Month: April 2018

  • Полиция задержала Гаджиева с автоматом

    Сотрудниками 5-го отделения Бинагадинского районного управления полиции проведена очередная операция по выявлению и изъятию незаконно хранимого огнестрельного оружия, сообщает пресс-служба МВД.

    Согласно информации, в 5-е отделение полиции поступила информация о том, что ранее судимый Анар Гаджиев незаконно хранит оружие и собирается его продать. Мужчина был задержан. Во время осмотра в ручной клади А.Гаджиева были обнаружены и изъяты автомат Калашникова, магазин и патроны.

    Собранные в отделении полиции материалы для расследования были направлены в Следственный отдел Бинагадинского районного управления полиции.

  • Фаик Агаев: «Кичиться тем, что ты – из деревни – так же глупо и бессмысленно, как и гордиться тем, что ты – городской»

    На протяжении нескольких дней в Азнете не утихают споры вокруг высказывания главы отдела маркетинга Бакинского метрополитена Лалы Бабаевой.

    Напомним, что скандал разразился после того, как глава отдела маркетинга Бакинского метрополитена Л.Бабаева, отвечая на критику работы метрополитена, связала проблемы в его работе с тем, что в Баку слишком много выходцев из районов.

    «Бакинское метро было бы чистым и удобным, если бы все, кто пишет çastpik, вернулись в свои деревни», – написала девушка, чем вызвала волну возмущения в социальных сетях.

    Данное высказывание вызвало «войну» в соцсетях между «городскими» и «деревенскими». Во избежание массовой травли, Л. Бабаева принесла свои извинения за некорректное высказывание.

    «Сожалею, что мой комментарий, который вызвал возмущение, был неправильно понят. Этот мой комментарий не отражает точку зрения того учреждения, в котором я работаю. По этой причине я как гражданка Азербайджана сожалею, что мое сообщение вызвало такой отклик в обществе, и приношу свои извинения соотечественникам», – написала на своей странице Лала Бабаева.

    Не обошел стороной данный инцидент и народный артист Азербайджана Фаик Агаев. Являясь активным звездным пользователем соцсетей, певец написал на своей странице в социальной сети facebook следующие слова:

    «Кичиться тем, что ты – из деревни – так же глупо и бессмысленно, как и гордиться тем, что ты – городской. Пустой пафос. Главное – искренне придерживаться правил общества, умение быть попросту воспитанным».

    Народный артист сопроводил данное высказывание хэштегом  –#men_fexr_edirem_ki_Azerbaycanliyam («Я горжусь тем, что Азербайджанец»).

    Р.А.

  • Keçmiş nazirin qərarını yeni nazir ləğv etdi – FOTO

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş nazir Səlim Müslümovun vaxtında elan etdiyi müsabiqə ləğv olunub.

    Müsabiqə haqda elan S. Müslümov vəzifədən azad olunmazdan bir gün əvvəl verilib. Müsabiqənin mövzusu “Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi” olub və QHT-lər üçün nəzərdə tutulub. Tədbirin mayın 4-də keçiriləcəyi elan olunub.

    Lakin dünən nazirlik həmin müsabiqəni ləğv edib və bu gün rəsmi mətbuatda bu haqda elan yayıb. Tədbirin ləğv olunmasının səbəbləri açıqlanmayıb./qafqazinfo


  • Kəndlilər Bakının mühitini korlayırmı? Bakı sakinləri cavab verir – Videosorğu

    Dünən “Bakı Metropoliteni”nin Marketinq və Reklam şöbəsinin rəisi Lalə Babayevanın sosial şəbəkədə yazdığı bir status insanların narazılığı ilə qarşılandı. Lalə xanım kənd adamlarının kənddə qalmalı olduqlarını, gəlişləri ilə metronu zibillədiklərini yazmışdı.

    Onun “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı” sözlərinə qarşı dünən Facebook sosial şəbəkəsində “Hamımız kəndçiyik” həşteqi ilə kampaniya başladıldı. Lalə Babayeva öncə üzr istəsə də sonradan yenə öz fikrində qaldığını bildirib. “Əgər kəndçilər öz kəndlərində qalsa, metroda daha çox yer olacaq” Bu məsələylə bağlı “Bizim Yol” şəhər sakinləri arasında sorğu keçirdi.Videoçarxı təqdim edirik:

  • Ermənistanda etiraz aksiyaları yenidən başladı

    Ermənistanda müxalifətin vətəndaş itaətsizliyi aksiyaları yenidən başlayıb.

