Month: May 2018

  • Bakıda qadınların “qul bazarı” – “Yemək də vermirlər işlədirlər bizi ac-susuz“

    Bakının yaxınlığındakı Maştağa qəsəbəsində “Xəyal” adlandırılan bir yer var. Bu, qəsəbənin mərkəzindəki bazar hesab olunur.

    Bura həm avtobusların dayanacağı, həm təsərrüfat malları, həm ərzaq, həm də tikinti materiallarının satış mərkəzidir.

    Amma bura həm də Bakı ətrafında məşhur olan qadınların “qul bazarı”dır.

    Çörək pulu qazanmaq üçün əlacsız qalan qadınlar, nə olursa olsun işə əl atırlar. Burada əsasən təhsil, bilik tələb etməyən ağır iş tapmaq olar.

    Dövlət tərəfindən iş təklif olunsa da, məvacibi ailənin xərclərini örtmür. Rəsmi qurumların işçilərinin sözlərinə görə, dövlət tərəfindən həm iş və biznesin qurulmasında yardım, həm də müavinət almaq olar.

    Avtobus dayanacağından bir az kənarda, aptekin kölgəsində təxminən səkkiz-on qadın Günəşdən gizlənir.

    Qadınların yaşı ilk baxışdan 35-40 yaş arasıdır, bir-ikisi lap gənc görünür, iyirmi-iyirmi iki yaşından artıq olmaz.

    Bəziləri yolun qırağında gəzişir, bəziləri səkidə əyləşıb müştəri gözləyir. Onlara yaxınlaşanda kənardan bir neçəsi də yaxınlaşır: “İş var? İş var?”

    Başqa məqsədlə gəldiyimi biləndə münasıbətləri dərhal dəyişir: olduqca aqressiv davranmağa başlayırlar.

    “Nəyə gəlirsiz bura? Nə faydası var?” “Çox adam burada belə bir yer olduğunu heç bilmir!”, – deyə başa salmağa çalışıram.

    “Hamı bilir! – qısa qıvrım saçlı sərt cizgiləri ilə qadın sözümü kəsir, – Lider də gəlmişdi, ATV, Xəzər TV də, başqaları da!”. “Bizi televizora çıxarmayın, bağlayarlar buranı! – sarışın gənc qadın yaxınlaşır, – Siz allah, imkan verin, çörək pulumuzu qazanaq, çıxın gedin buradan!”.

    Danışmağa razılaşan ancaq bir qadın olur. Ağzında dişlərinin bəziləri çatışmır, bəziləri qızıl dişlə dəyişdirilib. Əlində əl çantasından başqa bir böyük paket də var, özü dediyi kimi, içində işində lazım olan əşyalar, dəyişik paltar, toz əskilərini gəzdirir.

    Mahirə xanım gününü elə burada keçirir.

    “Özüm Cəlilabaddanam. Oradakı xəstəxanada, elə baş həkimin yanında işləmişəm. Amma vəziyyət ağır olub, gəlmişəm bura. İndi Sabunçuda kirayədə qalıram, yüz iyirmi manat da kirayə pulu verirəm.

    “Yoldaşım özü Qarabağda döyüşüb, amma dövlət bizə heç bir müavinət vermir. Deyirlər, getməlisən hərbidə olduğun yerə, o da Yevlax rayonudur, sənədləri oradan yığıb gətirməlisən. Ona da pulumuz yoxdur. Yoldaşım da qardaşımla bazarda ərzaq satırdı, indi də qardaşım Rusiyyətə gedib, lap çətin oldu”.

    Məşğulluq fonduna müraciət etmələri haqqında soruşuram. “Nə məşğulluq fondu? – uzaqdan həmin sərt cizgili qadın cavab verir, – Səksən manatlıq iş verir mənə, heç kirayə puluma da çatmaz”.

