Rusiyanın paytaxtında “Moskva-Siti” kompleksinin “OKO” qülləsinin 7-ci mərtəbəsində qatı tüstünün yayılması ilə əlaqədar, 300-dən çox insan təxliyə olunub.
Median.Az TASS-a istinadən xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları və qaz xidmətinin əməkdaşları cəlb olunub, tüstünün mənbəyi araşdırılır.
Qeyd edək ki, “OKO” qülləsində 600 mənzil yerləşir. 49 mərtəbəli qüllənin hündürlüyü 260 metrdir.
Как сообщает Median.Az, сотрудники Саатлинского РОП в ходе розыскных мер задержали жителя Имишлинского района Гадира Гулиева, который 17-го апреля примерно в 21 часов на автомобиле марки “Renault” на территории села Гара Нуру сбил жителя района Габиля Мамедова и скрылся. Потерпевший был доставлен в Центральную районную больницу, где его жизнь врачам удалось спасти.
Число задержанных в Ереване демонстрантов, протестующих против избрания премьером Сержа Саргсяна, достигло 84, передает Median.Az cо ссылкой на РИА «Новости».
“В данный момент в полицейские отделения Еревана доставлены 84 человека”, — сказал собеседник агентства.
Акции против избрания премьером Армении бывшего президента Сержа Саргсяна начались 13 апреля.
Оппозиция обвиняет его в неэффективном управлении страной и ухудшении экономической ситуации.
В понедельник митингующие пытались прорваться к зданию парламента, полицейские их оттеснили, в результате столкновений пострадали десятки человек. На следующий день протестующие заявили о начале “бархатной революции” в Армении.
Несколько сотен сторонников оппозиции в субботу вышли на демонстрацию в армянском городе Эчмиадзинe.
Как передает Median.Az cо ссылкой на ТАСС, они перекрыли центральные улицы, скандируют антиправительственные лозунги, призывают горожан примкнуть к акциям протеста.
“Полиция Эчмиадзина контролирует ситуацию. Мы призываем демонстрантов не нарушать общественный порядок и проводить акции исключительно в рамках закона”, – сообщили корреспонденту ТАСС в пресс-службе силового ведомства.
В городах Гюмри и Ванадзор в субботу протестующие вышли на улицу, но стычек с полицией или задержания не было.
“Демонстранты решили устроить автопробег из Гюмри в Ереван, но полиция остановила их из-за многократных нарушения правил дорожного движения”, – сообщили ТАСС из пресс-службы полиции.
Bakı Ağır Cinayətlər Məhkəməsində qaynı olan xalası oğlunu öldürməkdə təqsirləndirilən Seymur Abıyevin məhkəməsi başa çatıb. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosessdə Seymur Abıyev 18 il müddətinə azadlıqdan məhrum edilib. S.Abıyev Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz olan afamı öldürmə) maddələri ilə təqsirli bilinib. S.Abıyev ötən ilin avqustun 12-də Binə qəsəbəsində aralarında yaranmış münaqişə zəminində qaynı Amin Bayramovu qətlə yetirərək həyətində basdırıb.
Təqsirləndirilən şəxs Amin Bayramovu öldürməsinin səbəbini belə danışıb: “Mənə borcu var idi. Söhbət edəndə dedi ki, “arvadımdan xoşun gəlir?”. Mən də bunu başa saldım ki, ayıbdır, bu yaxşı hərəkət, danışıq deyil. Onu başa saldım. Sonra gedib adama bir pivə aldıq. İçəndən sonra yenə mənə olan borcunun qarşılığında arvadını təklif etdi. O an beynim çöndü. Dəmiri yerdən götürüb, bir neçə dəfə vurdum. Elə vuran kimi də öldü. Həyətdə yer qazıb basdırdım”.
