Month: May 2018

  • Azərbaycanda dilənçilər də vergi verə bilər – Video

    Livanda dilənçi olan Fatma Osman küçədə öldükdən sonra ölüm hadisəsinə görə şəxsiyyəti araşdırılıb. Şəxsin bank hesabında, 5,5 milyon dolların olduğu üzə çıxıb.

    Vəziyyət belədir ki, indi hökümət istəyir ki, ölkədəki dilənçilərin şəxsiyyəti yoxlansın. Nə qədər pulları olduğunu öyrənsin və həta vergiyə cəlb edilməsi məsələsini qanuniləşdirsin.

    Belə baxanda bizim ölkəmizdə də dilənçilər var, o zaman bizdə də çoxlu pul qazanan dilənçilər, vergiyə cəlb olunsun.

    Tahir Əlirzayev (vəkil): “Dilənçilik elə bir fəaliyyətdir ki, bu fəaliyyət qanunla tənzimlənmir. Bunun adı avaralıq kimi səslənir. Avaralığa görə də qanunvericiliyimiz məsuliyyətə cəlb edir. 10 gün həbs cəzası”.

    Amma həmin o dilənçiləri polislər dəfələrlə saxlasa da yenidən buraxır, onlar da yenə pul yığmaqla məşğuldur. Həm də bu ehtiyac meyarından da çoxdur. Qat–qat çoxdur. İnsanlardan bunu yığırlar, beləliklə var-dövlət yığırlar. Adi adam işləyir vergi verir, dilənçilərin də fəaliyyətləri var, deməli vergi də verməlidirlər.

    Razi Abbasbəyli (iqtisadçı): “Daşınar, həm də daşınmaz əmlakla bağlı deklorasiyaların hazırlanması və bunların vergiyə cəlb edilməsi ilə bağlı ölkənin qanunvericilik bazası mövcuddur”.

    Dilənçilərdən vergi alınması məsələsində isə əsas odur ki, onların vətəndaşlığı müəyyən edilməlidir.

    Razi Abbasbəyli (iqtisadçı): “Onların vətəndaşlığa alınması üçün qeydiyyat aparılmır. Müasir dövrün vergi sisteminə cəlb etmək alınmır”.

    Azərbaycanda da açıq-aşkar dilənçilərin şəxsiyyəti müəyənləşdirilsin, fəaliyyətlərinə hər hansısa mexanizmlə nəzarət edilsin, onlardan vergi alınsın. Onsuz da dilənçilərin əksəriyyəti işləyən deyil, nəsilliklə dilənçiliyi adət edənlərdir.

  • Рэпера R. Kelly вновь обвинили в изнасиловании

    51-летнего американского рэпера Роберта Сильвестра Келли, известного как R. Kelly, вновь обвиняют в сексуальном насилии.

    20-летняя Фэйт Роджерс, которая встречалась с певцом около года, призналась, что он жестоко с ней обращался. Она подала на артиста в суд.

    Фэйт рассказывает, что за время отношений R. Kelly неоднократно принуждал ее к сексу против воли. Он заявлял, что «хочет научить ее быть настоящей женщиной», и наказывал Фэйт, если ему не нравился секс.


    Помимо этого, Фэйт рассказала, что рэпер заразил ее генитальным герпесом. Незадолго до отношений с певцом Фэйт проходила гинекологическое обследование и была полностью здорова. Она заявила, что певец знает о том, что болен, но не рассказывает об этом партнершам.

    Рэпера не в первый раз обвиняют в сексуальном насилии. В 90-х R. Kelly стал продюсером 14-летней Алии. Появились слухи, что он совратил девушку и принуждает ее к сексу. В 2001 году Алия погибла в авиакатастрофе, а год спустя в Сеть попал видеоролик, на котором мужчина, похожий на Келли, мочится на лицо 14-летней девушки. Его обвинили в изготовлении детской порнографии, но оправдали. Позднее более двадцати девушек обвинили рэпера в сексуальных домогательствах.

