Month: June 2018

  • Bakıda FACİƏ: hamilə biznes-ledi hava limanından yoxa çıxdı – VİDEO

    Qazaxıstan vətəndaşı Atçıbayeva Aygün Almaz qızı Bakıda, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yoxa çıxıb.

    Aygül imkanlı, biznesi olan qadındır. O, Azərbaycana sevgilisi ilə gəlib.

    Onunla birlikdə Azərbaycana gələn kişinin sözlərinə görə, Aygül 27.05.2018 tarixində hava limanından yoxa çııxıb.

    O, qeyri-rəsmi nikahda olduğu şəxslə Oğuz rayonunun Qarabulaq kəndinə gəliblər. 3 gün orada qaldıqdan sonra Qazaxıstana geri dönmək məqsədilə birlikdə Hava limanına gəliblər. Aygül ona biri ilə görüşəcəyini deyib. Aygülün bu sözündən sonra o, Oğuz rayonuna geri qayıdıb. Bundan sonra ondan heç bir xəbər almayıb.

    Həmin şəxs Aygülün qeyri-rəsmi birlikdə yaşadığı həyat yoldaşıdır. Onlar 10 aydır birlikdə yaşayıblar və itkin düşmüş biznes-ledi 4 aylıq hamilədir.

    Aygülün qardaşı bacısının axtarışları ilə bağlı ölkəmizə gəlib. O, bacısının azərbaycanlı sevgilisini Elçin kimi tanıdığını, lakin Azərbaycana gəldikdən sonra əsl adının Yolçu olduğunu öyrənib. ı

    Qardaşının sözlərinə görə, Aygülün ilk nikahından 11 yaşında qızı var.//baku.ws

  • Goranboyda 28 yaşlı gənc məktub yazaraq özünü öldürmək istədi – TƏFƏRRÜAT

    Goranboy rayonunda 28 yaşlı gənc intihara cəhd göstərib.

    Median.Az report-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Vüsal Taleh oğlu Həsənov yaşadığı evdə özünü asaraq öldürməyə çalışıb.

    O, yaxınları tərəfindən xilas edilərək xəstəxanaya aparılıb, vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Rayonun Dəliməmmədli şəhəri ərazisində baş vermiş intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

    28 yaşlı Vüsal Həsənov yaşadığı evdə tək olan zaman məktub yazaraq kəndiri boğazına keçirib və özünü asmaq istəyib. Məlumata görə, V.Həsənov yazdığı məktubda mülk məsələsinə görə intihar etdiyini qeyd edib.

    V.Həsənovun həyat yoldaşı evə gələn zaman onu tavandan asılı vəziyyətdə görüb. Qadın qışqıraraq qonşuları köməyə çağırıb və yaxınlıqdakılar səsə gələrək V.Həsənovu kəndirdən endiriblər. Onun hələ həyatda olduğunu görüb dərhal xəstəxanaya aparıblar.

    Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

  • Певица Elvira T о фестивале “ЖАРА” и ожидании встречи с Баку (ФОТО, ВИДЕО)

    Этим летом певица Elvira T впервые примет участие в международном музыкальном фестивале “ЖАРА” в Баку. 

    Исполнительница выступит в третий день фестиваля на берегу Каспия 28 июля. В предвкушении фестиваля кумир молодого поколения поделилась своими планами насчет поездки в Азербайджан, передает Median.Az со ссылкой на «Москва-Баку».


    “Честно говоря, с репертуаром я пока не определилась, но уже активно готовлюсь к фестивалю. Через несколько дней у меня состоится релиз песни, которую я долго готовила, и надеюсь включить ее в программу.

    Мне очень приятно и волнительно быть частью бакинского фестиваля. С каждым годом он набирает обороты, я всегда мечтала побывать с концертом в Азербайджане и теперь нахожусь в приятном ожидании встречи, и, конечно, наслышана о красоте Баку!”, – рассказывает певица. 

    “Думаю, что найду время на то, чтобы насладиться местной архитектурой, а еще очень хочется попробовать национальную кухню.”, – заявила Эльвира.

