Month: May 2018

  • Несовершеннолетнего азербайджанца изнасиловали, но он отомстил

    В Джалилабадском районе Азербайджана завершился судебный процесс по уголовному делу Айхана Мамедова (имя и фамилия – условные) 2000 года рождения, обвиняемого в попытке умышленного убийства.

    Родившийся в селе Команлы Джалилабадского района Айхан Мамедов столкнулся с насилием и шантажом односельчанина Сахиба Бабаева (имя и фамилия – условные).

    Отмечается, что в один из дней С. Бабаев пришел за А. Мамедовым к его дому и отвел последнего во двор расположенного неподалеку дома торжеств «Эмиль», предложив ему вступить с ним в сексуальную связь неестественным путем. А. Мамедов отказался.

    После этого Бабаев совершил в отношении Мамедова насильственные действия сексуального характера, вступив с ним в интимную связь.

    Вес процесс Бабаев записал на камеру телефона, а затем шантажировал свою жертву.

    В последующие дни Бабаев начал требовать от Мамедова 20 манатов, угрожая распространением кадров насилия над последним.

    При этом, Бабаев и после предлагал Мамедову встречатся с целью интимной близости и жертва положительно ответила на одну из таких просьб, чтобы положить конец его домогательствам.

    27 февраля 2017 года Мамедов взял из дома кухонный нож и ушел на встречу с Бабаевым.

    Молодые люди встретились рядом с мечетью. Во время беседы Бабаев предложил Мамедову пойти на камышовый участок рядом с его домом, где, по его словам, можно было свободно вступить в интимную связь.

    Молодые люди отправились на улицу, где располагался дом Бабабева. Там жертва решила осуществить свой план мести и убить Бабаева, нанеся последнему несколько ударов ножом.

    Но Бабаеву была оказана своевременная помощь, и его жизнь удалось спасти.

    Следственный орган предъявил Мамедову обвинение по статье 29,120.1 (попытка умышленного убийства).

    Уголовное дело было рассмотрено в коллегии пол председательством судьи Оруджа Джалилова в Лянкяранском суде по тяжким преступлениям. По решению суда, Мамедов был лишен свободы сроком на 5 лет 7 месяцев и 12 дней.

    Недовольный приговором Мамедов подал апелляционную жалобу, желая, чтобы его срок заменили условным, поскольку на момент совершения преступления он являлся несовершеннолетним.

    Жалоба обвиняемого была отправлена для рассмотрения в Ширванский апелляционный суд и рассмотрена коллегией под председательством судьи Рафика Джафарова, после чего суд вынес вердикт об отклонении жалобы Мамедова.//media.az

  • В Баку обещают 33-градусную жару

    В Баку и на Апшеронском полуострове в пятницу ожидается безоблачная погода. Будет дуть северо-западный ветер, который днем сменится на юго-восточный, сообщает Национальный департамент гидрометеорологии Минэкологии и природных ресурсов.

    Температура воздуха на Апшероне ночью составит 17-20°, днем 28-33°, в Баку ночью 18-20°, днем 31-33° тепла.

    Атмосферное давление – 756 мм ртутного столба. Относительная влажность – 40-50%.

    В районах Азербайджана в первой половине дня осадков не ожидается. Во второй половине в некоторых западных районах ожидаются грозы, кратковременные дожди. Будет дуть восточный ветер.

    Температура воздуха ночью составит 15-20°, днем 32-37°, в горах ночью – 10-15°, днем – 15-20° тепла.

    Согласно медико-метеорологическому прогнозу, 25 мая слабое колебание метеорологических факторов на Апшеронском полуострове в основном благоприятно скажется на состоянии метеочувствительных людей. Вечером безветренная погода неблагоприятно скажется на состоянии некоторых людей.

  • Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb

    Yasamal Rayon İcra Hakimiyyəti (RİH) sakinlərə müraciət edib. Bu barədə yazılı xəbərdarlıqlar müəyyən binalara yapışdırılıb.

    Median.Az xəbər verir ki, RİH-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazilərdə 1130, Nəriman Nərimanov prospekti, İsmayıl bəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzağa Əliyev küçələri arasındakı ərazilərdə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin baş planına uyğun olaraq dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədilə söküləcək. Həmin tikililəri dövlət ehtiyacları üçün alan orqan kimi Bakının Yasamal Rayon İcra Hakimiyyəti müəyyən edilib.

