Month: May 2018

  • Автобус BakuBus сбил пешехода – ВИДЕО

    ООО BakuBus распространило видеокадры ДТП в Наримановском районе, в результате которого пострадал пешеход.

    Возле дома торжеств «Su Sonası» Фахраддин Ахадов 1985 года рождения неожиданно оказался перед пассажирским автобусом № 5 ООО BakuBus.

    Потерпевшего на машине скорой помощи доставили в Клинический медицинский центр №1.

    По факту в Наримановском РУП ведется расследование.

  • “BakuBus”un avtobusu piyadanı belə vurdu – VIDEO

    “BakuBus” MMC paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə videogörüntü yayıb.

    Qurumdan verilən məlumatda deyilir ki, mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb. Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. “BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar.

  • Afət Rahilqızı çəkilişdə ŞOK yaşadı: Yataq xəstəsi olan gənc qadın ayağa qalxıb yeridi – VİDEO

    “Afət Rahilqızı ilə çıxış yolu” verilişi yalanla üzləşib.

    Afət Rahilqızı baku.ws-ə açıqlamasında Quba rayonunda yaşayan ailə tərəfindən aldadıldığını bildirdi:

    “Gənc qadının atası mənə müraciət edərək, iki uşaq anası olan qızının yataq xəstəsi olduğunu, üstəlik də həyat yoldaşı və qayınanasından şiddət gördüyünü söylədi. Çəkiliş qrupumu götürüb Qubaya getdik. Bizi problemi olan gənc qadının valideynləri qarşıladı. Özü yataqda uzanmışdı. Mənə qayınanasından şikayət etdi. Dedim ki, qayınananın nömrəsini ver, özü ilə danışım. Bizdən kameranı söndürməmizi istədi. Operatora “söndür” dedim, amma söndürməyibmiş. Qadın çox rahat şəkildə yataqdan qalxdı və yeridi. Şoka düşdüm. Soruşdum ki, bəs yataq xəstəsi idin? Bizi niyə çağırmısan”?

    Ani olaraq özünü itirib yataqdan qalxan qadın, yalanının üzə çıxdığını görüb, daha heç bir kömək istəmədiyini deyib.

  • Bakıda maşın bir anda yanıb kül oldu – VİDEO

    Ötən gün Bakıxanov qəsəbəsində maşın yanıb.

    Baku.ws-in məlumatına görə, “Oka” markalı avtomobil yolun kənarında alışıb.

    Avtomobilin hansı səbəbdən yandığı hələlik məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb.

    Hadisənin görüntüsünü təqdim edirik:

  • Azərbaycanda yeni pullar hazırlandı – əskinasların üzərində Mübariz İbrahimov… – VİDEO

    Cümhuriyyətin və Milli Ordunun 100 illik yubileyi münasibətilə Azərbaycanda ilk dəfə fantaziya pulları tərtib edilib. Rəssam Çingiz Həziyev, üzərində Azərbaycanın müxtəlif dövrlərinin xəritələri və görkəmli şəxslərin təsvirinin əks olunduğu banknotlar hazırlayıb.

    Azərbaycan Xalq Cümhuriyyətinin və ordusunun 100 illiyi ilə bağlı ilk milli fantaziya pulları hazırlanıb.

    Sumqayıtlı kolleksiyaçı Çingiz Həziyev Cümhuriyyətə aid 5 cür banknot tərtib edib. Bunların 4-ü Azərbaycan ordusunun, 1-i isə cümhuriyyətin 100 illiyinə həsr olunub. Hər bir fantaziya pulunun bir üzündə Azərbaycanın o dövrdəki xəritəsi əks olunub.

    Digər banknotlarda isə Azərbaycanın qədimdən bu günə kimi olan dövrlərdə sərkərdələri, hərbçiləri və görkəmli şəxsləri əks olunub

    Çingiz Həziyev müasir Azərbaycanı əks etdirən banknot da hazırlayıb. Müasir Azərbaycanın fantaziya pulunda milli qəhrəmanımız Mübariz İbrahimovun rəsmi yer alıb.

    İxtisasca rəssam olan kolleksiyaçı deyir ki, hazırladığı fantaziya pulları qiymətli kağız və pul əskinası sayılmır, sırf kolleksiyalar və hədiyyə üçün nəzərdə tutulub. Müəllif deyir ki, Azərbaycanın neft sənayesi, xocalı soyqırımı ilə bağlı da banknotlar hazırlamağı düşünür. Məqsədi isə bu fantaziya pullarının xarici turistlər xasitəsilə dünyaya çıxarmaq və Azərbaycanın tarixini tanıtmaqdır.

