Month: May 2018

  • Toyda yeyib içdi, meyiti zirzəmidən çıxdı – DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

    Lənkəran rayonunda törədilmiş qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. 

    Median.Az lent.az-a istinadən xəbər verir ki, bu ilin 19 mart tarixindən itkin düşən şəxs kimi axtarışa verilmiş Lerik sakini, 1979-cu il təvəllüdlü Babayev Mirisaq Yadulla oğlunun ondan 2 gün əvvəl öldürüldüyü məlum olub.

    Araşdırmalar zamanı məlum olub ki, M.Babayev martın 16-da həyat yoldaşını Masallıya həkimə aparıb. O, daha sonra Lənkərana bacısı oğlunun toyuna gedib və burada yeyib-içib. Sərxoş vəziyyətdə Lənkəranın Sütəmurdov kəndindəki şadlıq evini tərk edən kişi taksi saxlatdırıb və onu kafeyə aparmasını deyib. Taksi sürücüsü onu restorana aparıb. Bu zaman Mirisaq Babayev tək yeyib-içmək istəmədiyini deyib. Sürücü zəng edərək dostu, 44 yaşlı Tələt Dadaşovu məclisə dəvət edib. Onlar birlikdə yeyib-içiblər və bu zaman təsadüfən tanış olduğu şəxslər M.Babayevin cibində 2 min manata pul olduğunu biliblər. Bundan sonra T.Dadaşov ağır dərəcəli sərxoş olan Lerik sakinini özünün Aşağı Nüvədi kəndindəki evinə aparıb. Ailə üzvlərinin evdə olmamasından istifadə edən T.Dadaşov küt alətlə Mirisanın başına zərbələr vuraraq öldürüb. Onun cibindəki pulları götürən Tələt daha sonra zirzəmidə qəbir qazaraq meyiti basdırıb.

    Artıq M.Babayevin meyiti eksqumasiya edilib. Görülmüş tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən T.Dadaşov tutulub. Araşdırma aparılır.

  • Mənzil firildağı : Dövlət qurumu prezidentı və xalqı aldadır ?!

    260 mənzil işləməyən sayt vasitəsilə 1 saat 10 dəqiqəyə necə satıldı?

    Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) satışa çıxardığı sosial mənzilləri almaq istəyən insanlar ciddi çətinliklə üzləşiblər. Bu barədə sputnik.az-a sosial mənzil almaq ümidi puça çıxmış filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev məlumat verib.

    “Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən biri də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Xüsusilə də aztəminatlı vətəndaşların, gənc ailələrin mənzil probleminin həlli Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə kimi müəyyən edilmişdir. Dövlət başçısının 2016-cı il 16 noyabr tarixli Fərmanı və “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzillərin vətəndaşların güzəştlə əldə etməsi qaydası” ölkə vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində son illər ərzində həyata keçirilən sosial siyasətin məntiqi davamı və olduqca mühüm əhəmiyyət kəsb məsələlərdən biri idi. 

    Mənzillərin vətəndaşların güzəştlə əldə etməsi qaydalarında qeyd olunurdu ki, “MİDA” MMC mənzilləri “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satacaqdır. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankdan ipoteka krediti alınacaqdır. Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər işərisində fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də yer almışdı. Mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər olaraq fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də “MİDA”ya müraciət etmişdi.

    Qeydiyyatdan keçən və Elektron kabinet yaradılan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər bütün mərhələləri keçərək mənzillərin 7 may 2018-ci il tarixdə satışa çıxarılmasını və müvafiq mənzillərin seçilməsini gözləyirdilər. Güzəştli mənzil almaq üçün gözləyən fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə “binada mənzillərin güzəştlə satışı müddəti başa çatdıqdan sonra  və ərizəçinin seçdiyi mənzili onun əldə etməsinin mümkün olub-olmaması məsələsinə baxılacağı, əgər müsbət qərar qəbul olunursa, agent banka müraciət ediləcəyi, agent bank müraciət edən şəxsə ipoteka krediti ayırarsa o mənzilə sahib ola biləcəyi bildirilirdi” — deyə məktubda bildirilir. 

