Month: May 2018

  • Приток арабских туристов вырос в разы

    В январе-апреле текущего года Азербайджан посетили 847,6 тысячи иностранцев и лиц без гражданства из 182 стран мира, что выше прошлогоднего показателя за соответствующий период на 13,4%.

    Об этом сообщает Median.Az со ссылкой на Государственную пограничную службу.

    По данным, число туристов из России составило 28,3%, из Грузии – 21,9%, из Ирана – 13,4%, из Турции – 11,3%, из ОАЭ – 4,6%, из Украины – 2%, из Ирака – 1,9%, из других стран – 16,5%. На мужчин пришлось 66,8%, на женщин – 33,2% туристов.

    В январе в Азербайджан прибыло 22% иностранцев и лиц без гражданства, в феврале – 16,6%, в марте – 32,7%, в апреле – 25,7%.

    По сравнению с январем-апрелем прошлого года число прибывших из Кувейта туристов возросло в 6,4 раза, из Бахрейна – в 2,6 раза, из Катара – в 2 раза, из Саудовской Аравии – в 2,2 раза, из Омана – в 1,6 раза, из Ирака – в 1,6 раза, из ОАЭ – в 1,2 раза.

    Число туристов из Ирана снизилось на 5,4%.

    Количество туристов из стран Евросоюза возросло на 12,4%, до 32 тысяч, СНГ – на 9,4%, до 284,9 тысячи человек.

  • Çoxuşaqlı ailə məfhumu beşdən üçə endirilsin – TƏKLİF

    Çoxuşaqlı ailə məfhumunun beşdən üçə endirilməsi təklif olunur.

    Bu təklifi Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib.

    Komitə sədri MM-dəki ictimai müzakirələrdə çıxışı zamanı qeyd edib ki, buna səbəb müasir dövrdə ailələrdə uşaq sayının kəskin azalmasıdır.

    “Hesab edirəm ki, Azərbaycanda əhalinin təbii artımı 1,2-1,3 olduğu üçün demoqrafik baxımdan problem yoxdur”, – deyən H.Rəcəbli təklif edib ki, Azərbaycana nikaha girənlərə nikah rəsmiləşdirilməsindən əvvəl bir ay vaxt verilsin.

    “Həmin bir ay müddətində gənclər üçün VVAQ (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı) şöbələrində kurslar təşkil edilsin və onlara ailənin necə olduğu, ailə dəyərləri başa salınsın.

    Biz nikah məsuliyyətini insanlara çatdırmalıyıq”, – deyə komitə sədri əlavə edib.

  • Deputat: Abituriyentlərin intiharına görə mətbuat günahkardır

    Ailələrin dağılması ciddi problemə çevrilib.

    Bunu Milli Məclisdə (MM) “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən ictimai müzakirələrdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

    Komitə sədri bildirib ki, bunun səbəblərindən biri də valideynlərin ailəyə müdaxiləsidir:

    “Valideyn istəyir ki, övladı ailə qursun, amma bilmir ki, övlad buna hazırdır, ya yox. Baxırsan, nə işi, nə təhsili var. Deyirlər, yaşı keçir, evlənməlidir. Bu yanaşma düzgün deyil”.

    Onun qeyd etdiyinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var:

    “Bir çox hallarda telekanallara ailədən xəbəri olmayanları çıxarırlar, təbliğ edirlər. Mən şou-biznes əhlini nəzərdə tutmuram, çünki onların öz dünyası, öz yaşam tərzi var, amma bəzən elələrini efirə çıxarırlar ki, onun “ailə nədir” anlayışı belə yoxdur.

    Və yaxud, bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi.

    Keçmişdə belə halları təbliğ etmirdilər, gizlədirdilər. İndi isə bunları yayırlar, təbliğ edirlər və nəticədə, bu cür ağrılı hallar yaşanır”.

  • В ДТП в Бейлаганском районе погибли 2 человека

    Как сообщает Median.Az, в Бейлаганском районе перевернулся автомобиль марки “Mercedes”, управляемый Тогрул Бабаевым (1992-го года рождения).

    В результате дтп водитель и пассажир Мурад Мурадов погибли на месте происшествия, еще один пассажир с телесными повреждениями был доставлен в Центральную районную больницу.

    В РОП по факту ведется расследование.

  • Azyaşlı kəbinləri Milli Məclisin gündəmində

    Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları mövcuddur.

    Bunu Milli Məclisdə (MM) keçirilən ictimai müzakirələrdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

    G.İsmayılovun sözlərinə görə, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var.

    “Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsi fitva verib. Amma gəlin, görək, buna əməl olunurmu? Təəssüf ki, yox.

    Bəzən rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fitvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər” – deyə, o, sözlərinə əlavə edib.

  • Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq

    Avropa İnsan Haqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxılmasını tezləşdirəcək.

    Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə mayın 23-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə deyib.

    Onun sözlərinə görə, erməni girovluğundakı azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər Avropa İnsan Haqları Məhkəməsinə göndərilir.

    Qeyd edək ki, Anar Bağırov Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə edir.

  • Siyavuş Novruzov: Qız qaçırmaq adam oğurluğu deyil

    Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin (MM) Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzov evlənmək məqsədilə qız qaçırılmasına görə Cinayət Məcəlləsinin insan oğurluğu maddəsinin tətbiq edilməsinə etiraz edib.