  • Bakıda avtobusa silahla daxil olan şəxs atəş açacağı ilə hədələyib, polis onu zərərsizləşdirib

    Polis avtobusda qadına qarşı nalayiq hərəkətlər edən silahlı şəxsi zərərsizləşdirib.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Belə ki, mayın 22-də saat 22:00 radələrində Azərbaycan Dövlət Televiziyası və Radio verilişləri QSC-nin mühafizəsi üzrə Mühafizə şöbəsinin əməkdaşı, polis serjantı Coşqun Sadıqov işdən sonra “Memar Əcəmi” metrostansiyasının yaxınlığından Xırdalan şəhərinə getmək üçün 135 nömrəli avtobusa minib.

    Bir neçə dayanacaqdan sonra avtobusa minən bir nəfərin qeyri-etik hərəkətləri hər kəsin diqqətini cəlb edib, sərnişinlərin haqlı narazıqlarına səbəb olub.

    Mülki geyimdə olan C.Sadıqov bir neçə dəfə ondan özünü intizamlı aparmasını tələb edib. Lakin sərxoş vəziyyətdə olan şəxs deyilənlərə məhəl qoymadan avtobusdakı qadınlardan birinə yaxınlaşaraq nalayiq hərəkətlər etməyə başlayıb.

    Bu zaman qadının yaxını olan kişi ilə onun arasında mübahisə başlanıb və Xırdalan şəhərindəki dayanacaqların birində onlar avtobusdan eniblər.

    Sərxoş halda olan şəxs pencəyinin altından çıxardığı tapançanı onlara tərəf tuşlayıb, atəş açacağı ilə hədələməyə başlayıb. Bunu görən polis əməkdaşı cəld tərpənərək mübahisəyə müdaxilə edib, əlbəyaxa döyüş fəndi tətbiq edərək onu tərksilah edib, silahı həmin şəxsin əlindən alıb.

    Tərksilah etdiyi şəxsi saxlayaraq dərhal hadisə barədə DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə məlumat verib. C.Sadıqov həmin şəxsi və maddi sübut kimi “Naqan” markalı tapançanı yeddi ədəd patronla birlikdə hadisə yerinə gələn Abşeron Rayon Polis İdarəsinin və Əlahiddə Çevik Polis Alayının 10-cu bölüyünün əməkdaşlarına təhvil verib.

  • В Баку вынесен приговор пятерым сотрудникам магазина Zara

    В Бакинском суде по тяжким преступлениям завершился суд над бывшими сотрудниками магазина Zara – Ибрагимом Ибрагимовым, Захрой Мавлиной, Зауром Новрузовым, Гюльтекин Буньядовой и Эльвиной Гафаровой, обвиняемых в присвоении чужого имущества.

    Как сообщает Median.Az со ссылкой на Report, на процессе под председательством судьи Новруза Керимова был зачитан вердикт.

    Решением суда все обвиняемые наказаны условно по статье 70 (условное наказание) УК. Никто не был арестован.

    Согласно обвинительному акту, обвиняемые продали часть товаров в магазине за пределами кассы и присвоили деньги.

    За время следствия они вернули 17 тыс. 700 манатов ущерба, поэтому никто из них не был арестован.

  • В парламенте обсудили кябины с малолетними

    В Азербайджане имеют место случаи, когда религиозные деятели заключают браки с малолетними.

    Об этом на общественных обсуждениях в Милли меджлисе (парламенте) АР сказал зампред Госкомитета по имущественным вопросам Гюндюз Исмайлов.

    По словам Г.Исмайлова, некоторые такие религиозные деятели были привлечены к уголовной ответственности.

    «Управление мусульман Кавказа издало фетву о религиозных браках. Но в ряде случаев религиозные деятели действуют неофициально, потому не соблюдают фетву и даже заключают браки с малолетними», – добавил он.

  • В «Парк-Бульваре» без вести пропала 14-летняя девочка

    В Баку без вести пропала 14-летняя девочка.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент произошел в торговом центре «Парк Бульвар», расположенном в Сабаильском районе.

    Близкие Нураны Абдуррахмановой 2002 г. р. обратились в 39-е Отделение Сабаильского районного управления полиции и сообщили о ее пропаже. Они отметили, что в последний раз их дочь направилась в торговый центр и больше не вернулась.