    Vəliyevin deyinə görə, agent banklar olan Kapital bank, BTB bank, Uni bank, Azərtürk bankla əlaqə saxlayan fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslərə maaşlarının çox az (300-350 Azn) olması səbəbindən ipoteka krediti ayırmağın mümkünsüzlüyü və mənzillərin nəğd pulla alınması təklif edilib. “Xatırladım ki, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər nəğd pulla mənzil almaq imkanından məhrumdurlar və kirayələrdə yaşayaraq ailə saxlayırlar. Təbii ki, mənzilləri güzəştlə əldə etmək hüququ olan şəxslər kateqoriyasına fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər də daxil ediləndə onların maaşının az olması məlum idi. 

    Bugün, 7 may 2018-ci ildə 260 mənzilin satışa çıxarılacağı elanı verilmişdi. Mən də səhər saat 9:00-dan mida.gov.az saytına daxil olaraq satışın saat 10:00-da başlanmasını və elektron qaydalarla mənzil seçməyi gözləyirdim. Amma saat 10:00-da birdən birə saytın fəaliyyət dayandı, sistem işləmədi. Bu problem 1 saat davam etdi. Saat 11:00-da sistem yenidən fəaliyyətə başlayıb, sayt işləsə də artıq mənzil seçmək mümkün deyildi və mənzillər seçilərək satılmışdı. Maraqlıdır ki, bir neçə tanıdığım şəxs də eyni problemi yaşadı və mənzil seçə bilmədi. Sayt işləmədiyi halda 260 mənzil necə və hansı şəraitdə satıldı? Gün ərzində mida.az saytında əlaqə saxlamaq üçün qoyulan nömrələrə dəfələrlə zəng etdim, amma işləmədi. 

    Vəliyev ümid etdiyimi bildirib ki, MİDA illərdir ki, evsizliklə imtahan edilən insanların son ümidini puça çıxartmaq, insanların hisslərilə oynamaq və evlərin seçimindəki bəzi məqamlara aydınlıq gətirərək, suallara cavab verə biləcək. 

    Qeyd edək ki, oxşar məlumatlar bu gün bəzi mətbu orqanları tərəfindən də qeyd olunub. 
    Məlumatlarda qeyd edilir ki, mənzillərin satışa çıxarıldığı sayta saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib.

    Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb.

    Bu gün saat 11:10-da, yəni mənzillərin satışa başlandığı 1 saat 10 dəqiqə keçəndən sonra  bütün 260 mənzilin hamısının satıldığı məlum olub.

    Məsələ ilə bağlı MİDA açıqlama verməyib.//sputnik.az

  • В Баку разоблачена «фармацевтическая» мафия

    В Баку разоблачена организованная преступная группировка, занимающаяся незаконным оборотом лекарственных средств.

    Как сообщили в пресс-службе Службы государственной безопасности (СГБ), в результате совместной операции Генеральной прокуратуры, СГБ и Государственного таможенного комитета были обнаружены и изъяты незарегистрированные лекарственные препараты 53 наименований общей стоимостью 108 819 манатов.

    Эти лекарственные препараты доставлялись в принадлежащую Мамедову Анару квартиру. После этого он занимался незаконным оборотом лекарственных средств.

    В результате обыска в расположенной в Ясамалском районе и принадлежащей Анару Мамедову аптеке «Zeytun» с участием сотрудников Министерства здравоохранения были обнаружены и изъяты незарегистрированные лекарственные препараты 75 наименований.

    В ходе продолжающихся мероприятий были обнаружены и изъяты из оборота незарегистрированные лекарственные препараты в аптеках «İrem», «Qlükoza», «Avas», «Fatimə» на территории Ясамалского района, «Zeytun», «Medical City», «Elit», «Vahid», «Dokta Elite» на территории Насиминского района, «Şəfa», «Şəfa Zeytun 426», «Təbib» на территории Нариманского района.