    “Mən sosial yardım üçün hər yerə yazmışam. Amma bax a, mən televizora-zada düşməyim. Ailəm bilməsin ki, bura gəlirəm.

    “Yox, yoldaşım bilir. Yaxşı adamdır. Bax, sənə deyirəm, buradakılar bilmir, pis baxarlar. Mənim yoldaşım olub, rəhmətə gedib. Ondan da bir oğlum var, məktəbə gedir. Uşağa görə məcbur oldum yenidən ailə qurum”.

    Ailə, qadın və uşaq problemləri komitəsinin mətbuat şöbəsinin rəhbəri Elgün Səfərov BBC Azərbaycancaya şərhində belə deyib: “Bizim layihələr əsasən regionlarda qadınlar üçün xırda və orta biznesin təşkilində yardım çərçivəsindədir”.

    Şöbə rəhbəri etitaf edir ki, bu sahədə problemlər çoxdur, məsələn qadınların biznes layihə yaratmalarında məlumatlı olmadıqları problemdir.

    “Son on il ərzində qadın sahibkarların sayı 145 minədək artırılıb”. Kiçik biznes qurmaq istəyən xanımlar yerli İcra hakimiyyəti organlarına müraciət edib məlumat ala bilərlər.

    Mahirə xanım iki ildir ki bura gəlir. Şənbə-bazar isə Sabunçu bazarında paltar alveri edir.

    Əsasən ev yığışdırma işləri olur. Deyir ki, qabyuyan və ya daimi xadimə işinə gedə bilmir: həm iş ağırdır, həm də məvacibi azdır, bütün gün işləyirsən, əlavə işə vaxt çatmır.

    “Elə vaxt olur ki, on beş-iyirmi manat pul verirlər, yemək də vermirlər günün istisində işlədirlər bizi ac-susuz. Elə vaxt olur ki, pulumuzu kəsən də olur. Mən buradakı bəzilərindən fərqli işimi yaxşı, səliqəli görürəm. Ev yığışdırmağı da bacarmaq lazımdır”.

    Bir az düşünüb əlavə edir: “Bir normal iş tapılsa, heç gəlmərəm bura. Xoşlamıram buranı, kim xoşlayar?”.

    Bura gələn qadınlar arada daimi və ya onlara daha uyğun şəhərdə iş tapıb, buradan uzaqlaşır. Onların yerinə digərləri gəlir – ehtiyacı olanlar çoxdur.

    Acınacaqlı vəziyyətlərinə şikayət etmələrinə baxmadan qadınlar etiraf da edirlər: bir təhər çörək pulları çıxır. Gün ərzində heç olmasa bir dəfə işə çağırarlar, bir-iki saat sərf edib, xırda pullarını qazanırlar.

    Qadınlardan çoxu təhsilsiz, regionlardan gəlmişlərdir. Yüksək maaşlı işə orada daha ciddi tələblər olduğuna görə, düzələ bilmirlər. Dövlət və ya özəl sahibkarların təklif etdikləri iş isə az qazanc təklif edir.

    İş təklif edənlər isə çox vaxt “müvəqqəti” olur: təzə təmirdən çıxan mənzili səhmana salmaq üçün, elə buradan müvəqqəti xadimə tapırlar.

    Dövlət tərəfindən kömək istəyənlər üzlərini Məşğulluq mərkəzlərinə tuturlar. Amma Məşğulluq mərkəzlərinin iş yerləri ərazilərində fəaliyyət göstərən sahibkarların icbarı aylıq hesabatları əsasında yaranır.

    Məsələn, Suraxanı rayon Məşğulluq idarəsinin işçisi təhsili olmayan 30-35 yaşlı qadın üçün yalnız satıcı-kassir vəzifəsini təklif edib.

    Onun da əmək haqqı 250-300 manatdır. Bəzi işləri o yaşda qadına təklif etmirlər: “Bir vakansıyamız var, yaşlı kişi üçün dayə, amma o sizin yaşınıza uyğun gəlməz”, – deyə cavab verdilər.

