Month: April 2018

  • Azərbaycanda RƏZALƏT: Məktəbli qız qardaşından hamilə qaldı

    Hacıqabul rayonunda inanılmaz hadisə baş verib.

    Criminal.az saytının məlumatına görə, məktəbli qız qardaşından hamilə qalıb.

    Hadisə rayonun Meyniman kəndində baş verib. Kənd məktəbinin 7-ci sinif şagirdi Sona Qədimova (ad-soyad şərtidir) ögey qardaşından 4 aylıq hamilədir. Onun hamilə olması qarnının böyüməsindən sonra xəbər tutublar. Məlum olub ki, məktbli qız ögey qardaşı ilə intim münasibətdə olub və ondan hamilə qalıb.

    Meyniman bələdiyyəsinin sədri Vəli Ələkbərov Criminal.az saytına bildirdi ki, hadisə barədə 4 gün əvvəl xəbər yayılıb. Bacısı ilə intim əlaqədə olan qardaşın anası bir neçə il əvvəl dünyasını dəyişib. İntim əlaqədə olan qız onun ögey bacısıdır. O, bir müddət əvvəl hərbi xidməti başa vurub.

    Hacıqabul rayon Polis Şöbəsindən criminal.az saytına bildirildi ki, bacısı ilə intim əlaqədə olan qardaş artıq həbs edilib. Cinayət işinin istintaqını prolurorluq aparır.

  • В детском саду воспитательница напоила детей растворителем

    В детском саду при московской школе № 630 четверо детей отравились бензиновым растворителем. По предварительной информации, воспитательница напоила вернувшихся с занятий по физкультуре малышей жидкостью из бутылки, стоявшей на кухне в зоне питания.

    Как передает Median.Az со ссылкой на life.ru, сразу после этого четверым воспитанникам в возрасте 4–5 лет стало плохо, они были доставлены в детскую клиническую больницу. Проверку по данному факту уже проводит СК.

    “Предварительно установлено, что несколькими днями ранее во время проведения субботника другая воспитательница данной группы для удаления пятен со своей одежды развела растворитель “Уайт-спирит” в бутылке из-под воды, которую оставила в зоне для питания детей”, — сообщает пресс-служба ведомства в телеграм-канале “Следком”.

    Все сотрудники дошкольного учреждения опрашиваются следователями. По результатам проверки будет принято процессуальное решение.

  • Bakıda 3,5 milyon dolları göyə necə sovurdular? (ARAŞDIRMA)

    Paytaxta bütün patkomatların ləğv edilməsi ilə bağlı yayılan sürücülər üçün növbəti “şad xəbərdən” bir həftə keçir. Dərhal təəssürat yayıldı ki, 12 may 2014-cü ildən quraşdırılmağa başlanılan parkomatlar saqasına son qoyuldu. Düzdü onların ləğvi  ilə bağlı rəsmi xəbər hələlik yoxdur amma bir şey dəqiqdir ki, yaxın iki-üç ay ərzində parklanma təsərrüfatı Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməlidir. İstisna deyil ki, parkomatlarda. 

    Bəs parkomatları Nəqliyyatın intelektual idarəetmə mərkləzinin  avtobus dayanacaqlarında quraşdırdığı informasiya monitorların aqibəti gözləyə bilərmi? Tozlu olsa da göz yaraşığı və sosial çarxların nümayişi üçün istifadə olunan bu “televizorlar” özünün əsas funksiyasını yerinə yetirmir- ictimai nəqliyyatın hərəkət davamiyyəti barədə məlumat vermir. Parkomatlarda əbədiyyata qovuşacaqsa,  o zaman sual yaranır. Onların hər hansı xeyri oldumu və ən əsası onların alınması, quraşdırılması, saz saxlanılması sizin, qonşunuza vergi ödəyicisinə, yəni ölkə büdcəsinə neçəyə başa gəldi?       
      
    Mənəvi xeyir Vs maddi səmərəsizlik     

      
    Parkomatlar dünyanın bir çox böyük şəhərlərində quraşdırılıb, qanunsuz və nizamsız parklanma, küçələrdə avtomobil sıxlığı aradan qaldırmaq üçün faydalı olması danılmazdır. 

