Month: April 2018

  • В Азербайджане предлагается создать детское телевидение

    В ежегодном докладе Уполномоченного по правам человека Азербайджанской Республики (Омбудсмен) Эльмиры Сулеймановой за 2017 год касательно ситуации с обеспечением и защитой прав и свобод человека в Азербайджане, предлагается создание детского телевидения.

    Как сообщает Median.Az со ссылкой на Report, в докладе также предлагается готовить передачи воспитательного характера на телевизионных каналах, направленные на развитие детей и молодежи, транслировать социальную рекламу, определять новые правовые механизмы, а также создать интернет-порталы, пропагандирующие национально-духовные ценности.

  • Азербайджанец из Германии обнаружил, что разбогател на €128 миллионов

    19 апреля с одним живущим в Германии предпринимателем-азербайджанцем приключился интересный случай: на его банковский счет по ошибке было перечислено 128 млн. евро.

    Ему позвонили из прокуратуры и поинтересовались, что он намерен предпринять. Предприниматель ответил, что вернет деньги обратно, поскольку они ему не принадлежат. Однако, когда он отправился в банк, допустивший такую ошибку, то застал перед входом толпу людей, чьи деньги были перечислены на его счет, передаёт Median.Az со ссылкой на minval.az.

    Сообщается, что некоторые из них стали благодарить его, а кое-кто даже поцеловал руку: «Еще до того, как ошибка была исправлена, меня спросили, из какой страны я родом. Я ответил, что я из Агдамского района Азербайджана. Оказалось, об Азербайджане многие даже не слышали. И я сказал, что Азербайджан — страна, в которой законы действуют неукоснительно, и в таких вещах никаких недоразумений не случается».

  • Kamran Həsənli Rusiyadakı azərbaycanlılarla bağlı qalmaqallı fikirlərindən danışdı – VİDEO

    Son zamanlar adı tez-tez qalmaqallarda hallanan Kamran Həsənlinin dünən “Onda başaldıq” verilişində Rusiyada yaşayan bəzi azərbaycanlıların musiqi zövqü barədə söylədiyi fikirlər birmənalı qarşılanmayıb.

    Aparıcı Baku.ws-ə açıqlamasında, fikirlərinin düzgün anlaşılmadığını, verilişdə Rusiyadakı azərbaycanlıları deyil, zövqsüz musiqinin Azərbaycanın özündə yüksəlməsini müzakirə etdiyini bildirdi:

    “Yəni, oxuya bilməyən insanlar dəbdədir və bu ifaçıların da çoxu Rusiyaya böyük pullarla dəvət olunur. Musiqini yönəldirlər pis zövqlü insanlara, bu da fəsadlar verir. Biz millətimizi sevdiyimiz üçün bu problemi qabardırıq. Rusiyada da müxtəlif təbəqələr var, ziyalılar, tacirlər, biznesmenlər var. Rusiyadakı həmvətənlərimizə aşağılaya bilmərik, onlar bizim qardaşlarımızdır. Mən özüm də ora toylara gedirəm. Mənim dediyim budur ki, burada zövqsüz müğənni kimi qəbul etdiklərimiz ora daha çox dəbdədirlər. Biz müxtəlif təbəqələrin musiqi zövqündən danışmışıq, qətiyyən onların xasiyyətini, insani keyfiyyətlərini müzakirəyə çıxarmamışıq. Biz oradakı vətəndaşlarımızı çox istəyirik, onlar bizim şərəfimizdir, orada böyük uğurlar əldə ediblər.