    Xadimə, qabyuyan işlərinin əmək haqqı da 80-120 manat arası olur.

    “Mən qabyuyan işinə istəmirəm, ağırdı, – Mahirə xala deyir, – amma şəhərdə işədüzəlmədə mənə yaxşı xadimə işi tapmaq sözü veriblər”.

    Öz biznesini qurmaq istəməyən və uyğun iş tapa bilməyənlər yenə də dövlətə, yəni sosial müdafiə fonduna üz tuta bilərlər. İmkansızlar dövlət tərəfindən müavinət ala bilərlər.

    Hüquqi şəxslərlə iş departamentinin işçisi məlumat verir ki, əmək qabiliyyətindən məhrum olan və ya imkansız şəxslər Əmək və Əhalinin sosial müdafiə nazirliyinə müracət edir.

    Sayt vasitəsilə (“İndi sənədlər hamısı internetlədi, əldən ələ heç nə verilmir” – sosial işçi deyir) lazımi sənədlər toplanır və yollanır Nazirliyə.

    “Ondan sonra sosial işçi gəlib ailənin vəziyyətini və doğrudan da müavinətə ehtiyaclı olduğunu yoxlayır, – sosial işçi məlumat verir, – Ailənin tərkibindən, vəziyyətindən asılı olaraq, 120 manatdan 150 manatadək müavinət ödənilir.

    Təxminən bir ildən sonra sosial işçi yenə də ailəyə gəlir və maddi vəziyyətlərini yoxlayır”. (BBC Azərbaycanca)

  • Enerji içkilərinin daha bir ziyanı tapıldı: Həkimlər araşdırdı

    İngiltərə diş həkimləri birliyi ( The British Dental Association ) nazirləri enerji içkiləri ilə bağlı başlatdıqları kampaniyaya dəstək olmağa çağırıblar.

    Median.Az xarici mətbuata istinadla xəbər verir ki, gün ərzində 170-dən çox uşaq diş çürüməsi problemi ilə diş poliklinikalarına müraciət edir. “The British Dental Association”dan verilən məlumata görə, buna başlıca səbəb enerji içkiləridir.

    Belə ki, enerji içkilərinin tərkibindəki kimyəvi maddə və şəkər azyaşlılarda dişlərin sürətlə çürüməsinə səbəb olur.

    BDA-nın rəhbəri Mick Armstrong bildirib ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da koka kolanın tərkibində olan şəkərdən də çoxdur.

    Azyaşlılarda diş çürüməsinin əsas səbəbinin enerji içkiləri olduğunu söyləyən Mik nazirləri enerji içkilərinin yaşı 16-dan az olanlara satılmaması ilə bağlı qərar çıxarmağa səsləyib.

  • Bakıda qadın piyada keçidinin yaxınlığında vuruldu – VİDEO

    Dünən axşam saat təxminən 22:40 radələrində paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası törədilib. Avtosfer.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə Səbail rayonu Salyan şossesində, Dövlət Bayrağı Meydanı yaxınlığında qeydə alınıb. Belə ki, 10 OE 003 dövlət nömrə nişanlı, “Grand Cherokee” markalı avtomobillə yolu keçən orta yaşlı qadın vurulub. Piyada aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Hadisə piyada keçidinin 20 metrliyində baş verib.

    Hadisə yerinə Səbail rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəlib. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib. Hadisəni törədən Xətai rayon sakini Vüqar Ağayev adlı şəxsdir. O, avtomobili xarici ölkədən alınan sürücülük vəsiqəsi ilə idarə edib. Hadisəni törədən sürücü saxlanılıb və araşdırmalar aparılır.

  • Таксист поплатился жизнью за селфи с медведем

    В Индии медведь-губач задрал насмерть таксиста, попытавшегося сделать с ним селфи.