    MM-də keçirilən ictimai dinləmələrdə S.Novruzov bildirib ki, ailə qurmaq məqsədilə qız qaçırılması ilə insan oğurluğu tamamilə fərqli hallardır və qanunvericilikdə bunun eyniləşdirilməsi düzgün deyil:

    “Bir var tamah məqsədilə insan qaçırır, cinayət törədir, bir də var iki şəxs bir-birini sevir, ailələr razı olmur, bu səbəbdən oğlan qızı qaçırır. Bunun ikisinə də eyni cəzanın tətbiq edilməsi düzgün deyil. Biz dəyişiklik edib, bunu qanunvericilikdə fərqləndirməliyik”.

  • Ekspert: Qarabağ məsələsində hər şey Bakının planı üzrə getmir

    Qərbin güc mərkəzləri tanınmamış “DQR”-ni Qarabağ danışıqlarında ayrı tərəf kimi təqdim etmək istəyirlər.

    Bu sözləri Oxu.Az-a açıqlamasında tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk separatçıların Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlarda iştirakı məsələsini şərh edərkən deyib.

    Onun sözlərinə görə, Qərb bunu açıq formada etmir, “hər şeyi sakitcə, vasitəçiləri və tərəfdarları vasitəsilə edir”.

    “İş burasındadır ki, əgər danışıqlar prosesinə yeni tərəf əlavə olunsa, Dağlıq Qarabağın suverenliyi ilə bağlı addım atılmış olacaq”, – ekspert bildirib.

    O əlavə edib ki, Ermənistanın yeni simaları bunu açıq şəkildə bəyan edirlər. Təsadüfi deyil ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyan da ilk bəyanatında bu məsələyə toxunub.

    “Bütün bunlar Bakının planlarına uyğun deyil və müəyyən narahatlıqlar doğurur.

    Ancaq Azərbaycan sadəlövh ölkə deyil və burada başa düşürlər ki, nə Avropa, nə Qərb, nə də Rusiya Qarabağın Azərbaycanın tərkibinə reinteqrasiyasına razı olmayacaqlar.

    Rusiyanı bu siyahıdan dərhal silmək olar. Çünki Moskva Qarabağ məsələsində “status-kvo”nun saxlanılmasının tərəfdarıdır. Qərb və Avropaya isə regiondakı qeyri-sabitlik sərf edir.

    Öz mövqeyini açıq şəkildə bəyan edən yeganə tərəf Türkiyədir. Azərbaycan üçün qardaş ölkə olan Türkiyə. Ancaq Türkiyənin də öz problemləri var”, – Trofimçuk deyib.

    Ekspert qeyd edib ki, Azərbaycan bu ritorikaya sayıq olmalıdır.

  • Hadi Rəcəbli: “Facebook” ailə dağıdır

    Biz bir neçə il öncə ölkə gənclik yaşını 29-a, gənc ailə yaşını 35-ə endirdik.

    Bunu Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli səsləndirib.

    Komitə sədri bunu önəmli addım kimi dəyərləndirib.

    O, ailədaxili konfliktlərdə övladların ələbaxımlılığa öyrədilməsinin “böyük” rol oynadığını bildirib:

    “Ailələrdə qızı da, oğulu da ələbaxımlılığa öyrədirlər. Onlar hər ikisi də işləyə, pul qazana bilər, amma valideynlər bunu etmirlər və həmin gənclər sonradan ailə quranda ciddi problemlər yaranır.

    Ailələrin dağılmasında, boşanmalarda, erkən nikahlarda sosial şəbəkələr, “Facebook”, mesajlaşma və b. kimi zərərli amillər böyük rol oynayır. Çünki çoxları sosial şəbəkələrdən əyləncə kimi istifadə edirlər və nəticədə, ciddi problemlərlə qarşılaşırlar”.

  • Deputat: Dini kəbinlər boşanmalarda böyük rol oynayır

    Mayın 23-də Milli Məclisdə (MM) ailə məsələlərinə həsr olunmuş ictimai müzakirələr başlayıb.

    MM-in Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil edilən “Azərbaycan ailə modeli: müasirlik və dəyərlər” mövzusunda ictimai müzakirələrdə millət vəkilləri ilə yanaşı, bir sıra dövlət qurumlarının, o cümlədən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin (DİN), Qeyri-Hökumət Təşkilatlarının (QHT) təmsilçiləri iştirak edirlər.

    MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, Azərbaycanda ailə dəyərlərinə böyük üstünlük və əhəmiyyət verilir. Komitə sədri bu yöndə qanunvericilik bazasının formalaşdırıldığını, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunduğunu qeyd edib.

    O, Azərbaycanda boşanmaların və erkən nikahların ciddi problem olaraq qaldığını söyləyib:

    “Ailələrdə boşanmaların sayında artım özünü göstərir. Rəsmi rəqəmlər də ciddi narahatlıqlar üçün əsas yaradır”.

    Komitə sədri deyib ki, konfliktli ailələrdə uşaqlar zəif, iradəsiz uşaqlar kimi böyüyürlər.

    A.Naxçıvanlı erkən nikahlarda və boşanmalarda dini kəbinlərin və qeyri-rəsmi nikahların “böyük” rol oynadığını da sözlərinə əlavə edib.