Month: May 2018

  • Bakıda biabırçılıq: Şəhərin mərkəzində fahişəlik etdi – VİDEO

    Sosial şəbəkələrdə Bakıya qonaq gələn ərəb turistlərlə qızların daha bir videosu yayılıb.

    Median.Az oxu24.com-a istinadən xəbər verir ki, görüntülər “Tarqovi” kimi tanınan məkanda – Nizami küçəsində qeydə alınıb.

    Sözügedən görüntülərdə fahişəliklə məşğul olan qadınlar ərəblərə pul müqabilində intim münasibətlər təklif ediblər.

    Həmin görüntüləri təqdim edirik:

  • “Bakı Dairəvi-1” yolunda ölümlə nəticələnən qəza – FOTO

    “Bakı Dairəvi-1” avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib.

    Qəza nəticəsində “Yol Xətt” MMC-nin işçisi dünyasını dəyişib.

    “Hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan “Pajero” markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və “Yol Xətt” MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub.

    Daha sonra yük maşını yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib”, – deyə məlumatda qeyd olunur.

    İlkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır./oxu.az



  • Bir gündə iki rayonda qətl törətdi – YENİLƏNİB

    Sabirabad və Saatlı rayonlarında iki nəfərin qətlə yetirilməsinin səbəbi açıqlanıb.

    Median.Az-ın “Report”a istinadən xəbər verir ki, qətlə səbəb Teymur Sadıqov və Kamran Yaqubovun Firqət Əliyevi söyməsi olub.

    * * * * *

    Saatlı və Sabirabad rayonlarında bıçaqlanma nəticəsində iki nəfər öldürülüb.

    Median.Az APA-ya istinadla xəbər verir ki, Saatlı rayonunun Sarıcalar kəndində, dəmir yolu stansiyası ərazisində Yaqubov Kamran Etimad oğlu bıçaqla qətlə yetirilib.

    Sabirabad rayon sakini, 1971-ci il təvəllüdlü Sadıqov Teymur Əlihüseyn oğlu da bıçaqlanaraq öldürülüb.

    Hər iki qətli Əliyev Dilqəm Əliabbas oğlunun törətdiyi bildirilir.

    Fakt üzrə rayon prokurorluqları tərəfindən cinayət işi açılıb, təhqiqat aparılır.

  • Zakir Həsənov: Ordu genişmiqyaslı əməliyyatlara tam hazırdır

    Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

    Bu barədə Müdafiə nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

    Ali Baş Komandanın ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş mərasimdəki nitqində Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusunun hərbi potensialı haqqında söylədikləri fikirlərə əsaslanaraq Müdafiə naziri vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

    General-polkovnik Z.Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına da münasibət bildirib.

    Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən Müdafiə naziri bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.

    Nazir cəbhədəki mövcud vəziyyəti geniş təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib.

    General-polkovnik Z.Həsənov Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə bağlı təntənəli tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamından irəli gələn tələbləri rəhbər heyətə çatdıraraq cavabdeh şəxslərə müvafiq göstərişlər verib.

  • “Проституция в центре Баку”: Арабы снимают “бабочек” на “Торговой” (ВИДЕО)

    В Азнете набирает популярность видео, на котором видно, как туристы с УАЭ “снимают” проституток в центре столицы Азербайджана.

    Видео снято на улице Низами, более известной как “Торговая”. На нижеприведенных видеокадрах можно увидеть, как арабским туристам предлагаются секс-услуги со стороны девушек “легкого поведения”. 

    Кадры вызвали большой резонанс в Азнете.

    Представляем читателям Median.az данное видео.

    П.Б. 
    Видео: oxu24.com

  • “Oğlumdan görmədiyim hərəkəti ondan gördüm” – Nazirlə görüşən fermer

    “İnam Kərimov mənim yuxumda gördüyüm nazir oldu”.

    Bunu AzNews.az-a açıqlamasında Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədov kənd təsərrüfat naziri İnam Kərimovla görüşündən danışarkən deyib. Onun sözlərinə görə, fermerlik ona ata-babasından keçib:

    “Uzun müddət kənd təsərrüfatı sahəsində müxtəlif vəzifələrdə işləmişəm. Pensiyaya çıxandan sonra isə fermer sahəsini genişləndirmək istədim. Hələ vəzifələrdə işləyən dövrdə kollegiya iclaslarında həmişə nazirləri tənqid etmişəm. Azərbaycanda torpaq islahatlarını aparan mütəxəssis mən olmuşam. Həmişə istəmişəm birinci adam olum. İndi də fermer təsərrüfatında birinci adam olmaq istəyirəm. Ölənə kimi çalışacam. Aktivliyi sevirəm. Arzulamışam ki, millətin qayğısını çəkən nazir olsun üstümüzdə. Amerkaya kimi getmişəm, amma hələ bu günə kimi belə nazir görməmişəm. Çoxdan arzulayırdım ki, Azərbaycanda belə bir nazir olsun. Heç kimə yaltaqlanmıram. Nazirləri biabır, tənqid edən adamam. Nə bir kəsdən qorxuram, nə də çəkinirəm. İnam Kərimovun təyinatı kəndə dəstək verdi. Çox qəribə nazirdir, oğlumdan görmədiyim hərəkəti ondan gördüm. Çox gözəl insandı”.