Məlum olub ki, S.Abıyev Amin Bayramovun xanımına zəng edərək ondan xoşu gəldiyni deyib. Amma S.Abıyev məhkəmədə bunun doğru olmadığını söyləyib. Məhkəmədə mərhumun xanımı da ifadə verib. Qadın deyib ki, hadisədən 2 ay əvvəl Seymur Abıyev ona zəng edib. Suallara cavab verən şahid Seymur Abıyevin onunla qohum kimi zəng edib danışdığını söyləyib. Şahid S.Abıyevin ona yaxın münasibətdə olmağı təklif etmədiyini deyib. Amma məlum olub ki, şahid yalan danışır. Çünki o, istintaqa ifadəsində S.Abıyevin ona zəng edərək görüşmək istədiyini, yaxın münasibətdə olmaq istədiyini deyib. Şahid məhkəmənin xəbərdarlığından sonra doğru danışacağını, amma mərhumun atasından utandığını deyib. Mərhumun atası zaldan çıxmaq təklifi ilə razılaşıb. Daha sonra qətlə yetirilən Amin Bayramovun xanımı S.Abıyevin qətlin səbəbi kimi dediklərinin yalan olduğunu söyləyib.
O, bildirib ki, yoldaşı onu S.Abıyevə borc qarşılığında təklif etməyib. Suallara cavab verən şahid S.Abıyevin ona bir neçə dəfə münasibətdə olmağı təklif etdiyini, lakin bunu həyat yoldaşına söyləmədiyini deyib. Qadın bu hərəkətinin səbəbini belə izad edib ki, onlar arasında dava düşəcəyindən qorxub. Şahid S.Abıyevin ona zəng etməsi barədə yalnız öz anasına xəbər verdiyini qeyd edib. Yenicag.az
Sənan Mövsümov uzun illərdir ailə qurub. Övladı olunmadığından Bakıda bir sıra klinikalarda müxtəlif mütəxəssislərlə görüşüb dərdinə çarə axtarıb. Sonsuzluq problemi ilə üzləşən ailə başçısı deyir ki, reklamlara aldanaraq müxtəlif özəl klinikalara müraciət edib. Nəhayət ötən ilin payızında xanımı Günayla birlikdə süni mayalanma proseduru üçün “HB Güven” klinikasına üz tutub. Burdan bildirlib ki, klinikada daha çox türkiyəli həkim Öndər Tulumbaciyə müraciət olunur.
“Beləliklə ailəmlə birlikdə Öndər bəyin qəbulunda oldum. Müalicələrimizlə bağlı onu məlumatlandırdıq. Həkim məsləhət gördü ki, yenidən rentgen müayinələrindən keçək. Baxmayaraq ki, rentgen müayinələrindən keçmişdik. Amma yenə Öndər bəyin dediyi kimi getdik analizlərimizi verdik, proseduralardan keçdik”.
Müayinələrdən keçən gənc ailə cavabları ilə birlikdə Öndər bəyin qəbuluna gəlir və nəticəni ona təqdim edirlər.
“Sənədlərimizlə tanış olduqdan sonra dedi ki, sizin də, xanımınızın da faiz dərəcəsi azdır. Amma mən bacardığım qədər sizə söz verirəm ki, övladınız olacaq. Yüz faiz alınmasına söz verməsə də, bizə dedi ki, 5000 min manat ödəyəcəksiniz, əgər birinci mərhələdə alınmazsa, biz pulun yarısını qaytaracağıq. Əgər ikinci mərhələyə başlayası olsaq, onda yenidən əlavə ödəniş edərsiniz. Mən pulu ödədim, qəbz istədim, dedilər ki, biz bu ödəniş üçün qəbz vermirik”.
Həkimin məsləhəti ilə Sənan bəy əvvəlcə klinikaya 2000 manat ödəyir. Öndər bəy ailəyə məbləğin yerdə qalanını yəni 3000 manatı süni mayalanmanın aparıldığı Nərimanov rayonu ərazisində yerləşən “Sərhədçi” adlanan laboratoriyaya ödəməyi məsləhət görür.
