Month: June 2018

  • Müğənni Elton “İnfiniti” ilə YPX maşınını əzdi: özü və polis yaralandı – FOTO

    Bu gün saat 10 radələrində Salyan yolun, Şıx çimərliyinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

    Qeyd edək ki, həmin ərazidə beynəlxalq velosiped yarışı keçirilir. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün Səbail rayon yol polisi şöbəsinin əməkdaşları bir neçə gündür həmin ərazidə gücləndirmiş iş rejimində işləyir. Hadisə də yarış başlayan ərəfədə olub. Belə ki, yol kənarında dayanan YPX avtomobilinə yüksək sürətlə hərəkət edən Eltonun avtomobili çırpılıb. Şahidlərin sözlərinə görə, müğənni ərazidə sürətin azaldılması barədə nişanlara əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edib.

    Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.//avtosfer.az

  • Массовые аресты чиновников в Белоруссии

    В Белоруссии ряд чиновников задержали за получение крупных взяток.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом заявил глава КГБ республики Валерий Вакульчик.

    «Речь идет не об одном должностном лице, и не одном факте, и не об одном уголовном деле», – подчеркнул он.

    Говоря о задержанных, Вакульчик подтвердил, что это высокопоставленные чиновники, однако не уточнил их имена и должности.

    «Но тут важно, может быть, не уровень, а масштабность… Взятки большие.

    В принципе, то, что у нас на сегодняшний день есть, – это многочисленные факты, составляющие десятки тысяч долларов. Пока то, что уже доказано, – примерно за год где-то порядка 140 тысяч долларов. Но эта цифра однозначно будет расти», – убежден председатель комитета.

    В конце мая КГБ задержал помощника президента страны – инспектора по Гродненской области Сергея Ровнейко. Чиновника взяли с поличным при вымогательстве и получении взятки в 200 тысяч долларов.

    После этого президент Белоруссии Александр Лукашенко пообещал обнародовать ряд новых коррупционных разоблачений.

    Он предупредил, что прощения за коррупционные преступления в стране «не будет никому», особенно тем, кто «носит тяжелые погоны».

  • Азербайджан передаст Бельгии флаг чемпионата мира

    Очередной чемпионат мира по велосипедному спорту в 2019 году пройдет в Бельгии.

    Первенство пройдет в поселке Хойсден-Зольдер.

    В связи с этим в рамках чемпионата мира в Баку 9 июня флаг первенства будет представлен Бельгии.

    Отметим, что в чемпионате мира, который принимает Баку, участвуют до 1500 велосипедистов из 43 стран.

  • Депутат: Свадебное платье должно быть закрытым

    Зампред комитета по культуре Милли меджлиса (парламент) АР, профессор Жаля Алиева возмутилась современными свадебными традициями в Азербайджане.

    «Лично я никак не могу и не хочу понять, почему в начале свадьбы жених с невестой танцуют вальс», – сказала Ж.Алиева, комментируя oxu.az получившую широкое обсуждение в обществе тему свадебных церемоний.

    «Да, мы интегрировали в Европу, живем в эпоху глобализации и не можем укрыться в своей «скорлупе» – я все это прекрасно понимаю. Я также не являюсь консервативным человеком. Однако есть нерушимые ценности», – сказала парламентарий.

    По ее словам, для защиты этих ценностей обязательно применить цензуру и это должно воспринимать нормально.

    «Танцуют ли в Европе на свадьбах «Вагзалы» или «Терекеме»? Нет!

    Будьте добры, интегрируйте и это, чтобы европейцы восприняли мою культуру и традиции. Может быть, это звучит немного абсурдно и радикально, но таково мое личное мнение.

    Почему мои дети или любой азербайджанец не должен входить в свадебный зал под национальный, самый прекрасный и священный для него танец?

    Наши невесты – символ чистоты и недоступности. Почему нельзя сделать так, чтобы свадебный наряд был немного закрытым?!

    Уверена, меня осудят за такие слова, назовут слишком консервативной и старомодной, но я верю, что все это красиво».

