Month: April 2018

  • Toy sahiblərinə xəbərdarlıq (AÇIQLAMA)

    Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi toy mövsümünün başlanması ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

    Median.Az xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend-ə deyib ki, bəy-gəlin cütlüyünü müşayiət edən avtomobil karvanları yol hərəkətində xeyli xətalara yol verir: “Son zamanlar toy mövsümünün başlanması ilə əlaqədar yenə də yol boyu kobud qayda pozanlar aşkarlanır. Bu da təbii ki, süni sıxlığın yaranmasına səbəb olur. Bəy-gəlin cütlüyünün müşayiətində xeyli kobudluğa yol verilir, səs siqnallarından istifadə edilir, yol zolaqları lüzumsuz olaraq tutulur, şadlıq saraylarının qarşısında dayanma-durma tələbləri pozulur və həmin ərazidən avtomobillərin keçməsi mümkünsüz olur ki, bu da ictimaiyyətdə narazılıq yaradır. Bununla əlaqədar xəbərdarlıq edirik ki, yol boyunca kobud yol-hərəkət qayda pozuntusuna yol verən sürücülər tərəfimizdən aşkarlandıqca onlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçiriləcək”.

    V.Əsədov bəy-gəlin cütlüyünü müşayiət edən sürücüləri diqqətli olmağa çağırıb: “Yol boyu avtomobili nizam-intizamla idarə edərək başqalarının da hərkətinə şərait yaradın. Bəy-gəlin cütlüyünün müşayiətində maksimum 4-5 maşının iştirak etməsini tövsiyə edirik, səs siqnallarından istifadə edilməməlidir, sürücülər yolayrıclarının keçmə tələbləri üzrə hərəkət etməlidir və digər sürücülərin hərəkətinə süni maneə yaratmamalıdır. Həmçinin bəzədilmiş avtomobillərin dövlət nömrə nişanının görünməsi təmin edilməlidir. Dövlət nömrə nişanının üzərinə “dostum evlənir” və yaxud bəy-gəlinin adını yazmaq inzibati xəta tərkibi yaradır. Sürücülər düşünməsinlər ki, ərazidə yol polisi yoxdursa, istədiklərini edə bilərlər. Sürücülər unutmamamlıdır ki, kiçik bir səhv toy mərasimini yas mərasiminə çevirə bilər. Qeyd edim ki, ötən il 6 toy mərasi ilə bağlı yol-qəza hadisəsi baş verib ki, nəticədə bir neçə nəfər həyatını itirib. Biz yol polisi olaraq belə kobud xətalara yol verənlərə şərait yarada bilmərik. İnsanları belə halların qarşısını almağa dəvət edirik”.

  • İnterpol azərbaycanlı dələduzu axtarır

    Azərbaycan vətəndaşı olan Yusif Kərimov beynəlxalq axtarışa verilib.

    Median.Az İnterpolun saytına istinadla xəbər verir ki, Kərimov dələduzluqda ittiham edilir.

    Məlumatlara əsasən, 1979-cu il təvəllüdlü Yusif Kərimov məsuliyyətdən qaçmaq üçün Azərbaycan sərhədlərindən kənara çıxdığına görə axtarışa verilib.

  • Həbsdə olan polis polkovniki: “Buraxın, xəstə balamın yanına gedim…”

    Azərbaycanda balıq biznesi qurmaq adıyla öz dostunu aldadıb, 185 min manatlıq dələduzluqda ittiham olunan polis polkovniki məhkəmədən onu azadlığa buraxmağı xahiş edir. Həbs olunmamışdan altı ay əvvələ qədər Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun rəisi vəzifəsində işləmiş 58 yaşlı Fərhad Məmmədxanovun işi Bakı Ağır Cinayətlər Məhkəməsində gedir. Aprelin 18-də onun məhkəməsində «Caspian Fish” şirkətinin əməkdaşı Gülməmməd Muradov şahid qismində dindirilib.
    O bildirib ki, F.Məmmədxanovu su polisində rəis olan vaxtdan tanıyıb: «O vaxt müsadirə olunan balıqları bizə təhvil verirdilər. Bir gün mənə dedi ki, bir hacı dostu var (zərərçəkmiş Eldar Hənifəyev), iş qurmaq üçün pul verir. Razılaşdıq. Rayonda böyük ferma tikdik, iş qurduq. Bir gün Fərhad gəldi ki, hacıya pul lazımdır, 50 min verdim. Bir müddət sonra yenə hacıya pul lazım olduğunu dedi, bu dəfə 100 min də tapıb verdim”.

