Month: April 2018

  • В Иране найдена мумия предпоследнего шаха

    В Иране на месте захоронения предпоследнего Шаха Резы Пехлеви найдена мумия. Предположительно, это тело самого шаха, местонахождение которого ранее не было известно, передает Median.Az со ссылкой на Iran Front Page.

    Останки были найдены во время реконструкции мемориального комплекса Шах-Абдул-Азим в городе Рей. Реза Пехлеви отрекся от престола и в 1944-м году умер в изгнании в Южной Африке. В 1950-м году его сын, Мохаммед Реза Пехлеви, построил неподалеку от мемориального комплекса году мавзолей Резы Пехлеви, но в 1980-м году, после исламской революции, он был разрушен. Само же тело найдено не было — считалось, что его в 1979-м году забрал сын шаха.

    По мнению главы Совета по культурному наследию Тегерана Хассана Халилабади, мумия может быть телом покойного шаха. Само тело будет перезахоронено после того, как его изучат эксперты. Внук шаха, ныне проживающий в США наследный принц Реза Пехлеви, в Твиттере велел Ирану «ничего не скрывать».

  • Братья, пытавшиеся убить человека в Говсане осуждены на 25 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителей столицы Кямрана и Имрана Юсифзаде, обвиняемых по статье 29,120.2.1 (покушение на умышленное убийство, совершенное группой лиц по предварительному сговору) УК Азербайджана.

    Как сообщает Median.Az, 29-го ноября прошлого года в поселке Говсан, в парикмахерской Кямран и Имран Юсифзаде повздорили с Рахман Салимовым (1990-го года рождения). В результате разборки браться нанесли последнему несколько ножевых ранений, вследствии чего тот был доставлен в клиническую больницу №3 и прооперирован. Его жизнь врачам удалось спасти, братья Юсифзаде были задержаны сотрудниками 30-го отделения полиции Сураханского РУП и переданы следствию.

    Суд приговорил К.Юсифзаде к 13, И.Юсифзаде к 12 годам лишения свободы.

  • Курс доллара на среду

    Центральный банк Азербайджана объявил официальный курс маната к доллару на 25 апреля.

    Как сообщили в ЦБА, официальный курс доллара США к манату был установлен на уровне 1,7000 маната.

  • Ильхам Алиев в Турции – ФОТО

    Начался официальный визит в Турцию президента Азербайджана Ильхама Алиева.

    В аэропорту главу государства встретил руководитель турецко-азербайджанской межпарламентской группы дружбы Неджет Унувар и другие официальные лица.

    Отметим, президент Ильхам Алиев примет участие на VII заседании Совета стратегического сотрудничества высокого уровня Азербайджан-Турция, встретится с президентом Турции Реджепом Тайипом Эрдоганом.

    В ходе визита стороны обсудят двусторонние отношения, а также региональные и международные вопросы.



  • Azərbaycan telekanalında: “Arvaddan qorxmayan, Allahdan qorxmaz” – VİDEO

    “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qonaqlardan birinin açıqlaması marağa səbəb olub.

    Proqramda bu dəfə “evdə hökmran kimdir?” mövzusu ətraında müzakirələr aparılıb.

    Verilişə dəvət alan şair Arzu Əsədov çıxışı zamanı bildirib ki, hökmran elə qadın olsa yaxşıdır:

    “Cavanlıqda düşünürdüm ki, kişilərin sözü keçməlidir. Üstündən 5, 10 il keçdikdən sonradan bu fikirdən daşındım. İndi düşünürəm ki, həyat yoldaşım hökmranlıq eləsə yaxşıdır. Arvaddan qorxmayan, Allahdan qorxmaz”.

    Proqramda iştirak edən müğənni Samirə Yusifqızı isə onun bu sözlərinə kəskin münasibət bildirib:

    “Qadının evdə hökmran olması, kişidən asılıdır.  Əgər o, özünü kişi kimi göstərmirsə, həmin evdə mütləq qadın hökmran olacaq. Arzu Əsədov indi atıb “zadniyə” arvadı verib qabağa”.
    /minval.info

  • PA rəsmisi: Danışıqlar baş tutmasa, torpaqları hərbi yolla qaytaracağıq – VIDEO

    Ermənilər böyük dövlət yaratmaq istəyirlər.