  • Millət vəkili: Gəlinlərin paltarı bağlı olmalıdır

    Şəxsən mən heç cür başa düşmürəm və düşmək də istəmirəm ki, toyun əvvəlində bəylə gəlin nəyə görə valsla başlamalıdır?

    Bunu oxu.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva toy mərasimləri ilə bağlı cəmiyyətdə gedən müzakirələrə və yaşanan narahatlıqlara münasibətini bildirərkən deyib.

    “Yaxşı, Avropaya inteqrasiya edirik, qloballaşan dünyada yaşayırıq, yəni, biz öz “qabığımız”da qala bilmərik, bütün bunları mən çox gözəl başa düşürəm. Mən eyni zamanda mühafizəkar bir insan da deyiləm”- deyən, millət vəkilinin sözlərinə görə, elə dəyərlər var ki, bu dəyərlərdə mühafizəkar olmağa borcluyuq:

    “Bu dəyərləri qorumaqda senzuranı tətbiq etməyə hər birimiz borcluyuq və bunu da doğru-düzgün qəbul etməliyik. Məsələn, Avropadakı bir gənc öz toyunda mənim “Vağzalı”mı çaldırırmı, “Tərəkəmə”mi çaldırırmı? Xeyr!

    Onda zəhmət olmasa, o da mənə inteqrasiya etsin, mənim mədəniyyətimdən, adət-ənənələrimdən yararlansın. Bəlkə mən bir az absurd, radikal danışıram, amma bunlar mənim şəxsi fikirlərimdir. Məni də heç kəs fikrimə görə hər halda qınaya bilməz.

    Nəyə görə mənim qızım, oğlum, bir başqa azərbaycanlı olan insan öz milli havası ilə, öz ən gözəl, ən müqəddəs bildiyi milli havası ilə toy zalına daxil olmasın?

    Eyni zamanda, gəlinlərimiz bir bakirəlik, bir təmizlik, bir məhrəmlik rəmzidir. O zaman olmazmı ki, onların gəlinlik geyimi, üstü-başı bir az bağlı olsun?!

    Vallah, indi belə danışacağam, qınayanlar olacaq ki, həddindən artıq konservativ, köhnəpərəst fikirlər irəli sürür, amma inanın ki, bunların hamısında bir gözəllik var, əlçatmazlıq həmişə gözəl olub, həmişə təmiz görünüb.

    Ondan sonra yeməklərin təqdimatına ciddi fikir vermək lazımdır. İsrafçılıq etməyin adı və yeri yoxdur. Çox üzr istəyirəm, axı, kimin evində yemək yoxdur? Allaha çox şükür ki, bir tikə çörəyi hamımız tapırıq, hamımız yeyirik.

    Mənə elə gəlir ki, toyu tamadanın çıxışı ilə, musiqinin o qulaq yormayan notu ilə daha maraqlı, daha əyləncəli etmək olar. Təbii, arzumuzdur ki, bolluq olsun, çeşid çox olsun. O da bəlkə bir işartıdır, bəlkə belə bir məna daşıyır ki, övladımın toyunda bolluq olsun ki, həyatı da bolluq içərisində keçsin. Amma onu da israfçılığa varacaq dərəcədə etmək lazım deyil.

    Əgər qonaqlar hamısı əlinin arxası ilə yeməkləri rədd edirsə, ofisiant gəlir və ona sərt şəkildə “istəmirəm-istəmirəm” deyirsə, onda onun nəyin xətrinə gətirib qoyuruq süfrəyə? Yəni, yeməklərin təqdim olunmasında da bir etika, bir estetika olmalıdır.

    Musiqinin səsi toya gələnlərin beyninə toxunursa, onlara zövq, ruhi qida vermirsə, onu o cür gur səslə səsləndirməyin nə mənası var? Biz axı, konsertə, orkestrə qulaq asmağa getmirik ki?! Ona görə musiqi də dinlənilsin, o musiqidən sonra bir kəlmə bir xoş söz də dinlənilsin.