    Təqsirləndirilən polkovnik özü də ifadə verib. Bildirib ki, dövlətə hər zaman sədaqətli olub: «38 il orqanda dövlətə kişi kimi xidmət etmişəm. İndi danışsam da, kimdi mənə qulaq asan? Eldarla ailəvi dost olmuşuq. Yenə deyirəm, ona borcum var, amma o qədər yox. Balam ağır xəstədir, buraxın gedim yanına. «Quran” gətirin, əl basım ki, borcumu verəcəm”.

    Zərərçəkmiş Eldar Hənifəyev bildirib ki, əvvəlcədən borcu olduğunu etiraf etsəydi, məsələ bu yerə çatmazdı: «Onun uşağı xəstələnəndə birinci mən getdim. Ailəsinə mən kömək etmişəm, yenə dolana bilməyəndə edərəm də. Mənim heç kimi tutdurmaq niyyətim yoxdur. Sadəcə, bunlar mənə qara yaxdılar ki, guya faizə pul vermişəm. Bu adamın 5-10 il içəridə yatması mənə heç nə vermir”.
    Vəkillə məsləhətləşmək üçün
    məhkəmədən bir həftə vaxt istəyən zərərçəkmiş deyib ki, qarşı tərəfdən müəyyən təkliflər gəlib, onu müzakirə etmək istəyir. Onun istəyi ilə məhkəmə aprelin 25-nə qədər təxirə salınıb.

    İttihama görə, F.Məmmədxanov ailəvi dostu olan Eldar Hənifəyevdən balıq biznesi qurmaq adıyla pulu alandan sonra hər ay 5 min dollar olmaqla, altı ay ərzində ona qazanc verib. İddia olunur ki, polis polkovniki Hənifəyevin etibarını qazanmaq üçün belə addım atıb. Lakin F.Məmmədxanov onu aldatmadığını bildirir. Lakin dostuna borclu olduğunu da etiraf edir. //criminal.az

  • Amaliya Pənahova görüntüsü ilə təəccübləndirdi – FOTO

    Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova görüntüsü ilə yenə diqqət çəkib.

    Tez-tez imicini dəyişən sənətçi bu dəfə saçlarını qısaldıb və sarı rəngə boyayıb.

    Görənləri təəccübləndirən 72 yaşlı Pənahovanın fotosu sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.

  • Şəhid və itkin düşmüş şəxslərin ailələrinə 11 min manat veriləcək – FƏRMAN

    Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.

    1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə veriləcək.

    Birdəfəlik ödəmə bu fərmanda nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

    Birdəfəlik ödəmə bu Fərmanda nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir:

    3.1. hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;

    3.2. hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı;

    3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd;

    3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.

    Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.

    Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin; hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin; birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin; müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin; birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etsin.

    Maliyyə Nazirliyinə tapşırılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin etsin; bu Fərmanda nəzərdə tutulmuş tarixədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni təmin etsin; bu Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə illik hesabat təqdim etsin.

    Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidmətinə bu Fərmanda nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək tapşırılıb.

    Ədliyyə Nazirliyinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermək tapşırılıb.

    Dövlət Sığorta Kommersiya Şirkətinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermək tapşırılıb.

  • Yaşlı namizədlər dövlət qulluğu imtahanında uğur qazanmayıb

    Dövlət İmtahan Mərkəzinin (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növü üzrə keçirdiyi imtahanda iştirak edən namizədlərin yaş kateqoriyası və gender aspektləri üzrə statistik məlumatlar açıqlanıb.

    İmtahanda iştirak etmək məqsədilə qeydiyyatdan keçən 1537 namizəddən 970 nəfəri kişi, 567 nəfəri isə qadın iddiaçılar olub.

    Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 833 nəfər (qeydiyyatdan keçənlərin 86 %-i), qadınlar üzrə isə 512 nəfər (qeydiyyatdan keçənlərin 90 %-i) 20-34 yaş intervalında olanlardır.

    Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin üçü kişi, biri isə qadındır. Bildirilib ki, yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib.

    Ümumiyyətlə, imtahanda iştirak edən və yaşı 45-dən yuxarı namizədlərin yalnız bir nəfəri imtahanda uğur əldə edə bilib.

    Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 1537 namizəddən 469 nəfəri müvəffəqiyyət qazanıb.

    Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxslərdən isə 388 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 78 nəfər müvəffəqiyyət əldə edib.

    İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 53 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 12 nəfər müvəffəqiyyət qazanıb.

    Bundan başqa, 1537 namizəddən 174 nəfəri ali təhsil müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əmri ilə qəbul olmamış şəxslərdir. Onlardan yalnız 13 nəfər (7,4%) uğur qazanıb. Müvəffəqiyyət əldə edənlərdən bir nəfər xarici təhsil müəssisəsini, 12 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib.

