Month: April 2018

  • В Ираке азербайджанок приговорили к смертной казни

    Центральный уголовный суд Ирака приговорил семь иностранок, в том числе трех азербайджанок, за причастность к террористической группировке «Исламское государство» (ИГИЛ) к пожизненному заключению или смертной казни.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщает иракский телеканал Al-Sumaria со ссылкой на заявление Высшего судебного совета Ирака.

    «Уголовный суд приговорил к пожизненному заключению одну француженку и двух россиянок из ИГИЛ», – говорится в заявлении.

    Согласно документу, три женщины из Азербайджана и одна из Кыргызстана, относящиеся к группировке ИГИЛ, приговорены к смертной казни.

  • Cуд приговорил авторитета “Положение Анар” к 4 годам заключения

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя г.Сумгайыт Анара Магерамова, обвиняемого по статье 221.1 (хулиганство) и 234.4.3 (незаконное приобретение или хранение в целях сбыта наркотических средств в крупном размере) УК Азербайджана.

    Как сообщает Median.Az, по обвинительному акту, Анар Магеррамов с группой неустановленных следствием лиц явился в ночной клуб “Night Office” и под предлогом того, что якобы житель столицы Кямран Гусейнов приставал к его девушке нанес ему тяжкие телесные повреждения. Потерпевший был доставлен в Клинический Медецинский центр. Сотрудники Сабаильского РУП задержали Анар Магеррамова, при обыске у него изъяли наркотики.

    Суд приговорил обвиняемого к 4 годам лишения свободы.

    Напомним, что гособвинитель просил назначить А.Магеррамову 9 лет лишения свободы.

  • Parlament Serj Sarqsyanın taleyini həll etdi

    Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq

    Ermənistanın eks-prezidenti Serj Sarqsyan aprelin 17-də parlamentin xüsusi iclasında baş nazir seçilib.

    Sarqsyan Ermənistan Milli Məclisində keçirilən səsvermədə çoxluğun səsini qazanıb. Ona iclasda iştirak edən 94 deputatdan 77-si səs verib. 17 deputat isə Sarqsyanın əleyhinə olub.

    Ermənistanın yeni konstitusiyasına görə, Serj Sarqsyan faktiki dövlət başçısı olacaq.

    Qeyd edək ki, 2015-ci ilin dekabrında qəbul olunmuş yeni konstitusiya ilə Ermənistan parlamentli respublika üsul-idarəsinə keçib. İcra hakimiyyətinin bütün səlahiyyətləri baş nazirə verilib.

    Prezident isə sadəcə ölkənin nominal lideri olacaq və dövlətin əsas siyasətindən kənarda qalacaq.

    Əvvəlkindən fərqli olaraq, hazırkı konstitusiyaya görə, baş nazir məhdudiyyətsiz olaraq bir neçə dəfə seçilə bilər.

    Parlament tərəfindən seçilmiş baş naziri prezident təsdiqləyəcək. Bundan sonra baş nazir beş gün ərzində baş nazirin müavinlərinin və nazirlərin namizədliyini irəli sürməlidir.

    Prezident onları üç gün müddətində təsdiqləməlidir.

    Yeni hökumətin formalaşma müddəti 1-10 may tarixləridir. Ermənistanda parlament idarəetmə üsuluna keçid yeni prezidentin çıxışından sonra başlayacaq.

    Xatırladaq ki, eks-prezidentin baş nazir postuna namizədliyi ötən gün parlamentdə hakim Respublika partiyası və onun koalisiya ortağı “Daşnaksütyun” tərəfindən rəsmən irəli sürülüb. İki gündür Yerevanda və ölkənin ayrı-ayrı regionlarında Sarqsyanın baş nazir olmasına qarşı çıxanların “vətəndaş itaətsizliyi” aksiyası davam edir.