    В ходе предварительного следствия было установлено, что гражданин иностранного государства Атеш Атанур, гражданин Азербайджанской Республики Анар Мамедов с 2016 года по сегодняшний день незаконно организовывали ввоз в нашу страну лекарственных средств с целью продажи.

    Должностные лица Управления медицинской службы Государственного таможенного комитета, заменяя транспортные накладные по перевозке этих лекарств, декларировав их под именем другой продукции, организовывали без регистрации доставку в страну данных препаратов, взамен получили авансом взятку в размере 25% от общей стоимости груза и доставили его в обход таможенного контроля лицам, занимавшимся непосредственной продажей лекарств.

    По доказательствам, собранным в связи с уголовным делом в СГБ, была избрана мера пресечения в отношении следующих лиц: Мамедли Фарман Гамза оглу, Хыдыров Васиф Теймур оглу, Мехтиев Джамиль Салим оглу, Атанур Атеш Адем оглу, Мамедов Анар Кямран оглу, Гулиев Аламат Назим оглу. В их отношении выдвинуты обвинения по статьям УК Азербайджана – 200-1.2.2, 200-1.2.3 (незаконный оборот лекарств), 206.3.2, 206.3.3 (контрабанда) и 314.2 (халатность).

    Руководство Государственного таможенного комитета отстранило от занимаемых должностей и отправило в распоряжение начальника Главного таможенного управления на воздушном транспорте Садига Абдуева, начальника Управления медицинской службы Фикрета Гадималиева, начальника первого отдела груза Главного таможенного управления на воздушном транспорте Араза Мамедова и других лиц.

    В настоящее время проводятся оперативно-следственные мероприятия.

  • У 46-летнего миллиардера Илона Маска новый роман (ФОТО)

    У 46-летнего Илона Маска новый роман. Как сообщают СМИ, избранницей миллиардера стала девушка, поразительно похожая на его бывшую возлюбленную Эмбер Херд.


    Это Тайлер Хейни, успешная бизнесвумен, глава бренда одежды для активного отдыха Outdoor Voices. Как познакомились влюбленные, пока неизвестно. Зато журналистам удалось узнать, что роман Маска и Хейни продолжается уже пару недель. Еще недавно Илон признался журналистам, что чувствует себя несчастным без отношений: «Я не могу долго оставаться один. Если я не влюблен – я несчастлив…», — говорил он. Теперь все страдания Маска остались, судя по всему, позади.

    Стоит отметить, что у Илона и Тайлер много общего. Они оба своими силами добились успеха в молодом возрасте.



    Напомним, до этого Маск встречался с актрисой Эмбер Херд. Пара была вместе полгода (до лета 2017), после чего последовал тяжелый разрыв. Илон даже признался, что ему было очень плохо: «Я был по-настоящему влюблен, и мне очень больно. Если честно, скорее она рассталась со мной, чем я». Однако уже в ноябре бывших возлюбленных снова стали замечать вместе. Актриса и предприниматель дали своим отношениям второй шанс, но снова расстались.

  • Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri həbs edildi – DTX, Baş Prokurorluq, DGK-dan birgə açıqlama

    Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsinin mətbuat xidmətləri birgə məlumat yayıb

    Açıqlamada deyilir:

    Səhiyyə sisteminin ayrılmaz qolu olan əczaçılıq sahəsində bir sıra sahibkarlıq subyektlərinin daha çox gəlir əldə etmək üçün qeyri-leqal fəaliyyətlə məşğul olmaları, habelə gizli iqtisadi fəaliyyətin nəticəsi kimi vergidən yayınma və digər qanunsuz yollarla ölkədə qeyri-bərabər rəqabət mühiti formalaşdırmaları bazar iqtisadiyyatının inkişafına mənfi təsir göstərməklə yanaşı, əhalinin sağlamlığına ciddi təhlükə yaradır.

