Month: April 2018

  • Обнаружен ген, провоцирующий депрессию

    Учёные из Университета Эдинбурга подробно изучили ДНК человека и пришли к выводу, что тяжёлые психические расстройства, в том числе и те, что не поддаются медикаментозному лечению, возникают не только из-за тяжёлых потрясений.

    Об этом сообщает Median.Az со ссылкой на Лайф.ру. По данным генетиков, в ДНК человека содержится не менее 80 генов, способных повлиять на биохимические процессы в головном мозге.

    Эти же гены, по данным учёных, способны угнетать центральную нервную систему человека.

    Говоря простым языком, часть людей генетически предрасположена к более раннему развитию депрессий, протекающих в особо тяжёлых формах. Учёные проанализировали генетический код 300 тыс. человек из базы данных Biobank и выяснили, что наследственные генетические заболевания чреваты не только врождёнными пороками сердца, склонностью к шизофрении или диабету, но и к тяжёлым психическим расстройствам, которые могут возникать у абсолютно здоровых людей.

    Учёные отмечают, что специальная генетическая экспертиза, которая в данный момент разрабатывается специалистами Университета Эдинбурга, позволит любому желающему определить факторы риска и пройти специальный курс лечения в том случае, если унаследованный дефект ДНК даст о себе знать.

  • Король Свазиленда переименовал страну

    Король Свазиленд Мсвати III объявил, что переименовывает страну в Королевство Эсватини («земля свази» на языке свати).

    Это произошло на церемонии в честь 50-летия короля и 50-летия независимости народа, передает Median.Az со ссылкой на «Би-би-си».

    Мсвати III уже дважды называл свою страну Эсватинией на открытии парламента в 2014 году, а также во время выступления в Генассамблее ООН в прошлом году.

    Монарх также объяснил, что решил переименовать королевство, поскольку его часто путали со Швейцарией — на английском языке названия стран звучат похоже.

  • В Баку и Сумгайыте совершены ножевые происшествия

    Как сообщает Median.Az, в клиническую больницу №3 с колото-резанными ранами был доставлен Рамин Мирзоев (1987-го года рождения) и прооперирован.

    Приступившие к разбирательству сотрудники 15-го отделения полиции Сабунчинского РУП выяснили, что Мирзоева ударил ножом неизвестный во время драки в поселке Забрат. В настоящее время устанавливается личность подозреваемого.

    Кроме этого, в больницу скорой помощи г.Сумгайыт с территории 10-го микрорайона с двумя ножеыми ранениями был доставлен житель города Фуад Гаджизаде (1996-го года рождения). Его жизнь врачам удалось спасти, он находится в реанимационном отделении.
    По фактам по статье 126.1 (умышленное причинение тяжкого вреда здоровью) УК Азербайджана возбуждены уголовные дела, ведется расследование.

  • В Баку гадальщик-шарлатан обманул и лишил девственности 46 студенток – ФОТО + ВИДЕО

    В Баку объявился ясновидящий, ведущий «охоту» на несовершеннолетних девушек в социальных сетях.

    Предположительно, все происходило так: 18-20-летним девушкам, пишущим депрессивные статусы в социальных сетях, предлагалась помощь, после чего их приглашали в квартиру в Ясамальском районе. Там им давали чай или воду с одурманивающими веществами.

    Спящих девушек насиловали, лишали девственности, а потом угрожали, чтобы они никому не рассказывали о произошедшем.

    Как передает Median.Az, в редакцию газеты «Ени Мусават» обратились две из 46 девушек, ставших жертвами ясновидящего.

    По словам девушек, насильник представился им как Мирсеймур Сеидов.

    Газета обратилась в правоохранительные органы и Общественное объединение «Тямиз дунья».

  • Bakıda falçı 46 qızı zorlayıb – Çayın içinə… (FOTO + VIDEO)

    Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən “ov”layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profil üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

    Median.Az xəbər verir ki, “Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər.

    Redaksiyamız müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malikdir və baş vermiş iyrənc olay haqda hüquq mühafizə orqanlarına, “Təmiz Dünya” İctimai Birliyinə də məlumat vermişik.