  • Валерия и Иосиф Пригожин поздравили Азербайджан со 100-летием (ФОТО, ВИДЕО)

    Народная артистка России певица Валерия с супругом продюсером Иосифом Пригожиным приняли участие в праздновании, приуроченном к 100-летию образования Азербайджанской Демократической Республики, прошедшем в Москве.

    «С праздником, дорогой Азербайджан! Желаем процветания, мира со всеми соседями и не только. А мы будем гордиться и радоваться вместе с народом Азербайджана всем достижениям и успехам во всех областях человеческих возможностей»,- подписал нижеприведенное видео продюсер Иосиф Пригожин, в котором вместе с супругой Валерией поздравляет Азербайджан с Днем Республики.

    «С праздником, друзья! Мы очень любим эту страну, любим туда приезжать, и появимся там в самое ближайшее время – в июле на фестивале «Жара»,- заявляет в ролике певица Валерия.

    Напомним, что совсем недавно, Валерия обратилась к подписчикам и пригласила всех на международный летний музыкальный фестиваль «Жара», который пройдет в июле этого года на побережье Каспия. 


    «Друзья, скоро долгожданное лето, а значит и «Жара» в Баку. Всем, кто ещё там не успел побывать, говорю: надо ехать обязательно, чтобы потом не жалеть, что пропустили этот ярчайший праздник! Кстати, в рамках фестиваля 27 июля состоится мой творческий вечер, на котором мы вместе с нашими лучшими артистами будем петь мои самые популярные и новые песни. До встречи, любимые!»,- подписала видеообращение народная артистка. 

    Р.А.

  • SAXTAKARLIQ: Rəmişin ifası kimi təqdim olunan mahnının əsl müəllifi üzə çıxdı – VİDEO

    Youtube kanalında xalq artisti Rafiq Hüseynovun (Rəmiş) ifası kimi təqdim olunaraq 4 milyona yaxın baxış toplayan “Dilbərim” mahnısının əsl müəllifi tapılıb.

    Median.Az xəbər verir ki, bu saxtakarlığı “Xəzər maqazin” üzə çıxarıb.

    İfa əslində illər 2005-ci ildə vəfat etmiş gitaraçı Rüstəm Quliyevə məxsusdur. Bu saxtakarlığı mərhum musiqiçinin qardaşı oğlu Kamil ifşa edib.

    “Əmimin ifası “Youtube”də Rəmişin şəkli ilə yayılıb və 4 milyondan çox baxılıb. Özü də buna etiraz etmir. Hara gedir bu mahnıdan istifadə edir”.

    Rüstəm Quliyevin Rəmişin adı ilə milyonlarla baxış toplamış “Dilbərim” ifasını bu videodan dinləyə bilərsiz:
    //baku.ws

  • Deputatın general qardaşı işdən çıxarıldı

    Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Rəisi, Gömrük Xidməti General-Mayoru Baba Salayev tutduğu vəzifədən azad olunub.

    Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Baba Salayevin işdən çıxarılması ilə bağlı müvafiq əmr imzalayıb.Onun yerinə isə Gömrük Xidməti Polkovniki Rəsulov Məsum Eynalı oğlu təyin edilib.

    Dövlət Gömrük Komitəsindən məlumatı təsdiqləyiblər.

    Qeyd edək ki, Baba Salayev millət vəkili Hacı Salayevin qardaşıdır.

  • Tunisə uçan təyyarə Bakıda məcburi eniş etdi

    “Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

    Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat evrilib.

    Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

    Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır.

    Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş etmişdir, xəsarət alan yoxdur.

    Heydər Əliyev Beynəlxalq Aeroportu “Qatar Airways” aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır.

    Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunmuşdur. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.

  • Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda gecə 14-16, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi 765 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

    Abşeron çimərliklərində mayın 30-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 17-18 dərəcə isti təşkil edəcək.

    Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 18-19 dərəcə isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında mayın 30-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz havanın yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturunun gecə 12-17, gündüz 23-28, dağlarda gecə 8-13, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

    Tibbi-meteoroloji proqnoza görə, mayın 30-da Abşeron yarımadasında komfort temperatur şəraiti və meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir.ox