    “Ən azı rahatlıqdı, gəlib saxlayırıq və gedirirk,” – əksər sürücülər məhz belə bu aparatların faydasını vurğulayır. Bundan əlavə, bu aparatlardan yığılan vəsait şəhərin icra hakimiyyəti və ya bələdiyyənin balansına köçürülür. Bu da öz növbəsində şəhər infrastrukturun inkişafına əlavə vəsait xərcləmək imkanı yaradır: binaların xarici fasadın, yol infrastrukturu, kommunikasiyasıın yaxşılaşdırılmasına və s. Nəzəriyyə belədir. Bəs təcrübə? 

    “Parkomatları idarə edən qurumun demək olar ki, xeyiri yox idi”

    Ekpertlər belə də nikbin deyil. MBA Сonsulting-in baş direktoru Nüsrət İbrahimov deyir, ötən il aparılan yoxlamalar göstərdi ki, Bakı şəhər İcra hakimiyyətinə aid xüsusi təyinatlı nəqliyyat idarəsinin tabeliyində olan bu apparatlar heç bir maddi xeyir gətirməyib. 
      
    “Vergilər Nazirlyi yoxlama keçirdi keçən ilin birinci yarısında. Yoxlama apardı və heç bri mənfəət vergisi hesablanmadı. Parkomatları idarə edən qurumun demək olar ki, xeyri yox idi.”   
      
    Maraqlıdır ki, hələ 2014-cü ildə QHT-lərin apardığı hesablamalarda o zaman 300 parkomatdan hər ay ərzində 1 800 000 manat vəsait toplanılırdı. 
      
    “İşlədə bilməyiblər, ona görə söndürüblər” 

      
    Nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov istisna etmir ki, gələcəkdə parkomatlara da ehtiyac qalmasın. Onun fikrincə həmin parkomatlar çox böyük istismar xərcləri tələb edir. 
      
    “Parkomatlar hələlik özünü doğrultmayıb. Ödəniş vasitəsindən başqa heç nə deyil. Məlum olmayan bir çox məsələlər var. Parklanma harada başlayır, harada qurtarır, neçə avtomobillikdir, hansı üsulla dayanmaq olar və s. Parklanma təsərrüfatını idarə edən adamlar onları işlədə bilmədikləri üçündə, aparatları söndürüb.” 
      
    Ekspertin dediyinə görə, parkomatları və proqramlarını işlək vəziyyətdə saxlamaq üçün onu quraşdıran xarici şirkətlə müqavilə var və həmin şirkətə samballı məbləğdə pul ödənilir. 

    QHT-lərin hesablamalarına görə, paytaxt küçələrində 414 Fransanın “Parkeon” şirkətinin istehsalı olar parkomatlar quraşdırılıb. Koroziyaya davamlı,  -10 şaxtadan 55 dərəcə istiliyə gədər dözümlü, 3G internet modem ilə təchiz olunan, günəş panelləri vasitəsilə qidalanan, rahat interfeysə malik bu parkomatların ölkəmizdə rəsmi distribyutoru Türkiyənin Petek Group şirkətidir. Şirkətin regional direktoru Saleh Abdullayev deyir yeni parkomatların gətirilməsi barədə hələ heç bir müraciət olunmayıb. 
      
    “Biz maliyyə tərəfinə baxmırıq. Parkomatları gətirəndə biz tərcüməçi və texniki parametrlər ürzə dəstək olmuşuq. Parkomatın qiyməti konfidensial məlumatdır. Ehtiyyat hissəsi lazım olanda, bizim texniki personal gedir baxır avadanlığın vəziyyətinə. Problem olanda, biz qeyd edirik ki, filan avadanlığın filan cihazı xarab olub. Parkeon çox keyfiyyətli məhsul olduğuna görə hələki ehtiyyat hissələri sifariş olunmayıb. Amerikada həmin aparat bəlkə 10 ildi dəyişilməz olaraq işləyir.”    
      