    Son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və  keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsinin həyata keçirilməsi, bəzi vəzifəli şəxslərin qeyd olunan qanunsuzluqlara şərait yaratması ictimaiyyətdə haqlı narazılıqlara səbəb olmuş, hüquq mühafizə orqanları tərəfindən görülən ardıcıl tədbirlərdən belə şəxslərin nəticə çıxarmaması qeydiyyatsız dərman vasitələrinin qanunsuz idxalının qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsini zəruri etmişdir

    30 aprel 2018-ci il tarixdə keçirilmiş birgə tədbirlər zamanı belə qanunsuz fəaliyyətlə məşğul olan mütəşəkkil dəstə müəyyən edilərək ifşa olunmuşdur. Belə ki, görülmüş tədbirlər nəticəsində Bakı Beynəlxalq Hava Limanındakı Bakı Karqo Terminalından gömrük nəzarətindən yük maşınında çıxarılaraq dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olan Məmmədov Anar Kamran oğluna məxsus yaşayış sahəsinə daşınan dövlət qeydiyyatından keçməmiş, ölkəyə buraxılması qanunsuz olan 53 adda ümumi dəyəri 108.819 Azn təşkil edən müxtəlif dərman vasitələri aşkar edilərək saxlanılmışdır. Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Anar Məmmədova məxsus Yasamal rayonunda yerləşən “Zeytun” aptekinə baxış zamanı dövlət qeydiyyatından keçməmiş, mənşəyi məlum olmayan 75 adda müxtəlif dərman vasitələri aşkar edilərək götürülmüşdür. Davam edən araşdırmalarla Yasamal rayonu ərazisindəki “İrem”, “Qlükoza”, “Avas”, “Fatimə”, Nəsimi rayonu ərazisindəki “Zeytun”, “Medical City”, “Elit”, “Vahid”, “Dokta Elite”, Nərimanov rayonu ərazisindəki “Şəfa”, “Şəfa Zeytun 426”, “Təbib” apteklərinə satılmış müxtəlif sayda dövlət qeydiyyatından keçməmiş dərman vasitələri aşkar edilərək dövriyyədən çıxarılmışdır.

    İlkin istintaqla müəyyən edilmişdir ki, xarici ölkə vətəndaşı Ateş Atanur, Azərbaycan Respublikasının vətəndaşı Anar Məmmədov 2016-cı ildən hazıradək satış məqsədi ilə dərman vasitələrinin ölkəyə qanunsuz yollarla gətirilməsini müntəzəm təşkil etmişlər. Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin  25 %-i dəyərində haqq almış, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin etmişlər. 

    Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

    Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülmüşlər.

    Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • “Həkim məni kabinetinə aparıb, telefonumu söndürdü” — Şikayət məktubu (FOTO)

    Bakı şəhəri Nərimanov rayonu, Firdovsi Məmmədov küçəsi 9, ev 5-in sakini Nəbiyeva Rəfiqə Hacıbala qızı “Ölkə.Az”-ın redaksiyasına şikayət müraciəti edib.

