Month: June 2018

  • Избавилась от ребенка в день защиты детей: Найдена мать, выбросившая ребенка на свалку в Баку

    В Баку задержана женщина, выбросившая свою новорожденную дочь на мусорную свалку.

    Как передает Median.Az, об этом Sputnik Азербайджан сообщили в Управлении полиции Бинагадинского района столицы.

    Парадоксально, но мать жестоким образом избавилась от своего собственного ребенка именно первого июня — в Международный день защиты детей.

    Отметим, что страшную находку обнаружили жители поселка Ходжасан. На свалке бытовых отходов в коробке было найдено тело новорожденной девочки. Как выяснилось, девочка родилась недоношенной, но живой. Смерть наступила позднее.

    Между тем, задержанной оказалась жительница Баку Гулиева Гюльнар Юнис гызы, 1986 года рождения. В прокуратуре Бинагадинского района Sputnik Азербайджан сообщили, что в отношении Гулиевой возбуждено уголовное дело по статье 121 (умышленное убийство матерью новорожденного ребенка) Уголовного кодекса АР.

    Не исключается, что статья может быть переквалифицирована. В настоящее время следствие выясняет мотив преступления — причины, побудившие молодую женщину убить свое дитя.

  • Срок водителя компании “Iraq Hava Yolları” убившего из винчестера директора остался в силе – ФОТО

    В Бакинском Апелляционном суде завершился судебный процесс в отношении жителя столицы Эльшана Баширова (1989-го года рождения), обвиняемого по статье 120.2.3 (умышленное убийство потерпевшего или его близких в связи с осуществлением данным лицом служебной деятельности или выполнением общественного долга), 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) и 221.1 (хулиганство) УК Азербайджана.

    Как сообщает Median.Az, 7-го января прошлого года в 37-е отделение полиции Хатаинского РУП поступила информация о совершенном убийстве в офисе авиакомпании “Iraq Hava Yolları”, действующем на 3-м этаже Бизнес центра “Demirchi Tower” на проспекте Ходжалы, 37. Сдавшийся сотрудникам полиции водитель компании Эльшан Баширов признался в том, что убил исполнительного директора Али Агалы и сдал орудие убийства – винчестер.

    Место происшествия было осмотрено сотрудниками прокуратуры района при участии судмедэксперта и криминалистов. Прокуратура района предварительно возбудила уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    Следствие установило, что 6-го явнаря по дороге в Международный Аэропорт имени Гейдара Алиева в автомобиле марки “Toyota Corolla”, между Эльшан Башировым и Али Агалы возник словесный спор из-за пункта продажи билетов. Рассердившийся Эльшан остановил автомобиль и выйдя из машины, вытащил Али с салона. Во время драки они нанесли друг другу удары руками и ногами, находившийся в машине сотрудник компании Натик Алиев разнял их. В тот вечер Баширов приехал в дом по адресу : Наримановский района, улица Чеменземинли, 7 квартира 43 и взяв 12 калиберное ружье модели “Cobalt”, 35 патронов к нему положил в багажную часть автомобиля. На следующий день с утра он приехал в Ясамальский район и купил с охотничьего магазина “Ovçu”, расположенного на проспекте Мятбуат, 29 еще 2 пачки патронов. Примерно в 11 часам утра он приехал в офис. Спустя час на работу пришел Али Агалы, тем временем Эльшан спустился на автостоянку и взяв ружье, вновь поднялся на 3-й этаж. Увидев Али в комнате бухгалтерии вошел внутрь, несмотря на то, что там находились главбух, переводчик и финансовый менеджер Баширов вытащил ружье и произвел в Агалы 5 выстрелов. Затем он вышел из кабинета, но подумав, что потерпевший может остаться в живых, решил добить его. Он вернулся в комнату и выстрелил с близкого расстояния в лежащего на правом боку Али. Выйдя оттуда он направился в служебную комнату покойного и в порыве ярости бросил на пол находящиеся на его столе документы и различные вещи. Потом в руках с ружьем пришел в общий отдел и извинился перед другими сотрудниками, за свои действия, сказав, что это был его личный конфликт с Али Агалы и он решил его таким образом.

    Бакинский суд по тяжким преступлениям приговорил обвиняемого к 18 годам лишения свободы с отбыванием срока заключения в учреждении
    строгого режима.

    В связи с назначенным сроком гособвинитель подал протест, а потерпевшая и обвиняемая стороны апелляционные жалобы.