    “Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən”

    20 yaşlı Ə.A-nın dedikləri: (Redaksiya bəzi məqamları nəzərə alaraq zərərçəkənlərin adlarını şərti verir)

    “Ötən ilin noyabr ayında ”İnstagram”da bir qızla tanış olmuşdum. Qız biləndə ki, mənim təhsilim, işim, özümlə bağlı bəzi problemlərim var, məni bir falçıya yönəltdi. Həmin falçı özünü Mirseymur kimi təqdim etdi. Dedi ki, seyiddir. Sonradan bildik ki, onun əsl adı Ramil Durduxan oğlu Talıbovdur”.
     
     

    Mirseymur Mirkamil oğlu Seyidov
    Ə.A-nın dediyinə görə, falçı həmin vaxt Rusiyada yaşadığını deyib və ona göstərəcəyi “köməkliklərə” görə alacağı pulu bank hesabı ilə ödəməyi tələb edib:

    “Üst-üstə məndən 900 manat pul aldı. Pulu müxtəlif vaxtlarda bank hesabı ilə ona ödədim. Həmin zaman o, Rusiyada olduğu üçün pulu Anna adlı bir qadının adına göndərmişdim. Bir ay sonra, yəni dekabr ayında isə Bakıya döndü. Mənə dedi ki, gəl ”işi” davam etdirək. Bir müddət əvvəl böyrəyimdən əməliyyat olunmuşdum. Bu haqda ona demişdim. Yanında getdikdə dedi ki, “Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itiribsən. Bununla məni qorxutdu ki, “həkimə müayinəyə getsən biabır olacaqsan, polisə xəbər verəcəklər, əngələ düşəcəksən, cavan qızsan, həyatını məhv etmə. Gəl, mən özüm sənə bu barədə köməklik edim, yoxsa səni pisliklər gözləyir, sən bədbəxt olacaqsan, pis yola düşəcəksən. Sənə bir dərman verəcəm, 28 gün ərzində yuyunarsan, sonra həkimə gedərsən”.

    “Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm”

    Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, “effekti olmasa, sənin pullarını geri qaytaracam”. Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq “iş işdən keçib”, bakirəliyim pozulub. Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, “sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə ”aybaşı” olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, “həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək”.

    “Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki…”

    Ə.A-nın sözlərinə görə falçı sonradan dəfələrlə müxtəlif şantaj və təhdidlərlə onu evinə gətirib və cinsi əlaqədə olmağa məcbur edib:

    “Hər dəfə onun evinə gedəndə gizlincə sənəd axtarmağa çalışırdım ki, əsl adını öyrənə bilim, polisə müraciət edim. Sonra onun qurbanlarından olan bir xanım mənimlə əlaqə saxladı. Bildirdi ki, ailəlidir, lakin 3 ildir ki, onun toruna düşüb. Mənə köməklik etməyə çalışdı”.

    Ailəsinin yeganə övladı olan Ə.A. başına gələn olaylara görə 3 dəfə intihara cəhd etdiyini deyib:

    “Çox ciddi psixoloji problemlərim yaranıb. Mart ayında artıq dözməyib DİN-in 102 xidmətinə zəng vurdum, başıma gələnləri dedim. Həmin şəxsin ev ünvanını, haqqında bildiyim bütün məlumatları versəm də, bu günə qədər heç bir nəticəsi yoxdur. Əksinə, həmin adam və onun əlaltıları məni hər gün təhdid edir, telefonla zəng edib, məcburən məni görüşə çağırırlar. Hətta bir qadın özünü onun keçmiş həyat yoldaş kimi təqdim edib, məni təhdid edir. Zorlanmağımla bağlı ekspertiza nəticələri də var. Lakin bu günə qədər məsələyə hüquqi qiymət verilməyib, həmin şəxs hələ də azadlıqdadır.


     
    “Bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm…”

    Bir dəfə onunla mübahisə edəndə dedi ki, “bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirmişəm, amma onlar sənin kimi hay-küy salmır”. Məsələ araşdırılsa, yəqin ki, həmin qurbanlar da ortaya çıxacaq. Aidiyyəti qurumlardan, hüquq-mühafizə orqanlarından xahiş edirəm, bu məsələdə mənim və digər qurbanların haqqı yerdə qalmasın, cinayətkar öz cəzasını alsın”.

