Month: May 2018

  • Sosial şəbəkələrdə qadınları şantaj edən kişi ələ keçdi – FOTO

    Sosial şəbəkələrdə qadınların etimadını qazanan və daha sonra onları hədələyərək qanunsuz olaraq pul tələb edən şəxs daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

    Nizami Rayon Polis İdarəsinə müraciət edən N.Q. adlı qadın sosial şəbəkədə tanış olduğu Aslan adlı şəxsin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyər bir il ərzində 4000 ABŞ dolları və 200 manat pulunu aldığını bildirib.

    İdarədə araşdırma aparılan zaman həmin şəxsin Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Aslan Əzizov olduğu müəyyən edilib.

    Həmin şəxs dəfələrlə istintaqa çağırılsa da məsuliyyətdən yayınmağa cəhd göstərib.

    Bu səbəbdən barəsində axtarış elan edilən A.Əzizov Nizami Rayon Polis İdarəsi və 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq istintaqa təqdim olunub.

    A.Əzizov ifadəsində 2017-ci lin ilin oktyabr ayından saxlanılana qədər həmin qadından hədə-qorxu yolu ilə 4000 ABŞ dolları və 200 manat aldığını etiraf edib.

    Saxlanılan şəxsin telefonuna baxış keçirilən zaman başqa qadınlara qarşı da analoji cinayətlər etdiyi məlum olub.

    Göstərilən faktla bağlı Nizami Rayom Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, hədə-qorxu gələrək qadınlardan pul tələb edən A.Əzizovun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Nizami Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

    Analoji cinayətlərlə bağlı müraciət edənlərin anonimliyi qorunur.

  • Bakıda tarixi binaya əvvəl aqlay vurub görkəmini dəyişdilər, indi yenə təmir edirlər – FOTO

    Bakının Nəsimi rayonu, Rəşid Behbudov və 28 May küçələrinin kəsişməsində yerləşən, bir neçə il əvvəl abadlıq adı altında fasadının görkəmi dəyişdirilən tarixi binada yenidən təmir işləri başlayıb.

    Median.Az “virtualaz.org”a istinadən xəbər verir ki, hazırda Bakı Şəhər İcra Hakimiyyətinin briqadası binanın fasadına bir neçə il əvvəl vurulmuş aqlay üzlük daşlarını ağardır. Tarixi 1900-cü ildən əvvələ gedib çıxan memarlıq abidəsinin fasadı artıq korlanıb.

    Yüzdən çox insanın yaşadığı tarixi tikilinin bu şəkildə “bərpası” sakinlərdə də narahatlıq yaradır. Onların virtualaz.org-a bildirdiyinə görə, yonulan daşlardan çıxan qırıntılar binaya ciddi xələl gətirərək görkəmini deformasiyaya uğradır.

    Sakinlər təmir işlərinin təkcə binanın fasadında deyil, içəri tərəfində də aparıldığını dedilər. Amma əraziyə baş çəkən zaman orada iş icraçıları və ya fəhlələrlə qarşılaşmadıq.

    Sakinlərlə söhbət zamanı aydın oldu ki, təmir əsasən günün səhər saatlarında aparılır. Onların köməyi ilə günün ikinci yarısında 3-cü mərtəbədəki evlərdən birində işləyən fəhlələrlə danışa bildik. Fəhlələr təmirin BŞİH tərəfindən həyata keçirildiyini, binanın görkəminə xələl gətirilmədiyini bildirdilər.

    Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yaninda Mədəni irsin qorunmasi, inkişafi və bərpasi üzrə Dövlət Xidməti ilə əlaqə saxladıq. Xidmətdən, həqiqətən də, binanın yerli əhəmiyyətli abidə olduğunu təsdiqlədilər. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fariz Hüseynov bildirdi ki, sözügedən binada yalnız təmir işləri aparılır və bu da abidəyə xələl gətirmir.

    “Rəşid Behbudov küçəsində bir neçə tarixi bina var və bunlar yerli əhəmiyyətli tikililərdir. Hazırda həmin binada abadlıq, təmir işləri aparılır. Abidənin sökülməsi və ya fasadının dəyişdirilməsindən söhbət getmir. Binaya bizim tərəfimizdən nəzarət olunur”.

    Xatırladaq ki, son illər şəhərin tarixi binalarının bir çoxu sökülüb, bir çoxunun isə görkəmi dəyişdirilib. Şəhərin Yasamal, Nərimanov və Nəsimi rayonlarında tarixi binaların sökülməsi və yerində “pilot layihə” çərçivəsində yeni çoxmərtəbəli binaların tikintisi dəfələrlə qalmaqallara səbəb olub.

  • Mədət Quliyev ailə üzvləri ilə birlikdə təqdimat mərasimində – FOTO

    Milli Qəhrəman, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev oğlu Murad Qulubəyli və qızı Xədicə Qulubəyli ilə birlikdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimat mərasimində iştirak ediblər. 

    Median.Az “goldnews.az”a istinadən həmin fotoları sizə təqdim edirik:


  • Bakı çimərliklərində yoxlamalar başladı

    Respublika Gigiyena və Epidemiologiya Mərkəzi çimərliklərdə dəniz suyunun yoxlanılması ilə bağlı monitorinqlərə başlayıb.