    Об этом передает Median.Az со ссылкой на издание Odisha Sun Times.

    Прабху Бхатара (Prabhu Bhatara) вез гостей со свадьбы в восточном штате Орисса, когда увидел у обочины раненого медведя. Он вышел из машины, намереваясь сфотографироваться с животным. Однако губач схватил его, бросил на землю и задрал насмерть.

    Свидетели происшествия не решились помочь Бхатаре. Один из них попытался бросить в медведя тяжелым предметом, но это только больше разъярило зверя.

    Пассажиры такси вызвали лесников, однако, когда они прибыли, водитель уже умер.

    Дальнейшая судьба животного неизвестна.

    Медведи-губачи водятся в Индии, Пакистане, Шри-Ланке, Бангладеше, Непале и Бутане. Высота в холке составляет до 90 сантиметров. Питаются преимущественно муравьями и термитами.

  • Prodüser Təranə Rəqsanənin qızına sərt ismarıc göndərdi : “Anasının və özünün elədiyi qüsurlarını çəksin paylaşsın” – FOTO


    Tanınmış prodüser Təranə Səmədovanın Median.Az-a verdiyi özəl müsahibəsini sizə təqdim edirik 

    Deyilənlərə görə şou biznesdən getməyə hazırlaşırsınız,sizi bu sahədən uzaq salan nə oldu ?

    – Şou biznes elə bir camiyədir ki, ordan nə qədər getmək istəsən də tam uzaqlaşa bilmirsən. Ancaq baxır kim ?! – naxışlı insan.Mən ilk dəfə bu sahəyə gələndə düşünməzdim ki,bu qədər məhşurluq əldə edə bilərəm. Mən yetərincə tanınmış simaya çevrildim, deməzdim sevilən simayam, amma yetərincə populyarlıq əldə etmiş insanam. Mən bu sahədən tam uzaqlaşa bilmirəm, çünki müəyyən bir gəlir hissəm buradan gəlir.

    Son vaxtlar prodüser kimi fəaliyyət göstərmirsiniz, işlədiyiniz müğənni yoxdu. Bu fasilə nə ilə əlaqədardır ?

    – Mən hər zaman səmimi danışan insanam, ona görə də açıq bir etiraf edim ki, mən hər zaman istəmişəm professional bir müğənni yetişdirim və ondan pul qazanım. Ancaq hazırki zəmanədə bayağılıq pul qazanır. Bayağı müğənnilərin yetərincə sayı artib və yetərincə də kütləvi olublar, təlabatlıdırlar. Mən də heç zaman özümə sığışdırmaram ki, bayağı müğənniyə gedim deyim ki, gəl mən səninlə işləyim.

    Düşünürsünüz ki, hal-hazırki şou biznesdə sizi qane edən,işləyə biləcəyiniz müğənni yoxdur ?

    – Mənim yeganə ürəyimcə olan,potensialını bəyənib işlədiyim müğənni Günay İbrahimli idi. O belə mənim haqqımı itirəndən sonra mən daha kimlə işləyəcəydim ki ?! Mən onla işləməyin, uğurun və pul qazanmağın yolunu tapmışdım. Ancaq o məni yarı yolda buraxıb köməkçimlə birləşərək ayrılıb,çıxıb getdı. Onun ilə oldu dost, mənim ilə oldu düşmən. Halbuki onu bu sənətdə yetişdirən və püxtələşdirən mən olmuşam. Hazırda da o müğənni var, ancaq mənim üçün yoxdur.

    Neçə illərdir şou biznesdəsiniz,bu illər ərzində qazandığınız əsl dostunuz olubmu ? Hansı ki, dar gününüzdə dost deyib onu yanınızda görə bilmisiz 

    – Bəli dar günlərimdə yanımda olan dostlarım olub,ancaq zaman keçdikcə onlarda xasiyyət dəyişikliyi baş verib. İllər öncə həddindən artıq çox güvəndiyim bir insan Günel Ələkbərova idi.Mənim dar günlərimdə o mənim yanımda olub,onun dar günlərində mən onun yanında olmuşam.Ancaq illər sonra o xanımda xasiyyət dəyişikliyi baş verdi.Ona görə də mən o insanla bir araya gələ bilmirəm. Biz düşmən deyilik,sadəcə olaraq fikirlərimiz üst-üstə düşmür.