    Бакинский Апелляционный суд рассмотрев дело не удовлетворил протест и жалобы. Согласно решению, приговор суда первой инстанции остался в силе.






















  • ATV-nin aparıcıları arasında canlı efirdə dava düşdü – VİDEO

    “Maşın” realiti-şounun 16-cı sürətində gərginlik getdikcə artır.

    Dünən canlı yayımda ATV-nin aparıcılar İlhamə Bədəlova ilə Aytən Səfərova arasında dava düşüb.

    Belə ki, Aytən Səfərova həmkarı İlhamənin hədəf olaraq Hüseyn Əzizoğlunu seçməsinə irad bildirib və hədəfini dəyişməsini istəyib. Bir tərəfdən də, İlhamənin oyunçularla kobud rəftarına öz etirazını bildirib. Bu zaman həmkarlar arasında söz davası düşüb.

    “Aytən, hansı şərəf-ləyaqətdən danışırsınız? Burada efirdə çıxartdığınız oyunlardan, işlətdiyiniz sözlərdən sonra? Dedin ki, isti başda ağıl olmur. Mənim başımda ağıl var, sən heç narahat olma. Sən mənə heç nə deyə bilməzsən? Siz məndən nə istəyirsiniz?”- deyərək səsini ucaldıb.

    Bədəlovanın əsəbi halda verdiyi cavab Səfərovanı daha da qıcıqlandırıb və o, daha sərt danışıb:

    “İnsanların şəxsiyyətini təhqir etmək olmaz. Sən kraliçasan, Vişnunun arvadısan, kimsən? Olmaz insanlara demək ki, sən kimsən mənim qarşımda oturursan? Sənə kimsə bu sözü desə, dur, oturma, xoşuna gələr? Elə buna görə də hamının antipatiyasını qazandın. Mən şərəfsizəm, ləyaqətsizəm? Sənə istədiyimi deyə bilərəm, nazorsan kimsən? Bəsdir, İlhamə. Düş aşağı, hamı ilə eyni olmağa çalış”.

    Xatırladaq ki, dünən Hüseyn Əzizoğlu səs toplayaraq İlhamə Bədəlovanı oyundan uzaqlaşdırdı.//baku.ws

  • Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər

    Azərbaycan bir sıra məhsullara idxal rüsumunu azalda bilər.

    Median.Az Trend-ə istinadla məlumat verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev deyib.

    S.Mehdiyev idxal olunan bir sıra məhsullara gömrük rüsumlarının azaldıla biləcəyini vurğulayıb:

    “Bu məsələyə gələn il üçün əlavə və dəyişikliklər zərfinin müzakirəsi zamanı baxıla bilər”.

    DGK sədri bildirib ki, daxil olan əsas təkliflər ölkəyə gətirilən, sonradan istehsalatda istifadə olunan xammala olan rüsumun azaldılması ilə bağlıdır:

    “Hökumət sahibkarlardan daxil olan bütün təkliflərə baxacaq və zərurət halında müvafiq qərarlar qəbul edəcək”.

    Xatırladaq ki, 2018-ci il yanvarın 1-dən Azərbaycanda yeni gömrük rüsumları qüvvəyə minib.

  • Bakıda qəza anı kameraya düşdü – maşının təkəri qopdu (VİDEO)

    Bakıda avtomobil qəzası müşahidə kamerasına düşüb.

    Hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

    Qəzaya səbəb ağ rəngli avtomobilin qəfil digər maşının qarşısına çıxması olub.

    Bu vəziyyətdə qəzanın baş verməsi qaçılmaz olub.

    Hadisənin görüntüsünü təqdim edirik:

    //baku.ws

  • Kübra Əliyevadan İlhamənin oğlu barədə ŞOK sözlər

    Tanınmış aktrisa, əməkdar artist Kübrabəyim Əliyeva mərhum xalq artisti İlhamə Quliyeva barədə qalmaqala səbəb olacaq fikirlər səsləndirib.

    Median.Az ölkə.az-ə istinadən məlumatına görə, aktrisa Quliyevanın onun həbsxanada vəfat etmiş böyük oğlu Rauf Məmmədov barədə xoşagəlməz ifadələr səsləndirdiyini bildirib:

    “Aramızda anlaşılmazlıq yarandı. İlhamə də oğlum Raufla bağlı xoşagəlməz sözlər demişdi. Düşündüm ki, bəlkə sosial şəbəkədə ona cavab yazım.
    Ancaq sonradan fikrimdən daşındım. Yazacaqdım ki, sənin oğlun kimi insanların çemodanla gətirdikləri mənim oğlumu zərərli vərdişlərə sövq edir. Yenə də mən ətrafa ziyan vurmasın deyə, evdə saxlayırdım. Ancaq onun oğlunu aeroportda saxlamışdılar”.

