Month: April 2018

  • “Ana-balanın ikisini də öldürdüm” – Ömürlük həbs olunan qatilin dəhşətli etirafları – VİDEO

    ARB TV-nin “Rezonans” verilişində bu dəfə Bəxtiyar Cəfərovun həbsxana hekayələrindən bəhs olunub.

    Bəxtiyar Cəfərov törətdiyi dəhşətli cinayətdən danışıb:

    “Mingəçevirdə doğulmuşam. Rusiyada yaşayırdım. Qarabağ döyüşləri zamanı silah alıb evə qoymuşdum ki, özümü, ailəmi qoruyum. Evimi axtarıb silahı tapdılar və mənim azərbaycanlıları silahlandırdığım damğasıyla həbs etdilər. 2 il həbs cəzası aldım. Ust-Kut şəhərinin rəisinin qızını oğurlamaq böhtanı ilə məni yenidən həbsə atdılar. Bu dəfə 9 il iş verdilər. O cəzanın il yarımını çəkib, girovla azadlığa çıxdım. Bundan sonra vətənimə qayıtdım.

    Qonşuluqda ana-bala ailə yaşayır. Bunu deyən dostum demişdi ki, orada qızıl-pul var. Mən də getməmişdən öncə maraqlandım, dostum dedi ki, balası evdə olmayanda anasına hədə-qorxu gəlib almaq olar. Getdim onlara və hər ikisi evdə idi. Özüm o hadisədə şikəst qaldım. Barmaqlarımın 4-ü kəsildi, 2-si sağaldı, 2-si şikəst qaldı. Özüm 3 bıçaq yarası aldım, onları isə çoxsaylı bıçaq zərbələri ilə öldürdüm. Güllə qorxusunda, ölüm anında olan insan Allaha daha yaxın olur. Mən tövbə edib ibadətə başladım. Hiss elədim ki, o vaxtkı mən, məndən uzaqlaşdı. Ölüm hökmünə layiq görüldüm, amma o da ömürlük həbslə əvəzləndi.

    10 fevral 1998-ci ili artıq mən ad günü kimi qeyd edirəm. Ölüm hökmünün ləğv olduğu gün mənim doğum günümdür. 3 il qorxu içində güllələnməyimi gözlədim. 23 ildir ki, həbsxanadayam. Nə gələnim var, nə gedənim. Bir gün azadlıqda olmaq üçün yerdə qalan ömrümü fəda edərdim. Qohumlarım zəngimə belə cavab vermir. Ailəm Rusiyadadır, elə bilirlər ölmüşəm. Bəlkə bu verilişə baxıb gördülər. Onlardan səsimə səs vermələrini rica edirəm”.

  • Taksi sürücülərinin nəzərinə! – Cərimə olunacaqsız (VİDEO)

    Taksi fəaliyyəti ilə məşğul olan sürücülər avtomobillərinə taksometr cihazı qoymasalar cərimə eiləcəklər.

    Bununla bağlı məsələ ötən gün İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə yer alıb.

    Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov mövzu ilə bağlı bildirib ki, hazırda Bakı şəhərində çox az taksi fəaliyəti ilə məşğul olan avtomobillərdə taksometr var. Onun sözlərinə görə, taksometr cihazının bütün bu işlə məşğul olan avtomobillərə quraşdırılması olduqca çətindir.

    Qeyd edək ki, məsələ bir müddət əvvəl gündəmə gəldikdə Dövlət Yol Polisi taksi sürücülərinə bu qurğu olmadığına görə İnzibati Xətalar Məcəllləsinin 322.0.2-ci maddəsinə əsasən 40-50 manat cərimə yazırdılar. Amma dünən təsdiqlənən dəyişikliyə görə, təkcə taksometrin olmamasına görə yox, həm də onun nasaz və ya plombu pozulmuş olmasına görə cərimə müəyyən edilir. Amma həmin cərimə yanlız gələn ilin yanvar ayından tətbiq edilə bilər.

    Yəni bu o deməkdir ki, həmin müddətə qədər taksi fəaliyyəti ilə məşğul olan şəxslər avtomobillərinə taksometr cihazı quraşdırmalıdırlar. Əks halda yanvarın 1-dən 40-50 manat cərimə ediləcəklər.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

  • Hüseyn Abdullayevin həbsi ilə bağlı ŞOK DETALLAR

    İstintaq Hüseyn Adbullayevin Bakıdakı əlaqələrini və “kuratorlarını” axtarır.

