Month: May 2018

  • Звезды телеканала ТНТ прогулялись по Баку (ФОТО, ВИДЕО)

    Российский юморист и актёр, резидент шоу “Comedy Club” Роман Юнусов и сценарист, шоураннер, продюсер, телеведущий Денис Косяков прогулялись по Баку.

    Звезды телеканала ТНТ прогулялись по Баку и ознакомились с достопримечательностями города. В частности, актеры посетили древнюю часть столицы Азербайджана – Ичери шехер, а также побывали на месте, где проходили съемки эпизода легендарной комедии Леонида Гайдая “Бриллиантовая рука”.

    Актеры не упустили возможности изобразить легендарное падение героя Андрея Миронова в комедии.

    «Обязательная программа выполнена» «Летайте азербайджанскими лоукостерами»,- сопроводил комментариями снимки Д. Косяков в İnstagram Stories.


    «Спасибо Баку, уезжаю с брильянтовой ногой!»,- с юмором подписал нижеприведенный ролик Р. Юнусов.

    Отметим, что целью визита российских звезд в столицу Азербайджана стали роли в спектакле «Подыскиваю жену, недорого!», который был представлен бакинской публике 9 мая на сцене Азербайджанского государственного академического теа́тра оперы и балета.

    Напомним, что ранее Екатерина Скулкина поблагодарила бакинцев за теплый прием, выложив в соцсети Instagram снимки снятые в Баку.

    Руслан Алиев

  • Bu ərzaqların qiyməti bahalaşdı – Marketlərdən FOTOREPORTAJ

    Dövlət Statistika Komitəsinin məlumatına görə ötən ay Azərbaycanda ərzaq məhsullarının qiymətləri 3,7% bahalaşıb.

    Belə ki, aparılan statistikaya görə, ay ərzində, kərə yağı, yuyucu tozlar və xüsusən də çayın qiyməti əvvəlki aylarla müqayisədə yüksəlib.

    Vəziyyətlə daha yaxından tanış olmaq üçün paytaxtda fəaliyyət göstərən marketlərə baş çəkdik.

    Yenicag.az-a danışan alıcı Lalə Əliyeva qiymətlərin süni şəkildə qaldırıldığını deyib:


    “Mən anlaya bilmirəm, bu ərzağı günü-gündən niyə qaldırırlar. Əvvəl qəpik-qəpik qaldırırdılar, hiss olunmurdu. İndi aldığım ərzaqda iki-üç manat fərq var. Bir ay əvvəl bir kiloqramlıq çayı növünə uyğun 14 manata alırdımsa, indi 16 manat 10 qəpiyə alıram. Bütün növ çayların qiyməti kəskin şəkildə artıb. Satıcıdan səbəbini soruşursan, ağız-burun əyir, deyir ki, “olan budur alırsan al, almırsan get başqa mağazaya”.


    Yuyucu tozların da qiyməti artıb. Bir ay əvvəl 5 manat 40 qəpiyə aldığım 1,5 kiloluq yuyucu tozunu dünən 6 manat 50 qəpiyə aldım. Yağ da həmçinin. Bütün marketlərdə eyni qiymətdir. Bu süni qiymət artımından başqa bir şey deyil”.

    Satıcı Azər Abdullayev bizimlə söhbətində bəzi ərzaq məsullarını qiymətlərində artım olduğunu təsdiqlədi:

    “Son ayda çay və bəzi növ yuyucu tozlarının qiymətində artım müşahidə olunur. Vallah, bunun səbəbini heç özümüz də bilmirik. Alıcılar da bundan şikayətlənirlər. Acıqlarını bizim üstümüzə tökürlər. Son vaxtlar dolların nisbətən bahalaşmasından sonra, bu qiymət artımı başladı. Amma ərzaqların çoxu yerli məhsullardır. Xaricdən istehlak olunan yağların, yuyucu tozlarının qiymətinin bahalaşmasını hardasa başa düşmək olar. Amma yerli məhsulların qiymət artımı bizə də qaranlıqdır”.