    R.Nəbiyevanın sözlərinə görə, Nərimanov rayonu 4 nömrəli poliklinikanın həkimi-travmatoloqu Azad Hüseynov onun əlini şikəst edib: “2014-cü ilin avqust ayında yıxılmışdım, sol əlimin orta barmağı sınmışdı. 2014-cü ilin avqust ayının 10-da Nərimanov rayonu 4 nömrəli poliklinikanın həkimi-travmatoloq Azad Hüseynova müraciət etdim. O da məni rentgenə saldırıb, əlimi gipsə qoydu. Bir neçə gün sonra getdim ki, ağrıdan ölürəm. Ağrıkəsicilər yazdı və əlim yenidən rentgenə salındı. Məlum oldu, gips sürüşüb. Əlim ard-arda üç dəfə eyni səbəbdən gipsə salındı. Sən demə, barmağımın sümükləri çilik-çilik olubmuş. O da bilmədən əlimi gipsə qoyub. Halbuki barmağım əməliyyat olunmalıymış. Üçüncü dəfə barmağıma iynə vurarkən, şpris əlində geri döndü və əlimin içinə girdi, ovcumdan çıxdı. Orada ürəyim gedib. Ayılanda soruşdum ki, ətrafdan spirt iyi gəlir, siz içki içmisiniz? Dedi ki, yox, tibbi spirtin iyidir. Ancaq şübhələnmişdim ki, bəlkə də içkilidir. Əlimi yenidən gipsə qoydular, adını bilmədiyim iynələr vurub, məni evə göndərdi. Səhəri gün yenidən Azad Hüseynovun yanına gedərək, bildirdim ki, indi digər barmaqlarım da işləmir, ovcumun içi də qatlanmır. Yenidən mənə iynələr yazdı və onları da aldım”.

    R.Nəbiyeva bildirir ki, Azad Hüseynov bu dəfə onu başqa bir tibb müəssisəsinə yönləndirib: “Bir neçə gündən sonra yenidən yanına getdim, gipsi açdı, gördü ki, əlim işləmir. Məni Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna – Zara doktor kimi təqdim edilən həkimin yanına göndərdi. Həftəyə 250 manat olmaqla, səkkiz ay Zara doktorun yanına getdim. Eyni zamanda Azad Hüseynovun da yanına gedirdim, əlimi müayinə edirdi. Hər dəfə deyirdi ki, uzun müddət Zara doktorun yanına getməlisən. Bir müddət sonra dedim ki, artıq pulum yoxdur. Çünki dərmanlarımı da özüm alıram. Əlimdə sübutum da var.

    Bildirdim ki, sənədlərimi verin, gedib Türkiyədə müayinə olunacağam. Türkiyədə burada mənə qoyulan diaqnozların yanlış olduğunu dedilər. Əməliyyat olunmalı olduğumu bildirdilər, pulum olmadığına görə geri qayıtdılar. Qayıdandan sonra Azad Hüseynova bildirdim ki, mənə bu qədər ziyan dəyib, kömək edin, əməliyyat olunum. Bildirdi ki, heç bir kömək edə bilmərəm.

    Məcbur olub Azad Hüseynov barəsində Nərimanov Rayon Məhkəməsinə müraciət etdim”. Şikayətçinin sözlərinə görə, məhkəmə prosesinin başlamağına bir neçə gün qalmış Azad Hüseynov ona zəng vurur və sövdələşmə təklif edir: “Prosesin başlamağına bir neçə gün qalmış Azad Hüseynov mənə zəng vurdu və 4 nömrəli poliklinikanın baş həkiminin yanına getdik. Bildirdilər ki, sizə kömək edəcəyik, ancaq şikayətinizi geri götürün. Mən də razılaşdım və bildirdim ki, əlimin sağalmağını istəyirəm. Azad Hüseynov məni öz kabinetinə apardı, əl atıb telefonumu götürüb söndürdü. Dedi ki, birdən səsimi yazarsan. Bildirdi ki, bu mənim günahım deyil, sənə iki min manat verəcəyəm, get, ye, iç, kef elə. O söz mənə çox pis gəldi. Məhkəmə mənim xeyrimə qərar verdi və həkimə iki min manat cərimə kəsdi. Ancaq qərarla razılaşmadım və bildirdim ki, ümumilikdə otuz min vəsait xərcləmişəm, hətta evimin avadanlıqlarını da satmışam. Apellyasiya Məhkəməsinə müraciət etdim və qərar həkimin xeyrinə oldu. Yenidən Ali Məhkəməyə şikayət müraciəti etdim. Türkiyədən gələn sənədləri, digər maddi sübutlarımı da şikayətimin arasında təqdim etmişdim. Ali Məhkəmə işi yenidən Apellyasiya Məhkəməsinə göndərdi və yenidən baxılması tələb edildi”.

