Month: May 2018

  • Sabirabadda dəhşətli qəza: Altı qadın öldü – YENİLƏNİB + VİDEO

    Sabirabad rayonunda altı nəfərin ölümü və iki nəfərin yaralanamsı ilə nəticələnən traktor qəzasının səbəbi məlum olub.

    Median.Az-ın Report-a istinadən məlumatına görə, qəzaya qoşqunun traktora bağlanan hissəsindəki dəmirin yerindən çıxması səbəb olub.

    Nəticədə qoşqu su kanalına aşıb. Hadisə zamanı qoşquda olan yeddi qadından altısı ölüb. Traktorun sürücüsü və qoşquda olan qadınlardan biri xəsarət alıb.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    * * * * *

    Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, ölənlər Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları Bağırova Fatimə Teymur qızı, Bağırova Zəhra Teymur qızı, onların qohumları İmanova Məlahət Mehbalı qızı, Qasımova Xəyalə Əbülhəsən qızı, Qasımova Günay Tofiq qızıdır.

    * * * * *

    Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfər ölüb.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.

    Onlar ana, iki qızı və yaxın qohumlardır.

    * * * * *

    Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində altı nəfərin boğularaq öldüyü bildirilir.

    Median.Az-ın APA-ya istinadən xəbərinə görə, ölənlərin hamısı qadındır.

    İlkin məlumatda onlardan üçünün bir ailənin üzvü olduğu deyilir.

    Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

    Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

    * * * * *

    Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində altı nəfərin öldüyü bildirilir.

    Daha bir neçə nəfər xəsarət alıb.

    İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

    * * * * *

    Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Median.Az-ın APA-ya istinadən məlumatına görə, Şəhriyar kəndində baş verən qəzada altı nəfər ölüb.

  • Nənəsinin evini soyan nəvə və dostları saxlanıldı

    Tovuz rayonunda nəvə dostları ilə birgə nənəsinin evindən oğurluq edib.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən 3000 manat və 1400 ABŞ dolları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi və onun tanışı olan iki yeniyetmə saxlanılıb.

    Fakt üzrə araşdırmalar davam etdirilir.

  • Nazir müavini kadr islahatlarına münasibət bildirib

    Kənd Təsərrüfatı Nazirliyində səlahiyyət və vəzifələrini yerinə yetirən kadrlarla bağlı heç bir dəyişiklik olmayacaq.

    Bunu Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev son zamanlarda təmsil etdiyi qurumda kadr islahatlarına münasibət bildirərkən deyib.

    “Kadr dəyişikliyi problem deyil. Nazirin məqsədi yaxşı kadrları, elmi potensialı, savadı olan kadrları aktivləşdirmək və onlardan səmərəli istifadə etməkdir. Hansı kadr ki, öz işini, səlahiyyətini normal həyata keçirir, onu dəyişməyə ehtiyac yoxdur”.

    Nazir müavini “Aqrolizinq” ASC-nin rəhbərinin dəyişdirilməsi məsələsinə də toxunub:

    “Yeni nazir əvvəlki sədr Elşən Məmmədovun fəaliyyətindən narazı qalıb. “Aqrolizinq”də hansısa nöqsanlar, çatışmazlıqlar olub. Ora yeni nəfəs vermək üçün gənc kadrlar təyin olunub. İnanıram ki, yeni təyin olunanlar etimadı doğruldacaq”.

  • Rəsul Çunayev: Soyadımı səhv tanıdan Fikrət Adıgözəlli olub

    71 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşi üzrə idmançımız Rəsul Çunayev Dağıstanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında (AÇ) qızıl medal qazanmağa çox yaxın idi.

    Dörd il əvvəl Finlandiyanın Vantaa şəhərində keçirilmiş AÇ-nin finalında macar Tamaş Lörinçə uduzmuş Çunayev bu dəfə həlledici görüşdə rus Adam Kuraka məğlub oldu.

    Lakin sonradan məlum oldu ki, Çunayevin məğlubiyyətində zədə amili rol oynayıb. Belə ki, Olimpiya mükafatçımız, dünya çempionatı və Avropa Oyunlarının qalibi finaldan sonra verdiyi açıqlamasında belində ciddi zədə olduğunu, hətta buna görə karyerasını bitirmək istədiyini bildirdi.