    Onların dənizdən-dənizə adlanan ideyası var. Çox səhv ideyadır, buna heç vaxt nail ola bilməyəcəklər. Bu ideyanın başında kilsə dayanıb.

    Median.Az-ın ATV-yə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev deyib.

    “Bu günləri Serj Sarkisyan, sabah başqası, onlardan asılı olmayaraq, ermənilərin belə ideyası var.

    Əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan dövləti bundan sonra da çox qüdrətli olmalıdır və bütün səylərin qarşısını almalıdır”, – deyə R. Mehdiyev vurğulayıb.

    “Biz istəyirik ki, məsələni diplomatik danışıqlar yolu ilə həll edək, çünki müharibə istər-istəməz insan tələfatı ilənəticələnir. Azərbaycan 15 ildə çox geniş inkişaf edib.

    Cənab prezidentin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan bu gün dünyada tanınır. Prezidentin məqsədi ondan ibarətdir ki, bu məsələni danışıqlar yolu ilə həll edək.

    Lakin bu baş tutmasa, bizim başqa yolumuz yoxdur – biz torpaqlarımızı qaytarmalıyıq, sərhədlərimizi bərpa etməliyik – məcburuq, müharibə yolu ilə münaqişəni həll edək”.

  • Bakının Hüseyn Cavid prospektində hərəkət qismən məhdudlaşdırılacaq

    Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu Hüseyn Cavid prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 24 aprel 2018-ci il tarixində adı çəkilən ünvanlarda axşam saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

    Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qismən məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

    Agentlik sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etməyi tövsiyə edir və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələrini xahiş edir.

  • Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə iki günlük səfəri başlayıb.

    Bu, aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn dövlət başçısı İlham Əliyevin xarici ölkəyə ilk səfəridir.

    Aprelin 24-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidentinin şərəfinə şam yeməyi verəcək.

    Prezident İlham Əliyev səfər çərçivəsində R.T.Ərdoğanla təkbətək və geniş tərkibdə görüş keçirəcək. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırki vəziyyəti və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.

    Bundan başqa Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclası keçiriləcək. Azərbaycan və Türkiyə prezidentləri toplantıda iştirak edəcəklər.

    Prezident İlham Əliyevin səfəri aprelin 25-də başa çatacaq.

  • Metropolitendən kənddən gələnləri təhqir edən işçi haqda açıqlama: “Şəxsi fikridir”

    Bu gün sosial şəbəkələrdə və bir sıra saytlarda “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin xidmət şöbəsinin rəisi Lalə Babayevanın kəndlərdən şəhərə gələn vətəndaşlar üçün işlətdiyi sərt ifadələr müzakirə edilir.

    Məsələyə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən (QSC) münasibət öyrəndik.

    Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, Lalə Babayeva şəbəkələrdə müzakirə edilən fikirləri qurum adından yazılmadığı üçün buna görə metropoliten rəhbərliyi məsuliyyət daşımır:

    “Məsələ ilə bağlı heç nə deyə bilmərəm. Xanım metropoliten əməkdaşı olsa da, yazdıqları onun şəxsi düşüncələridir. Özünün şəxsi hesabından yazıb. 4 ildir mətbuat xidmətinin rəhbəri mənəm və qurumun adından mən çıxış edirəm. Bütün qurumlarda olduğu kimi bizim də müxtəlif fikir və düşüncədə olan yüzlərlə əməkdaşımız var. Biz onların şəxsi fikirlərinə görə məsuliyyət daşıya bilmərik. Onun şəxsi fikirlərinə şəxsi münasibətimi soruşsaz, təbii ki, düzgün hesab eləmirəm. Emosialarına yenilərək kifayət qədər səhv fikirlər qeyd edib”.

    Xatırladaq ki, L.Babayeva sosial şəbəkənin aktiv istifadəçilərdəndir. Paylaşımlardan birində kəndlərdən gələn vətəndaşların metrodan istifadə zamanı qatarları zibillədiklərini irəli sürərək, kəndlərdən gələnləri təhqir edib.