  • Zakir Qaralov “İzvestiya” qəzetini cəzalandırmağı xahiş edir

    Zakir Qaralov Rusiyanın baş prokurorundan “İzvestiya” qəzeti ilə bağlı ölçü götürməyi xahiş edib

    Azərbaycanın baş prokuroru Zakir Qaralov rusiyalı həmkarı Yuri Çaykaya müraciət edib.

    Qaralovun müraciəti 16 aprel 2018-ci il tarixdə “İzvestiya” qəzetinin informasiya portalında Ermənistanın eks-prezidenti Serj Sarqsyanla müsahibədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən qondarma rejimin bayrağının və digər şüarların nümayiş etdirilməsidir.

    Baş prokuror müraciətində ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı yol verilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyib. Həmçinin qeyd edib ki, informasiya portalının redaksiyası tərəfindən yol verilmiş təxribat Azərbaycan ictimaiyyəti arasında geniş rezonans doğurub. Qaralov bu məsələ ilə bağlı Rusiyada obyektiv və ədalətli şəkildə araşdırma aparılacağına, həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminliyini ifadə edib.

    Qeyd edək ki, “İzvestiya”nın saytında yayımlanan müsahibəni Serj Sarqsyandan jurnalist Aleksey Zabrodin götürüb. Müsahibədə separatçı Dağlıq Qarabağ rejiminin bayrağının əks olunduğu və “Müstəqil Artsağa xoş gəlmisiniz” sözlərinin yazıldığı bilbordun şəkli yayımlanıb. Müsahibənin suallarından biri Dağlıq Qarabağ münaqişəsinə həsr olunub.

    1917-ci ildə nəşrə başlamış “İzvestiya” qəzetinin hazırkı baş redaktoru erməni əsilli Arsen Ohanesyandır./sputnik.az

  • İlham Əliyev sabah and içəcək, hökumət istefaya gedəcək

    Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.

    Bu barədə Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədov məlumat verib.

    Bu gün Konsitutsiya Məhkəməsi aprelin 11-də keçirilmiş prezident seçkilərinin nəticələrini təsdiq edib. Qərara əsasən, İlham Əliyev 86,02 faiz səslə seçkinin qalibi olub.

    Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə belə bir and içir:

    “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

    And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

    Əli Əhmədov bildirib ki, andiçmə mərasimindən sonra Nazirlər Kabineti istefa verəcək.

  • Murad Dadaşov “Maşın”ın başlayacağı tarixi açıqladı

    Əməkdar artist Murad Dadaşov “Maşın” şousunun başlayacağı tarixi açıqlayıb.

    O bildirib ki, şou mayın 28-də yayımlanacaq:

    “İştirakçıların hamısı bəlli deyil, amma bir qisim hazırdır. 1 aydan çox vaxt var. Gözləmədiyim insanlar olacaq şouda. Çox maraqlı iştirakçılarımız var”.

    M.Dadaşov “Davam ya tamam” şousunun yayımının təxirə salındığını deyib:

    “İstəyirdik yazda başlayaq, amma qaldı. Yeni televiziya mövsümündən olacaq və hər gün yayımlanacaq. Uduş məbləği isə 50 minə çatacaq”.

    Şoumen verilişlərin keyfiyyətindən narazılıq edib və aparıcılara öz tövsiyələrini verib:

    “Televiziyadakı verilişlərin əksəriyyətindən razı deyiləm. Etdiyim layihələr reytinq qazanır. Elə başa düşülməsin ki, mən hamıdan yaxşıyam, başqaları yox. Sadəcə, işə bir az məsuliyyətlə yanaşmaq lazımdır”./axsam.az

  • Azərbaycanda alqı-satqı saytında şok elan: “Uşaq verilir” – FOTO

    Azərbaycanda tanınmış alqı-satqı saytlarından olan lalafo.az-da şok effekti doğuran qəribə elan yerləşdirilib.

    Aprelin 17-də, saat 12:04-də saytda yerləşdirilmiş elanda dörd körpə uşaq şəkli yerləşdirilib və üzərində də “uşaq verilir” yazılıb.