    R.Nəbiyeva bildirir ki, Azad Hüseynov müxtəlif vasitələrlə ekspertizanın rəyinə təsir göstərməyə çalışır: “O, ekspert-həkim Azər Dəmirovu ələ almağa çalışır. Azər Dəmirov rəy verib ki, guya əlim işlək vəziyyətdədir, doktorun heç bir təqsiri yoxdur. Halbuki əlim işləmir. Səlahiyyətli şəxslərdən xahiş edirəm ki, məhkəmənin ədalətli qərar çıxarması üçün mənə kömək etsinlər”

  • Задержан житель Гянджи, ограбивший дом и маркет

    Как сообщает Median.Az, сотрудники Низаминского и Кяпазского РУП в ходе оперативно-розыскных мер задержали жителя г.Гянджа Турала Мамедова, который 4-го мая украл из дома и находящегося во дворе маркета деньги, мобильный телефон, сигареты и продукты.

    В Следственном отделе Кяпазского РУП по статье 177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана возбуждено уголовное дело.

  • İlham Əliyev yeni salınan yolda belə maşın sürdü – VİDEO

    Mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışı olub.

    Median.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

    Dövlət başçısı xidməti avtomobili ilə yeni yolu sınaqdan keçirib. (baku.ws)

  • Çingiz Mustafayevin ailəsi sosial şəbəkə istifadəçilərinə müraciət etdi

    Milli Qəhrəman Çingiz Mustafayevin ailəsi Azərbaycan uğrunda şəhid olmuş bu əfsanəvi qəhrəmanın təsvirindən istifadə edən sosial şəbəkə istifadəçilərinə müraciət ünvanlayıb. İstiPress-in məlumatına görə, müraciəti “Facebook” səhifəsində Çingiz Mustafayevin kiçik qardaşı, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev yayıb. 

    Median.Az müraciəti olduğu kimi təqdim edir: 

    MİLLİ QƏHRƏMAN ÇİNGİZ MUSTAFAYEVİN AİLƏSİ ADINDAN MÜRACİƏT 

    Müraciətimiz Azərbaycanı sevən bir sıra istifadəçilərə, o cümlədən aktiv siyasi, digər həvəskar və ya peşəkar ictimai fəaliyyətlə məşğul olanlara, qardaşım Çingiz Mustafayevin təsvirini şəxsi avatarlarında, yəni öz profil şəklinin yerinə qoyanlaradır. 

    Bir də xatırlatmaq istəyirəm ki, bu, Azərbaycanın Mərhum Milli Qəhrəmanı – Çingiz Mustafayevin əziz xatirəsinə, onun ölməz ruhuna və ailə üzvlərinin hisslərinə ağır təsir edir.

    Axı bu şəklin arxasındakı istifadəçi Qəhrəmanımız Çingiz deyil, axı onun şəklini istifadə edən bir adam və ya bir qrup hazırlanmış təxribatçının yazdığı Çingizin demək istədiyi deyil. Axı olmaz belə… Azərbaycanda elə ailə yoxdur ki, Şəhid verməsin və ümidvaram ki, ailəmizin bu ağrısını bizimlə bölüşürlər.

    Çingiz Mustafayev Azərbaycanın Müstəqilliyi və Torpaqlarımızın azad olunması uğrunda ən şirin olan həyatını verib! O, artıq öz sözünü deyib və gedib. Unutmayın ki, bu gün onun Şəkli altında fəaliyyət göstərən istifadəçilərin dostları da var, düşmənləri də – onların qarşısında Sizin simanız durmalıdır, Çingizin yox! Onlar tərəfindən məhz Siz sevilməlisiniz və ya söyülməlisiniz, Çingiz yox!