    Median.Az TASS agentliyinə istinadla xəbər verir ki, etirazçılar Yerevanda mərkəzi küçələri bağlayıblar.

    Onlar Nikol Paşinyanın baş nazir olmasını tələb edirlər.

    “Respublika Partiyasının baş nazir vəzifəsinə namizəd irəli sürməyə mənəvi haqqı yoxdur. Xalqın namizədi Nikol Paşinyandır”, – etiraz aksiyalarının liderlərindən biri olan David Sanasaryan deyib.

    Zvartnots aeroportuna gedən yol tamamilə qapadılıb.

    Kütləvi aksiyalar Ermənistanın bir neçə şəhərində də bərpa edilib. “Aravot” qəzetinin məlumatına görə, hazırda Gümrünün Vardanants meydanına yüzlərlə insan yığışıb.

  • Azərbaycan Uşaqlar Birliyinin sədri rüşvətxorluqda ittiham edilir

    Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin cinayət işinin detalları məlum olub.

    Median.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, ittiham aktına əsasən, QHT sədri öz qulluq mövqeyindən istifadə etməklə, aldatma və etibardan sui-istifadə edib, özgənin xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib, vətəndaşları rüşvət verməyə təhrik edib.

    Bundan başqa, o, vətəndaşı xidməti vəzifəsinin icrası ilə əlaqədar ediləcək hərəkətin müqabilində səlahiyyətli vəzifəli şəxsə rüşvət verməyə təhrik edib və həmin əməli təkrarən törədib.

    Belə ki, K.Ağazadə 1998-ci ilin oktyabr ayından hazırkı vaxtadək Azərbaycan Uşaqlar Birliyinin sədri vəzifəsində işləyərkən Səhiyyə Nazirliyi HİV/AİDS, vərəm və malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosu və Səhiyyə Nazirliyi arasında Qlobal Fondun “Əhalinin riskli qrupları və vətəndaş cəmiyyətinin iştirakı ilə milli imkanlarının genişləndirilməsi, profilaktika və müalicənin gücləndirilməsi vasitəsi ilə Azərbaycanda HİV/AİDS epidemiyasına qarşı cavab tədbirlərinin mükəmmələşdirilməsi” lahiyəsinin tətbiqi üçün 2015-ci ilin avqust ayının 17-də Həcər Kəngərli, Mahir Bayramov və Mahirə Sadıqova ilə beş ay müddətinə göstərilən işlərin yerinə yetirilməsi üçün fərdi qaydada müqavilə bağlayıb.

    Həmin müqavilənin müddəti bitdikdən sonra o, Səhiyyə Nazirliyində işləyən aidiyyəti vəzifəli şəxsə rüşvət verməklə əməkdaşlıq müqaviləsinin müddətinin uzadılmasını və bunun əsasında onlarla yenidən xidmət müqaviləsi bağlayacağının mümkün olduğunu bildirib.

    K.Ağazadə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə, vəzifəli şəxsə verilməsi üçün alınacaq rüşvətin müqabilində həmin işi həll edəcəyini yalandan vəd verib. O, 2015-ci ilin sentyabr və oktyabr ayında Azərbaycan Uşaqlar Birliyinin faktiki fəaliyyət göstərdiyi binasında hissə-hissə olmaqla, Həcər Kəngərlidən 3600 manat, Mahir Bayramovdan 2100 manat və Mahirə Sadıqovadan 2100 manat olmaqla, ümumilikdə 7800 manat məbləğində pul alıb, özünün şəxsi ehtiyaclarına xərcləyib.

    K.Ağazadə Cinayət Məcəlləsinin 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.2-ci (ələ alma, sövdələşmə, təhrik etmə, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddələri ilə ittiham edilir.

    Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

    K.Ağazadənin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Zeynal Ağayevin sədrliyi ilə, aprelin 30-da baxılacaq.

  • Müəllimlərin işə qəbul qaydası dəyişir

    Bu il müəllimlərin və direktorların işə qəbulu qaydalarına dəyişikliklər ediləcək.

    Bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib.

    Onun sözlərinə görə, müəllimlərin işə qəbul qaydaları ilə bağlı layihə hazırlanıb, qaydalarda yeniliklərin tətbiqi planlaşdırılır:

    “Müəllimlərin işə qəbul qaydaları növbəti həftələrdə təsdiq olunacaq. Layihə təsdiqləndikdən sonra əlavə məlumat veriləcək”.

