Month: May 2018

  • Владелец снес стену объекта в Баку, чтобы спасти котенка – ВИДЕО

    В Баку произошло удивительное по благородству событие. Владелец решился на снос стены собственного объекта, куда попал маленький котенок.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, все началось с того, что пользовательница социальной сети Facebook Нурана Оруджева обратила внимание на кошку возле станции метро «Гянджлик», которая слишком громко и тревожно мяукала.

    Девушка пошла за ней, а кошка подошла к стене какого-то строения и как будто просила о чем-то. Оказывается, в стене каким-то образом оказался ее котенок.

    Девушка нашла владельца этого объекта и попросила помощи.

    Вот что написала после случившегося Оруджева: «Хочу поблагодарить этого мужчину, как только я сказала, что там застрял котенок, ни минуты не колеблясь, он разбил стену своего объекта».

  • İsmayıllıda yeddi kəndə dolu düşdü, körpü uçdu

    Ötən gün İsmayıllı rayonunda güclü dolu və leysan yağışından sonra əmələ gələn sel suları ciddi fəsadlar törədib.

    Rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev oxu.az-a bildirib ki, ötən gecə İsmayıllı rayonun dağlıq ərazisində yerləşən Basqal qəsəbəsinə, Gürcuvan, Xankəndi, Sulut, Zərnava, Köhnədaxar və Zeyvə kəndlərinə güclü dolu düşüb, meyvə bağlarına, əkin sahələrinə, taxıl zəmilərinə ciddi ziyan dəyib.

    Gecədən səhərədək yağan güclü leysan səbəbindən əmələ gələn sel suları evlərə, hasarlara ziyan vurub, kəndlərin daxili yollarını dağıdıb, həyətlərdə qalın lil çöküntüləri əmələ gətirib.

    Sel suları Basqal-Sulut avtomobil yolunun 8-ci kilometrliyindəki dağ çayı üzərində yerləşən avtomobil körpüsünü dağıdıb, nəticədə Sulut, Kələzeyvə, Sərsurə kəndlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Hazırda körpünün bərpası üçün əraziyə İsmayıllı rayon Yol İstismar İdarəsinin ağır texnikaları və işçi qüvvəsi cəlb edilib.

    Təbii fəlakət zamanı kəndlərdə təsərrüfatın ayrı-ayrı sahələrinə dəyən ziyanın hesablanması üçün hazırda İsmayıllı rayon fövqəladə hallar komissiyasının nümayəndələri ərazilərə baxış keçirir, vətəndaşların müraciətlərini dinləyirlər.

  • Parlamentdə eks-nazirlərdən danışıldı

    Millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) komitə iclasında ölkədə aparılan kadr islahatlarına toxunub və bunu müsbət qiymətləndirib.

    Millət vəkili son vaxtlar mətbuatda kadr dəyişiklikləri barədə məlumatlar yayıldığını və onların birmənalı qarşılanmadığını bildirib.

    “Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə.

    Filan nazir beş milyard yedi, filan nazir iki milyard yedi, dağıtdı-tökdü… Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb.

    Maliyyə Nazirliyin xüsusi müfəttişlər qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ demirəm. Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin.

    Onlar da cavab versinlər. Yoxsa, 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda və sair yerlərdə üstünə düşülür ki, bu da anlaşılmır.

    Bunlara heç kim cavab vermək istəmir.

    Hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”, – deyə V. Əhmədov əlavə edib.

  • Bakıda zavod işçiləri aksiya keçirdi: Zavoda basqın – FOTO + VIDEO

    Bu gün Bakının Keşlə qəsəbəsində yerləşən “Bakı İnşaat Sənaye ASC”nin işçiləri zavod qarşısında aksiya keçirib.

    İşçilərin aksiyasına səbəb kimi “Baku Steel Company” şirkətinin sahibi Rasim Məmmədovun bu zavodu qanunsuz olaraq ələ keçirməsi göstərilir.

    İşçilər bildiriblər ki, zavodda istehsal xətlərinin sökülüb aparılması ilə bağlı məhkəmə qərar çıxarıb. Onlar hesab edirlər ki, bu qərar qanunsuzdur.

    Hadisə yerinə xeyli sayda polis əməkdaşı və məhkəmə icraçıları gəlib.

    İcraçılar zavoda basqın etmək istəyərkən işçilər onlara mane olmağa çalışıb. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb.//azeuronews.com


  • 53 əcnəbi inzibati məsuliyyətə cəlb edildi – VİDEO

    Mayın ilk on günü ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miq­ra­si­ya­ya qarşı keçi­ril­­ən tədbirlər za­ma­nı 22 Pakistan, 20 Özbəkistan, altı Hindistan, iki Türkiyə, iki Gürcüstan və bir nəfər Qırğızıstan və­tən­da­şı olmaqla, ümumilikdə, 53 əcnəbi sax­­­lanılıb.

    DMX-dən verilən məlumata görə, araşdırma zamanı Pakistan, Hindistan, Türkiyə, Gürcüstan və Özbəkistan vətəndaşlarının ölkə əra­zi­sin­də olma və yaşama qay­da­larını poz­duqları məlum olub.

    19 nəfər Öz­­bəkistan vətəndaşının və bir nəfər Qır­ğı­zıs­tan vətəndaşının Azərbaycan ərazisində qanunsuz fəaliyyətlə məşğul olduqları müəyyənləşib.

    Bundan əlavə, ölkədə qanunsuz ya­şa­yan Pakistan İslam Respublikasının vətəndaşları Tahira Yasmeen və Tabsum Khawaja Waqar Rahmed tərəfindən öz həmvətənlərini Azər­bay­can Respublikası əra­zisindən istifadə etməklə Avropa və Kanada istiqamətində tranzit keçidini təşkil etmək vədi ilə aldadaraq Azərbaycana gətirdikləri məlum olub.