    Artım müşahidə olunan ərzaqlardan bəzilərinin (növünə görə qiymətlər dəyişir) qiymətlərini təqdim edirik:

    Çay- (bir kiloluq) 19 manat 40 qəpik

    Kərə yağı- 17 manat 90 qəpik

    Yuyucu tozu- 6 manat 40 qəpik.

  • В Баку произошел пожар в средней школе

    Министерство по чрезвычайным ситуациям распространило информацию о пожаре в средней школе в Гарадагском районе.

    Как сообщает Median.Az со ссылкой на сайт ведомства, на территории средней школы № 273 Гарадагского района города Баку, общей площадью 5300 кв.м, сгорели воспламеняемые конструкции крыши двухэтажного здания и 15 единиц мебели (столы и парты).

    Пожарными были эвакуированы 560 человек (160 работников и 400 учеников).

    Оставшаяся часть школы была защищена от огня, пожар потушен.

  • Bakıda ikimərtəbəli ev od tutub yandı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR (VİDEO)

    Binəqədi rayonu, Xocahəsən qəsəbəsində yaşayış evində yanğın baş verib.

    Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb edilib.

    Hadisə şahidlərinin sözlərinə görə, yanğın baş verən evdə yaşayış olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

    Hadisə yerindən görüntüləri təqdim edirik:

  • Şagirdlər nazirin işdən qovduğu müəlliməyə görə ayağa qalxdılar

    189-190 saylı orta məktəbin birinci sinif şagirdini döydüyü iddiası ilə işdən çıxarılan Səyyarə Əliyeva ilə bağlı şagirdlər arasında narazılıqlar yaranıb.

    Bu barədə həmin məktəbin 1A sinifində təhsil alan Məhərrəm Nazim oğlu Əhmədovanın valideyni Aynurə Əhmədova baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, sinifdə təhsil alan 24 şagirdin 20-si yaz tətilindən sonra dərsə getməkdən imtina edib. Onlar bu yolla sevimli müəllimələrinin işə qaytarılıcağına ümid edirlər.

    “Uşaqlar özləri dərsə getməkdən imtina ediblər. Deyirlər ki, sinif rəhbərləri Səyyarə Əliyevanın işə qayıtmayana qədər dərsə getməyəcəklər. Uşaqlar öz müəllimələrini istəyirlər”, – deyə valideyn Aynurə Əhmədova bildirib.

    O, bildirib ki, bu gündən başlayaraq dərsə daha 4 uşaq gedib və dərsə gedən uşaqların sayı 8-ə çatıb. Lakin digərləri sinif rəhbərləri işə qaytarılmayanadək dərsə getməyəcəklərini bildirirlər.

    “Biz valideynlər Təhsil Nazirliyinə və prezidentə müraciət ünvanlamışıq. Səyyarə müəllimə çox savadlı müəllimədir. Onun savadına və şagirdlərlə davranışına görə çox istəyirlər. Heç bir uşaqla pis davranmayıb. Biz onun işə qaytarılmasını istəyirik”, – deyə Aynurə Əhmədova qeyd edib.

    Məsələ ilə əlaqədar ibtidai sinif müəlliməsi Səyyarə Əliyeva ilə əlaqə saxladıq. Müəllimə baku.ws-ə bildirdi ki, bu ayın 2-dən etibarən məktəbdə işləmir. Müəllimənin sözlərinə görə, işdən məktəb direktorunun təzyiqi ilə üzləşdiyi üçün ayrılıb: “Mənə qarşı təzyiqlər oldu. Direktor və onun ətrafında olan insanlar mənə hədə-qorxu gəlməyə başladılar. Mən də məcbur olub ərizə yazdım”.

    “Mən alverçi deyiləm. Orada işləyən çoxu kimi avtomobilim yoxdur. Özüm kimi sinifim də kasıbdır. Orada hər ay uşaqlardan pul tələb edirdilər. Mən bunu etmirdim. Ona görə məni incidirdilər. Elə bu səbəbdən də, məni aldatdılar. Direktor sonra mənə dedi ki, ağlın vardı, ərizə yazmayaydın”, – deyə Səyyarə Əliyeva bildirib.

