Month: May 2018

  • Lənkəranskinin heç yerdə görmədiyiniz VİDEOSU

    2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin daha bir videosu yayılıb.

    Sözügedən video 1999-ci ildə toyların birində lentə alınıb.

    Kriminal avtoritet “Bakılı balasıyam” mahnısı sədaları altında azyaşlı uşağı qucağına alaraq oynayır.

  • Məşhur müğənni qəzaya düşdü – VİDEO

    Müğənni Bahar Lətifqızı gecə saatlarında avtomobil qəzasına düşüb

    Median.Az xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Nəticədə müğənninin avtomobili böyük xəsarət alaraq,tanınmaz hala düşüb.B.Lətifqızı sosial şəbəkə hesabında həmin qəzanın görüntülərini paylaşaraq bu sözləri qeyd edib : “Dostlar qorxmayın. Allah istəmədi övladlarım anasız qalsın. Allah hər birimizi qorusun. Amma çox qorxmuşam”.

  • Bakı metrosunda namus davası – qadın ona sataşan oğlanı biabır etdi: “Cıraram səni” (VİDEO)

    Bakı metrosunda dava baş verib.

    Baku.ws-ə göndərilən videodan məlum olduğu kimi qadınla kişi arasında mübahisə yaşanıb.

    Hadisə şahidinin sözlərinə görə, kişi qadına sataşıb və davaya da məhz bu səbəb olub. İşə polis qarışıb və tərəfləri sakitləşdirib.

    Ancaq əsəbi qadın əsəblərini cilovlaya bilməyib və kişiyə sillə də vurub.

    Hadisənin görüntülərini təqdim edirik:

  • Sumqayıt sakini avtomobilində qətlə yetirilib

    Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

    Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi “Mercedes” markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.

    Faktla bağlı araşdırma aparılır.

  • Elgiz Mənzurəni pərt etdi, müğənniyə sərt xəbərdarlıq – VİDEO

    ARB-nin “Səhər-səhər” verilişində müğənni Mənzurə Musayeva və Aysel Əlizadə qonaq olub.

    Median.Az xəbər verir ki, Elgiz Əkbərin Mənzurəyə ünvanladığı “Aysellə sənin fərqin nədir?” sualı onun xoşuna gəlməyib. Müğənni “Yenə başladın? İndi durub verilişdən gedəcəm”,- deyə ona xəbərdarlıq edib”.
    Egiz Əkbər Mənzurəni yaşlı həmkarı ilə müqayisə edib:
    “İşlədiyim redaksiyada 76 yaşlı bir qadın vardı. Bir şey olmamış deyirdi ki, çıxıb gedəcəm. Müdir də cavabında:”Qapı açıqdır” deyirdi…”.
    M.Musayevanın pərt olduğunu görən Aysel aparıcıya səslənib: “Fərqi qoy tamaşaçılar baxıb desin, niyə onu incidirsən?”
    Həmin anın videosunu sizə təqdim edirik

  • Bakı Şəhər Baş Polis İdarəsindən vətəndaşlara xəbərdarlıq

    Bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək

    Mayın 10- da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibəti ilə paytaxtın bir sıra avtomobil yollarında hərəkət istiqaməti dəyişdiriləcək. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

    O bildirib ki, vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə səhər saat 08:00-dan tədbir tam başa çatanadək, Parlament prospekti – Fəxri Xiyaban istiqaməti üzrə məhdudiyyət tətbiq olunacaq: “Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından Parlament prospekti, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək”.

    Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər və ictimai nəqliyyata üstünlük versinlər.

  • SOCAR назвала сроки начала производства на заводе STAR

    Строительство нефтеперерабатывающего завода STAR, который обеспечит Petkim сырьем, завершено на 99%.

    Об этом президент Государственной нефтяной компании АР Ровнаг Абдуллаев написал в статье «Новая нефтяная стратегия общенационального лидера Гейдара Алиева заложила основу устойчивого развития Азербайджана» , изданной в газете «Азербайджан».

    По его словам, в сентябре завод начнет продажу своей первой продукции, в декабре осуществит условный прием.