    Певица Elvira T стала знаменитой после того, как записала дебютную песню «Все решено» и выложила ее в социальные сети. С тех пор Эльвира Тугушева покоряет российские хит-парады и вдохновляет своим примеров сотни молодых музыкантов. Песни она пишет сама, а с недавних пор продюсирует и снимает себе клипы.

    Р.А.

  • Yasamalda biabırçılıq: Bakı məktəblisi elə video yaydı ki… – FOTO,VİDEO

    Bakı məktəblisi Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 104 ünvanında yaşayan sakinlərin problemini ictimailəşdirmək məqsədilə küçədəki bərbad vəziyyətin görüntülərini mətbuata ötürüb.

    Median.Az xəbər verir ki, yaxınlıqda yaşayan sakinlərin femida.az-a bildirdiklərinə görə, ərazidə zibil qutularının məktəblilərin yolunun üzərində yerləşdirilməsi və kanalizasiya xəttlərinin bərbad vəziyyətdə olmasıdır.

    Ərazidən keçən məktəblilər narazılıqlarını mətbuat vasitəsi ilə aidiyyatı qurumlara çatdırıblar.

    Həmin görüntüləri təqdim edirik:

  • Tovuzun yeni icra başçısı vəzifəsindən istefa verdi – Yerinə oğlu gəldi

    Tovuz Rayon İcra Hakimiyyətinə yeni təyin olunan başçı Məmməd Cahangir oğlu Məmmədov “AQRO Kimya” MMC-nin prezidenti vəzifəsindən istefa verib.

    Median.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, onun yerinə “AQRO Kimya” MMC-nin prezidenti vəzifəsinə Məmmədov Rəhman Məmməd oğlu təyin edilib.

    Qeyd edək ki, yeni rəhbər təyin olunan Rəhman Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısısı Məmməd Məmmədovun oğludur.

  • Tolik yeni “Gelandewagen”inə görə cərimələnəcək; Vaqif Əsədovdan AÇIQLAMA + FOTO

    Prodüser Tolik (Tarix Əliyev) ad günündə ona hədiyyə edilən ağ “Gelandewagen”ə görə cərimələnəcək. Belə ki, sosial şəbəkədə Tolikin avtomobilini nümayiş etdirərkən bir nüans diqqəti çəkib. Prodüserin 90-EF-300 dövlət nömrə nişanınlı avtomobilində defis işarəsinin olmaması böyük maraq yaradıb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu addımın qanun pozuntusu olduğunu qeyd edib:

    “Bu dövlət nömrə nişanlarının standartlarına müdaxilədir. Avtomobilin dövlət nömrə nişanında defis işarəsi olmayan şəxslər 50 manat cərimələnir. Bu qanuna əməl etmək hər kəsin borcudur. Əgər o avtomobil nömrəsində defisi silibsə, bilmirəm nəyə görə belə edib. Tolik hər zaman yol hərəkəti qaydalarını pozanları aşkar etdikdə bizə dərhal məlumat verib. Biz də həmin şəxslər barəsində təsirli tədbir görmüşük. Tolik qanunları sevən oğlandır. İnanıram ki, Tolik qısa zamanda nömrəsində olan bu çatışmazlığı aradan qaldıracaq”.

  • Azərbaycanda inanılmaz oğurluq – Yaşlı kişi viskini şalvarının içinə saldı… (VİDEO)

    Ucarda mağazadan oğurluq kameraya düşüb.

    Baku.ws-in WhatsApp nömrəsinə göndərilən videodan göründüyü kimi yaşlı kişi ərzaq mağazasından spirtli içki götürür.

    Mağaza sahibi Ayaz Həmidov bildirir ki, müştəri mağazadan viski götürüb. Oğuluq hadisəsi mağazanın təhlükəsizlik kamerasına tuş gəlib.

    Yaşlı kişi viskini şalvarının içərisinə qoyur və dərhal mağazanı tərk edir.

    Mağaza sahibi artıq polisə müraciət etdiyini bildirib.