    Bununla belə, idmançımız Adam Kurakla görüşdə özünü qonaq kimi hiss etmədi. Bunu Oxu.Az-a açıqlamasında Çunayev belə əlaqələndirib:

    “Mənim babam Dağıstandan Balakənə köçənlərdəndir. Özüm Balakənin Yeni Şərif kəndində anadan olsam da, Dağıstanda çoxlu yaxın qohumlarım var. Məsələn, xalalarım orada yaşayır. Fikir verdinizsə, hər iki güləşçini dəstəkləyənlər vardı. Ancaq bəlkə də, ən çox dəstək mənə verilirdi. Bildiyiniz kimi, milliyyətcə avaram. Buna görə, Dağıstandakı qohumlarımdan başqa, yerli camaat da mənə dəstək olurdu

    Əbəs yerə deyil ki, Dağıstanın keçmiş rəhbəri mənə Mahaçqalada mənzil verib. Ancaq ora təmirsizdir. Demək olar ki, ora getmirəm”.

    İdmançının finaldan sonra bir xanıma forma verməsi də diqqətimizdən qaçmadı. Bəs o qız kim idi?

    “Açığı, onu tanımıram. Qohumum deyil. Sadəcə olaraq, görüşdən sonra yaxınlaşıb mənə demişdi ki, sizin fanatınızam. Mən də üzərində Azərbaycan bayrağı olan ağ formamı verdim”, – deyə Çunayev bildirir.

    Dağıstana tez-tez öz şəxsi maşını ilə gəldiyini bildirən Rəsul Çunayev millimizin dağıstanlı legionerləri ilə rus dilindən çox, yerli dildə danışdıqlarını bildirib:

    “Bizim güləş millimizdə legionerlərdən Şərif Şərifov, Camaləddin Məhəmmədov milliyyətcə Dağıstan avarıdır. Onlarla avar dilində danışırıq. Ancaq bölgələr üzrə ləhcə fərqləri var. Şəxsən Şəriflə bir-birimizi yaxşı başa düşürük (gülür). Onun doğulduğu Qunux kəndində tanışlarım yaşayır”.

    Rəsul Çunayev hər zaman müsahibələrində soyadının düzgün yazılmamasını irad tutur. Bəs bu yanlışlıq düzəldilibmi?

    “Mənim ilk dəfə soyadımı səhv deyən AzTV-nin idman müxbiri Fikrət Adıgözəlli olub. Adımı hər dəfə “Cunayev” kimi çəkirdi. Bir dəfə ona iradımı da bildirmişəm. Amma onun belə deməsindən sonra çox adam soyadımı Çunayev yox, Cunayev kimi tanıdı.

    “İdman Azərbaycan” telekanalının verilişlərindən birində qonaq olarkən qeyd etdim ki, soyadımdakı ilk hərf “çay” sözünün birinci hərfidir”./oxu.az

  • Bakıda “QAZel” azyaşlı uşağı vurub öldürdü

    Bakıda “QAZel” markalı avtomobil beş yaşlı uşağı vuraraq öldürüb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, mayın 6-da, saat 15:00 radələrində Suraxanı rayonunun Binə qəsəbəsində qəsəbə sakini Mehrab Səfərov idarə etdiyi “QAZel” markalı nəqliyyat vasitəsilə beş yaşlı İbrahim Köçəriyevi vurub.

    Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Xalqın sevgisi ilə ürəyi dolu olan Röyadan : “Doldur ürəyimi” adlı möhtəşəm gecə – VİDEO

    Əməkdar artist Röya Ayxanın Bakı Konqres Mərkəzində konserti baş tutub

    Median.az -ın məlumatına görə müğənni konserti bu gün dünyasını dəyişən xalq artisti Fuad Poladova həsr etdiyini bildirib.
    Təxminən 90 dəqiqə davam edən konsertdə Röya bu dəfə səhnəyə rəqqaslarla yox, tək çıxıb. Sevilən mahnılarını canlı səsləndirən sənətçi gecəyə öz imzasını böyük həriflərlə atıb. Bakı Konqres Mərkəzində ilk dəfə keçirilən konsert proqramını 3500 nəfər izləyib. Röyanı Rəşad Haşımovun başçılıq etdiyi 21 nəfərlik musiqi heyəti müşayiət edib. Gecə boyu müğənni səmimi söhbətləri və zarafatları ilə izləyicilərinə daha da xoş anlar yaşadıb.Konsertin daha bir maraqlı məqamı isə sənətçinin oğlu Hüseyinin onunla birlikdə səhnə alması və anasına dəstək olması olub.Gecənin son mahnısı isə Röya və Miri Yusifin – “Səndən birdənədir” adlı mahnısı olub. 