    Продолжаются поиски пропавшей девочки.

  • Пресечена реализация партии безакцизной водки

    Сотрудниками Товузского таможенного управления предотвращена реализация водки без акцизных марок.

    Об этом сообщили в Госкомтаможни.

    При осмотре грузового отсека следовавшего в Баку пассажирского автобуса марки Setra S215HD на автовокзале Товузского района были обнаружены и изъяты 48 бутылок безакцизной водки Nemiroff емкостью в 1 литр каждая.

    По факту ведется расследование.

  • Мерьем Узерли раскритиковали за снимок в бикини и поцелуй в губы с дочерью (ФОТО)

    Подписчики актрисы Мерьем Узерли вновь раскритиковали звезду сериала «Великолепный век».

    Мерьем Узерли показала тело в розовом бикини, опубликовав снимок с пляжа. На фото она запечатлена целующей в губы четырехлетнюю дочь Лару.

    Подписчики начали делать комплименты Мерьем, но некоторые заявили, что звезда поправилась. По их мнению, бикини подчеркнуло проблемные зоны ее фигуры — живот и руки. Нашлись и те, кто упрекнул актрису в сексуальных кадрах во время мусульманского поста Рамадан.


    Напомним, ранее поклонники отмечали, что не могут узнать Мерьем. По их мнению, актриса слишком увлеклась инъекциями филлеров в губы и кожу лица.

  • Oğuzda qadın itkin düşüb – FOTO

    Oğuzda qadın itkin düşüb.

    DİN-dən verilən məlumata görə, Oğuz rayonu sakini, 1986-cı il təvəllüdlü Gülnaz Abışova mayın 22-də günorta saatlarında evdən çıxıb və indiyədək geri qayıtmayıb.

    Onun əlamətləri belədir: boyu 155 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qara, uzun qara saçları var. Evdən çıxanda əynində qara rəngli şalvar, ağ rəngli kofta, üstündən göy rəngli cins gödəkçə, ayağında qara rəngli idman ayaqqabısı olub.

    Şəkildə gördüyünüz qadını tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Oğuz Rayon Polis Şöbəsinə 024-215-28-71 şəhər, (055) 218-21-21 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


  • Gəncləri intiharlardan necə qoruyaq? – MƏSLƏHƏT

    Təəssüflər olsun ki, bugün Azərbaycan mətbuatında “Gənc oğlan özünü asdı”, “Yeniyetmə qız özünü binadan atdı”, “…özünü metronun altına atdı” kimi xəbərlər olduqca çoxdur.

    Həmin şəxslərin problemi, demək olar ki, eynidir: Ailə təzyiqi, cəmiyyətin basqısı, işsizlik və s.

    Bu vəziyyət artıq faciəvi hal almağa başlayıb. Gənclərin – gələcəyimizin əllərində olduğu şəxslərin çıxış yolu kimi intiharı seçməsi cəmiyyəti uçuruma aparır.

    Belə intihar halları imtahan ərəfəsində yaşanmağa başlayır. Aşağı nəticə göstərən və universitetə qəbul ola bilməyən gənc evdə, cəmiyyətdə olan təzyiqlərdən qorxub, narahat olaraq, çıxış yolunu intihar etməkdə görür.

    Gənc intihar edir. Bütün mediada haqqında məlumatlar yazılır, intihar səbəbi araşdırılır.

    Bundan sonra həmin intihar səbəbi cəmiyyət tərəfindən müzakirə olunur. Əksər insanların fikrindən eyni şey keçir: “Günah valideyndədir”, “Əgər valideynlər ona qarşı elə olmasaydı, belə olmasaydı…”

    Haradasa onların fikirləri ilə razılaşmaq olar. Bəli, bütün valideynlər eyni deyil. “Camaat nə deyər?” düşüncəsi ilə yaşayan valideynlərlə “Eybi yox, canım oğlum (canım qızım)” düşüncəsi ilə yaşayan valideynlər arasında yerlə göy qədər fərq var.