    Prodüserlərin bəziləri digər peşə sahəsi ilə də məşğul olmağa başlayıblar. Sizində tez-tez avtomobil icarəsi şirkətini öz sosial şəbəkədəki hesabınızda paylaşdığınızı görürük. Həmin şirkət sizə məxsusdur, yoxsa reklam üçün paylaşım edirsiz?

    – Şirkətin sahibkarı var, ancaq icraçı direktoru mənəm. Baxıram ki,müğənnilərdən çox avtomobilə təlabat var imiş (red-gülür).

    Sizcə biznes ledi olmaq rahatdır yoxsa prodüser ? 

    – Bilirsiz bəzi müğənnilər müəyyən vaxtlarda prodüserlə köməkçini qarışdırırlar.Mən professional bir prodüserəm, kiminsə şəkil çəkəni, çanta gəzdirəni, disk daşıyanı deyiləm.Bir zamanlarda dörd ay ərzində işlədiyim bir müğənnini də buna görə yanımdan uzaqlaşdırmışam.Hansısa mənim atılan dırnağım olmuyan,bir balaca ciyiltili səsi olan müğənni ilə işləməkdənsə ,biznes ledi olmaq daha yaxşıdır.


    Bir neçə müddət əvvəl tez tez sizə gələn sevgi etiraflarını, adınızla bağlı gül çələnglərinin və hədiyyələrinizin şəkillərini sosial şəbəkə hesabınızda paylaşırdınız. Ancaq bir neçə vaxtdan sonra belə paylaşımlarınız olmadı.Deyilənə görə sevdiyiniz şəxsdən ayrılmısız 

    – Xeyir,hər şey qaydasındadır.Sadəcə gördüm ki, problemlər və söz-söhbətlər çox yaranır ona görə paylaşımları dayandırdım.Hədiyyələr də yerindədir, həmin şəxs də həyatımdadır, sadəcə olaraq paylaşımlar etmirəm.

    Bəs bu münasibətinizi rəsmiləşdirib yenidən ailə həyatı qurub və ikinci dəfə ana olmaq istəyərdinizmi ?

    – Bu suali gərək ona verərdiniz ,özünüz də onu gördünüz ( red-gülür ) Hər şeyı zamana həvalə etmişəm.Mən hər zaman demişəm ki, mənim sahib olduğum bir övladım və bir anam var.Başqa heç kimim yoxdur.Əgər həyatımda olan insan bunu mənə rəva bilib icazə verərsə istiyərəm daha bir övladım da olsun.


    Son günlər bütün mətbuatın gündəm mövzusu sizin bir vaxtlar böyük qalmaqal yaşadığiniz xanım müğənni Rəqsanənin qızının kimsəsiz uşaqlar evi ilə bağlı paylaşdığı ifşa xarakterli videosudur. Sizin də səhifələrin birində bu mövzu ilə bağlı atmacalı şərhiniz olmuşdu. Bu hadisə ilə bağlı daha dəqiq fikrinizi bilmək istərdik