    Türkiyədə həbs olunaraq Azərbaycana gətirilən sabiq deputat, “Quska” ləqəbli Hüseyn Abdullayev yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək. Median.Az Musavat.com-a istinadən bildirir ki, bu haqda onun vəkili Ruhid Əkbərov məlumat verib. Vəkil deyib ki, müvəkkili Azərbaycana gətiriləndən sonra istintaq hərəkətləri gerçəkləşdirilməyə başlayıb. Onu vergi cinayətləri ilə bağlı sorğu-sual edirlər. Hüseyn Abdullayev barəsində 6 il əvvəl, 2012-ci ildə Cinayət Məcəlləsinin 213-cü – külli miqdarda vergidən yayınma maddəsi ilə cinayət işi başlanıb. Həmin vaxt sabiq deputat ölkədən qaçdığı üçün barəsində həbsli axtarış elan olunmuşdu. Onu bir müddət beynəlxalq polis təşkilatı – İnterpol xətti ilə də bütün dünyada axtarırdılar. 
    Sonradan Hüseyn Abdullayevin adı beynəlxalq polis təşkilatının axtarış siyahılarından çıxarıldı.

    Azərbaycandan qaçaq düşəndən sonra Almaniyada məskunlaşan Hüseyn Abdullayev vəsaitlərinin böyük qismini bu ölkəyə transfer edərək, bizneslə məşğul olmağa başlayıb. Çoxsaylı evlər alıb, təmir etdirəndən sonra onları kirayəyə verən, ayrıca, eyni işi Avstriyada da həyata keçirdən Hüseyn Abdullayev bu iki ölkədə kiçik zavodlar da açıb. Barəsində beynəlxalq axtarış dayandırılandan sonra isə sabiq deputat bir sıra Qərb dövlətləri ilə yanaşı, Türkiyəyə də ayaq açıb. Orada da özünün biznesini yaratmağa başlayıb. Musavat.com-un əldə etdiyi məlumatlarda deyilir ki, H.Abdullayev Türkiyədə daha çox inşaat sektoruna yatırım edib və artıq bu ölkədə özünün ofisini qurub. Onun ofisində həm də Hüseyn Abdullayevin sosial şəbəkə hesablarının idarə edilməsini həyata keçirdən qrup da fəaliyyət göstərir.

    Hüseyn Abdullayev Almaniya hökumətinin verdiyi pasporta o qədər güvənirmiş ki, özünün hansısa bir ölkədə həbs olunaraq Azərbaycana verilə biləcəyini ağlına da gətirmirmiş. O, ötən ilin yay tətilini anası və digər yaxınları ilə bərabər Ağdəniz sahillərindəki otellərdən birində keçirdib. Müntəzəm olaraq Türkiyəyə gedib-gələn Hüseyn Abdullayev bu ölkədə Azərbaycandan gələn tərəfdaşları və ölkəmizdəki “kuratorların” adamları ilə görüşür, təlimat alır, ya da özünə yaxın tərəfdarlarını qəbul edərək, müvafiq təlimatlar verirmiş. Təbii ki, bu haqda Azərbaycan hakimiyyətinin xəbəri olub. Lakin hər hansı bir skandal yaratmamaq üçün Azərbaycan istintaq orqanları onu Türkiyədə həbs etməyiblər.

    O zamana qədər ki, Avropada yeni peyda olan “söyüş müxalifəti”nin H. Abdullayevlə və onun Bakıdakı “kurator”larla birbaşa əlaqələri üzə çıxıb. Azərbaycan xüsusi xidmət orqanları müəyyən ediblər ki,  Avropadakı “söyüş müxalifəti”ni də, Əli Kərimlinin Avropa ölkələrindəki qruplarını da “Quska” ləqəbli Hüseyn Abdullayev üzərindən maliyyələşdirir və koordinasiya edirlər. Bu koordinatorlardan biri Azərbaycanın sabiq baş naziri Abbas Abbasovdur. İddialara görə, digər bir gizli iqtidar düşməni Avropa ölkələrindən birində səfir vəzifəsində çalışan tanınmış simadır. Bu qruplaşmanın mərkəzi isə Bakıda yerləşirmiş. Musavat.com belə məlumat əldə edib ki, hazırda istintaq H.Abdullayevin üzərindən həyata keçirilən bu sirli çevrəni müəyyən etmək üçün ciddi istintaq hərəkətləri aparır.