    İldırım Məmmədov nazirlə görüşündə bir sıra təkliflər irəli sürdüyünü deyib: “Bütün təkliflərimi dinlədi, kənd həyatı, insanla maraqlandı. Mən onu tanımıram, adını da güclə yadımda saxlayıram. Elə bildim hər gün evimə gələn qonaqlardandır, əl uzadıb görüşəndə nazir olduğunu dedilər. Çaşdım qaldım, hələ də özümə inana bilmirəm ki, nazir olasan fermerin evinə gələsən. Axı görməmişik. Kənd əhalisinə dəstək lazımdır. Bu da İnam Kərimovda var, inanıram ki, o xalqın etimadını qazanacaq. Fermer təsərrüfatımda iri buynuzlu mal-qara, toyuq-cücə də var. Amma bu təsərrüfatı çoxaltmaq istəyirəm. Nazir də dedi ki, “ən azı 3 dəfə artırmaq lazımdır”. Nazirə dedim ki, mini texnika lazımdır. Respublikaya mini texnika gətirilsə, süni mayalanma gücləndə təsərrüfat 5 dəfə çoxalacaq. Xarici ölkələrdən baha qiymətə inək gətirməkdənsə toxumlarını gətirib tətbiq eləmək lazımdır. Xarici inəklər burada dözmür, tez ölür. Keçmiş nazirin gətirdiyi traktorlar kəndçiyə lazım deyil. Kəndçi üçün mini traktor lazımdır. Nazir gedərkən sürünün içindən bir quzu tutub aldı qucağına. Dedi ki, “nazirdən quzu iyi gələr”. Onun bu hərəkəti məni 90 dərəcə dəyişdi. Bizə belə nazirlər lazımdır”.

    Qeyd edək ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov bu günlərdə Quba rayonunun Buduq kəndinin sakini, fermer İldırım Məmmədovla görüşüb. Görüş cəmiyyətdə böyük müzakirəyə səbəb olub.

  • Gəncə sakinində heroin və psixotrop maddələr aşkarlanıb

    Mayın 11-də Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Təhlükəsiz Şəhər Xidmətinin və Nizami rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2.304 qram artıq narkotik vasitə və xeyli sayda psixotrop maddə olan həblər aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

    DİN Mətbuat Xidmətindən oxu.az-a verilən məlumata görə, mayın 11-də Gəncə BPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini İlkin Orucov saxlanılıb.

    Əvvəllər məhkum olunmuş İlkin Orucov saxlanılarkən üzərindən 2.304 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı mənzilə baxış keçirilib və oradan güclü psixotrop təsirə malik olan 105 ədəd 50 mq-lıq “Tramadol” həbləri, 10 ədəd 200 mq-lıq “Tramadol” həbləri və yeddi ədəd 300 mq-lıq “Lirika” həbləri aşkarlanıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.

  • “Eurovision”da səslərimizi açıqlayan aparıcı bəlli olub – FOTO

    Ölkəmizin “Eurovision” mahnı müsabiqəsi üçün Azərbaycanın səslərini təqdim edən şəxs bəlli olub.

    Portuqaliyanın paytaxtı Lissabonda 12 may tarixində baş tutacaq finalda Azərbaycanın səslərini tanınmış aparıcı Tural Əsədov təqdim edəcək.

    Qeyd edək ki, Əsədov bundan öncə də Avropa tamaşaçısının qarşısına çıxaraq Azərbaycanın hansı ölkəyə nə qədər səs verməsi barədə məlumat verib.//oxu.az



  • В Ясамале мужчина перерезал себе горло

    В Ясамальском районе Баку совершена попытка суицида.

    Как сообщает Median.Az со ссылкой на Report, Мирджалал Абдуллаев 1963-го года рождения попытался покончить с собой, перерезав себе горло.

    После мужчина нанес себе удар ножом в область грудной клетки.

    Потерпевший был доставлен в Центральную клиническую больницу №1, где был сразу же прооперирован.

    По факту проводится расследование.

  • Avtomobillərin dövlət qeydiyyatına alınması qaydaları dəyişdirilib

    “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında əsasnamə”də dəyişikliklər edilib.

    Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

    Dəyişikliyə görə, mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması zamanı yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələr nəzərə alınacaq.

    1. 1.3-cü bəndin birinci abzasına “rüsumların” sözündən sonra “, yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin” sözləri əlavə edilsin.

    2. 1.9-cü bəndə “dövlət rüsumu” sözlərindən sonra “, habelə nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə” sözləri əlavə edilsin.

    3. 2.6-cı bəndin birinci abzasının birinci cümləsinə “müvafiq sənədlər verildiyi” sözlərindən sonra “, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi” sözləri əlavə edilsin.

    4. 2.6-cı bəndin üçüncü və dördüncü abzasları müvafiq olaraq dördüncü və beşinci abzaslar hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

    “Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.”.

    5. 2.8-3-cü bəndin birinci cümləsinə “həvalə etdiyi şəxsin” sözlərindən sonra “(nəqliyyat vasitəsinin sürücüsünün)” sözləri əlavə edilsin.