    Övladı üçün gecəsini gündüzünə qatıb əziyyət çəkən, hər zaman diqqət göstərən, güldən ağır söz deməyən valideynlər də vardır ki, onların da övladları eyni taleni özünə çıxış yolu seçir. Yəni, “imtahanda yaza bilmədim, sonra nə deyəcəm?” deyib, canına qəsd edir.

    Belə olduğu təqdirdə həmin valideynlər nə etməlidir? Bilmirlər, övlad acısı çəksin, yoxsa cəmiyyətin ictimai qınağından qurtulsun.

    Ümumiyyətlə, gənclərin intihar etməsində valideynlərin günahlandırılmasının, qınaq obyektivinə çevrilməsinin kökündə nə dayanır? Bu cür halların yaşanmaması üçün valideynlər öz övladları ilə necə rəftar etməlidirlər?

    Məsələ ilə bağlı Oxu.Az-a danışan Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü, psixoloq Səbinə Bayramova imtahanlara hazırlığın sıxlaşdığı bu günlərdə valideynlərin və abituriyentlərin ağır bir təşviş içində olduğunu deyib.

    O bildirib ki, bu cür vəziyyətlərdə hər iki tərəf bir-birini qarşılıqlı şəkildə anlamaq üçün səy göstərməlidir:

    “İmtahanda yüksək bal alıb uğurlu olmaq hər keçən gün daha da çətinləşir. Yüzlərlə abituriyenti təsirləndirən bu müddət, heyf ki, gənclərin psixoloji baxımdan ən enişli-çıxışlı olan həssas yaş dövrü ilə üst-üstə düşür və onların psixoloji inkişaflarına mənfi şəkildə təsir edir.

    İmtahanda uğurlu olmaq abituriyentin olduğu qədər, ana-ataların da istəyidir. Ancaq bu dövrün balanslı və sağlam şəkildə aşılması üçün ana-atalara bəzi vəzifələr düşür:

    1. Uşağınızın yeniyetməlik dövründə olduğunu unutmayın:

    Bu dövr uşağınızın böhran yaşadığı dövrdür. Onun yerinə problem həll etmək istədiyiniz zaman onun sizinlə eyni şeyləri görə bilməyəcəyini bilin. Məsələn, günəşli gözəl bir gündə siz istəmədiyinizə rəğmən, işlərinizi edə bilsəniz də, uşağınız belə havalarda dərs oxumaqda çətinlik çəkəcək.

    2. Sorğulamayın, maraqlanın:

    “Neçə düzün var? Neçə səhvin var? Sinif yoldaşın neçə bal yığdı? Neçə nəfər səndən çox bal yığdı?” demək yerinə “İmtahanın necə keçdi? Günün necə keçdi?” deyin.

    3. Başqası ilə yox, özü ilə müqayisə edin:

    Ana-atalarda çox sıx gördüyümüz bir davranış növü də, bəlkə, ona motivasiya vermək məqsədilə edilən, amma əsla motivasiya yaratmayan, uşağının uğurunu çevrəsindəki digər uşaqların uğuru ilə müqayisə etməkdir.

    Uşağınızla belə müqayisə ilə qurduğunuz hər dialoq mübahisə ilə bitəcək. Uşağınızın öncəki uğuru yada uğursuzluğu ilə indiki vəziyyətini müqayisə etmək daha çox müsbət nəticə verəcək.

    4. Evdə fövqəladə hal elan etməyin:

    İmtahana hazırlıq müddətində və ya imtahana qısa bir vaxt qalanda evdəki nizam və ümumi atmosfer “hər zamankı kimi” olmalıdır. Fövqəladə davranışlar dedikdə, az qala bir il boyunca evə qonaq qəbul etməmək, səyahət proqramı qurmamaq, salonda dərs etməsinə icazə verib bir il boyunca televizor heç izləməmək və s. düşünülə bilər. “Bu etdiyinə səsimi çıxarmıram, bu imtahan keçsin, sən ondan sonra görərsən” tərzində hədələyici ifadələr qətiyyən işlədilməməlidir.