    Əməkdar artist konsertdən sonra mətbuat nümayəndələri ilə görüşüb.
    “Bu məkanda konsert verməyi heç düşünmürdük. Çünki avqust ayı üçün başqa şou hazırlamışdıq. Amma dekabr ayında daha möhtəşəm şou ilə qarşınızda olacağam. Yanımda olduğunuz üçün sevindim. Çünki bir müddət öncə konsertlə bağlı aramızda anlaşılmazlıq oldu.
    Mən də bir az tərs adamam. Əyilməyi sevmirəm. Düzgünlük tərəfdarıyam. Siz yanımda olanda özümü daha güclü hiss edirəm”, – deyə ifaçı vurğulayıb.
    Müğənni bildirib ki, yaxın günlərdə mətbuat konfransı keçirəcək: 
    “Bir çox məsələlərə aydınlıq gətirəcəyəm. Bütün qalmaqallara, illərdir davam edən anlaşılmazlıqlara son qoyulacaq. Çünki mən o adam deyiləm. Bunların açıqlaması verilməlidir”.


    Nicat Yunisbəyli

  • Певец Замиг отложил свою свадьбу (ФОТО)

    Отложена свадьба популярного азербайджанского певца Замига Гусейнова.

    Точная причина отмены свадьбы, которая должна была состояться в этом месяце не называется. Однако, как сообщил Median.az инсайдер, пара не видит особой необходимости в свадебной церемонии после трехлетних отношений и совместного проживания.


    Отметим, что свадьба с избранницей по имени Айдан, была бы второй в жизни Замига. Первый раз певец женился в 2009 году на Нигяр Рафиевой. Брак продлился несколько месяцев.

  • Zamiqin toyu təxirə düşdü

    Müğənni Zamiq Hüseynovun bu aya planlaşdırılan toyu təxirə düşüb.

    Bu, sənətçinin şəxsi istəyidir.

    Belə ki, Zamiq mətbuatda evliliyi və həyat yoldaşı haqda yazıların maksimum az getməsini istəyir.

    Həm də cütlük üç ilə yaxındır davam edən münasibətlərində toya ehtiyac görmür.

    Digər iddiaya görə, cütlüyün artıq rəsmi nikahı var, Zamiqin toy etməmək fikrini sevgilisi Aydan da normal qarşılayıb və etiraz etməyib.

    Qeyd edək ki, Zamiq evlilik xəbərini təsdiqləmiş və toyun may ayında baş tutacağını demişdi./oxu.az

  • Mədinədə kilsə tikilir

    Səudiyyə Ərəbistanı ilə Vatikan arasında bir neçə gün əvvəl imzalanan müqaviləyə görə, Mədinədə kilsə tikiləcək.

    Səudiyyə Ərəbistanı idarəçiliyi artıq Vatikanın Mədinədə kilsə tikməsinə razılıq verib.

    Kilsənin Mədinənin hansı bölgəsində tikiləcəyi bəlli olmasa da, ibadətxananın Vatikanın iştirakı ilə tikiləcəyi dəqiqləşib.

    “Səudiyyə Ərəbistanı ziyarətimdə yüksək səviyyəli idarəçilər və Səudiyyə kralı Salman bin Əbdüləzizlə görüşdüm. Ziyarətim əsnasında məktəblərdə müsəlman və qeyri-müsəlmanların yaxşı münasibətdə olduğunun, xristianlara ikinci sinif kimi davranılmadığının şahidi oldum.

    Yaxınlaşmanın başlamasından məmnunluq duyuram. Səudiyyə rəhbərliyi ölkəyə yeni bir imic qazandırmağa hazırdırlar”, – Vatikan Dinlərarası Dialoq Dairəsindən fransız kardinal Cin-Luis Tauran bildirib./oxu.az

  • Водитель «КамАЗ»-а задержан за лихачество – ВИДЕО

    Задержан водитель грузового автомобиля марки «КамАЗ» с госномерами 19-BD-716, грубо нарушивший правила дорожного движения на дороге Баку-Шемаха.

    Как передает Median.Az со ссылкой на Avtosfer.az, им оказался житель поселка Нардаран Махир Бахышов.

    Cуд Гобустанского района 4 мая принял решение о его аресте.

    Согласно решению, Махир Бахышов приговорен к 15 суткам административного ареста и лишен водительского удостоверения сроком на год.