    “Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb”

    Falçının qurbanı olduğunu bildirən digər tələbə, B.İ. isə bunları söylədi:

    “2000-ci il təvəllüdlüyəm, 18 yaşım təzə tamam olub. Bəzi problemlərim var idi. Bir xanımla ”İnstagram”da tanış olmuşdum. O mənə dedi ki, bir falçının nömrəsini verəcək, köməklik edəcək. Onun verdiyi nömrəyə zəng elədim. Özünü Mirseyid Seyidov kimi təqdim edən falçı ilə tanış oldum. Telefonla danışan zaman mənə dedi ki, “Yasamalda qalıram, gəlib falına baxdıra bilərsən”. Bu söhbət yanvarın 19-da olub. Elə həmin gün evinə getdim. Məni qapıda 19-20 yaşında bir qız qarşıladı. Sonradan bildim ki, həmin qız Ə.A-dır. Beləliklə, falçı görəcəyi iş üçün məndən 500 manat istədi, əvəzində isə mənim problemlərimə, o cümlədən xəstə ata-anama yardım edəcəyinə söz verdi. Ayın 19-da məndən pulu götürdü, sabahı gün məni yenə evində qarşıladı. Mənə evdə sakitləşdirici çay verdi. Çayı içdikdən sonra özümü çox pis hiss etməyə başladım. Onun evində təxminən saat 5-6 radələrində olmuşam.


     

    Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb. Mən onun üstünə qışqırmağa başlayanda dedi ki, “sən uşaq ikən yıxılmısan, zədə almısan, o vaxt bakirələyini itirmisən. İndi isə səndə soyuqdəymə olub, gedə bilərsən. Qışqıranda isə dedi ki, ”məni şərləmə, get evimdən!” Qorxumdan bu haqda heç kəsə bir söz deyə bilmədim. Bir neçə gün sonra zəng edib dedi ki, mənə bu məsələdə köməklik edəcək, yenidən evinə çağırdı. Mən onun evinə getdim. Bu dəfə isə mənə su içirtdi. İkinci dəfə məni belə zorladı. Bu haqda heç kəsə deməməyim üçün məni şantaj, təhdid edirdi. Olanlardan şoka düşmüşdüm. Onun təhdidlərinə dözməyib aprel ayında polisə müraciət etdim. Lakin o, yenidən məni qorxutmağa, “ailənizi dağıdaram, sən mənə heç nə edə bilməzsən, polislər mənim əlimdədir, onların işi məndən keçir” və sairə bu kimi təhdidlər etməyə başladı. Bu haqda polisə müraciət etdim. Onu polis bölməsinə aparıb, sorğu-sual etdilər. Lakin o, məni tanımadığını, ilk dəfə gördüyünü söylədi”.

    “Cinayətkar cəzasız qalmasın”

    B.İ. çıxılmaz vəziyyətdə qaldığını, buna görə aidiyyəti orqanlardan köməklik istədiyini deyib:

    “Mənim əsas istəyim budur ki, bizim işimizə baxılsın. Cinayətkar cəzasız qalmasın”.

    Məsələ ilə bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışsaq da, zənglərimiz cavabsız qaldı. Bununla belə, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

  • Амалия Панахова пригрозила фотографам – ВИДЕО

    Народная артистка, директор Бакинского муниципального театра Амалия Панахова позвонила на передачу «Bizimləsən» на телеканале ATV и рассказала о своем фото в новом облике, которое многие сочли неудачным.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, известная актриса заявила, что ее намеренно неправильно сфотографировали:

    «Они специально выбрали неправильное освещение. А я не захотела поднимать публичный скандал. Что мне им сказать? Это не в первый раз. Видно, мне надо обратиться в соответствующие органы».

    Затем актриса ответила на вопрос ведущего Заура Бахшалиева о том, перенесла ли она новую пластическую операцию: «Нет, мои мысли заняты совсем другими вещами».

  • Tbilisinin məşhur restoranında YANĞIN – FOTO

    Tbilisinin mərkəzində Meydan adlanan ərazidə yerləşən “Maçaxela” restoranında güclü yanğın baş verib.

    Yanğın restoranın dam örtüyündə başlayıb. Restorandakı insanlar təxliyə olunub. Hadisə yerinə 60-a yaxın yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.