    Bu barədə Lent.az-a mərkəzin şöbə müdiri Ziyəddin Kazımov məlumat verib.

    Qurum rəsmisi bildirdi ki, Bakı şəhərinin 6 rayonu inzibati ərazisində yerləşən dəniz suyundan nümunələr götürülür: “Eyni zamanda respublikanın, cənub, şimal rayonlarında və Sumqayıt şəhərində tədqiqat aparılır. Biz fiziki-kimyəvi, bakterioloji, toksikoloji, radioloji, sanitar göstəricilər üzrə dəniz suyunun laborator instrumental müayinəsini həyata keçiririk”.

    Z. Kazımov məlumat verdi ki, aparılan müayinənin nəticələri yaxın 10 gün ərzində açıqlanacaq:”Ancaq 2010 ildən indiyə qədər Səbail rayonundakı Şıx və Qaradağ rayonundakı Sahil çimərliyi bakterioloji çirklənmə göstəriciləri normadan dəfələrlə çox olub. Buna görə də burada əhalinin çimməsi məqsədəuyğun deyildi. Digər çimərliklər isə normal standartlara cavab verirdi. Amma bu ilki nəticələr aparılan tədqiqatlardan sonra bəlli olacaq”.

  • Avropa səfirləri xalqımızı öz dilimizdə təbrik etdi – VİDEO

    Avropa İttifaqı ölkələrinin səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının yüz illik yubileyi münasibətilə video-çarx hazırlayıblar.

    Video Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəsmi “Facebook” səhifəsində yayılıb.

    Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin Rəhbəri və 20 Üzv Dövlətin Bakıdakı Səfirləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə xalqmızı təbrik edib.

    “Əziz Azərbaycan xalqı, sizi Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi münasibətilə təbrik edirik. Ölkənizə və hər birinizə uğurlar, həmrəylik və firavanlıq arzu edirik. Ad günün mübarək Azərbaycan”, – deyə təbrikdə bildirilir.

  • Модель с самой красивой талией в мире обнажается в Instagram (ФОТО, ВИДЕО)

    Похоже, у 29-летней Кэндис Свейнпол появилась конкурентка на звание обладательницы самой тонкой талии.

    Ею стала 21-летняя модель Алексис Рен. Об этом сообщает Median.az со ссылкой на SunDayNews.


    Бикини-модель часто делится откровенными снимками и видеороликами на своей странице в Instagram, чем приводит в восторг подписчиков, количество которых уже перевалило за 12.4 миллиона человек. 
     
    Особое внимание поклонников заслуживает феноменально узкая и изящная талия модели. Ее обхват составляет всего 58 см — при объеме бедер в 86 см.








  • Fermerlərə şad xəbər: Rusiya türk pomidorlarından razı qalmadı

    Türkiyədən Rusiyaya ixrac edilən pomidorlarda fitosanitar normaların pozulduğu aşkarlanıb.

    Bu barədə Rusiyanın Baytarlıq Nəzarəti Federal Xidmət məlumat yayıb.

    Qeyd olunur ki, Rusiya tərəfindən Türkiyə pomidorlarının idxalına qoyulan qadağa aradan qaldırıldıqdan sonra 43 müəssisə tərəfindən tədarük həyata keçirilib. 11 şirkətin məhsulunda Rusiya qanunvericiliyi tələb və normalarının pozuntuları aşkar edilib.

    Xatırladaq ki, mayın 1-dən etibarən Türkiyədə yetişdirilən pomidorların Rusiyaya idxalı ilə bağlı məhdudiyyət aradan qaldırılıb. Rusiya tərəfinin yeganə şərti məhsulların fitosanitar tələblərə cavab verməsi, başlıca olaraq göndərilən mallarda “pomidor güvəsinin” olmaması idi.

  • Azərbaycanlı müğənni efirə hamam xalatında çıxdı – FOTO

    ATV-də yayımlanan “Zaurla Günaydın” verilişinin bu günkü qonaqlarından biri müğənni Elşad Qarayev olub.

    63 yaşlı müğənni geyimi ilə diqqət çəkib.

    Belə ki, o, proqrama hamam xalatında çıxıb.

    Qeyd edək ki, bir müddət öncə aparıcı Zaur Baxşəliyev də sözügedən proqrama hamam xalatında çıxmışdı./oxu.az



  • Vasif Talıbov xidmət rəisini vəzifədən kənarlaşdırdı

    Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilib.

    Bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

    Sərəncama əsasən Əbil Əbilov Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətinin rəisi vəzifəsindən azad edilib.

  • Житель Гедабейского района ранил ножом знакомого

    Как сообщает Median.Az, cотрудники Гедабейского РОП в ходе оперативных мер задержали жителя района Магомедали Джафарли.

    Установлено, что накануне на территории села Беюк Гарамурад М.Джафарли на почве инцидента нанес ножевые ранения жителю села Поладлы Эльшаду Гулиеву и скрылся с места происшествия. Потерпевший был доставлен в Центральную районную больницу и прооперирован.

    В Следственном отделе РОП по статье 126.1 (умышленное причинение тяжкого вреда здоровью) УК Азербайджана возбуждено уголовное дело.