    5. Sahib olduğu imkanların fərqinə varmasını təmin edin, amma borclu hiss etməsinə səbəb olmayın: 

    Ana-ata olaraq bizim seçimimiz olan, imkanlar daxilində etməyə çalışdığımız fədakarlıqlarımızı dilə gətirməyimizin imtahan nəticəsinə heç bir xeyri, heç bir qatqısı yoxdur. “Bütün həyatımızı sənə həsr etdik”, “Hər istədiyini etdik”, “Səni oxutmaq üçün özümüzə filan şeyləri edə bilmədik” kimi sözlər abituriyentin özünü ailəsinə qarşı borclu hiss etməsi xaricində heç bir şeyi dəyişdirməz.

    Sahib olduğu imkanların maksimum fərqində olması və bunları məhsuldar şəkildə istifadə etməsini təmin edəcək xatırlatmalar etmək hər zaman ən yaxşısıdır.

    6. Qadağan etməyin, məhdudlaşdırın:

    Uşağınızın bütün həyatını, sadəcə, dərs oxuyaraq keçirməsini, davamlı ev-məktəb-hazırlıq üçbucağı içində gedib-gəlməsini gözləməyin. Dərsdən başqa hər şeyi qadağan etmək uğur yox, bezginlik gətirəcək. 

    7. Güvənməklə gözləntini bir-birindən ayırın:

    Ana-ataların uşaqlarını ürəkləndirmək üçün işlətdikləri “Sənə güvənirəm” ifadəsini abituriyentlər çox zaman “Səndən bunu gözləyirəm” şəklində qavradıqlarına görə bu ifadəni tez-tez işlətmək müsbət nəticə verməz və təşvişi artırar.

    Bunun yerinə “Bu imtahana hazırlaşarkən nə qədər əmək sərf etdiyini, necə səy göstərdiyini görürəm. Heç bir əmək qarşılıqsız qalmaz” demək hər zaman üçün daha çox təsirlidir.

    8. Tənqid edin, günahlandırmayın:

    Tənqid edilməsi lazım olan vəziyyətlərdə tənqid edin, ancaq günahlandırıcı olmayın.

    9. Alternativli olun:

    “İmtahanda uğursuz olarsa, nə olacaq?” sualını birlikdə cavablandırın. Hansı alternativ variantların gündəmə gələcəyini mütləq öncədən müəyyənləşdirin. Hər nə qədər bir çox valideyn bunun abituriyenti arxayın saldığını desə də, bilməlidir ki, alternativsizlik var olan stres və təşvişin aşılmasını daha da çətin vəziyyətə gətirir.

    İmtahanı həyatın tək və ən önəmli dönüş nöqtəsi kimi ifadə etmək, abituriyentin onsuz da var olan narahatlığını, stresini daha artırır.

    10. Psixoloqdan dəstək alın:

    Abituriyentin imtahana psixoloji hazırlığının yaxşılaşdırılması, stressinin qarşısının alınması, imtahanda vaxtını daha düzgün bölüşdürə bilməsi və daha uğurlu bir nəticə əldə edə bilməsi üçün imtahana ən azı 2-3 ay qalmış psixoloq dəstəyi almağa başlaması önəmlidir”.

    Psixoloq qeyd edib ki, bu vəzifələrə əməl olunmazsa, müəllimlər də sınaqlarda, qəbul imtahanında gözləniləndən aşağı bal yığan abituriyentlərə günahlandırıcı, soyuq davranarsa, bu zaman abituriyentdə böyük bir yoxluq hissi yaranar:

    “Müəllimləri və valideynləri tərəfindən sevilmədiyini zənn edər. Çıxış yolu seçimlərinə, təəssüf ki, çıxış yolu olmadığı halda, intiharı da əlavə edər, ya da keçirdiyi psixoloji vəziyyətdən dolayı əsas çıxış yollarını görə bilməz və intihara meyillənər.

    Gərgin bir dövrdə olan abituriyentlərimizin uğurlu addımlar ata bilməsi və ən əsası, gərəksiz addım olan intihara təşəbbüs etməməsi üçün bu vəzifələrə əməl edək.

    Heç bir imtahan insan həyatından daha vacib deyil”.