    Hüseyn Abdullayevin Türkiyədə həbs olunması təfərrüatları da maraqlıdır. Bəziləri istintaq sirri olduğu üçün bunu açıqlamırıq. Lakin onu bildirək ki, H.Abdullayev çox “məşhur” əyləncə mərkəzlərindən birində həbs olunub. Həmin yer Türkiyənin çox ünlü ticarət mərkəzi kompleksi nəzdindədir. Həmin nəhəng kompleksin üstü isə yaşayış binalarıdır və orada H. Abdullayevin mənzili var. Azərbaycan istintaq orqanlarının, Türkiyədəki həmkarları ilə bərabər keçirtdiyi əməliyyat 3 gün çəkib və nəticədə H.Abdullayevi məhz qeyri-iş günündə saxlayıb, Bakıya gətirmək qərara alınıb. İddialara görə, bunu özünün də səbəbi var: “Filan səfirlik həmin gün işləmir və bu səbəbdən də adamları olan ”Quska”nın yardımına yetişə bilməzdi”…

    Mənbə əmindir ki, Hüseyn Abdullayev çox tezliklə ötəcək: “Bundan əvvəl, qısamüddətli həbsi dönəmində o, özünü çox biabırçı aparıb. Ağlayır, yalvarır, saatlarla qışqırır, kömək istəyirdi. Belə adamların bərkdə əli yoxdur və tezliklə Hüseyn Abdullayev istintaqla əməkdaşlığa gedəcək”… Bu da o deməkdir ki, indiki hakimiyyətin müəyyən eşelonunda yer alan bəzi məmurların, eləcə də iqtidardan uzaqlaşdırılan bir sıra oliqarxların “başları” gedəcək. Onlardan biri də sabiq təhlükəsizlik naziri Eldar Mahmudovdur.

    Eldar Mahmudov hələ nazir olarkən H.Abdullayevin əsas kuratoru olub. Sirr deyil ki, Hüseyn Abdullayev 2005-ci ildə parlamentə Eldar Mahmudovun siyahısı üzrə düşə bilmişdi. Onun parlamentdə hakimiyyətin qüdrətli məmurlarına qarşı məlum çıxışlarının tezislərinin də Mahmudovun nazirliyində hazırlandığı iddia olunur. 2007-ci ildə həbsindən sonra onun “yüngül srok”la azadlığa buraxılmasında da bu gün kuratoru kimi adıçəkilən Eldar Mahmudovun birbaşa rolu olub. Bundan başqa, Hüseyn Abdullayevin Qərb dövlətlərindən birinin ölkəmizdəki səfiri ilə də münasibətləri, əlaqələri haqda bilgilər var. Sabiq deputatın həmin səfirin derektivləri ilə çıxışlar etdiyi də iddia olunur. Mümkündür ki, Hüseyn Abdullayevə qarşı yaxın zamanlarda vergi cinayətləri ilə yanaşı, digər ittihamlar da irəli sürüləcək. Onun cinayət işində sürpriz isimlərin olacağı da dolaşan xəbərlər sırasındadır.

    “Yeni Müsavat”a daxil olan digər bir məlumata görə, Hüseyn Abdullayev xaricdə olan narazı elektoratla da yaxınlıq etmək, onlara maliyyə dəstəyi vermək kimi hərəkətləri konkret tapşırıqla icra edib (O, maliyyə dəstəyi verən həmin kəsimi özünün çevrəsində “çuşka” adlandırıb, onların bir işə yaramadıqlarını deməkdən də çəkinməyib). Bakıda ona kuratorluq edən Eldar Mahmudovla Almaniyada 2014-cü ilin sonlarında görüşməsi də bir faktdır. Eldar Mahmudov hələ vəzifədə olarkən Hüseyn Abdullayevlə Almaniyada görüşüb müzakirələr aparıb, narazı qüvvələrlə iş aparılması ətrafında fikir mübadiləsində bulunub. Mümkündür ki, Eldar Mahmudovun da adı Hüseyn Abdullayevin cinayət işi üzrə fiqurantlar sırasında çəkiləcək…

    Məsələnin maraqlı tərəfi budur ki, vaxtilə xalqa və indiki iqtidarın müxaliflərinə qarşı bir sıra cinayət əməli törədən Hüseyn Abdullayev Avropaya yerləşdikdən sonra siyasi müxalifətlə, xüsusi ilə də Milli Şura və Əli Kərimli ilə əlaqələr yaradıb, onlara ciddi maliyyə dəstəyi verib. Zamanında iş adamlarına, jurnalistlərə qarşı zorakılıq edib cinayətlərə imza atan Hüseyn Abdullayevin bu cinayətlərə görə də mühakimə ediləcyini gözləmək olar. 