    Qeyd edək ki, K.Əliyevanın oğlu Rauf Məmmədov 2015-ci ildə həbsxanada vəfat edib.

    Mövzuyla bağlı İ.Quliyevanın oğlu Orxan Nadirovun da mövqeyini öyrənməyə çalışacağıq.

  • Вайнер Гусейн Азизоглу на радостях убрал руку с автомобиля в “Maşın şou” (ФОТО, ВИДЕО)

    29 мая в эфире телеканала ATV дан старт 16-го сезона самого дорогого и рейтингового реалити-шоу на отечественном телевидении “Maşın şou”, автором и бессменным ведущим которого является народный артист Азербайджана Мурад Дадашов. 

    16-й сезон реалити-шоу приуроченный к 100-летнему юбилею Азербайджанской Демократической Республики, а также 15-летию «M-group production» получивший название “Леди и джентльмены 2”. Так, в числе 18 звездных участников оказались как новички проекта, так и азербайджанские звезды, которые уже принимали участие в прошлых сезонах реалити-шоу.


    В сети распространились кадры, на которых видно, как вайнер Гусейн Азизоглу празднуя победу в зрительском голосовании и отстранив от участия в шоу ведущую Ильхаму Бадалову случайно убирает руку с автомобиля, что является нарушением правила реалити-шоу. 

    По аналогичным причинам шоу уже покинули мейханщик Алекпер Ясамаллы и ведущая Фируза Джалилова.



    Р.А.

  • “Yalvardım ki, məni burax, 3 balam var” – BAKIDA BANKA BASQIN İŞİ

    Bakıda banka basqın edən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb. O, borcu olduğu üçün həbs edilmək istədiyini deyib.

    Median.Az xəbər verir ki, Bakı Ağır Cinayərlər Məhkəsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

    Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Səriyyə Nəcəfova dindirilib.

    O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini deyib.

    Hadisə günü baş verənləri danışarkən bunları deyib: “Məni bıçaqla hədələdi. Ona yalvardım. Bir Allah bilir, mən onda nələr çəkdim. Orda yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Yalvardım ki, məni burax, 3 balam var. O da insandı da, buraxdı. Sonra siqnalizasiya işə düşdü və polislər gəldi”.

    Zərərçəkmiş N.Məmmədovun bankdan pul istədiyini deyib: “Dedi ki, bunu tutmuşam, mənə pul verin. Nə qədər pul istədiyini demədi”.

    S.Nəcəfova şikayət və tələbinin olmadığını deyib.

    İttihama görə, hadisə 2018-ci ul yanvarın 18-də saat 13 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Filiala gələn Nazim Məmmədov qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və mətbəx bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədar Kənan Miriyevdən pul verməsini, əks halda qadını öldürəcəyini deyib. Həmin zaman kassada ümumilikdə 198 min 345 manat olub. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.

    Nazim Məmmədov özünü ittiham üzrə qismən təqsirli bildiyini deyib.

    O, hadisəni törətməsinin səbəbni borcu olması ilə izah edib: “Banka gedəndə məqsədim basqın etmək deyildi. Xeyli borcum var idi, əsəblərim də pozulmuşdu. İstəyirdim məni tutsunlar”.

    N.Məmmədov Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın. Silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir./musavat.com/

  • Azərbaycanda plastik cərrah xəstəni bu hala qoyub – Fotolar

    “Bir az da gec müdaxilə olunsaydı, bəlkə də, infeksiya bədənimə yayılıb ölə bilərdim”.

    Median.Az xəbər verir ki, bu sözləri “qafqazinfo”ya müraciətində Bakı sakini Nəzirə Salehova deyib. O bildirib ki, aprelin 27-də Real Hospitalında fəaliyyət göstərən plastik cərrah Mübariz Məmmədliyə liposaksiya və lipofillinq əməliyyatı etdirib. Əməliyyatdan əvvəl bütün analizləri normal çıxsa da, sonradan vəziyyəti ağırlaşmağa başlayıb:

    “Əməliyyatdan sonra özümü pis hiss etməyə başladım. İstiliyim qalxdı, təzyiqim düşdü. Həkim dedi ki, nəticələr hər insanda fərqli olur, buna görə narahat olmayım. 2 gün xəstəxanada qaldıqdan sonra evə gəldim. Ancaq getdikcə vəziyyətim pisləşməyə başladı. Yenidən həkimlə əlaqə saxladım və səhhətimlə əlaqədar 10 gün xəstəxanaya gedib gəldim.