    Anlaşılan haldır ki, Çingizin adı və Siması ilə adi istifadəçilər özlərinə çoxlu layklar yığa bilərlər, amma həyatını Xalqına, Vətəninə qurban verənlərin gül camalını özlərinin müqayisəolunmaz səviyyədə kiçik maraqlarına görə istismar etmək nə qədər düzgündür? 

    Çingiz Azərbaycan uğrunda Şəhid olub, amma sosial şəbəkələr elə qurulub ki, bu gün onun Azərbaycan üçün etdiklərinə görə “zərərçəkənlər”, onu hətta həlak olandan sonra qısqananlar belə Çingizin şəkli altında uğrunda canını qurban verdiyi Vətənimizə qarşı su bulandırırlar. Çingizsevərlər və əsl Azərbaycanlılar Qəhrəmanımızın təsvirini şəxsi profillərində öz şəkilləri ilə əvəzləsələr, hər kəsin əsl üzünü görmək rahat olar.

    Eyni fikirləri həm də ANS loqosuna aid etmək istəyirəm. Mən, Azərbaycan Milli Qəhrəmanı Çingiz Mustafayevin və ANS Yayım və Media Şirkətini yaradan adi Azərbaycan ailəsi adından Çingiz və ANSsevərlərin hamısından artıq dərəcədə xahiş edirəm ki, Çingizi və ANS-i sosial-kommersiya şəbəkələrinin rəflərindən çıxarıb Ürəklərinə qaytarsınlar – daha ürəkli olmaq üçün, ritmi düz tutmaq üçün!!!

    Allah bütün Şəhidlərimizə rəhmət eləsin və Azərbaycanımızı qorusun!

    Hörmətlə,
    Fuad Seyfulla oğlu Mustafayev
    Seyfulla Fuad oğlu Mustafayev
    Vahid Fuad oğlu Mustafayev
    Fuad Çingiz oğlu Mustafayev

  • “Heydər Əliyev Allahın Azərbaycana göndərdiyi peyğəmbərdir” – Aqil Abbas

    “Heydər Əliyev də 1993-cü ildə Allah tərəfindən Azərbaycana göndərilən bir elçidir”

    Bu sözləri millət vəkili Aqil Abbas Heydər Əliyevin 95 illiyinə həsr edilmiş tədbirdə deyib.

    Millət vəkili bildirib ki, Heydər Əliyevin 95 illiyi ilə Cümhuriyyətin 100 illiyi üst-üstə düşür:

    “Bu xalqımız üçün əsl bayramdır. O zaman Heydər Əliyevlə görüşən zaman ona dedim ki, qabiliyyət imtahanı yenidən bərpa olunsun. Hüquqa qəbul olmaq istəyənlər gəlib jurnalistikaya düşürlər. Mənə dedi ki, deyirsən, jurnalistlər prokurorlardan pis yaşayır? Heydər Əliyev həmişə jurnalistlərlə səmimi ortam yaradırdı. O, qəzetləri oxuyurdu, reaksiya verirdi. Qəzetdə gedən yazıya görə, iki dəfə mənlə telefonla da danışıb. Bunu açıqlamayacağam, öz aramızda qalsın”.

    Telekanalları tənqid edən Aqil Abbas bildirib ki, İlham Əliyev bir yerin açılışını edəndə telekanallarımız ancaq o yerini verirlər:

    “Ancaq açılış mərasimindən sonra çox səmimi ortam yaranır. TV kanallar bunu da verməlidir”.

    Sonda Aqil Abbas qeyd edib ki, “124 min peyğəmbərin olduğu deyilir. Quranda isə cəmi 30-40-nın adı var, digərləri bilinmir. Ancaq o da var ki, hər dövrdə Allah bir elçi göndərir. Onun adını Atatürk də qoya bilərsiniz, peyğəmbər də. Məhz Heydər Əliyev də Allah tərəfindən Azərbaycana göndərilən peyğəmbərdir”./yenicag.az