    Diasporaların hamısı ilə dostluq edirəm. Amma çox vaxt diaspora rəhbərləri əksər hallarda tədbirlərin çoxunu, konsertləri bazarlarda təşkil edirlər. Böyük zalları icarəyə götürmürlər. Hamısını demirəm, əksər hallarda. Təbii ki, səviyyəli məkanlarda konsert təşkil edənlər də az deyil. Məsələ burasındadır ki, buradan daha çox Eyyubu, Tünzaləni, Abbası deyil, müsiqi zövqü, musiqi dəyəri aşağı olan, zövqsüz insanların qiymət verdiyi ifaçıları dəvət edirlər. Belə musiqiçilər Azərbaycanda çoxdur. Rusiya bizi Rəşid Behbudovla, Müslüm Maqomayevlə , Arif Məlikovla yüksək musiqi mədəniyyətli millət kimi tanıyıb. Mən sevinərdim ki, Rusiya bizi daha yüksək, daha zövqlü, daha dəyərli, daha peşəkar musiqiçilərimizi tez-tez dəvət etsinlər.

    Biz o verilişdə Rusiyada yaşayan soydaşlarımıza güldən ağır söz deməmişik və deyə də bilmərik. Aravuranlar istəyirlər olay yaratsınlar. Ara qatanlara ayıb olsun!”

  • Damla göz yaşlarını saxlaya bilmədi: “Gərək efirlərə çıxmazdım” – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı son zamanların ulduzu hesab edilən müğəni Damla olub.

    Müğənni efirdə göz yaşları içərisində atasının ölümündən sonra konsert verməsindən danışıb:

    “İçimdə qəribə bir fəryad var idi ki, hər şey siz düşündüyünüz kimi deyil. Mənim sahəm kənardan bəxtəvər sahəsi kimi görünür. Deyirsən, gülürsən, şənlənirsən… Amma insanlara onu izah edə bilmirdim ki, mən şənlənməyə getmirəm. Proqramda beh məsəli oldu. O məsələni o qədər böyütdülər ki, məni sanki xalq düşməninə çıxardılar. Bu addımı atmasaydım, mən, mənə verilən o əmanət behlərin, öncədən planlanmış konsert salonlarının haqqını ödəməsəydim, gərək bundan sonra efirlərə çıxmazdım. Təzminatların da altından qalxa bilməzdim. Atam ürək çatızmamazlığından əziyyət çəkirdi. Bütün ruhumuzla biz onun sağ qalması üçün çabaladıq. Yetərki 10 gün, 1 il artıq yaşasın. Amma təbii ki, qədəri yazan Allahdır”.

    Damlanın bu sözlərindən kədərlənən Əli Mirəliyev də göz yaşlarına boğulub:

    “Ata hamımız üçün atadır. Mənim də atam görmədi mənim oxumağımı. Mənim atam əziyyət çəkib, zəhmətkeş olub. 3 oğlu var idi. Məndən nəsə gözləyirdi. 14 yaşımda atam rəhmətə getdi. Mən məcbur oldum oxuyum. Çünki anamı qoymamışdı işləməyə. Mən xaricə birinci dəfə gedəndə orda ingliscə deyilir filankəs oxuyur. Aparıcı deyir. Mən də deyirəm ata adını, soyadını filan yerdə çəkdirirəm. Bu böyük fəxrdir”.

  • Baş daşları müxtəlif istiqamətə yönəlib – Azərbaycanda (VİDEO)

    Space Tv-nin maraqlı layihələrindən biri olan “Olar? Olmaz!” verilişində bu dəfə 2 mövzu müzakirə edilib və araşdırılıb.

    Amil Xəlilin təqdimatında yayımlanan verilişdə ilk mövzu özlərinə ölmədən əvvəl məzar yeri hazırlayanlardan olub. Şərqşünas bu məsələnin olmazlarından danışıb. Daha sonra insanların müxtəlif istiqamətdə dəfn olunmasından danışılıb.

    Görüntülərdən də gördüyünüz kimi qəbirlər müxtəlif istiqamətə baxır və deyilənlərə görə əksər qəbirstanlıqlarda belə hallar mövcuddur. Seyid Camal da bu cür halların düzgün olmadığını qeyd edərək insanları diqqətli olmağa səsləyib.

  • Azərbaycanda tütünlə bağlı daha bir qadağa

    “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 dekabr tarixli 1774 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə dəyişiklik edilib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

    Qərara görə, stansiyaların vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda tütün çəkmək qadağan edilib.