    “Bu cür parkomatın qiyməti 8000-9000 dollar arasıdır”

      
    Saleh Abdullayev aparatın qiyməti barədə məlumatın konfidensial olduğunu desə də, Parkeon şirkətinin elə həmin ABŞ-dakı distribyutoru olmuş Butts Ticket Co  şirkətinin nümayəndəsi Miç Bats müsahibəsində bildirilib ki, bu cür parkomatın qiyməti 8000-9000 dollar arası fərqlənir. Lakin Batsın bəhs etdiyi parkomatlar ABŞ-da istehsal olunur, Azərbaycana isə parkomatlar Fransadan gətirilib. Məntiqə uyğun olaraq parkomatlar dövlət sifarişi əsasında idxal olunubsa, bu zaman onlara heç bir gömrük rüsumu tətbiq edilməməlidir. Əgər bunun əksi baş verəcəksə o zaman aşağıdakı rəqəmlər ortaya çıxacaq. (Əlimizdə olan məlumatlardan çıxardığımız təxmini rəqəmlər)  

    Parkomatlar ilə əlaqədar bütün yollar İcra hakimiyyətinə aparır 

      
    Bütün yollar Romaya apardığı kimi, bütün suallara cavab verəcək yolda Bakı şəhər İcra hakimiyyətinin xüsusi təyyinatlı nəqliyyat idarəsinə aparırdı. İdarədə rəhbərliyin ərazidə olduğu deyən çox oldu, amma ərazinin dəqiq yeri və ən əsası bir neçə suala cavab verməli olması barədə onunla əlaqə saxlayan tapılmadı. Özünü təqdim etməkdən imtina edən şəxs (istisna deyil ki, rəhbərlərdən biri idi)  isə birinci dedi rəhbərliyi tapmaq üçün sülb tezdən gəlmək lazımdır, sonra isə ümumiyyətlə idarənin heç bir suala cavab verməyəciyini söylədi. 
      
    “Xeyr, vermirəm nömrəni. Xeyr” 
      
    Beləliklə, məsələ ilə bağlı ən çox danışmalı olan qurumun söz ehtiyyatında “xeyr” sözündən başqa kəlmə tapılmadı. Cavab verilmədi ki, bu aparatları alanda, onların saz saxlanılmasına nə gədər vəsait xərclənib, yeni aparatlar və ehtiyyat hissələri sifariş olunub mu, bu vaxtadək yığılan vəsaitin həcmi nə olub və nəyə sərf edilir.   
      
    “Bakıda avtomobillərin parklanması tam avtomatlaşdırılacaq” 

      
    Təhvil verən qurum danışmasa da təhvil alan qurum parklanma təsərrüfatı ilə bağlı hətta proqnozlarını da dilə gətirib. Bakı nəqliyyat agentliyin baş direktoru Vüsal Kərimli yerli KİV-ə verdiyi müsahibədə parklanmanın tam avtomatlaşdırmaq niyyətində olduqlarını bildirib.   
      
    “Necə ki, biz avtobuslarda nağdlaşmanı aradan qaldırıb, kart vasitəsilə nağdsız ödəniş istiqamətində gediriksə, parklanma ilə bağlı da bunu etmək istəyirik. Artıq yeraltı və ya digər parklanmaların işlək vəziyyətə gətirilməsi istiqamətində hərəkət edəcəyik ki, küçələrdə qeyri-qanuni parklanmanın və ya ümumiyyətlə parklanmanın yaratdığı problemlər ortadan qalxsın.” 
      
    Ölkə əhalisinin üçdə birinin yaşadığı paytaxt Bakıda nizamlanmış parklanma sistemin qurulması şərtdir. 
      
    Belə, plastik kart və ya SMS vasitəsi ilə parklanmaya ödəniş etmək tam avtomatlaşdırılmış parklanmaya gedən yolda vacib bir mərhələrdir. Hələlik bu yolda irəlidə gedən ölkə Sinqapurdur. Bu ölkə elektron şəkildə yolun dəyərləndirilməsi sisteminə (Electronic road pricing) aid elektron parklanma sistemini (Electronic Parking System) tətbiq edib. Ona əsasən, sürücü parklanma ərazisinə daxil olanda onun girişi naqilsiz internet vasitəsi ilə (Wi-Fi) qeydə alınır. Sürücü parklanma ərazisimi tərk edəndə isə onun icrabi ödəmə kartından müvafiq ödəniş çıxılır. 
     