“Yoldaşım hamilə deyil. Bunun üçün yenidən ikinci dəfə müraciət etdik. Öndər həkimlə görüşdüm. Köməkçisi Ceyran xanım da yanında idi. Dedi ki, bu dəfə 100 faiz olacaq. Mən bu dəfə ondan insan kimi soruşdum ki, hətta nəticə olmayacaqsa belə bunu gizlətməyin. Mən onsuzda buna görə yoldaşımdan ayrılan deyiləm. İkinci dəfə pulu alandan sonra ailəni əmin ediblər ki, bu dəfə mütləq övladları olacaq və klinika pulu donora ödəmək üçün ailəni tələsdirir”.
Lakin ailənin nə övladı olur, nə də müalicə üçün ödənilən məbləğ geri qaytarılır.
Sənan Mövsümov klinikanın baş həkimi uzman doktor Rəşad Zeynalovla görüşmək istəsə də, buna imkan verilmir.
Pasiyent yenidən Öndər Tulumbaci ilə görüşmək istəsə də, həkim qeydiyyat masasına belə bir pasiyent tanımadığını, “HB Güven” klinikasında sünü mayalanmaya icazə verilmədiyini deyib və Sənan Mövsünovla görüşdən ümumiyyətlə imtina edib.
Məsələnin mahiyyətini araşdırmaq üçün üz tutduq “HB Güven” klinikasına.
Qeydiyyat masasından bildirdilər ki, Öndər Tulumbaci Türkiyədə tanınmış ginekoloq, hətta sonsuzluqla bağlı elmi araşdırmaların müəllifidir.
Onun qəbuluna yazılmaq istəyən xəstələr bir-iki həftə əvvəldən müraciət etməlidir.
Ö.Tulumbacinin müayinə etdiyi xəstələrlə söhbətimizdən məlum oldu ki, həkimin qəbulu da daxil olmaqla analiz və digər müayinələrə 300-500 manat arası pul xərcləyirlər.
Klinikanın mühafizə xidməti çəkiliş aparmağa, baş həkimlə görüşə icazə verməyib. Çəkiliş qrupu mövzu ilə bağlı qarşı tərəfin mövqeyini işıqlandırmaq istədiyi bildirdikdə isə Atatürk prospekti, 57c ünvanına sahə müvəkkili çağırılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın məsələyə münasibəti isə belə olub: “Nazirlik özəl klinikaların işinə müdaxilə etmir. Şikayətçi Sənan Mövsümov özü nazirliyə müraciət etməlidir. Bundan sonra məsələnin həlli ilə bağlı ölçü götürülə bilər”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2011-ci ildə 7368 ailə övlad həsrətindən yollarını ayırıb. Son iki ildə isə pozulan nikahların təxminən 15 mini sonsuz ailələrin payına düşür.lent.az
Hacıbala Abutalıbovun istefa verməsi yalan xəbərdir. Elə şey olar? 23 apreldə Formula-1 yarışları başlayır, belə məqamda başçının istefa verməsi necə mümkün ola bilər?
Bu sözləri axar.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən icra başçısı Hacıbala Abutalıbovun istefa verməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyiblər.
Meriya sözçüsünün sözlərinə görə, həftənin birinci günündən etibarən start götürəcək Formula-1 yarışlarına görə Bakı şəhər İcra Hakimiyyəti fasiləsiz olaraq işləyir:
“Hacıbala müəllim hazırda da iş başındadır. Məlumat tamamilə yalandır. Yarışlar ərəfəsinə icra hakimiyyəti fasiləsiz çalışır. Eləcə də Hacıbala müəllim həftə sonları da iş başında olur və hazırda da işdədir”.
Ağcabədidə 1 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun rayonun Avşar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Qazax rayonunun Daşsalahlı kənd sakini, 1987-ci il təvəllüdlü Ceyhun Bayramov idarə etdiyi “Mutsubishi” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. Nəticədə sürücü C.Bayramov hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər – Qazax rayonunun Daşsalahlı kənd sakini, 1995-ci il təvəllüdlü Ülvi Əliyev və Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Kənan Budaqov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.