    Oğurluq hadisəsinin görüntüsünü təqdim edirik:

  • Nazirlikdən marketlərdə satılan sərinləşdirici içkilərlə bağlı XƏBƏRDARLIQ

    Marketlərdə satılan sərinləşdirici içkilər Günəş altında saxlanılır və sonradan zərərli məhsula çevrilir.

    Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib.

    O qeyd edib ki, qabdakı məhsullar kimyəvi maddəni tərkibinə çəkir: “Biz özümüz bilərəkdən qablardan dəfələrlə istifadə edirik. Polietilen qablaşdırma materialları qlobal problemdir. Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir”.

    A.Zeynalov əlavə edib ki, bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var: “Polietilenin çürüyərək yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazım gəlir”.

  • Lider TV-nin efirində aparıcının kalqotqası əynindən düşdü – VİDEO

    Lider Maqazin” verilişinin aparıcısı Fatimə Vüsal qızı çəkiliş zamanı gülməli vəziyyətə düşüb.

    Verilişin qonaqları Fatimə Fətəliyeva və Sərxan Kərəmoğlu olub.

    Sosial şəbəkələrdə yayılan görüntülərdə aparıcı sağollaşarkən Fatimədən ona bəzi rəqs elementləri öyrətməyi istəyib. Bu zaman aparıcının kalqotkası aşağı düşüb. Lider telekanalının n aparıcısının kolqotkası çəkiliş zamanı əynindən düşüb. Bunu görən aparıcı kamera önündə rəqs etməyə başlayıb.

    Verilişin rejissoru Aynurə Səmədova yayılan kadrların efirə getmədiyini açıqlayıb: “Bəli, canlı efir olsaydı bu kadrların ən azından cüzi hissəsi efirə gedə bilərdi. Amma peşəkar televiziyaçlar canlı yayımda bu tip hallara hazır olduğundan dəfələrlə bundan betər hadisələrdən qaçmışam və heç vaxt etdiyim verilişlərdə bu tip hal efirdə olmayıb və ola da bilməz. Çünki mənim tv fəaliyyətimə bələd olanlar bilir ki, tv qaydalarını çox gözəl bilməklə yanaşı, azərbaycanlı tamaşaçılarına hər zaman hörmətlə yanaşmışam və yanaşacam. Bu gün sosial şəbəkələrdə yayılan görüntülər kadrarxasıdır və efirə getməyib, gedə də bilməz. Montajda bu kəsilib bir kənara atılıb. Sadəcə efirə getməyən gülməli kadrları bizim komanda arada Youtube səhifəsinə yükləyir və bu da oradan yayılıb. 

    Savadlı insanlar, televiziyanı bilənlər işlənməmiş, istifadə edilməmiş video materialların üstündə telekanalın loqosu yoxdursa, anlayın ki, bu efirdə yayımlanmayıb. Yayılan kadrlar bu şənbə saat 20:00-da efirə gedəcək verilişin çəkilişində baş verib. Baxın, sonra yazın ki, efirə gedib ya yox”. 

  • Azərbaycanlılar ermənilərdən azad olunmuş torpaqlarını ziyarət ediblər – FOTO

    Ötən ay Naxçıvanın cənub-şərq istiqamətində mövqelərinin düşmən işğalından azad edilməsindən sonra Şərur rayonun Günnüt kəndi Azərbaycan ordusunun nəzarəti altına keçib.

    Yerli sakinlər azad edilən ərazilərə baş çəkiblər. Bu barədə “Facebook” sosial şəbəkəsinin “Hərbi xəbərlər və məlumatlar” səhifəsində məlumat yayılıb.

    Məlumatda bildirilir ki, bu yaxınlarda düşmən işğalından azad edilən Naxcıvanın Şərur rayonun Günnüt kəndinin əhalisi hərbçilərin müşayəti ilə kəndlərinə baş çəkiblər. Sakinlər dədə-baba qəbirlərin ziyarət ediblər.

    Qeyd edək ki, may ayında Azərbaycan ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun birləşməsinin may ayında muxtar respublikanın cənub-şərq istiqamətində mövqelərini bir neçə kilometr irəli çəkərək yeni strateji yüksəklikləri tutublar.

    /baku.ws