    Mənbə: Baku.ws

  • “Yoldaşım dedi ki, video baxılası deyil” — Müəllimin xadiməni zorlamasının TƏFƏRRÜATI

    Cəlilabad rayonu Muğan kənd orta məktəbinin təmizlik işçisini zorladığı deyilən müəllim B.A (ad şərtidir) ailəli imiş.

    Sözügedən məktəbin direktoru Aygün Məlikova “Ölkə.Az”a verdiyi məlumata görə, müəllimin bir, texniki işçinin iki övladı var. A.Məlikova hər iki şəxsi belə xarakterizə edib:

    “B.A altı ildir bizim məktəbdə ibtidai sinif müəllimi işləyir, 34 yaşı var. Mən bu məktəbə iki ildir rəhbərlik edirəm. Qadın isə məktəbimizin təmizlik işçisi yox, gündüz gözətçisidir. Hər ikisi ailəlidir. Gözətçinin iki, müəllimin bir övladı var. Bu müddətdə onların hansısa münasibətinin olmasını hiss etməmişik. Hər ikisi hər gün məktəbdə olurlar”.

    Direktor bildirib ki, dünəndən Muğan kənd sakinləri müəllimi axtarır:

    “Kənd camaatı müəllimin evinin həyətinə tökülüşüb üsyan edirlər. Qapısında iki yüzdən çox adam var idi. Amma nə qadın, nə də müəllim ortada yoxdur. Qadın şikayəti edəndən sonra gecəylə qaçmışdı. Bildiyimə görə hazırda hər ikisi polis idarəsindədir. Dünənə qədər hər ikisi işə gəlirdilər. Mənim qızlarımdan biri də həmin müəllimin sinifində oxuyur. İnanın ki, özüm dünəndən qorxu, həyəcan içindəyəm, yatmamışam.

    Qarovulçunun eviylə məktəbin həyəti bitişikdir. Kənd camaatına da deyirəm ki, mən məktəbin məsuliyyətini daşıyıram. İşçilərin işdən sonra etdiklərinə cavabdeh deyiləm”.

    A.Məlikova qeyd edib ki, müəllimlə gözətçinin intim münasibətini əks etdirən video görüntü kənddə yayılıb: “Onların münasibətini əks etdirən video var. Mən o videoya baxmamışam. Ancaq baxanlar deyirlər ki, ora məktəb deyil, başqa evdir. Həmin görüntülər kəndin bütün oğlanlarının telefonlarında var. Videoda müəllimin yox, ancaq gözətçinin üzü görünür. Bunu mənə bayaq müəllimin həyat yoldaşı dedi ki, o videodakı bizim ev deyil. Baxmaq istədim, həyat yoldaşım icazə vermədi ki, baxılası deyil”.

    Qeyd edək ki, xəbəri ilk olaraq “Report” yayıb. Xəbərdə qeyd edilir ki, Muğan kənd orta məktəbinin müəllimi B.A (ad şərtidir) 2017-ci ildə həmin məktəbin təmizlik işçisi A.Z.-yə təcavüz edərək onunla cinsi əlaqədə olub və həmin anı mobil telefonu vasitəsilə videoqeydiyyata alıb.

    Bir neçə gün bundan əvvəl məktəbin müəllimi B.A. yenidən təmizlik işçisi ilə cinsi əlaqəyə girmək istəyib. Lakin təmizlik işçisi buna etiraz edib. B.A. onunla cinsi əlaqədə olmasını əks etdirən videogörüntüləri sosial şəbəkələrdə yaymaqla şantaj edib. Təmizlik işçisi onunla yenə də cinsi əlaqədə olmaq istəmədiyini bildirib. Bundan sonra müəllim həmin videogörüntüləri kənd sakinləri arasında yayıb.

    Baş verən hadisə ilə bağlı kənd sakinləri tərəfindən Cəlilabad Rayon Polis Şöbəsinə müraciət edilib. Polis şöbəsində araşdırmalara başlanılıb.

  • TANAP bu il istifadəyə veriləcək

    Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur.

    Bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

    Prezident qeyd edib ki, iqtisadiyyatımızın əsas hissəsini neft-qaz sektoru təşkil edir:

    “Təbii ki, son 15 il ərzində bu sahəyə xüsusi diqqət göstərilirdi və bundan sonra da göstəriləcək. Bu illər ərzində biz doğrudan da tarixi nailiyyətlərə nail ola bilmişik. Ulu öndər Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və beləliklə, biz böyük gəlirlər əldə etməyə başlamışdıq. Ondan bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirmişdir.