    Məsələ ilə əlaqədar 189-190 saylı orta məktəbin rəhbərliyilə əlaqə saxlamağa çalışdıq. İsrarlı müraciətlərimizə baxmayaraq, məktəbin direktoru Ceyran Kuliyeva bizimlə danışmaqdan imtina etdi. Onun haqqında səsləndirilən ittihamlara cavab verməyən direktor katibəsi vasitəsilə bizə bildirdi ki, məsələ ilə əlaqədar Təhsil İdarəsinə zəng vuraq. Hazırda işə onlar baxır. Direktor Səyyarə Əliyevanın şəxsən ona qarşı səsləndirdiyi ittihamlara cavab verməkdən də yayınıb.

  • Nazirlik bələdiyyə sədrini cərimələdi – FOTO

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Elsevər Əzizov tərəfindən Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində tullantıların qalaqlanması ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

    ETSN-in mətbuat xidmətindən oxu.az-a verilən məlumata görə, araşdırma zamanı məişət tullantılarının sözügedən əraziyə qeyri-mütəşəkkil atıldığı və qanunvericiliyə uyğun idarə edilmədiyi aşkar edilib.

    Faktla bağlı Sığırlı bələdiyyəsinin sədri Saleh Ağamalıyev barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən, vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.

    Tullantıların ərazidən təmizlənməsi üçün bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

  • “Xırdalan dairəsi”ndə hərəkət tam məhdudlaşdırılacaq

    Xırdalandan Bakıya doğru olan yolda məhdudiyyət tətbiq edilir.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Məlumatda deyilir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq 10 may 2018-ci il tarixində, axşam saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq.

    Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

    Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

    Aparılan təmir işləri ilə əlaqədar olaraq Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Binəqədi və Xırdalan qəsəbələri arasında yerləşən hissəsində 12 may tarixində gecə saatlarından avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

    Hərəkətin məhdudlaşdırlması təmir işləri bitənədək qüvvədə olacaq.

  • “Range Rover” əks yola çıxdı, toy karvanının yolunu kəsdi – VİDEO

    Bakıda “Range Rover” markalı avtomobil yol-hərəkət qaydalarını kobud şəkildə pozub.

    Hadisənin videogörüntüsü sosial şəbəkələrdə yayılıb.

    Sözügedən videoda 99-XU-095 qeydiyyat nişanlı, ağ rəngli “Range Rover” markalı avtomobil əks istiqamətdə hərəkət edərək toy karvanının qarşısını kəsib. Daha sonra sürücü avtomobili yolun ortasında saxlayaraq maşından düşüb.

    Həmin videogörüntünü təqdim edirik:
    /oxu.az

  • В Низаминском районе за грабеж задержаны 3 человека

    Как сообщает Median.Az, 8-го мая на проспекте Г.Гараева трое неизвестный совершили нападение на жителя столицы Р.Алиева и угрожая, отобрали у потерпевшего мобильный телефон.

    Сотрудники 25-го отделения полиции Низаминского РУП в ходе оперативно-розыскных мер задержали жителей столицы Захира Набиева, Расима Ларионова и Арастуна Мамедова.

    В Следственном отделе Низаминского РУП по статье 180.2.1 (грабеж, совершенный группой лиц по предварительному сговору) УК Азербайджана возбуждено
    уголовное дело.

  • При начислении пенсий допускались нарушения

    В процессе приема и рассмотрения документов для назначения трудовой пенсии и начисления суммы пенсии нарушались требования законодательства.

    Об этом говорится в отчете о деятельности Счетной палаты за 2017 год.

    В результате было совершено лишних выплат на сумму 77 387 манатов, а также недоплачена сумма в 1 122,4 маната.

    Наемным работникам, получающим трудовую пенсию в полном объеме, при этом работающим в учреждениях и организациях, а также физическим лицам, занимающимся активной трудовой деятельностью, было выплачено в качестве неработающих инвалидов на 203 134,5 маната больше.

    Ряду лиц, получающим социальное пособие из-за наличия детей с ограниченными возможностями здоровья, а также пенсию по инвалидности, к сумме пенсии была начислена надбавка на нетрудоспособных детей, было переплачено в общей сложности 22,9 млн манатов.

    Также проверка показала, что страховая часть пенсий была начислена неправильно.