Month: April 2018

  • DYP: VAZ”, “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” sürücülərinin nəzərinə

    Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə nəqliyyat vasitələrini texniki baxışdan keçirilməsi ilə bağlı müraciət edib

    Baş Dövlət Yol Polisi İdarəsi sürücülərin və sahiblərinin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin texniki baxışı davam etdiyi bildirilir: “VAZ”, “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üzrə baxış müddətinin yanvar ayının 1-dən may ayının 1-dək müəyyən edilmişdir. Aprel ayının son günlərində yarana biləcək nəqliyyat sıxlığının qarşısının alınması məqsədilə, Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avdanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzi və respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələri həftənin bütün günləri fəaliyyət göstərir.

    Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər. Həmçinin nəqliyyat vasitələrini texniki baxışa saz vəziyətdə təqdim olunması vacibdir.

    Tərtib olunmuş inzibati protokol əsasında qəbul edilmiş qərar üzrə ödənilməmiş cərimə məbləği və ya qüvvədə olan cərimə balı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə məlumatlar əldə edilə, habelə e-xidmet.mia.gov.az internet portalında qeydiyyatdan keçməklə qərarlı və qərarsız protokollar üzrə plastik kart vasitəsilə ödəniş aparıla bilər.

    Məlumat üçün bildiririk ki, İnzibati Xətalar Məcəlləsinin 339.1 maddəsinin tələbinə müvafiq olaraq, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən müəyyən edilmiş qaydada və müddətdə (texniki baxışdan keçmə müddəti talonunun üzərində iri rəqəmlərlə qeyd olunur) nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslərin 50 manat miqdarında, vəzifəli şəxslərin 100 manat miqdarında, hüquqi şəxslərin isə 300 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur.

  • Депутат: В Азербайджане профессионалов почти нет

    В Азербайджане мало профессиональных бухгалтеров.

    Об этом в понедельник сказал депутат Вахид Ахмедов на очередном заседании комитета по экономической политике, промышленности и предпринимательству.

    Он заявил, что в стране имелась и имеется проблема с бухгалтерами и главными бухгалтерами:

    «У нас профессионалов почти нет, их можно пересчитать по пальцам. Поэтому сейчас неправильно усложнять жизнь бухгалтерам. В будущем это создаст серьезные проблемы предпринимателям.

    Раньше считалось, что если бухгалтер может прочитать баланс, то он профессионал. Но сейчас другие времена, потребности изменились. Мы нуждаемся в новых профессионалах».

  • Ramiz Mehdiyev: “Bu gün yeni təyinatlar olacaq” – VİDEO

    “Cənab prezident gənc kadrları irəli çəkir”

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ATV Xəbər-ə ekskuliziv açıqlamasında daha bir mühim məqama da toxunub.

    O, bundan sonra da yeni təyinatlar zamanı Dövlət Başçısının gənc kadrlara üstünlük verəcəyini deyib: “Bu günləri də təyinatlar olacaq. Bu təyinatlara baxıb görəcəksiniz ki, cənab prezident gənc kadrları irəli çəkir”.

  • Обнаружено место тайного проведения обрядов в Баку

    В результате совместных мероприятий, проведенных Службой госбезопасности, МВД и Госкомитетом по работе с религиозными образованиями, в дачном районе Шихлар поселка Алят Гарадагского района Баку на одном из участков, принадлежащем гражданину АР Рахманлы Рахману, обнаружен тайный нетрадиционный молельный и учебный комплекс, созданный последователями нетрадиционного религиозного течения. В комплексе совершались обряды, к которым привлекались также малолетние дети.

    Как сообщает Median.Az, об этом говорится в информации, распространенной совместно тремя структурами.

    Было отмечено, что на территории незарегистрированной в соответствующем законном порядке «мечети», функционировавшей тайно, было обнаружено и изъято большое количество религиозной литературы, пропагандирующей религиозную рознь:

    «Зафиксированные правонарушения были в соответствующем порядке задокументированы, деятельность в этом месте прекращена».

    В настоящее время в Службе госбезопасности ведется расследование.

  • Əli Elzanın şeir yazan əlindən öpdü – VIDEO

    Əli Mirəliyev Elza Seyidcahanın ünvanına təriflər söyləyib.

    Median.Az-ın məlumatına görə Arb kanalında yayımlanan “Səhər-Səhər” proqramında qonaq olan Elza Seyidcahana verlişin aparicilarından olan Əli Mirəliyev xoş təriflər söyləyib.

    Xüsusi ilə Elzanin yazdığı şeirləri bəyəndiyini deyən E.Mirəliyev onun əllərini göstərərək-” bu əllərdən hər xanimda olmur,öpürəm bu əlləri,vaxt gələcək,illər ötəcək bu şeirlər öz yerini tapacaq” sözlərini deyib.

  • Yeni qatar xəttə buraxıldı – FOTO + VIDEO

    Bu gün aprelin 23-ü Dərnəgül stansiyasında Bakı Metropoliteninin yeni qatarları təqdim olunub.

    QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mətbuata açıqlaması zamanı bildirib ki, önümüzə gələn ay 2-ci qatar istifadəyə buraxılacaq.