    – Mən açığın deyim ki,ətim tökülür.Ümumiyyətlə heç kəs heç kəsi mühakimə edə bilməz.Əgər belə bir hadisə ilə qarşılaşmışdısa hüquq-mühavizə orqanlarına müraciət edə bilərdi. O paylaşım hamısı reklam xarakterli olan şeylərdir.Özünü reklam etmək istəyir.Belə şeylər mənə gülünc gəlir.Anasının və özünün elədiyi qüsurları çəksin paylaşsın.Ayıbdır,durub guya ki,kiminsə ayıbını tapırlar.Mən böyük məmnuniyyətlə uşaq evinin direktorunun onları məhkəməyə verib,qalib gəlməyini gözləyirəm.Həmin direktor xanım haqqında məlumatlar da öyrənmişəm. O xanımın heç bir maddiyata ehtiyacı yoxdur.Kimisə tanımadığımız halda mühakimə etmək çox səhfdir.Kənardan hər şey başqa cür görsənə bilər,ancaq daha dəqiqliyə getsək bəlkə də əli öpüləcək bir xanımdır o. Ancaq o xanımı ifşa edən insanın mənəviyyatına bələdəm,ona görədə gülünc gəlir mənə.

    Sizin Rəqsanə xanımla olan qalmaqalınızdan artıq uzun illər keçib,ancaq hələ də içinizdə ona qarşı kin və qəzəb var.Bəs bunun əsl səbəbi nədir ?

    – Mən kinli insan deyiləm,gətirsin mənə olan az qala yüz min manata çatan borcunu ödəsin, pullarımı qaytarsın mən də bu qədər həmin insana kinlə aqressiv yanaşmayım. Mənim üçün bu insan mövcud deyil. Onun üçün borca pullar götürmüşdum, ancaq sonda məcbur qalıb o pulları özüm ödəməli olmuşam.Anasi anamın dizindən öpüb yalvarırdi ki,qızım türkiyədə həbs olunubdu,onun işlərini həll etmək üçün pul lazımdır.Anam da müəyyən insanlardan onlara görə zamin durub pullar götürmüşdü. O pulları da ödəmədikləri üçün onların üstünə yığılan əlavə borcları da biz ödəməli oluruq. Ona görə də etdiyim bu yaxşılıqların heç birini ona halal etmirəm, nə qədər pul qazansa da heç vaxt o pullarının bərəkəti olmayacaq. Mən bu gün ki, gündə övladıma ürəyim istiyən kimi baxa bilmirəm, evimi indiyə kimi təmir etdirməmişəm. Mən buna görə ona halallıq verə bilmirəm, bilmərəm də, və mən tək deyiləm, mənim kimi respublikada neçə insanlar var ki, ona halallıq verməyiblər. Bu insanlardan halallıq almamış necə rahat yaşaya bilər ?! Bundan sonra mənə verəcəyi cavab məni maraqlandırmır. Gətirib mənim pullarımı qaytarmayınca mənim üçün o insan cildində olmayacaq.

    Son olaraq sizə bir sualımız olacaq.Yaşadığınız bu illər ərzində ən böyük peşimançılığınız nə olub və nəyi həyatınızın yaşanan dönəmindən silib təmizləmək istərdiniz ?

    – Həyatda heç birimiz ikinci və ya üçüncü dəfə yaşamırıq.Bu həyat hər kəsə bir dəfə verilir.Ona görə də səhflərimiz olmalıdır ki, sonra düzgün addımlar atmağı bacaraq. Ona görə heç vaxt heç nəyə görə peşiman olmuram. Həyatımdan sılıb atmaq istədiyim dönəm isə 2006-cı ilin sentyabr ayında anam on beş gün durmadan ağlayan zaman mənə ailə qur deyəndə, mən isə ona yalvaranda ki, mənə icazə ver mən ayaq üstdə dayanım,özüm pul qazanım,sonra ailə həyatı quracam. O dönəmlərdə kaş mənim anam,mənim anam olaydı,başqasına analıq etməyəydi. Kaş o ailə həyatı olmayaydı.Çünki bilirdim ki,ailə qurduğum adam mənlik adam deyil,çözmüşdüm o insanı artıq.Və burdan analara səslənirəm ki,qız övladlarını tez ərə verməyə tələsməsinlər.

