOCAR и BP на Каспии.

  • В Дашкесане неизвестный ранил ножом жителя Гянджи

    Как сообщает Median.Az, накануне в г.Дашкесан неизвестный ранил в область живота жителя г.Гянджа Ниджата Пирвердиева (1994-го года рождения) и скрылся. Потерпевший сначала был доставлен в Центральную районную больницу, а затем после оказанной первой помощи переведен в Гянджинскую больницу скорой помощи.

    Факт расследуется сотрудниками Дашкесанского РОП.