    Elanda satıcının əlaqə nömrəsi göstərilsə də, başqa məlumatlar yer almır.

    Məsələ ilə bağlı göstərilən nömrənin sahibi ilə əlaqə saxlayıb. Sualımızı cavablandıran telefonun sahibi olan xanım qeyd edib ki, onun bu elandan xəbəri yoxdur və bunu evin yeniyetmə uşağı zarafat üçün edib: “Bunu uşaq edib, guya zarafat üçün. Buna görə də nə qədər əsəbiləşmişik. Onu danlamışıq. Biz elanı siləcəyik. Bunu ciddi qəbul etməyin. Sadəcə, uşağın bilmədən etdiyi zarafatdır”./milli.az




  • 2018 Azərbaycan Qran Prisi çərçivəsində keçiriləcək əyləncə tədbirlərinin detalları bəlli olub

    Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeşlərin Əyləncə Zonasında 26-29 aprel tarixlərində yarışı izləməyə gələn avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq

    Dənizkənarı bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-ı saat 12:00-dan 21:00-dək, aprelin 27-i və 28-i saat 10:00-dan 19:00-dək və aprelin 29-u saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı 27-29 aprel tarixlərində axşam saatlarından başlayaraq Bakı Kristal Zalında bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək.

    Formula 1 ilə yaxından tanışlıq

    Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-ı, saat 14:00-dan 15:30-dək Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit Yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit Yolu Gəzintisi üçün giriş Formula 1 Azarkeş Zonasında yerləşən Abşeron tribunası tərəfdən olacaq.

    Bundan başqa, Formula 1 Azarkeş Zonasında builki Azərbaycan Qran Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə 27-29 aprel tarixlərində saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla üz-üzə görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur.

    Bu il tamaşaçılar Formula 1-in yeni pilotları ilə yanaşı Bakı Şəhər Halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Belə ki, aprelin 28-i, dənizkənarı bulvarda yerləşən F1 Azarkeş Zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

    Həmçinin 26-28 aprel tarixlərində yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddət ərzində trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı Şəhər Halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı şəkildə tanış ola biləcəklər.

    Yeni formatda mərasimlər

    Ötən illərdəkindən fərqli olaraq bu il tamaşaçıları salamlama mərasiminin açılışı Pilotların Paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı Şəhər Halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar.

    Bundan bir az sonra yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar qrid düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən bu il qrid qızları olmayacaq və onların əvəzində pilotları yalnız himn mərasimində 7-10 yaşlardan ibarət uşaqlar müşayiət edəcəklər.

    F1 azarkeşləri üçün simulyator yarışları

    Tamaşaçılar F1 Azarkeş Zonasında yerləşən Formula 1-ə və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə (BŞH) məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya dəyərli mükafatlar veriləcək. Bununla yanaşı, simulyatorlarla yanaşı müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

    Konsert proqramları

    Bütün bilet sahibləri 27-29 aprel tarixlərində axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-i əvvəlcə səhnəyə Jamiroquai qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojack-ın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-i bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə Axwell Λ Ingrosso, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaq. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdəkindən fərqli olaraq bu il dünya ulduzlarının konsert proqramları Bakı Kristal Zalında keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə Kristal Zal arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

    Bir-birindən zövqlü səyyar şoular

    Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara sirk və balans şouları, pantomima aktyorları və ağacayaqların orijinal hərəkətləri, müxtəlif yerli DJ-lərin və müğənnilərin musiqili əyləncə proqramları, küçə rəqsləri, eləcə də digər maraqlı nömrələr daxildir.

    Azyaşlılar üçün maraqlı əyləncələr

    Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

    Xatirə şəkli üçün fərqli mənzərələr

    Dənizkənarı bulvar boyunca uzanan F1 Azarkeş Zonasının müxtəlif yerlərində tamaşaçılara şəkil və selfi çəkdirmək üçün fərqli arxafonlar, o cümlədən Azərbaycan Qran Prisinə aid podium və haştaqlar, F1 pilotlarının heykəlləri və onları təsvir edən maskotlar, divar və yerüstü rəsmlər, F1 yarışlarının keçirildiyi treklərin sxemləri, milli ornamentli F1 bolidləri və retro avtomobillər təqdim olunacaq.

    Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tamaşaçıların büdcəsinə uyğun olaraq Azərbaycan Qran Prisinə müxtəlif qiymətə biletlər təklif edir. Yarış həyəcanını yaxından yaşamaq istəyən tamaşaçılar biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bilet seçimləri haqqında ətraflı məlumatı bu keçiddən ədlə edə bilərsiniz: www.bakucitycurcuit.com.

  • Azərbaycanda ağlagəlməz şəkilkdə intihar edən nişanlı oğlanın FOTOLARI

    O, idarə etdiyi maşının sükanı arxasında özünü öldürüb.

    Median.Az-ın criminal.az-a istinadən məlumatına görə, Cərcuva kənd sakini olan Mansur adlı şəxs bir müddət əvvəl ailəsi tərəfindən tərk edilib.

    Bakıya gələn Mansur dünən Ağdaşa qayıdarkən intihar edib. O, yüksək sürtlə idarə etdiyi “VAZ-2107” markalı avtomobili bilərəkdən içərisi mişar daşı ilə dolu olan “Kamaz”a çırpıb. Qəza nəticəsində Mansur aldığı xəsarətdən dünyasını dəyişib.

    Ağlagəlməz şəkildə intihar edən Mansur nişanlı olub. O, bu gün doğulduğu kənddə dəfn ediləcək.

    Rayon ərazisində elektrik avadanlıqlarının təmiri ilə məşğul olan Mansurun hansı səbəbdən intihara əl atması dəqiq bilinməsə də, onun ailəsi ilə münaqişəyə görə özünə qəsd etdiyi ehtimal olunur.

    Belə ki, ailə üzvləri onu tərk ediblər. Buna görə də, Mansur bir müddət Bakıda olub. Dünən isə intihar edib.

    Xatırldaq ki, mərhum reper Hüseyn Dərya da bir neçə il əvvəl eyni üsulla özünü öldürmüşdü. O, aeroport yolunda idarə etdiyi “Opel”i bilərəkdən yük maşınına çırparaq həyatına son qoymuşdu.
     

     

     

     

     

     

     

     

     

  • 1 yaşlı uşağın böyrəklərindən böyük daşlar çıxarıldı – AZƏRBAYCANDA GÖRÜLMƏMİŞ OLAY

    Azərbaycanda qeyri-adi hadisə baş verib. 1 yaşlı uşağın hər iki böyrəyində xeyli sayda böyük daşlar aşkarlanıb.

    Bununla bağlı Ailem.az-a məlumat verən uroloq-cərrah Fuad Hüseynov bildirir ki, körpə xəstəxanaya gətirilən zaman vəziyyəti çox ağır idi: “1 gündür sidiyə çıxa bilmirdi, şiddətli ağrı, qusma mövcud idi. Şiddətli böyrək genişlənməsinin səbəbi hər iki böyrək ləyəninin sidik axarına keçən yerində ölçüləri təqribən 10-15 mm ölçüdə olan daşlardır. Uşaq təcili əməliyyata alındı, ilk öncə sağ böyrək ləyənindəki 3 ədəd daş çıxarıldı və stent taxıldı. Eyni anda iki böyrəyi də əməliyyat etmək düzgün olmadığı üçün sol böyrəkdən də müvəqqəti sidik axa bilsin deyə stent (zond) taxdıq”.

    Cərrahın sözlərinə görə, daş analizinin cavabı zamanı məlum olub ki, sistin daşıdır: “Uşağın maddələr mübadiləsində pozğunluq olduğu üçün orqanizmi daima daş əmələ gətirməyə meylli olacaq. Ona görə də daim uşaq nefroloqu və bizim təqibimizdə olmalıdır”.