  • Bakıda “elektrik hücumu”: Sakinlərə əsl şok yaşatdılar

    Paytaxtın müxtəlif ərazilərində elektrik şəbəkəsində yaranmış yüksək gərginlik nəticəsində məişət əşyaları sıradan çıxıb

    Bakının Xətai rayonunda elektrik şəbəkəsində yaranmış yüksək gərginlik nəticəsində onlarla mənzilin məişət əşyaları sıradan çıxıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu şoku yaşayanlardan biri də Nəsrəddin Tusi küçəsindəki 22 saylı binanın sakini Alyona Salayevadır.

    O bildirib ki, səhər saat 08:00 radələrində mətbəxdən gələn səsə oyanıb. Eyni zamanda mənzildə olan bütün elektrik cihazları yanıb-sönürmüş. Bir neçə dəqiqə içində Salayevanın bahalı soyuducusu, mikrodalğalı sobası, internet-modemi, kombi cihazı və hətta lampaların patronları sıradan çıxıb. “Elektrik hücumu”ndan xilas olan məişət cihazları isə paltaryuyan maşın, televizor və vanna otağındakı lampadır ki, onlar da elektrikdən ayrı olublar.

    Salayeva bildirib ki, hadisədən dərhal sonra “Azərişıq” ASC-yə müraciət edib. Oradan isə bildiriblər ki, bu barədə ASC-nin rayon şöbəsinə müraciət etmək lazımdır.

    Zərərçəkmiş əmindir ki, ona dəyən maddi ziyana görə kompensasiya ala bilməyəcək. Lakin o, ona dəyən zərərin əvəzi ödənilənə qədər sakit durmayacağını bildirib.

    Elektrik şəbəkəsində yüksək gərginlik təkcə Salayevanın mənzilində qeydə alınmayıb. Onun sözlərinə görə, qonşularının hamısının elektrik xəttinə qoşulu olan məişət cihazları sıradan çıxıb. Qonşunun mənzilindəki stabilizator son həftə ərzində gərginliyin 60-dan 380 voltadək yüksəldiyini göstərib. Yeri gəlmişkən, həmin cihaz aprelin 23-ü səhər tezdən ən maksimal rəqəmi göstərib.

    Baş vermiş hadisəni Sputnik Azərbaycan-a şərh edən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev, hətta abonentlər şöbəyə müraciət etsələr belə, məsələ ilə bağlı “Elektrik enerjisindən istifadə qaydaları”na uyğun olaraq hərtərəfli araşdırma tələb olunduğunu deyib.

    “Azərişıq”dan onu da bildiriblər ki, hər bir vətəndaşın mənzilində elektrik alətlərini yüksək gərginlikdən qorumaq üçün avtomat quraşdırılmalıdır: “Əgər avtomat yoxdursa, o zaman dəyən ziyana görə vətəndaş özü məsuliyyət daşıyır”.

    Bununla yanaşı, “Elektrik enerjisindən istifadə qaydaları”nın 10-cu maddəsinə görə, enerji sistemdə və ya enerji təchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəyibsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.

    T.Mustafayev isə elektrik şəbəkəsində baş vermiş yüksək gərginlik nəticəsində istehlakçılara dəyən ziyanın ödənilib-ödənilməyəcəyi barədə sualı şərh etməkdən yayınıb. Baxmayaraq ki, enerji təchizatı müəssisəsinin günahı ucbatından istehlakçılara külli miqdarda zərər dəyib.

    Salayevanın bu barədə “Facebook” sosial şəbəkəsində yazdıqlarını şərh edən istifadəçilərdən biri də oxşar vəziyyətin onların Əhmədli qəsəbəsində yerləşən evində də baş verdiyini bildirib. O da qeyd edib ki, yüksək gərginlik səbəbindən onların da evindəki bütün məişət cihazları sıradan çıxıb. Daha sonra başqa bir istifadəçi yaşadığı 8-ci mikrorayon ərazisində də analoji hadisənin baş verdiyini bildirib./sputnik.az