  • Mitinq və aksiyalara görə qadağaları pozanlara yeni cəzalar təklif edilir

    Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif olunur.

    Dəyişikliklərə əsasən, mitinq, küçə yürüşləri, nümayiş, piket və digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qadağaların pozulmasına görə yeni cəzalar müəyyənləşdirilir.

    Layihəyə görə, yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlərin, habelə digər kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qoyulmuş qadağa və ya məhdudiyyətlərə əməl olunmamasına görə fiziki şəxslər 300 manatdan 500 manata qədər cərimə edilir və ya işin halları, pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, 30 günədək müddətdə inzibati həbs tətbiq olunur.

    Vəzifəli şəxslər isə 600 manatdan 900 manata qədər cərimələnir, hüquqi şəxslər isə 4 000 manatdan 6 000 manata qədər cərimə cəzası alır.

    Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl iclaslarından birində müzakirəyə çıxarılacaq.

  • Ramil Usubovdan yeni – TƏYİNAT

    Bakının polis bölmələrindən birinə yeni rəis təyin olunub.

    Median.Az Report-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə polis polkovniki Yasər İbadov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi təyin edilib.

    Qeyd edək ki, Yasər İbadov bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini olub.

  • Yevlaxda qadın qəza törətdi: Ölən var – FOTO + YENİLƏNİB

    Yevlax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində yaralanan şəxslərin adı məlum olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, yaralılar – avtomobilin sürücüsü Yevlax şəhər sakini, 1965-ci il təvəllüdlü Faidə Elxan qızı Məmmədova, sərnişinlər – Qaradağ rayonunun Çaylı qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ağamalıyev Yusif Ehsan oğlu, Yevlax şəhər sakini, Ağamalıyev Emil Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Hadisə nəticəsində ölən şəxsin sürücünün bacısı olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az Report-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol qəzasında ölən və yaralananların olduğu bildirilir.

    İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb.

    Qəza zamanı sərnişinlərdən biri ölüb, daha iki nəfər isə yaralanıb. Qadın sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

    Faktla bağlı araşdırma aparılır.


  • Vaqif Əsədovdan avtoqəzalarla bağlı – MÜRACİƏT

    Yollarda hərəkətin təhlükəsizliyinin etibarlı təminatı istiqamətində qabaqcıl metod və texnologiyalardan geniş istifadə olunur. Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmaqla bərabər, başqalarının hüquq və vəzifələrinə münasibətdə həssas olmalıdır. Bu həssaslıq təkcə yol polisini yox, bütün ictimaiyyəti maraqlandırır.

    Bunu Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

    O bildirib ki, hər bir insanın ən böyük amalı təhlükəsiz yaşamaqdır:

    “Ancaq necə yaşamaq – ehtiyatla, yoxsa ehtiyatsızlıqla? Hər bir halda təkcə qanunun tələbi deyil, intellektual təfəkkür də deyir ki, ehtiyatla yaşamayanda, səhlənkərlıq edəndə nəticə ağır olur.

    Bunu bilə-bilə bəzən o qədər səhlənkarlığa yol verilir ki, sonda bizi qayğılandıran nəticənin həlli üçün kömək axtarırıq. Əgər nəzərə alsaq ki, avtoqəza hadisələrindən sonra bəzən geriyə – istintaq etməyə, sual verməyə insan qalmır ki, onu qınayaq, soruşaq ki, “hara tələsirdin?”…

    Təhlil və ümumləşdirmələr göstərir ki, baş verən hər avtoqəza hadisələri o qədər fərdi mahiyyət daşıyır ki, vəziyyəti tamamilə dəyişmək, ümumiyyətlə, insan tələfatı ilə nəticələnən, yaxud əmlaka dəyən zərəri aradan qaldırmaq olar.