    Bunu deyəndə də gənclər deyirlər ki, axı çıxışa nə lüzum var? Necə yəni çıxışa nə lüzum var? Çıxışın hər birində bir xeyir-dua var, hər ağızda gözəl bir niyyət var. Nəyə görə bu olmasın?

    Böyüklərin, yaşlıların bir xeyir-duası nəyə görə eşitməyəsən? Yaxud, milli yeməyimiz olan aşı süfrələrimizin tacı, bəzəyi adlandırırıqsa, o zaman niyə onu qonaqlar dağılana yaxın gətirirlər və gəldiyi kimi də o süfrədə eləcə durur qalır? Onun da bir yolunu tapmaq lazımdır.

    Hər bir zaman fikrinə, əməllərinə hörmət edilən, cəmiyyət qarşısında hörmətlə qarşılanan insanlarımız birinci növbədə bu addımı atmalıdırlar. Öz övladlarının gözəl işlərində bu addımı atmalıdırlar ki, ondan sonra gələnlər də bunu ürəklə etsinlər.

    Desinlər ki, bax filankəs belə etmişdi. Yəni, o insan heç vaxt bu cəmiyyətin qınaq nöqtəsi ola bilməz. Tam tərsinə, ondan nümunə götürə bilərlər və o nümunənin sayı da getdikcə artar. Düşünürəm ki, biz bununla həm də milli adət-ənənələrimizə yenidən qayıda bilərik”.

    Millət vəkili gəlin köçən qızların evdən çıxarkən “Quran”ın altından keçirilməsindən, dövlət nikahından əvvəl ona molla kəbini kəsilib, ancaq toy zalına girən kimi (dövlət nikahının bağlanmasından sonra) gələcək həyat yoldaşı ilə şərab, şampan içməyə məcbur edilməsindən də narazılığını ifadə edib:

    “Bu da narahatedici məsələdir. Özü də artıq 20 ildən çoxdur ki, buna rast gəlirik, ancaq bu, haradan qaynaqlanır, bu məsələ kimin başının altından çıxıb bilinmir. Elə spirtli içkidənsə, şərabdansa, elə gözəl bir şərbətimiz verilsin də içməyə o gənclərə. Yaxud da, son vaxtlar baxıram ki, artıq dini idarədən əməkdaşı dəvət edirlər toy mərasiminə, harda ki, o süfrədə içki var. İçki olan süfrəyə mollanı dəvət edirlər və gəlin də açıq-saçıq geyimi ilə onun qarşısında dayanır. Axı, onun geyimi din adamının qarşısına çıxacaq tərzdə deyil?!

    Yəni, biz lazım oldu-olmadı hər yerdən bir parça götürürük və nəyə görə götürdüyümüzü də özümüz bilmirik. Əlbəttə ki, bunlar mənim nəzərimdə qəbuledilməzdir. Hər bir xalqın, bir millətin öz adət-ənənəsi olur.

    Bizim də öz milli, qədim adət-ənənələrimiz var. İndi niyə onlardan istifadə etməyək?

    Dünyanın bəlkə də ən gözəl folklor nümunələri, ən bənzərsiz nağıl nümunələri Azərbaycan xalqına məxsusdur və bu baxımdan, bu nümunələri olan bir xalq, dünyaya yüzlərlə dahi verən, şairlər verən bir xalq, sənətkarlar verən bir xalq, əlbəttə ki, özünün milli ənənələrini, onun sənətini, ən başlıcası mənəviyyatını da qorumağa borcludur”.

  • В Баку изменявшая мужу женщина вышла в эфир с любовником – ВИДЕО

    Рамида Ширинова, сбежавшая из дома вместе с двумя детьми, появилась на передаче «Səni Axtarıram» с Хошгедем Хидаятгызы.

    Во время эфира стало известно, что Рамида 8 лет изменяла мужу с неким Аязом.

    Женщина призналась в измене. Ее супруг тоже принял участие в дискуссии.