    E. Bağırov qeyd edib ki, bu il məktəb direktorlarının işə qəbulu ilə bağlı müsabiqənin keçirilməsi də nəzərdə tutulub:

    “Direktorların işə qəbulu qaydalarında dəyişikliklər ediləcək. Lakin hələlik qaydalar hazır deyil”.

  • Eltondan şou biznes nümayəndələrinə sərt ismarıc ” Bilirik kim kimdir ” – FOTO

    Sənətçi şou-biznes nümayəndələrinin əksəriyyətini ikiüzlü adlandırıb.

    Median.Az -ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev “O başdannan” verilişində deyib.
    Sənətçi şou-biznes nümayəndələrinin əksəriyyətini ikiüzlü adlandırıb: “Kameralara işləyənlər 4 sözdən artıq danışa bilmirlər. Kameraya işləmirəm, necəyəmsə, eləyəm. Keçmişimi danmamışam. Anam tum sataraq məni böyüdüb, xoşbəxtəm. İkincisi isə kişiliyimi itirməmişəm. Heç kimin də haqqını yeyə bilmərəm. Səhvlər etmişəm, amma həddimi aşmamışam. Aşanda isə anamın və atamın qarşısında aşmışam, dövlət səviyyəsində yox. Bu gün sərbəstliklə tərbiyəsizliyi səhv salan məxluqların məni müzakirə etməsi lazım deyil. Hamı efirdə gördüyünün başına and içə bilər. Amma biz yaxşı bilirik kim kimdir”.

  • Məmmədyarov futbolda uduzmalarından danışdı

    Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VI tur başa çatıb.

    Hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çin təmsilçisi Dinq Lirenlə heç-heçə oynayıb.

    Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov partiyadan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:

    “Berlindəki oyunu unutmamışam. Sadəcə indi fərqli vəziyyətdir. İddiaçılar Turnirində Lirenə uduzduğum partiyada ağ fiqurlarla oynayırdım. Berlində yalnız qələbə haqqında düşünürdüm. İndi qara fiqurlarla oynayırdım, ona görə heç-heçə normal nəticədir.

    Yeni debüt seçimi etdim, sadəcə üstünlük qazana bilmədim. Rəqib çox ehtiyatlı oynayırdı. Ona görə də səhvlər demək olar ki, olmadı. Bununla belə, qarşıdakı turlara daha ciddi hazırlaşacağam. Çünki hələ turnir cədvəlində çox şey dəyişə bilər”.

    İstirahət günü barədə danışan Məmmədyarov futbol yarışında finalda uduzduqları “Dünya yığması”nın heyəti barədə danışıb:

    “Futbol çox maraqlı anlarla yadda qaldı. İlk görüşdə təşkilatçılardan formalaşan komandanı 8:0 hesabıyla məğlub etdik. Sonradan finalda “Dünya yığma”sına qarşı oynadıq. Yorğunluq təsirsiz ötüşmədi. Əgər ilk görüşdə əcnəbi şahmatçılarla qarşılaşsaydıq, onları məğlub edəcəkdik. Finala gücümüz qalmadı.

    Həm də bizim heyətdə orta yaşlı oyunçular çox idi. Finalda 1:2 hesabıyla uduzduq. Rəqib komandada Dinq Liren, Denis Xismatulin və təbii ki, Maqnus Karlseni xüsusi qeyd edərdim. Maqnus şahmatla yanaşı, futbolu da yaxşı oynayır”./oxu.az

  • По всей Армении возобновились протесты – ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

    Оппозиция Армении возобновила акции гражданского неповиновения.

    Демонстранты перекрыли несколько центральных улиц Еревана, требуя избрания своего лидера Никола Пашиняна премьер-министром страны, передаёт Median.Az со ссылкой на ТАСС.

    “Республиканская партия не имеет морального права выдвигать кандидата на пост премьера. Кандидат от народа – Никол Пашинян”, – заявил один из лидеров демонстрантов Давид Санасарян.

    Дорога в аэропорт в Звартноц также перекрыта сторонниками оппозиции.

    Оппозиционные шествия и акции гражданского неповиновения также возобновились в нескольких городах страны. По сообщению газеты “Аравот”, в эти минуты несколько сот человек собрались на площади Вардананц в городе Гюмри. Похожая ситуация и в городах Ванадзор, Арташат и Маралик. В 12:00 по местному времени по призыву лидера оппозиции Пашиняна его сторонники готовятся остановить движение своих автомобилей по всей стране на 20 минут.