    Hazırda biz Cənub Qaz Dəhlizinin icrası ilə məşğuluq. Bu layihə bizim təşəbbüsümüzlə həyata keçirilir. 2012-ci ildə bu layihəyə start verildi. Ondan əvvəlki illər isə demək olar ki, nəticəsiz keçib.

    Çünki Azərbaycan qazını böyük həcmlərlə Avropa bazarlarına çıxarmaq üçün bir neçə il ərzində müzakirələr gedirdi, amma heç bir nəticə yox idi. Biz bunu görəndə artıq bildik ki, ancaq özümüzə güvənməliyik və tarixi qərarlar qəbul edildi. Çox çətin layihəni uğurla icra edirik. Bu, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu layihədir. Cənub Qaz Dəhlizinə qoyulan sərmayə 40 milyard dollara bərabərdir.

    Bu vəsaitin böyük hissəsi xarici tərəfdaşlar, banklar tərəfindən qoyulur. Ona görə xüsusilə bu da dünyada mövcud olan iqtisadi böhrana təsadüf etdi və bu vəsaiti ölkəmizə cəlb etmək o qədər də asan məsələ deyildi. Biz, əlbəttə, diplomatik, siyasi və iqtisadi yollarla buna nail ola bilmişik. “Cənub Qaz Dəhlizi” layihələrinin üçü – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP bu il istifadəyə veriləcək”.

    Dövlət başçısı nəzərə çatdırıb ki, biz artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirmişik:

    “Bundan sonrakı illər ərzində Azərbaycan Avrasiyada çox önəmli enerji resurslarını dünya bazarlarına çıxaran ölkə kimi fəaliyyət göstərəcək. Əlbəttə, bizə əlavə gəlirlər gələcək ki, bu gəlirləri də biz ölkəmizin inkişafına yönəldəcəyik.

    Biz bu illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımlar atmışıq, yeni kontrakt imzalanıb. Kontraktın müddəti 2050-ci ilə qədər uzadılıb və biz öz payımızı artıra bilmişik.

    Eyni zamanda, 3,6 milyard dollar bonus almışıq və onun birinci hissəsi artıq bu il xəzinəyə daxil olub. Növbəti illərdə biz neft-qaz sektorunda digər perspektiv strukturlar ətrafında tərəfdaşlarla işləyəcəyik. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olub və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək”.

  • Ermənilər dinc sakini yaralayıb

    Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.

    Median.Az APA-ya istinadən xəbər verir ki, Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən düşmən tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

    Xəstəxanaya yerləşdirilən R. Hacıyevin vəziyyəti qənaətbəxşdir.

    Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.

  • SOS! Aprel qəhrəmanı ağır durumda: “İndi də onun dar günüdür…” – REPORTAJ

    Həyat yoldaşının telefonunda Azərin iki il əvvəl çəkilmiş şəkillərinə baxırıq. Sonuncu şəkil daha çox diqqətimi çəkir. Hərbi geyimdə bir əsgər əlindəki silahdan bərk-bərk yapışıb. Başının üstündə Azərbaycan bayrağı dalğalanır. Gözümü telefondan çəkib, yataqda ağrıdan qıvrılan Azərə baxıram. İki il əvvəl aprel döyüşlərində qəhrəmancasına döyüşən o əsgərdən əsər-əlamət qalmayıb. Üz-gözü şiş, silahdan yapışan o qolları iynədən dəlik-deşik… Başını tutub, ağrının təsirindən inildəyir…
     
     
    Əslən Füzuli rayonunun Veysəlli kəndindən olan Azər Aslanovun 32 yaşı var. Orduya 2015-ci ildə qoşulub. Lələ Təpənin düşmən işğalından azad olunması uğurunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Azərin ən böyük arzusu doğulub boya-başa çatdığı doğma kəndi Veysəllini də bir gün Lələ Təpə kimi işğaldan azad etmək olub. Səhhətində yaranmış problemlər Azərin bu və digər arzularını yarıda qoyur. Ötən ilin oktyabr ayında ordudan tərxis olunur. Keçmiş döyüşçü qan xərçəngindən əziyyət çəkir. Hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda müalicə alır.
     