    İcra hakimiyyətindən verilən məlumata görə, torpaqların dövlət ehtiyacları üçün alınmasını tələb edəcək layihə və alınmanın təsirinə məruz qalan daşınmaz əmlak haqqında məlumat verilməsi ilə bağlı 2018-ci il mayın 25-də Yasamal rayonu, İnşaatçılar prospekti, 28B nömrəli ünvanda ictimai iclas keçiriləcək. Bu iclasda qiymətləndirmə məsələləri və s. digər məsələlər müzakirə ediləcək.

    Eyni zamanda, sakinlər onları maraqlandıran əlavə suallarla bağlı 2018-ci il mayın 25-dən etibarən həftənin II və V günləri saat 10:00-dan 18:00-dək həmin ünvana müraciət edə bilərlər.

  • Azanla bağlı XƏBƏRDARLIQ – onlar cəzalandırılacaq

    “Ramazan ayında azanlarla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var, bütün məscidlər bu fətvaya əməl etməlidir”.

    Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

    M. Qurbanlı bildirib ki, bu fətva ilə bərabər, Qafqaz Müsəlmanları İdarəsində rəsmi olaraq təsdiq olunmuş təqvim var: “Bu təqvim də Şamaxı Rəsədxanasında öz təsdiqini tapmış təqvimə uyğun hazırlanıb. Rəsmi şəkildə təsdiq olunmuş təqvimdən kənara çıxan məscidlər barədə bizə məlumatlar daxil olduqda, yerli şöbələrimizin nümayəndələri həmin məscidə gedəcək. Məscidin imamına, imam-naibinə xəbərdarlıq ediləcək. Belə hallar təkrarlanarsa, ciddi tədbirlər görüləcək. Bu tədbirlər sırasında protokol tərtib olunaraq, onların cərimələnməsi də var. Təqvimin pozulması ilə bağlı bizə bu günlərdə məlumat daxil olmayıb. Çalışırıq ki, bu, baş verməsin”.

    Komitə sədri qeyd edib ki, QMİ-nin fətvası bütün məscidlər üçün icbari xarakter daşıyır: “Hərə öz bildiyini edərsə, xaos yaranar”.

  • Bakının mərkəzində söküntü zamanı ekskavator aşdı – FOTO

    Bakıda bina söküntüsü zamanı ekskavator aşıb. 

    Baku.ws-in məlumatına görə, hadisə Nəsimi rayonu ərazisində, Azadlıq küçəsində qeydə alınıb. 

    Fotolardan da göründüyü kimi söküntü zamanı ekskavator aşıb və texnika yola tərəf düşüb. Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

    Hadisənin görüntülərini təqdim edirik:



  • “Atamı söydüyü üçün, şah damarını kəsdim” – İdmançı qızın AÇIQLAMALARI – VİDEO

    ARB TV-nin “Rezonans” verlişində bu dəfə Səringül Ramazanovanın həbsxana hekayələrindən bəhs olunub.

    Səringül Ramazanova (cəzası 10 il) başına gələnləri danışıb. Onun sözlərinə görə, uşaq evində gözünü açıb:

    “3 uşaq olmuşuq deyə imkanımız zəif olub. Atam Rusiyada işləyirdi. Atam məni götürdü, bir müddət sonra dünyasını dəyişdi. Bura düşəndən sonra isə anam ilk dəfə yanıma gəldi. Atam vəfat edəndən sonra əmimgildə qalırdım. Onlar da mənə əzab verirdi deyə oradan çıxdım. Çöllərdə böyüyüb, işlədim. İdmanla məşğul olurdum. Kafedə 3-4 gün olardı ki, işləyirdim. Bir nəfər yeyib-içib hesabı istədi.

    Hesabı deyəndə başladı söyməyə. 3-4 dəfə başa salmağa çalışdım, başa düşmədi. Ata söyüşü söyəndə isə dözmədim, bıçaqladım. Boğazından şah damarından vurdum, öldü. Sonra kömək elədim, amma alınmadı. Anam yanımda olsaydı, belə olmazdı. Öz xoşluğumla törətməmişəm. Məcbur qaldım. Burada bəzi adamlara ana deyirəm. Çünki mənə dəstək olurlar. Anam və bacım üz çevirib məndən. Telefonumu açmırlar. Vurduğum adamın qardaşı, atası məni bağışladı, amma anası yox. Kaş eləməzdim. Sevgilim var idi. Amma narkotik vuran oğlan idi deyə, uzaqlaşdım. Elədiyim hərəkət üçün çox peşmanam”.

  • Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri – FOTO

    Mərkəzi Bank Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə pul nişanının tədavülə buraxılmasını elan edib. 

    Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31.1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. 

    Yubiley pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunub. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş Dövlət bayrağının fonunda Ulu Öndərin qızıl və platindən hazırlanmış portreti əks etdirilmişdir. Arxa hissəsində isə Dövlət gerbi təsvir olunub.

    Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanını təqdim edilib.

  • Ermənistan prezidenti Azərbaycan mahnısına oynadı – VİDEO

    Ermənistanın “Faktor” TV kanalının “YouTube” hesabında Ermənistan prezidenti Armen Sarkisyanın Amulsar qızıl yatağının istismarına qarşı etiraz aksiyası keçirənlərlə rəqsinin görüntüləri yayımlanıb.

    Erməni prezidentin oynadığı hava Azərbaycan rəqsi olan “Köçəri” olub.

    Qeyd edək ki, “Köçəri” Azərbaycan xalq rəqsidir .

  • Şagirdlərin qiymətləndirilməsində dəyişiklik olacaq

    Gələn tədris ilindən azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik nəzərdə tutulur.

    Bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında çıxışı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.

    Nazir qeyd edib ki, Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İnstitutu ilə birlikdə bu istiqamətdə işlər həyata keçirilir, tədqiqatlar aparılır:

    “Düşünürəm ki, xüsusi olaraq aşağı yaş qrupunda olan şagirdlər üçün kiçik və böyük summativlərdə növbəti tədris ilində bir sıra dəyişikliklər nəzərdə tutulacaq”.

    Nazir deyib ki, respublika fənn olimpiadalarında iştirak edən şagirdlərin ali məktəblərə imtahan zamanı göstərdiyi nəticələr onlarda var.

    C.Bayramovun sözlərinə görə, onların qəbul imtahanında olan nəticələri ilə olimpiadada iştirak etdikləri fənlər üzrə elə də böyük fərq yoxdur.

    Nazir bildirib ki, aşağı nəticə coğrafiya fənnindən qalib gələn şagirdlərdə müşahidə olunur ki, onların da topladığı orta bal 648-dir:

    “Riyaziyyatdan qalib olan şagirdlərin topladığı orta bal isə 686-dır. Bu bir daha onu sübut edir ki, orta səviyyəli istedada malik olan şagird respublika fənn olimpiadasında yer qazana bilməz. Bu, mümkün deyil. Bu şagirdlər 8-ci sinifdən olimpiadalarda iştirak edirlər. Burada müşahidə edirik ki, onlar 10-11-ci sinifə çatanda olimpiadalara üz tutmurlar.

    Respublika fənn olimpiadasının fərqli proqramı var və buna xüsusi hazırlaşmaq lazımdır. Onlar da qəbul imtahanlarına görə hazırlıqlara getdiklərindən bu istiqamətdə hazırlaşmırlar”.

  • Millət vəkili: Dərsliklər bərbad vəziyyətdədir

    Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva məktəblərdə dərs yükünün ağır olmasından narazıdır.

    Millət vəkili bu yöndə narazılığını Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında dilə gətirib.

    Millət vəkili deyib ki, bu məsələ cəmiyyətdə də ciddi müzakirə olunmaqda və narazılıqlar yaratmaqdadır:

    “Ona görə hesab edirəm ki, orta məktəblərdəki dərs yükü sadələşdirilməlidir. Dərsliklərin vəziyyəti olduqca bərbaddır. Bir dəfə demişəm, indi də deyirəm ki, dərsliklər daha çox orta məktəb müəllimlərinin özləri tərəfindən yazılmalıdır.

    Bu, daha xeyirli və effektli olar. Bununla yanaşı, rus məktəblərindəki ədəbiyyat fənni üzrə dərsliklər çox bərbad vəziyyətdədir. Başa düşmək olmur ki, oradakı şeirlər, hekayələr haradan götürülüb, kimlər tərəfindən yazılıb?! Nə başı var, nə ayağı. Uşaqlar çox əziyyət çəkirlər. Bunlar təcili aradan qaldırılmalıdır”.

    Millət vəkili Pərvin Kərimzadə isə təklif olunan dəyişiklikləri müsbət saydığını və dəstəklədiyini bildirib:

    “Hesab edirəm ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Bu, heç də test üsulunun aradan qaldırılması demək deyil. Bu, mütərəqqi üsuldur. Düşünürəm ki, qəbul sadələşdirilməlidir”.