    Əvvəlki qaydalarda qadağa stansiyalarda, keçidlərdə və vaqonlarda siqaret çəkməklə bağlı idi.

  • Leyla Əliyevanın ”Dünya yuxutək əriyir…” divanı Tehranda nəşr olunub

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Dünya yuxutək əriyir…” divanı Tehran şəhərində fars dilində nəşr olunub.

    Median.Az-in AZƏRTAC-a istinadən verdiyi məlumata görə, divan “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” devizi altında bir neçə ildir həyata keçirdiyi layihələr çərçivəsində Tehranın məşhur Mobini-Əndişə yayım evinin Nevis mətbəəsində nəfis tərtibatda çapdan çıxıb.

    “Azərbaycan ədəbiyyatını dünyada tanıdaq!” layihəsinin rəhbəri yazıçı-publisist Sona Vəliyevanın təşəbbüsü ilə indiyədək İranda və Türkiyədə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Peyğəmbər”, “Topal Teymur”, “Şeyx Sənan”, “Maral” əsərləri, “Cavid xəzinəsindən” adlı toplu, bundan başqa, bir çox xarici ölkə və keçmiş sovet respublikalarında müasir şair və yazıçılarımızın ən maraqlı yaradıcılıq nümunələri tərcümə olunaraq oxuculara təqdim edilib.
    Şeirlər fars dilinə görkəmli tərcüməçi-şair Əkbər Əlyar Həmidi və tanınmış şairə, yazıçı-publisist Süsən Nəvadə Rəzi tərəfindən peşəkarlıqla tərcümə olunaraq divana daxil edilib.

    Qeyd olunub ki, İran İslam Respublikasının ədəbi mühitində öz yaradıcılıq dəst-xətti ilə seçilən Əkbər Əlyar Həmidi və Süsən Nəvadə Rəzi təkcə mütərcim kimi deyil, şair və tənqidçi kimi də böyük nüfuz sahibidirlər.

    “Dünya yuxutək əriyir…” divanının fars versiyasına yazdığı ön sözdə mütərcim Əkbər Əlyar Həmidi “İftixarla deyə bilərəm ki, geniş ictimai-siyasi fəaliyyəti, elitar ailə mənsubiyyəti ilə tanınan şairə zəngin fəlsəfi baxışlarına, nadir yaradıcılıq dünyası və poeziya səltənəti ilə bizə Xan qızı xatın Xurşidbanu Natəvanı xatırladaraq oxucunu heyrətdə qoyur… Divanın farsdilli oxucular tərəfindən böyük maraqla qarşılanacağına sonsuz ümid bəsləyirik”, – deyə bildirib.

    Nəşrin rəhbəri və poetik ön sözün müəllifi AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sabir Şahtaxtıdır.

    Divanın yaxın gələcəkdə İran İslam Respublikasında ərəb qrafikası ilə Azərbaycan dilində nəşri də nəzərdə tutulur.

  • Bakıda canavar insanlara hücum etdi – VIDEO

    Zığ yaşayış massivində canavar itlərə hücum edib və bir neçəsini parçalayıb.

    Ətrafda yaşayan sakinlər hadisənin şahidi olublar.

    Sakinlərdən biri canavarı öldürüb. Hadisə yerinə ərazi üzrə baytar həkimi cəlb olunub.

    Baytar həkimin sözlərinə görə, canavar dərin bir ərazi qazılaraq basdırılacaq. Daha sonra qeyd olunan yer dezifeksiya olunacaq.

  • Bəxtiyar Hacıyevdən “Azercell”lə bağlı ŞOK İDDİA – 4 milyon abonentin məlumatları yayıldı (VİDEO)

    İctimai fəal Bəxtiyar Hacıyev “Azercell” şirkətini ittiham edib.

    Bəxtiyar Hacıyev mobil operatoru abonentlərin fərdi məlumatlarını internetdə yayılmasında günahlandırır.

