Month: May 2018

  • Sumqayıtda 1 yaşlı uşağın üzərinə qaynar su dağıldı

    Sumqayıt şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

    1-ci mikrorayon, ev 26/8, mənzil 43-də yaşayan 2017-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Məmmədov Fərid Sərxan oğlunun üzərinə qaynar su dağılıb.

    Azyaşlı bədəninin müxtəlif nahiyələrindən yanıq xəsarətləri alıb. O, dərhal Sumqayıt şəhər TTYX-ya çatdırılıb. Ona 1-ci və 2-ci dərəcəli termik yanığı diaqnozu qoyulub.

    Faktla bağlı araşdırma aparılır.//Report

  • Bakıda mikroavtobus yandı

    Bakıda yanğın hadisəsi qeydə alınıb.

    Median.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xətai rayonunda “Mercedes” markalı mikroavtobusun yanar hissələri yanıb.

    Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

  • ”Niva” alan gəncin sevincini polisdən gələn zəng alt-üst edib – FOTO

    Bakıdan avtomobil alıb Naxçıvana gedən gəncin sevincini polisdən gələn zəng alt-üst edib. Naxçıvan sakini olan Əsgər Babayev zəngdən sonra dələduzların qurbanı olduğunu anlayıb.

    Şikayətçi Ə.Babayev Criminal.az saytına bildirib ki, 2017-ci ilin aprelində maşın bazarına maşın almağa gedib. Onun sözlərinə görə, bazarda ”Niva” markalı avtomobil axtararkən bir nəfər yaxınlaşaraq ucuz qiymətə kreditlə avtomobil təklif edib: ”Onunla birlikdə 2007-ci il buraxılışı olan Niva markalı avtomobilə baxış keçirdik. İlkin olaraq 2800 manat, daha sonra isə 10 aya 3600 manat ödəməklə razılaşdıq. Avtomobil alverçiləri olan Roman, Elçin və Rauf adlı şəxslərlə onların 20 Yanvar metrosu yaxınlığındakı Nəsimi rayonu, Məmməd Cəfər Cəfərov küçəsində, Access bankın filial olan binanın 1-ci mərtəbəsində yerləşən ofislərinə gəlib müqavilə bağladıq. Sonra dövlət nömrə nişanı 20 CX 808 olan, ağ rəngli, 1690 kub sm mühərrik həcmi olan Nivanın mənə baş etibarnamə əsasında verilməsi üçün 14 saylı Notariat Kontoruna getdik. Burada avtomobilin mülkiyyətçisi Vəliyeva Sima İdris qızı olsa da notariusda onun etibarnamə əsasında hərəkət edən nümayəndəsi Yolçiyev Emil Etibar oğlu çıxış etdi. Avtomobil 99 XU 762 nömrəsilə mənə verildi. Əvvəllər hər şey qaydasında idi. Mən avtomobili 2018-ci ilin yanvarında Naxçıvana evimizə gətirdim. Tanış ustadan xahiş etdim ki, mən Bakıya gedəndən sonra avtomobilin rəngi qopmuş hissələrini bərpa etsin. Bu il martın əvvəlində Naxçıvan şəhər polisindən zəng oldu ki, sənin avtomobilinin korpusunda yazılmış nömrə silinib təkrar yazılıb. Avtomobilin rama hissəsi başqa bir avtomobilə məxsusdur. Bir sözlə avtomobil oğurluqda şübhəli olduğuna görə onu cərimə meydançasına aparıblar və hazırda müstəntiq tərəfindən bu istiqamətdə araşdırma aparılır”.

    Ə.Babayev deyir ki, maklerlərinin ofisinə gedib müdirləri olan Elçinə məsələni anladıb: ”Bildirdim ki, mənə verdiyiniz avtomobil hazırda Naxçıvan Polis İdarəsində həbsdədir. Avtomobilin rama hissəsilə ban və motor nömrələri sonradan bir-birinə uyğun olmadığını, avtomilin oğurluq olma ehtimalı var. Dedim ki, avtomobilin mülkiyyətçisi olan Sima Vəliyevaya çatdırın ki, avtomobilində olan çatışmazlığın səbəbi barədə Naxçıvan polisi ilə danışsın. Ya mənim avtomobilimi polidən alıb qaytarın, ya da verdiyim cəmi 6400 manat pulu qaytarın. Əvvəlcə Elçin və digər maklerlər narahat olmamağımı bildirsələr də bu işi qaydasına qoya bilmədilər. Naxçıvan polisi də onlara bildirdi ki, avtomobil metalloma getməli və doğranmalıdır. Hazırda məsələ dalana dirənmişdir. Oğurluq avtomobili məni kredit adı altında şirnikləndirərək satmış dəstə indi haram qatılmış əmlaklarına sahib çıxmaq istəmirlər. Mənə bildirilər ki, get məsləni Naxçıvanda özün həll et. İş yerim Türkiyədədir. Mən sadəcə olaraq satılmış oğurluq avtomobilin əvəzinə ödədiyim pulu geri tələb edirəm”. 

    Ə.Babayev əlavə etdi ki, başına gətirilən problemlə bağlı polisə şikayət edib. 

  • 13 yaşlı qız 4-cü mərtəbədən yıxıldı

    Sabirabadda binanın 4-cü mərtəbəsindən yıxılan qız ağır xəsarətlər alıb.

    APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad şəhəri İ.İsgəndərov 2, mənzil 7 ünvanında yaşayan, 2005-ci il təvəllüdlü Abışova Səidə Sabir qızı binanın 4-cü mərtəbəsindən yıxılıb. Çoxsaylı travmatik xəsarətlərlə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirlən 13 yaşlı qız ilkin tibbi yardımdan sonra Bakıdakı xəstəxanalardan birinə yola salınıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Məhşur müğənni nəhayət ki,nişanlandı – FOTO

    Türkiyəli müğənni Alişan artıq toya hazırlaşır

    Median.Az xəbər verir ki,məhşur müğənninin ötən gün digər tanınmış sima olan Buse Varolla nişan mərasimi olub. Mərasimdə türkiyənin yerli məhşurları da iştirak edib. Alişan öz sosial şəbəkə hesabında nişanlısı ilə şəkilni paylaşaraq bu sözləri qeyd edib : “Hər şey çox gözəl keçdi,çox xoşbəxtəm.” 

    Nişan mərasimindən olan foto görüntüləri sizə təqdim edirik




  • Армянка похитила $130 тысяч и откровенные фото у Пэрис Хилтон

    Хакер Пэйтсар Бхчаджян похитила у американской актрисы и певицы Пэрис Хилтон ее интимные фото и $130 тыс. Об этом пишет TMZ.

    Злоумышленница в период с 2015 по 2017 года получила доступ к счетам Хилтон и ее аккаунту в iCloud.

    Так, с помощью данных банковской карты мошенница забронировала номер в голливудском отеле «Рузвельт». Тогда она потратила около $40 тыс. Позднее женщина под видом Хилтон попросила помощника актрисы перевести $80 тыс. на сторонний счет.

    Также сообщается, что в распоряжении злоумышленницы оказались интимные снимки Хилтон, однако достоверно неизвестно, что она сделала с этими материалами.

    Хакер была поймана в 2017 году. 7 мая суд примет решение о наказании.

  • Yeni nazir Cocuq Mərcanlıda olub – FOTO

    Kənd Təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. 

    Median.Az APA-ya istinadən xəbər verir ki, nazir Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovla birgə Horadiz şəhərində 2016-cı ilin aprel döyüşlərində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib. Daha sonra Cocuq Mərcanlıda kənd sakinləri ilə görüşüb. Görüş zamanı nazir İ.Kərimov sakinlər üçün ayrılan pay torpağının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların pulsuz xidmət göstərəcəyini deyib. Eyni zaman da bütün torpaq sahələrinə əkiləcək hər növ toxumun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pulsuz veriləcəyini deyib. 

    Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq qarğıdalı səpnində nazir İ.Kərimov da iştirak edib.

  • Əməkdar artist canlı yayımda himnimizi səhv oxudu — VİDEO

    Bakı İdman Sarayında təşkil edilən peşəkar boks üzrə beynəlxalq turnirin son döyüşü azərbaycanlı Ramil Hacıyev və Argentina idmançısı Veron arasında baş tutub.

    Median.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, qarşılaşmadan öncə hər iki ölkənin dövlət himni səsləndirilib. Dövlət himnimizi əməkdar artist İlahə Əfəndiyeva səsləndirib. Ancaq Əfəndiyeva himnin bəzi sözlərini yanlış oxuyub.

    Qeyd edək ki, turnirdə beş ölkədən 16 boksçu “WBC Youth”, “IBF International”, “WBA Continental” və “WBA Inter-Continental” kateqoriyaları üzrə çempionluq uğrunda mübarizə aparıblar.

    Həmin görüntüləri təqdim edirik.

  • Неймар хочет выступать с Роналду

    Нападающий «ПСЖ» Неймар хочет выступать в одной команде с форвардом мадридского «Реала» Криштиану Роналду, сообщает «Советский спорт».

    Как передает Median.Az со ссылкой на Marca, бразилец заинтересован в создании эффектной связки с португальским нападающим.

    Игрок не против перейти в мадридский гранд уже ближайшим летом.

    На счету Неймара в текущем сезоне 20 матчей, 20 забитых мячей и 16 голевых передач. 33-летний Роналду провел на поле 25 матчей, в которых на его счету 24 гола и восемь результативных передач.

    Ранее сообщалось, что Неймар вернулся в расположение «ПСЖ»после травмы.

  • В Баку за совершение краж задержаны 4 человека

    Как сообщает Median.Az, сотрудники 26-го отделения полиции Ясамальского РУП задержали жителя столицы Агагюля Агаева, похитившего 27-го апреля из автомобиля марки “ВАЗ 2104”, принадлежащего Энверу Дадашову мобильный телефон.

    Кроме этого, cотрудники 19-го отделения полиции Насиминского РУП задержали жителя г.Ширван, ранее судимого Али Гасанли, который украл видеокамеру и мобильный телефон из автомобиля марки “Volkswagen”, принадлежащий гражданину Р.Акперову.

    Сотрудники 42-го отделения полиции Сабунчинского РУП задержали жителя столицы, ранее судимого Гулу Багирова, который 24-го апреля украл с дворового участка строительные материалы, сотрудники 12-го отделения полиции Сабунчинского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы Сеймура Эфендиева, который похитил из частного дома 610 манатов.

    По фактам по статье 177 (кража) УК Азербайджана возбуждены уголовные дела, ведется следствие.