    Gürcüstanın Fövqəladə Halların İdarə olunması Xidmətinin məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb. İlkin məlumata əsasən, yanğın restoranın spirtli içkilərin saxlanıldığı mansardda baş verib.

    Qeyd edək ki, “Maçaxela” restoranı Gürcüstan paytaxtının turistik mərkəzində yerləşir və onun müştəriləri arasında şəhərin əcnəbi qonaqları üstünlük təşkil edir.

    Yanğın lokallaşdırılıb./publika.az

  • Ticarət və ictimai iaşə qaydalarında dəyişiklik edilib – Qərar

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na dəyişiklik edib.

    Bu barədə qərarı baş nazirin səlahiyyətlərini icra edən Artur Rasi-zadə imzalayıb.

    “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na edilmiş dəyişikliyə əsasən icraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (tütün çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil verilməsi və s.) hüququna malikdir.(Report)

  • İraq Vətəndaşı deputat Mirələmovdan İlham Əliyeva şikayət etdi- FOTO

    Fadhil Nairooz Abed Abed – İraq Respublikası Vətəndaşı (İraq vətəndaşı )P İRQ A9483298, 31.03.2015 – Baghdad) AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV CƏNABLARINA – Açıq Məktub ünvanlayıb. 

    Məktubu olduğu kimi dərc edirik: 
    Amjed Mohammed Abed Msaaara – İraq Respublikası Vətəndaşı ((İraq vətəndaşı) P İRQ A 9966689, 21.06.2015 – Baghdad) tərəfindən

    Hörmətli İlham Əliyev cənabları!

    İlk öncə, Sizi prezident seçkilərində xalqın etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə təbrik edirik və bu prezidentliyiniz dövründə də uğurlu həm daxili, həm də xarici siyasətinizlə dövlətinizə xidmət etməyinizi arzu edirik. 

    Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkədə aparılan demokratik islahatlar sayəsində beynəlxalq aləmdə nüfuzunu artırmış, ölkə ərazisində sabit və güvənilən biznes mühütünün olması xarici sərməyələrin Azərbaycan iqtisadiyyatına yatırılmasına təkan vermişdir.

    2 yanvar 1992-ci il tarixində İraq Azərbaycanın müstəqilliyini tanımışdır. 30 mart 1992- ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında diplomatik əlaqələr bu gündə uğurla davam etdirilir.

    Cənab Prezident!

    2017-ci ilin iyun ayında İcarəyəverən, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 11-ci km 17 ünvanında yerləşən, ümumi sahəsi 1191,6 kv.m olan, “Min bir gecə” adlı istirahət mərkəzinin sahibi Mirələmov Rauf Hüseynbala oğlu ilə Bakı şəhəri 6 saylı notariat kontorunda reyestrdə 3M-1044 nömrə ilə qeyd edilmiş 01.06.20117-ci il tarixli İcarə müqaviləsi imzaladıq. Bu müqvilə Bakı şəhəri 6 saylı notariat kontorunun xüsusi notariusu Ərəstun İmanov tərəfindən təsidq edilmişdir.

    Həmin müqaviləni Mirələmov Rauf Hüseynbala oğlu əvəzinə, Bakı şəhəri 5 saylı dövlət notariat kontorunda 24.07.2007-ci il tarixdə verilmiş 16467 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Mirələmov Hüseynbala Fazil oğlu imzalamışdır. (Azərbaycan Respublikası Milli Məclisinin deputatı)

    Həmin müqavilənin tələbinə görə ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 25.12.2013-cü il tarixdə Mirələmov Rauf Hüseynbala oğluna verilmiş 004011002789 reyestr nömrəli, 1113141406 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə Icarəyə verən Mirələmov Rauf Hüseynbala oğluna aid olan 1191,6 kv.m olan qeyri-yaşayış sahəsinin, “Min bir gecə” istirahət mərkəzinin, (333 kv.m) – icarəçi Qasımov Rəşad Yusif oğluna, (333 kv.m) – Fadhil Nairooz Abed Abednaya və (334 kv.m) – Amjed Mohammed Abed Msaaaraya icarəyə vermişdir.