    Bir müddət sonra sağ döşümdə şişkinlik yaranmağa başladı, rəngi də dəyişmişdi. Xəstəxanaya getdim, şprislə deşdi və sonra dedi ki, problem yoxdur.

    Ancaq həmin gecə döşüm daha da şişdi və ləkələr yaranmağa başladı. Səhər ultrasəs müayinəsinə girdim və məlum oldu ki, yığıntılar var. Sinəmi yarıb günlərlə çirk çıxartdılar. Daha sonra müəyyən oldu ki, gec müdaxilə olunduğu üçün artıq infeksiya qanıma, ürəyimə, qaraciyərimə keçib”.

    N.Salehova vəziyyəti daha ağırlaşdığı üçün başqa xəstəxanya üz tutub:

    “Digər xəstəxanada güclü müalicə aldım. İndi vəziyyətim nisbətən yaxşıdır. Həkimlər deyir ki, tam sağlamlığımı bir ilə qazanacam”.

    Şikayətçi məsələylə bağlı artıq prokurorluğa müraciət edib.

    Məsələ ilə bağlı plastik cərrah Mübariz Məmmədli ilə əlaqə saxlanılıb. Xəstənin sözlərini təkzib edən həkim bildirib ki, infeksiyanın əməliyyat zamanı düşməməsi ilə bağlı əllərində sənəd var:

    “Bu məlumatın yalan olması artıq təsdiqlənib. Yaxında həmin xanımı şər-böhtan atdığına görə məhkəməyə verəcəyik. Həqiqətən də xanımın sinəsinə infeksiya düşüb. Ancaq bu, əməliyyatın nəticəsi deyil. Bizim xəstəxanada ona hər hansı bir infeksiya keçməyib. Çünki biz ondan sonra əməliyyatxanamızı qanuni şəkildə yoxlatmışıq və onun sinəsində tapılan infeksiya bizdə aşkar edilməyib. İnfeksiya başqa bir yerdə yoluxub. Əgər problem bizdə olsaydı, həm hər iki sinəsi, həm də popo nahiyyəsi irinləyərdi. Xəstə əməliyyatdan sonra dediklərimizə əməl etməyib və əməliyyat ağırlaşması baş verib. Heç bir həkim istəməz ki, belə bir hadisə olsun. Əlimizdə sənədlərimiz də var və mənəvi ziyan vurduğuna görə, məhkəmə qarşısında cavab verəcək”.

    Xatırladaq ki, həkim M.Məmmədli bir müddət özünü əməliyyat etməsi ilə media gündəminə gəlmişdi.




  • Sərxoş sürücü və qız DYP-dən belə qaçdı – VİDEO

    Bakıda səhər saatlarında yol qəzası baş verib.

    Median.Az “carclub.az” saytına istinadən xəbər verir ki, qəza “Koroğlu” metro stansiyası istiqamətindən Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfə gedən yolda qeydə alınıb.

    Belə ki, “Toyota Camry” markalı, 90 RL 404 dövlət nömrə nişanlı avtomobil 99 YP 366 nömrə nişanlı Dövlət Yol Polisi maşınından qaçarkən yol qəzası törədib.

    Oxucumuz tərəfindən göndərilən videodan “Toyota Camry” markalı avtomobilin yüksək sürətlə Qara Qarayev metro stansiyası istiqamətindən yola çıxdığı görünür. Bu zaman kadrda DYP maşını görünür.

    Daha sonra hər iki avtomobil yüksək sürətlə videoregistrator olan avtomobildən uzaqlaşırlar. Bir müddətdən sonra Bakixanov qəsəbəsi istiqamətdə döngədə avtomobili artıq qəza törətmiş vəziyyətdə görürük.

    Qəza anı videoregistrator tərəfindən çəkilməsə də, şahidlərin sözlərinə görə, avtomobilə ciddi ziyan dəyib. Asfalt üzərində “tormoz” izləri qalıb.

    Avtomobil idarəetməni itirərək, bordür və ağaca çırpılıb. Daha sonra maşın dayanıb. Videoda sərxoş olduğu hiss edilən sürücü və sərnişin qızın qəza yerindən uzaqlaşdığı da görünür.

    Yol-qəza hadisəsində xəsarət alan olmayıb.