    DİM tərəfindən dövlət qulluğu üzrə keçirilən imtahanlar nəticəsində ümumilikdə 1439 nəfər keçid balını toplayaraq müxtəlif altqruplara aid 1515 sertifikat əldə etmək hüququ qazanıb.

    Qeyd edək ki, A növü üzrə vakant vəzifələri tutmaq üçün növbəti test imtahanı mayın 26-da, B növü vəzifələr üzrə imtahanlar isə aprelin 22-də və iyunun 30-da keçiriləcək.

  • Турок назвался террористом, чтобы получить развод

    Турецкий бизнесмен ради получения развода заявил жене, будто является членом движения ФЕТО оппозиционного исламского проповедника Фетхуллаха Гюлена.

    Об этом сообщает Median.Az со ссылкой на газету HaberTürk.

    Хайри Угур, глава Средиземноморского союза экспортеров готовой одежды, после путча в июле 2016 года «признался» своей супруге Хепшен, что он сторонник организации, которую турецкие власти подозревают в подготовке мятежа. Мужчина добавил, что если его арестуют по обвинению в терроризме, семья потеряет все состояние.

    За 29 лет брака они смогли накопить около 200 миллионов турецких лир (49 миллионов долларов).

    Получив развод, мужчина перевез Хепшен и двоих детей в Орландо (американский штат Флорида), а затем сам вернулся в Турцию, где женился на любовнице.

    Когда тайна раскрылась, его бывшая супруга Хепшен подала иск, обвинив Угура в мошенничестве, злоупотреблении доверием и прекращении брака посредством обмана.

    Отмечается, что мужчине придется предстать перед судом.

    ФЕТО – оппозиционная нынешнему руководству Турции группировка. Анкара считает ее террористической и обвиняет в попытке госпереворота в июле 2016-го.

  • Türk boşanmaq üçün özünü terrorçu adlandırdı

    Türkiyəli biznesmen həyat yoldaşından boşanmaq üçün özünü Fətullahçı terror təşkilatının üzvü kimi təqdim edib.

    Median.Az-ın “HaberTürk”ə istinadla məlumatına görə, hazır geyim ixracı ilə məşğul olan Aralıq dənizi ittifaqının rəhbəri Hayri Uruq 2016-cı ilin iyulunda həyat yoldaşına FETÖ üzvü olduğunu və həbs ediləcəyi təqdirdə ailəsinin bütün varlığını itirəcəyini deyib.

    29 illik evlilikləri ərzində cütlük 200 milyon lirə (49 milyon dollar) vəsait qazana bilib.

    Ayrılıqdan sonra biznesmen ailəsini Florida ştatına köçürüb. Özü isə Türkiyəyə qayıdaraq, burada sevgilisi ilə evlənib.

    Bütün yalanlar ifşa edildikdən sonra biznesmenin keçmiş həyat yoldaşı Hepşen məhkəməyə şikayət edib. O, keçmiş ərini dələduzluqda, etimaddan sui-istifadə edilməsində və aldatma yolu ilə nikahın dayandırılmasında ittiham edib.

    Qeyd edilib ki, Hayri Uruq hakim qarşısına çıxmalı olacaq.

  • Столкновения в Ереване: уже у здания правительства – ВИДЕО

    У третьего корпуса здания правительства Армении произошло столкновение между полицейскими и активистами.

    Об этом Median.Az передает со ссылкой на армянские СМИ.

    Демонстранты попытались окружить корпус здания правительства, препятствуя входу сотрудников в здание. Полиция, окружив группу участников акции, попыталась очистить территорию, после чего подвергла приводу несколько лиц.

    После того, как молодежь усадили в полицейскую машину, началось столкновение между полицейскими и другой группой активистов. Один из них лег под полицейскую машину, не позволяя, чтобы задержанных отвезли в полицейский участок.

    В конце концов полиции удалось вытащить активиста из-под машины и отвезти задержанных в отделение полиции.

    На месте инцидента находился также замначальника полиции Еревана Валерий Осипян.

  • В Иране произошло сильное землятрясение

    Подземный толчок магнитудой 5,8 зафиксирован в южной части Ирана в 102 км юго-восточнее города Бушир, сообщает Алтае-Саянский филиал Единой Геофизической службы РАН.

    Как передает Median.Az со ссылкой на Интерфакс, по данным оперативной обработки Алтае-Саянского филиала, эпицентр зафиксированного в 10:34 в четверг землетрясения имел координаты 28.37 градуса северной широты и 51.68 градуса восточной долготы.

    По интенсивности сотрясений в эпицентре сейсмособытие оценивается как «разрушительное».