    İctimai fəalın iddialarını təqdim edirik:

    “Azercell ilə bağlı qalmaqallı faktı açıqlamağın vaxtı çatdı. Onlar bütün iradlara “qanun pozmuruq” deyə cavab verirlər. Ciddi qanun pozuntusu, fərdi məlumatların qorunmaması ehtimalı olan bir faktı açıqlamağın vaxtı çatıb.

    Facebook 2.2 milyard istifadəçisindən cəmi 50 milyonunun (~2 faiz) hansısa (!) fərdi məlumatlarını bircə şirkətə sızdırmışdı, xeyli problemlərlə üzləşdi. Azercellin isə təxminən 4 milyon abunəçisinin bütün fərdi məlumatları – nömrə, ad, soyad, ata adı, ünvan, şəxsiyyət vəsiqəsi, pasport nömrəsi, doğum tarixi və s. internetdə, əllərdə gəzir. Zəng edib, buna açıqlama almağın vaxtı çatdı. 4 ay əvvəl müraciət etmişdim ki, bizim məlumatlar niyə internetdə gəzir, cavab vermədilər. Nə də müştərilərin xeyrinə hansısa islahatlar etmədilər. Birlikdə zəng edək,o bazanı canlı yayımda nümayiş etdirək, soruşaq, görək nə deyirlər?”

    “Azercell” şirkətinin nümayəndəsi isə ittihamların qeydiyyata alındığını və faktla bağlı qısa müddət ərzində araşdırma aparılacağını bildirib./baku.ws

  • İcra başçısı “plan”a düşəcək evlərdən danışdı (ÜNVANLAR)

    “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Yasamal rayonunda “Pilot” layihə əsasında qəzalı və yaşayış üçün yararsız, hətta, bəzi hallarda həyat üçün təhlükəli 9 binanın sökülüb yenidən tikilməsi işləri uğurla həyata keçirilir”.

    Bu sözləri Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci il 9 aprel tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağından söyləyib.

    Hesabat məruzəsi ilə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həllini tapan, 2014-cü ilin əvvəlindən başlayaraq davam edən“Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi kimi iri miqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq başa çatıb:

    “26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatmış, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilmiş, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib.


    Bu il ərzində “Təzə Pir” məscidinin yuxarı hissəsində Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasındakı evlərin satınalınması və həmin ərazinin təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən ilkin araşdırma aparılıb və nəticədə Nabat xanım Aşurbəyova – keçmiş Mustafa Sübhi, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasında 1130, Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin əhatəsində olan ərazidə 880, cəmi 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin mövcud olduğu müəyyən edilib. Beləliklə, 2018-ci ildə həyata keçiriləcək növbəti mərhələdə 2010 yaşayış və qeyri-yaşayış obyektlərinin satınalınması, onların sökülərək ərazinin təmizlənməsi təmin ediləcəkdir”.

    İcra başçısı bildirib ki, 2018-ci ilin birinci rübündə təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binasında – Abbas Mirzə Şərifzadə küçəsi 34, 44, 74, 78, 132, 138, 140 və 192, Əbdürrəhimbəy Haqverdiyev küçəsi 3, Əhməd Cəmil küçəsi 39 nömrəli yaşayış binalarında əsaslı təmir işləri aparılıb.

    “Cari ilin birinci rübündən başlayaraq rayon ərazisində 16 məhəllədə – Ələsgər Ələkbərov küçəsi 522-ci məhəllə, Həsən bəy Zərdabi 68, Şərifzadə 134, Şahbazi 104 A, Yeni Yasamal, Əsəd Əhmədov 31, Talıblı 28, Şərifzadə 148, 154 və 156, Əsəd Əhmədov 5, Məmməd Rahim 20, Hüseyn Cavid prospekti 577, 518 və 503/505-ci məhəllələr və Dadaş Bünyadzadə küçəsi 11 nömrəli evin qarşısında abad həyətlərin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilir və yaxın zamanlarda sakinlərin istifadəsinə veriləcəkdir.

    Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanıb.

    Ilk növbədə cənub istiqamətinə çıxış kimi çox böyük strateji əhəmiyyəti olan Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsinin yenidən qurulmasına başlanıb”.