    T.Yasmeen həmin əcnəbilərin müxtəlif ün­van­larda yerləşdiril­mə­­sini həyata ke­çir­ib­, onlara Azərbaycanda müvəqqəti ya­şa­ma icazəsi alacağına vəd verməklə müəyyən məbləğdə pullarını mənimsəyib və qanunsuz miqrasiya­ya şərait ya­radıb.

    Həmin əcnəbilərin müvafiq məsuliyyətə cəlb edilmələri, eləcə də, Azərbaycan Respublikası hüdudlarından kəna­ra çıxarılmaları istiqamətində müvafiq tədbirlər görülür.

  • Дейенерис и Джон Сноу показали фото со съемок нового сезона “Игры престолов” (ФОТО)

    Мать драконов Дейенерис Таргариен и ее нового возлюбленного Джона Сноу, который также приходится ей племянником (но никто из них еще об этом не знает), вместе мы увидим нескоро — последний, восьмой, сезон знаменитого и очень популярного сериала “Игра престолов” (Game of Thrones) выйдет только весной следующего года.

    Но некоторым избранным удастся встретиться с любимыми героями гораздо раньше — в рамках благотворительной акции, которую фонд Omaze проводит вместе с исполнительницей роли Дейенерис Эмилией Кларк. Выбирать счастливчика будут из тех, кто внесет пожертвование, которое пойдет на нужды Королевского колледжа медсестер (Royal College of Nursing).

    Актриса решила подогреть интерес фанатов к акции — забавной и милой фотографией, на которой она обнимается со своим экранным любовником и родственником.


    Впрочем, все довольно целомудренно — бурная страсть и “химия” между звездами только на экране, а в жизни Харингтон вот-вот женится на другой своей партнерше по сериалу Роуз Лесли (Игритт).

  • Bakıdakı kəskin qoxunun əsas səbəbi açıqlandı – VİDEO

    Bakıdakı kəskin qoxunun əsas səbəbi neft emalı zavodunun zərərli tullantılarının həddindən artıq çox havaya buraxılmasıdır.

    Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin araşdırma komissiyasının üzvü Mirsalam Qəmbərov deyib.


    “Mənbədən alınan tullantı texnologiyaya uyğun ola bilər. Lakin atmosferə atılanda bu atmosfer havası üçün zərərli ola bilər. Ayrılan tullantıların atmosfer havası üçün zərərsiz olması üçün bütün lazımı tədbirlər görməkdə istehsalçı müəssisələr öhdəlik daşıyır.

    Qanunvericiliyin tələbi pozulursa, qanunamüvafiq tədbir görülməlidir. Buna uyğun protokol tərtib edilib. İşçi qrupumuz hazırda pis qoxu yayılan ərazilərdə ətraf mühitə vurulan ziyanı hesablayır, yaxın günlərdə bu rəqəm açıqlanacaq.

    Heç kim düşünməsin ki, bu vaxta qədər belə bir problem var idi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi araşdırma aparmır. Biz artıq bununla bağlı işə başlamışıq. Zavoda xəbərdarlıq edilib. Artıq onlar reqlamentə uyğun işlərə başlamalıdılar”, – deyə M.Qəmbərov bildirib.

  • Bərdədə ata-oğul bıçaqlanıb

    Bərdədə ata və oğlu bıçaqlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Məlumata əsasən, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 9-da Yusif Əliyevə və atası Ramizə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Ağdam rayon sakini Adil İbrahimov saxlanılıb.

  • Astara sərhəd buraxılış məntəqəsi 24 saatlıq iş rejiminə keçib

    Astara Gömrük İdarəsində Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında görüş keçirilib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan-İran Hökumətlərarası Komissiyanın 2018-ci ilin 12-14 mart tarixlərində keçirilmiş 12-ci iclasında Azərbaycan-İran dövlət sərhədində Culfa, Astara və Biləsuvar dövlət sərhəd buraxılış məntəqələrinin 24 saatlıq iş rejiminə keçirilməsi ilə bağlı qəbul edilmiş qərarın icrasını təmin etmək məqsədilə iki ölkə rəsmiləri arasında müzakirələr aparılıb.

    Sonra Astara sərhəd buraxılış məntəqəsinin mayın 10-dan etibarən 24 saatlıq iş rejiminə keçirilməsi ilə əlaqədar Azərbaycan və İran İslam Respublikasının sərhəd və gömrük orqanlarının rəsmiləri arasında protokol imzalanıb.

    Sənədi Azərbaycan tərəfdən sərhəd nümayəndəsi polkovnik-leytenant Azad Abdullayev, İran tərəfdən sərhəd nümayəndəsi Nozər Muradi imzalayıblar.

    Görüşdə Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri general-mayor Elçin İbrahimov, Dövlət Gömrük Komitəsinin gömrük nəzarəti baş idarəsinin rəisi gömrük xidməti general-mayoru Cavad Qasımov iştirak ediblər.

  • Изменилась дата запуска TANAP

    Трансанатолийский газопровод (TANAP) будет введен в эксплуатацию 12 июня этого года.

    Как передает Median.Az со ссылкой на турецкие СМИ, об этом министр энергетики и природных ресурсов Турции Берат Албайрак заявил в среду.

    По его словам, в церемонии открытия примут участие президент Азербайджана Ильхам Алиев и президент Турции Реджеп Тайип Эрдоган.

    Напомним, что ранее официальная церемония запуска TANAP планировалась на 19 июня.