    Qanunu bilmək, yaxud biməmək insanı məsuliyyətdən azad etmir. Çünki insanın törətdiyi təqsirli əmələ görə hüquqi vəziyyətinə qanun qiymət verir. Başqa sözlə desək, insanın bütün həyatını yalnız ictimai məsuliyyət və şəxsi intizamı təşkil edir. İnsanı məsuliyyətli edən, təhlükəsiz edən onun əməlləridir, davranışlarıdır.

    Əməl, davranış nədir, necə təyin edilir? Mübahisəli deyil. Sadə məntiq bundan ibarətdir ki, hər bir hərəkət iştirakçısı – piyada, sürücü yollarda qaydalara əməl etməlidir. Düşünək ki, təhlükəsiz yaşamağın ən böyük qaydası, məsuliyyət yaradan həqiqətlərə – qanunlara, qanun keşikçilərinin hüquq və vəzifələrinə həssas yanaşmadır.

    Cəmiyyətin üzvü olaraq, hər birimiz özümüzü qorumağa məsul olmalı, hamının bildiyi qaydalara əməl etməklə qalmayıb, bütün cəmiyyətə bu vərdişi aşılamağa təşəbbüskar olmalıyıq.

    Doğrudan da, təhlükəsiz və sağlam yaşamaq istəyiriksə, hamılıqla qəbul edilən umumi qaydalara əməl etməliyik”.

  • Milli Məclisin növbəti iclaslarının vaxtı müəyyənləşib

    Milli Məclisin növbəti iki iclasının tarixi və gündəliyi müəyyənləşib.

    Mayın 1-i və 4-ü keçiriləcək plenar iclasların gündəliyinə 52 məsələ daxil edilib.

    Bunların arasında “Kütləvi İnformasiya Vasitələri haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Sosial sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqlarının qorunması haqqında” və digər qanunlara dəyişikliklər var.

  • Россия возвращает граждан из-за границы

    Россия начала кампанию, нацеленную на возвращение 60 000 граждан, обучающихся за границей.

    По данным государственного информагентства «РИА Новости», маркетинговая кампания является ответом на «русофобские настроения» в отношении проживающих за рубежом студентов.

    Кампанию, анонсированную 16 апреля, возглавляет Россотрудничество, отвечающее за формирование имиджа России и поддержку проживающих за рубежом граждан.

    Как заявляют в ведомстве, «внутренняя политика в ряде стран и в Европе, в частности, все чаще носит ярко выраженный антироссийский характер».

    Многие из этих стран, в том числе США, обвинили российское правительство в организации покушения на бывшего двойного агента Сергея Скрипаля и его дочь в британском Солсбери. Скрипали выжили, но серьезно пострадали.

  • Saipem покидает Азербайджан

    Несколько крупных иностранных компаний закрывают свои представительства и филиалы в Азербайджане.

    Как передает Median.Az со ссылкой на Минналогов, компания «ABB. AS» объявила о ликвидации своего филиала в Азербайджанской Республике. Кредиторы могут предъявить свои требования по адресу: Баку, ул. Низами, дом 90а, Landmark Ofis Plaza, 12-й этаж.

    Также о ликвидации своего филиала в Азербайджане объявляет компания «KONGSBERG OİL and GAS TECHNOLOGİES A.S». Кредиторы могут предъявить свои требования по адресу: Баку, проспект Нефтчиляр 153, Бизнес-центр Port Baku Trues, Южная башня, 9-ый этаж.

    Еще две компании, которые объявили о ликвидации своих представительств в Азербайджане – «İNTEREX SERVİCE GROUP LLP» и «NOVACOTEK TRANSPORTATİON AND DELİVERY SERVİCES LLP» .

    Также закрыто азербайджанское представительство компании «Saipem S.p.A». Компания является одним из мировых лидеров по услугам для нефтегазового сектора с особым акцентом на инженерном и техническом обеспечении для морских проектов.

    Кредиторы могут в течение двух месяцев предъявить требования в течение двух месяцев в офисе компании по адресу ул. Низами, 96 (Landmark-1, 3-й этаж).

    Отметим, что консорциум TAP AG подписал с Saipem SpA договор EPCI (проектирование, закупки, строительство и установка) по строительству морского участка проекта TAP.