    İcarə müqaviləsinin 5-ci bəndinə görə icarəyə götürən Qasımov Rəşad Yusif oğlu aylıq 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik), Fadhil Nairooz Abed Abed 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik), Amjed Mohammed Abed Msaaara 2000 manat 00 qəpik (iki min manat sıfır qəpik) icarə haqqını İcarəyəverən Mirələmov Rauf Hüseynbala oğluna ödəyirlər. İcarə müqaviləsinin şərtinə görə icrə haqqının hər ay ödənilməsi nəzərdə tutulsa da, biz icarə haqqının iki illik məbləğini qabaqcadan ödəmişdik.
    Həmin müqavilənin 8-ci bəndinə görə – Müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.

    Həmin müqavilənin 3-cü bəndinə görə – İcarə müddəti 01.06.2019 il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.

    Cənab Prezident!

    Məlumat üçün bildirirk ki, sözügedən istirahət mərkəzini icrəyə götürdükdən sonra orada əsaslı təmir işləri aparılmış, müşahidə kameraları quraşdırılmışdır, çimərlik ətrafına zontiklər quraşdırılmış və s. işlər görülmüşdür. Təxminən 100.000 (yüz min) manata yaxın əlavə vəsait xərclənmişdir.

    Onu da nəzərinizə çatdıraq ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi11-ci km 17 ünvanında yerləşən “Min bir gecə” istirahət mərkəzi dəniz qırağında yerləşdiyindən mövsümü iş prinsipinə malikdir. Həmin istirahət mərkəzini icarəyə götürməkdə əsas məqsədimiz ərəb turistlərinin Respublikaya cəlb edilməsi və turizimin inkişafında azərbaycanlı dostumuza dəstək vermək olmuşdur.
    Bu ilin yay mövsümü yaxınlaşanda istirahət mərkəzinin faktiki sahibi deputat Hüseynbala Mirələmov müqavilə şərtlərini və Azərbaycan Respublukasının Qanunlarını kobud şəkildə pozaraq, bizi məlumatlandırmadan müqaviləni ləğv edərək istirahət mərkəzini başqa şəxsə icarəyə verməklə bizə küllü miqdarda həm maddi, həm də mənəvi ziyan vurmuşdur.

    Belə ki, lcarə müqaviləsindən də göründüyü kimi müqavilə 01.06.2017-ci il tarixdə bağlanmış icarə müqaviləsi 01.06.2019-ci il tarixə kimi qüvvədədir. Buna baxmayaraq 01.04.2018-ci il tarixdə icarəçisi olduğum “Min bir gecə” istirahət mərkəzinə gəldikdə deputat H.Mirələmovun köməkçisi Elşən adlı şəxs mənə bildirdi ki, Mirələmov mənə tapşırıb ki, onları içəri buraxma, “obyekti” başqa adama icarəyə vermişik və sizinlə olan müqaviləni ləğv etmişik.

    İcarəyəverən Mirələmov Rauf Hüseynbala oğlunun adından etibarnamə əsasında çıxış edən deputat Hüseynbala Mirələmovun bu qanunsuz əməlləri nə Azərbaycan Respublikası Qanunlarına nə də ki, Beynəlxalq hüquq normalırına uyğun deyildir. 

    Hörmətli İlham Əliyev cənabları!

    Aprelin 9-da Sizin sədrliyiniz ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışınız ümüd yaratdı ki, baş vermiş qanunsuzluğa görə də məsul şəxslər öz layiqli cəzalarını alacaqlar. 
    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseynbala Mirələmovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi üçün əlaqədar qurumlara göstəriş verməyinizi və bizə dəymiş ziyanın ödənilməsi üçün deputata tapşırıq verməyinizi xahiş edirik

    İmza: 
    1. Fadhil Nairooz Abed Abed

    2. Amjed Mohammed Abed Msaaara

    P.S Azərbaycan Respublikası ilə İraq Respublikası arasında isti diplomatik münasibətlər olduğu bir zamanda, Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupu uğurla fəaliyyət göstərdiyi dönəmdə Milli Məclisin deputatı Hüseynbala Mirələmovun ölkə Başçısının xarici siyasətinə kölgə salmağı heç başa düşülən deyil./xeberfakt.az

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.