    Затем выяснилось, что Аяз также был женат. У мужчины трое детей от двух браков.
    /oxu.az

  • Ərinə xəyanət edən qadın sevgilisi ilə birgə efirə çıxdı – Bakida (VİDEO)

    İki uşağı ilə birlikdə evdən qaçan Şirinova Ramidə Əli qızı sevgilisi ilə birlikdə Xoşqədəm Hidayətqızının “Səni Axtarıram” verilişinə çıxıb.

    Canlı yayım zamanı məlum olub ki, Ramidə ərinə səkkiz il xəyanət edib və bu vaxt ərzində Ayaz adlı şəxslə münasibətdə olub.

    Veriliş zamanı qadın ərinə xəyanət etməsini etiraf edib. Bu zaman onun həyat yoldaşı da müzakirələrə qoşulub.

    Daha sonra məlum olub ki, Ramidənin qaçdığı Ayaz da evlidir. Efirə bağlanan qadın Ayazın iki dəfə ailə qurduğunu və üç uşağı olduğunu bildirib.

  • Число погибших в Гватемале возросло до 99

    Число погибших в результате извержения вулкана Фуэго в Гватемале продолжает возрастать.

    В данный момент речь идет уже о 99 умерших.

    Почти 200 человек до сих пор числятся пропавшими без вести.

    Последствия самого мощного за последние годы извержения Фуэго затронули более 1,7 млн. человек. Самые страшные разрушения вулкан принес деревням Лос-Лотес и Эль Родео. Они оказались практически полностью погребены под пеплом. Сотни людей получили ожоги и травмы. В стране был объявлен трехдневный траур в память о погибших.

  • Qvatemalada ölənlərin sayı 99-a çatdı

    Qvatemalada Feuqo vulkanının püskürməsi nəticəsində həlak olanların sayı artmaqda davam edir.

    Son rəqəmlərə görə, hadisə zamanı 99 nəfər həlak olub.

    200 nəfərin itkin düşdüyü bildirilib.

    Fueqo vulkanının püskürməsi 1,7 milyon insana zərər verib. Ən ciddi dağıntılar Los-Lotes və El Rodeo kəndlərində olub. Bu kəndlər tamamilə lavanın altında qalıb. Yüzlərlə insan yanıq xəsarətləri alıb.

    Həlak olanlara görə ölkədə 3 günlük matəm elan olunub.

  • Трамп помиловал наркоторговку из-за Кардашьян

    Президент США Дональд Трамп после просьбы телезвезды Ким Кардашьян сократил тюремный срок 63-летней афроамериканке Элис Джонсон, осужденной пожизненно за хранение наркотиков.

    Как передает Median.Az, вскоре она выйдет на свободу, пишет CNN со ссылкой на заявление Белого дома.

    «Джонсон взяла на себя ответственность за свое поведение в прошлом и была образцовой заключенной на протяжении двух десятилетий. Несмотря на пожизненный срок, Элис много работала над своей реабилитацией в тюрьме и была наставником для других заключенных», – говорится в документе.

    Как отмечается, администрация США всегда занимает жесткую позицию по отношению к преступникам, но в то же время считает, что тот, кто выплатил свой долг обществу и упорно трудился, заслуживает второго шанса.

    Когда именно Джонсон выйдет на свободу, не уточняется.

    Кардашьян в своем Twitter написала, что это самая лучшая новость. По ее словам, помилование женщины вдохновляет и вселяет в других надежду на то, что они получат еще один шанс.

    Телезвезда встретилась с Трампом 30 мая.

    За помилование Джонсон правозащитные организации боролись с 2014 года. Кардашьян начала добиваться ее амнистии в октябре 2017 года, когда узнала о ее судьбе из Twitter. На тот момент женщина провела в тюрьме 21 год, сейчас у нее уже появились правнуки.

    Джонсон осудили в 1996-м в штате Теннесси за организацию сбыта кокаина, хранение наркотика и отмывание денег на пожизненный срок без права на досрочное освобождение. Это было первое правонарушение в ее жизни. По ее словам, она потеряла работу, после чего в отчаянии пошла на этот шаг.