    Onun sözlərinə görə: “Rusiyanın Metrovaqonmaş şirkətindən 2 ədəd qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Qatarlardan birinin bu gün təqdimatı keçirilir. Digər ikinci qatar isə onümüzə gələn ay may ayında istifadəyə buraxılacaq.

    Bu qatarlar digər qatarlardan çox fərqlənir. Həm texnologiya imkanları baxımından, həm də komfort baxımından digər qatarlardan cox üstündür. Qatarın bütün avadanlıqlarını 4-cü nəsil avadanlıqlar adlandırmaq olar. Qapıların genişliyi və tutacaqlar sərnişinlərin rahatlığını təmin edir. Fiziki məhdudiyyətli insanların oturmağı üçün ayrıca oturacaq nəzərdə tutulub. Bununla yanaşı qatarda “Touchscreen” ekranlarda mövcuddur. Əlavə olaraq hər vaqonda 16 ədəd olmaqla bütöv bir qatarda 80 ədəd USB port var. Maşinist kabinəsi texnologiya cəhətdən ən yeni cihazlarla təchiz olunub və qatarda müşahidə kameraları mövcuddur. Qatarda mikro iqlim nəzarəti sistemi var. Bundan əlavə tətbiq olunan işıqlandırmalar müxtəlif rəng çalarlarının dəyişdirilməsinə imkan verir. Və ultra bənövşəyi işıqlar vasitəsi ilə qatarın içindəki havanın bioloji və kimyəvi tərkibi yoxlanılır və tənzimlənir.”/baku.ws









  • Prezident daha bir deputata vəzifə verdi – General-mayor postunu tərk etdi

    Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsinə deputat Vüsal Hüseynov təyin olunub.

    Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri General-mayor Firudin Nəbiyev vəzifəsindən azad olunub.

    Qeyd edək ki, Vüsal Hüseynov Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi, Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) təşkilatında Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb./unikal.org

  • Kreml Sarkisyanı qorumaq istəmədi – ŞƏRH

    Ermənistan cəmiyyətinin qatil Serj Sarkisyandan qurtulması bölgədəki durumu dəyişir.

    Bunu oxu.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

    “Rusiya və Qərb Ermənistanda yeni lider uğrunda mübarizəyə başlayacaqlar. Ancaq yeni gələcək baş nazir Rusiya və Qərb arasında manevr etmək imkanında deyil. Ermənistan Rusiyanın təsir dairəsindədir”, – politoloq bildirib.

    O əlavə edib ki, Kreml Sarkisyanı qorumaq istəmədi, ancaq bu, o demək deyil ki, Ermənistandan imtina etmək fikrindədir:

    “Rusiya Sarkisyanın yerinə öz adamını oturtmağa çalışacaq, ya da yeni baş naziri “Rusiyasız hərəkət edə bilməzsən” reallığını qəbul etdirməyə çalışacaq. Buna baxmayaraq, Qərb də yeni baş nazir uğrunda mübarizəyə başlayacaq”.

    Şahinoğlunun sözlərinə görə, rəsmi Bakı da ciddi götür-qoy etməlidir:

    “20 ildir Ermənistan Köçəryan-Sarkisyan girovluğunda idi və bu şəxslər işğalı həyata keçirənlərdir, heç zaman münaqişənin sülh yolu ilə həllinə yaşıl işıq yandırmayacaqdılar, necə ki, yandırmadılar.

    İndi Ermənistana yeni gələnlərə Bakıdan mesaj yollamalıdır ki, əgər işğaldan vaz keçsələr və ədalətli sülhə razılaşsalar, bu, Ermənistanın da xeyrinədir”.

    Qeyd edək ki, aprelin 13-dən Ermənistanda Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı etiraz aksiyaları keçirilib. Sarkisyan bu gün istefa verdiyini açıqlayıb.

  • Житель Евлаха задержан за разбой в Низаминском районе

    Как сообщает Median.Az, cотрудники 24-го отделения полиции Низаминского РУП в ходе оперативно-розыскных мер задержали жителя Евлахского района, ранее судимого Саги Эйласова, который 21-го апреля угрожая гражданина Эльмару Хыдырову ножом, отобрал у него 11 манатов.

    В Следственном отделе Низаминского РУП по статье 181.1 (разбой) УК Азербайджана возбуждено уголовное дело.

  • Məşhur türkiyəli mügənni Hadisənin yalanı ortaya çıxıb – FOTO

    Median.Az xəbər verir ki,ötən gecə sevənlərinin qarşisinda konsert proqramı ilə çixiş edən müğənninin görünüşü hər kəsi təəccübləndirib.

    Beləki, Hadisənin artiq kilolu olmasi diqqətdən yayinmayib.Hətda konsert zamani fotoqraflara müğənninin səhnədəki şəkillərinin yaxin planda çəkilməməsi tapşirigi verilib.

    Qeyd edək ki, Hadisə ötən gün “instagram” profilindəki paylaşımı ilə hər kəsi özünə heyran etmişdi.
    Konsertdən sonra müğənninin ariqlamadiğini görənlər onun yalan danişdiğını , “photo-shop ” proqraminin qurbani olduğu bəlli olub.