    Azərin danışmağa heyi olmadığından atası Əbülfət dayı ilə söhbətləşirik. Deyir, hər şey aprel döyüşlərindən sonra başlayıb. 
     
    – Azər BMP-də atıcı olub. Ona qədər oğlum sapsağlam olub. Nə oldusa, o döyüşlərdən sonra oldu. Həyəcan, qorxu, stress yaratdı bu xəstəliyi.
     
    Xəstəlik özünü 2017-ci ilin iyununda büruzə verməyə başlayıb. Onda onu Füzulidəki hərbi hospitala yerləşdirirlər. İlkin müayinələrdən keçəndən sonra Azər Bakıya – Mərkəzi Hərbi Klinik Hospitala göndərilir. Müayinələr zamanı Azərin boğazında limfa vəzilərinin şişdiyi görülür.
     
    – Əməliyyatla o vəzilərdən birini çıxartdılar. Təxminən 1 ay orada saxlayandan sonra Azəri Milli Onkologiya Mərkəzinə göndərdilər. Orada 6 dəfə kimya terapiya etdilər.
     
    Elə bu vaxt Azər güclə ediləcək səslə su istəyir. Anası cəld yerindən sıçrayır. Pambığı suya batırıb, oğlunun susuzluqdan qurumuş dodaqlarına sürtür. 
     
    Atasının sözlərinə görə, kimya terapiya alandan sonra Azərin vəziyyəti daha da pisləşib.
     
    – Gördüm uşağım sağalmaq əvəzinə geri gedir. Getdim həkimin yanına. Dedi, sənin uşağının vəziyyəti çox pisdi, götür apar onu Qan İnstitutuna. Azərdən qan nümunəsi götüzdürüb verdim Qan İnstitutuna. Yoxladılar, qan xərçəngi çıxdı. 2 aya yaxındır burdayıq. Müalicənin heç bir nəticəsi yoxdur.
     
    Keçmiş döyüşçünün bədənində qan yığınının azalması var. Ona hər gün isti qan vurulur.
     
    – Qan qrupu müsbət 1 olan 4 donorun qanından trombositlər hazırlanıb Azərə vurulur. Yenə də qanında trombosit qalmır. Ağ qan qırmızı qanı yeyir.
     
    Vəziyyəti ağırdır. Ağrıdan yatağından sağa-sola qıvrılır. Anası alnını sığallayır. Hər dəfə inildədikcə anasının səsi gəlir: “Caaan…”.
     
    “Niyə mənim oğlumla kimsə maraqlanmır? Axı Azər elə belə əsgər olmayıb. Lələ Təpənin alınmasında hərbçi yoldaşları ilə çiyin-çiyinə döyüşüb. Niyə Müdafiə Nazirliyi oğluma qarşı biganəlik edir? Azərin 2 körpə balası var. Onlar nə yeyir, nə içir, soruşan yoxdur. 2 körpə uşağı rayonda atıb gəlmişik Bakıya” – Əbülfət dayının səsi titrəyir.
     
    Azərin həyat yoldaşı Firuzə xanımın gözləri yaşarır. Həyat yoldaşını bu vəziyyətdə tək qoya bilmir. Dili “Azər harada, mən də orada” desə də, yanağından süzülən yaşlar balaları üçün çox darıxdığını deyir.
     
    Azərin 2 övladı var: Eltac və Aytac. Eltacın 2, Aytacın 4 yaşı var. Uşaqların birini Firuzənin anası, digərini yaxın qohumları saxlayır. Deyir, hər zəng edəndə uşaqlar ağlaşır deyə gec-gec zəng etməyə çalışırlar.
     
    Əbülfət dayı həyəcanlı, bir az qəzəbli, oğlunun həyatı üçün nigarandır. Amma daha çox incikdir.
     
    – Vətənin dar günündə oğlum ön cəbhədə idi. İndi oğlumun dar günüdür. Buradan prezidentimiz İlham Əliyevdə, xanımı Mehriban Əliyevadan kömək diləyirəm. Oğlumu ölməyə qoymayın.
     