    Nicat Yunisbəyli

  • В доме жителя поселка Бина нашли наркотики

    Как сообщает Median.Az, сотрудники сотрудники Управления по борьбе с наркотиками Главного управления полиции (ГУП) г.Баку в ходе проведенной операции задержали жителя поселка Бина Вадима Бреуса, у которого в доме обнаружили 54 кустов конопли и 327 грамм марихуаны.

    В Следственном Управлении ГУП возбуждено уголовное дело.

  • Veteranlara birdəfəlik maddi yardım verilib

    Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 20 aprel 2018-ci il tarixli Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarının və Sərəncamda nəzərdə tutulan digər müvafiq şəxslərin birdəfəlik maddi yardımlarla təmin edilməsi üçün maliyyələşdirmə işlərini artıq tam başa çatdırıb.

    Sərəncam ümumilikdə 10 962 nəfər şəxsə şamil olunub.

    Onlardan 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçıları olan 541 nəfərin hər birinə 1000 (min) manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

    Qalan 10 421 nəfər isə İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslər, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri, İkinci Dünya Müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslər, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarıdır. Onların da hər biri 500 (beş yüz) manat məbləğində birdəfəlik maddi yardımla təmin olunub.

    Birdəfəlik maddi yardımların tam şəffaf şəkildə ödənişi həyata keçirilib və bu yardımlar avtomatlaşdırılmış qaydada həmin insanların pensiya üzrə plastik kart hesablarına köçürülüb.
    Xatırladaq ki, qeyd olunan şəxslərə birdəfəlik maddi yardım verilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,9 milyon (beş milyon doqquz yüz min) manat vəsait ayrılıb.

  • Goranboyda gənc qız özünü körpüdən atdı – VİDEO

    Goranboy rayonunda 21 yaşlı qız intihara cəhd edib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Dəliməmmədli şəhəri ərazisində baş verib.

    Goranboyun Ağamalıoğlu kənd sakini, 1997-ci il təvəllüdlü Kazımova Sevinc Xaliq qızı Bakı-Qazax magistralı üzərində yerləşən körpüdən özünü atıb.

    Ayağından sınıq xəsarətləri alan S. Kazımova Gəncə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

    İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəmində qeydə alınıb.

  • Актриса Наталья Рудова показала Анну Седокову в бикини (ФОТО, ВИДЕО)

    Российская Instagram-звезда, известная актриса Наталья Рудова после посещения Гран-при “Формулы 1” в Баку, отправилась на отдых в Турцию. 

    В блоге актрисы, на который подписано более 3.1 человек, появился снимок, на котором она позирует в компании своей близкой подруги Анны Седоковой и ещё одной сексапильной брюнетки.

    “Супер день с любимыми девочками.. Так круто когда вы долго не виделись ,а потом случайно встречаетесь в другой стране не сговариваясь.”,- подписала нижеприведенный снимок Н. Рудова.


    Напомним, что идеальные формы Анны привлекли всеобщее внимание, ведь у Седоковой трое детей, младший сын певицы родился в апреле 2017 года.

    Актриса не забыла побаловать и своих подписчиков не менее идеальными формами, выложив в блоге видео в красном бикини во время ныряния в бассейн.

    “I`m sexy and I know it”, подписала Наталья нижеприведенный ролик словами известной песни.   

  • В ДТП в Геранбойском районе погибли 3 человека

    Как сообщает Median.Az, в селе Хангарванд Геранбойского района столкнулись автомобиль марки “ВАЗ 2121”, управляемый жителем района Али Сулеймановым и “Toyota”, управляемый жителем Агдамского района Физули Гулиевым. В результате А.Сулейманов погиб на месте происшествия, Ф.Гулиев, его пассажиры – жена Джамиля и несовершенолетний внук были доставлены в Центральную районную больницу. Несмотря на усилия врачей жизнь водителя иномарки и его внука врачам спасти не удалось.

    В Геранбойском РОП по факту ведется расследование.