    Производственная сила завода составит 10 млн тонн. Большая часть этого объема предусмотрена для внутреннего рынка Турции, остальная – для экспорта.

    Президент SOCAR отметил, что на мировом рынке Азербайджан известен не только как поставщик сырой нефти и газа, но и как производитель нефте- и нефтехимической продукции.

    «Сегодня обработанная и химическая продукция SOCAR поставляется в десятки стран, в том числе в США, Италию, Египет, Китай и другие страны.

    Производить эту продукцию позволяют обрабатывающие и нефтехимические установки, построенные и сданные в эксплуатацию в 70-80 годах прошлого года по инициативе и под руководством общенационального лидера Гейдара Алиева».

  • Rövnəq Abdullayev: Sentyabrda STAR-da ilk məhsulun satışı baş tutacaq

    Məhsullarını təxminən 40 ölkəyə ixrac edən “Petkim” 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırıb.

    Bunu Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib:

    “Holdinqin səhmlərinin dəyəri 8,7 dəfə yüksəlib. “Petkim”i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək.

    Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta “Petkim” kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq”.

    R.Abdullayev qeyd edib ki, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur:

    “Azərbaycan dünya bazarında təkcə xam neft və qaz ixracatçısı kimi deyil, həm də neft və neft-kimya məhsullarının istehsalçısı kimi tanınır. SOCAR emal və kimya məhsullarını hazırda ABŞ, İtaliya, Misir, Çin də daxil olmaqla onlarca ölkəyə ixrac edir. Xam neftin qiyməti aşağı düşdüyü halda, neft-qaz və neft-kimya məhsullarının gəlirliliyi yüksəlib”.

    Məlum olub ki, cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq.

  • Баку разрешил поездку в Карабах ряду мировых СМИ

    Ряд международных изданий обратились в МИД Азербайджана с официальным письмом для получения разрешения правительства страны на посещение оккупированных территорий.

    Как сообщил oxu.az глава пресс-службы внешнеполитического ведомства Хикмет Гаджиев, целью посещения является освещение пресс-конференции нового премьер-министра Армении Никола Пашиняна, которая пройдет в Ханкенди.

    Так, в МИД Азербайджана обратились Financial Times, Associated Press, Agence France Press.

    «Учитывая уважение данных международных СМИ к законам нашей страны, территориальной целостности и суверенитету, а также международному праву, не было возражений относительно визита представителей этих медиа-структур на оккупированные территории», – отметил Х.Гаджиев.

    Он выразил надежду на то, что на основе данного визита представители международных СМИ во время поездки по оккупированному Лачынскому району и Нагорно-Карабахскому региону Азербайджана смогут на месте сами удостовериться в том, что там в результате оккупации была проведена этническая чистка против проживавших испокон веков на этих территориях коренных азербайджанцев, было разрушено принадлежащее азербайджанскому народу материально-культурное наследие:

    «Мы рекомендуем представителям зарубежных СМИ в ходе поездки посетить полностью разрушенные Агдамский, Джабраильский, Физулинский и другие районы. Однако опыт показывает, что армянская сторона не позволит им выйти за пределы Ханкенди».

  • “Провал”: Впервые за историю Азербайджан не прошел в финал “Евровидения” (ВИДЕО)

    Стали известны первые 10 финалистов международного песенного конкурса «Евровидение 2018».

    Несмотря на яркое выступление в первом полуфинале, представительница Азербайджана Айсель Мамедова, которая выступает под сценическим псевдонимом AISEL не прошла в финал конкурса по результатам голосования телезрителей и профессионального жюри.

    Отметим, что впервые за историю участия Азербайджана в конкурсе «Евровидения» с 2008 года участник от Азербайджана не проходит в финал.

    В финал прошли следующие страны – Австрия, Эстония, Кипр, Литва, Израиль, Чехия, Болгария, Албания, Финляндия, Ирландия. Второй конкурсный полуфинал состоится 10 мая, а финал «Евровидения 2018» состоится 12 мая.

    Отметим, что также в финал не прошли – Бельгия, Беларусь, Македония, Хорватия, Греция, Армения, Швейцария.

    Р.А.