    Nəsə demək istəyirdi ki, Azərin səsini eşidib susur. Tam olaraq oğluna da baxmır. Gözləri Azərin yatağının altına zillənib qalıb. Baxışlarını yerdən qaldırmadan danışır. Sanki yatağında ağrıdan qıvrılan oğlundan, balası ağrıdan zarıdıqca “caaaan” deyə canını qurban verən həyat yoldaşından, ərinə duyduğu sevgisini balasıyla paylaşa bilməyən fədakar gəliniylə göz-gözə gəlməkdən çəkinir. Yorğun baxışlarından çarəsizlik yağır.
     
    – Ali təhsilli adamam. Amma iş yoxdu ki, işləyim… Nə edim, necə edim, bilmirəm, a bala? Maraqlanmışam, qan xərçənginin xaricdə müalicəsi var. Amma bahadı. O qədər pulu haradan tapım?
     
    Birdən gözlərinə işıq gəlir:
     
    – Hacı Nuranı tanıyırsan?
     
    – Hə, ancaq qiyabi.
     
    – Maşallah, bax, hacı Nuran sağaldı. Həmişə onu izləyirəm. Oğlum haqda bilsə, inanıram ki, köməklik edər. Xeyirxah insandır. Ehtiyacı olanlara yardım edir. Azər haqda eşitsə, bizə də kömək edər.
     
    – Yazını oxusa, xəbəri olacaq. Bəlkə kimsə yazını oxuyub onu görmək istədiyinizi xəbər verər, o da sizə sürpriz edər.
     
    Bu dəfə üçü də bir ağızdan “İnşallah!” deyir.
     
    Azər Aslanova yardım etmək istəyənlər üçün onun adına bank hesabı açılıb:
     
    Kapital bank
     
    Valyuta: AZN
     
    Benefisiarın Bankı: Kapital Bank ASC Beyləqan rayon filialı
     
    Filialın Kodu: 200402
     
    VÖEN: 9900003611
     
    SWIFT kod: AIIBAZ2X
     
    Mühbir hesab: AZ37NABZ01350100000000001944
     
    Benefisiarın adı: AZER ASLANOV ƏBÜLFƏT OĞLU
     
    Benefisiarın hesabı: AZ41AIIB41010019440327972140
     

     

     

     

     

  • Спор водителей в Лянкяране закончился поножовщиной

    По факту поножовщины, имевшей место в Лянкяранском районе вечером 17 апреля, никто не задержан.

    С обвиняемого лица взята объяснительная, после чего он был отпущен.

    Ранее была распространена предварительная информация, согласно которой на территории села Ляй житель села Гирдани Вагиф Балахан оглу Алиагаев, 1976 года рождения, получил ножевое ранение, точнее незнакомец порезал ему ухо.

    В Лянкяранском РУП отметили, что действия лиц, участвовавших в конфликте, квалифицированы как мелкое хулиганство. В частности установлено, что на дороге столкнулись два автомобиля, в результате водители транспортных средств пытались доказать друг другу свою правоту.

    Но, как известно, в споре истина не рождается. Спор закончился тем, что один водитель слегка ранил другого ножом. Но ухо никому не резали.

    По факту ведется разбирательство.

  • Bu gün muzeylərə açıq qapı günüdür

    Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

    Bu münasibətlə aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə açıq qapı günü elan edilib.

    Açıq qapı günü Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi “Müqəddəs əmanətlər” ekspozisiyası, habelə “Qala” Qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik muzey kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə edəcəklər.

    Muzeylər saat 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

  • Azərbaycanda bütün kənd yolları yenidən qurulacaq

    Bu ilin sonuna qədər Azərbaycanda yeni salınmış yolların sayı 15 min km-ə çatacaq.

    Bunu prezident İlham Əliyev bu gün andiçmə mərasimində deyib.

    Dövlət başçısı qeyd edib ki, Azərbaycanda bütün kənd yolları yenidən qurulacaq:

    “Kənd yolları ilə bağlı təkliflər daxil olub, tədricən bütün yollar yenidən qurulacaq. Yol infrastrukturu ilə yanaşı, bütün kəndlərdə içməli su infrastrukturu da qurulacaq və tədricən bütün kəndlər təmiz içməli su ilə təmin ediləcək”.