Month: June 2018

  • Deputat: Valideyn bilə-bilə övladının qatilinə çevrilir – MÜSAHİBƏ

    Oxu.az-ın suallarını Milli Məclisin (MM) Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Məlahət İbrahimqızı cavablandırır:

    – Məlahət xanım, Siz bir xeyli müddət öncə mətbuata açıqlamalarınızdan birində mediada, ictimaiyyətdə daha çox siyasi məsələlərin müzakirə olunduğunu bildirmiş və bir növ buna etiraz etmişdiniz. Bunun kökündə nə dayandırdı, yəni, Sizcə, daha çox hansı məsələlər müzakirə mövzusu olmalıdır?

    – Doğrudan da, bu gün bütövlükdə dünyada daha çox siyasi məsələlərdən, siyasi problemlərdən daha çox danışılır. Ancaq bəzi qeyri-siyasi və daha vacib problemlər var ki, onlar haqda az danışılır. Hansı ki, onlar- insan hüquqları, hüququn aliliyi, söz azadlığı həmin problemin və problemlərin təməl fundamentləri sayılan problemlərdir.

    Məsələn, həmin problemlərdən biri demoqrafik problemdir. 

    Bu gün hər bir dövlətin gücündə, onun qüdrətində demoqrafik amil çox ciddidir və çox böyük rol oynayır. Yəni, hər bir dövlətin təhlükəsizlik konsepsiyasında demoqrafik problem və təhlükəsizlik ciddi istiqamətlərdən biri sayılır. Bir ölkənin iqtisadi gücü onun  təkcə iqtisadi resursları deyil, həm də əmək resursları ilə qiymətləndirilir.

    Əmək resursları isə insandır – qadın və kişilərdir. Bu gün hansısa ölkələr əgər demoqrafik böhran yaşayırsa, deməli, o ölkələrin gələcəkdə iqtisadi sahədə də ciddi problemləri olacaq. Eyni zamanda, demoqrafik problemlərin içərisində də əsas demoqrafiyanı şərtləndirən əhali artımıdır. Əhali artımının nüvəsində də heç şübhəsiz, ana sağlamlığı və ailə planlaşdırması dayanır.

    Yəqin ki, Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun və Ümumdünya Səhiyyə Təşkilatının “Dünya əhalisi- 2050” hesabatına baxıbsınız. Orada 2050-ci ilə qədər artıq dünyanın bir sıra ölkələrinin əhalisinin demək olar ki, itməkdə olması, belə demək mümkünsə, “Qırmızı kitab”a düşməsi məsələsi var. “Dünya əhalisi-2050”- də bir çox millətlərin, xalqların, demək olar ki, kökünün kəsilməsi təhlükəsi qənaətinə gəlib.

    Ona görə də bu, ölkələr üçün, hər bir dövlət üçün həyəcan siqnalıdır.

    – Bəs bizim ölkəmizlə bağlı məsələ nə yerdədir, demoqrafik böhran təhlükəsi bizim üçün də varmı?

    – Allaha min şükür ki, hazırda bizim ölkəmizdə demoqrafik böhran yoxdur. Xatırladım ki, Azərbaycanın SSRİ dağılarkən 6 milyon yarım əhalisi var idi. Amma bu gün biz 10 milyona çatmışıq. Bu da çox ürəkaçan rəqəmdir ki, bizim əhalinin sayı ildən-ilə artır.

    Amma bunun gələcəkdə necə olacağı, əhali artımının baş verib-verməyəcəyi indidən tam məlum deyil. Bu, heç də o demək deyil ki, bu gün bizim əhalimiz 10 milyona yaxındırsa, 2050-ci illərdə, qarşıdakı illərdə demoqrafiyamızda hansısa problemlərin olması gözlənilmir.

    Bu, belə deyil. Ona görə ailə planlaşdırması və demoqrafik proseslərin tənzimlənməsində xüsusi rolu olan ana sağlamlığının bu məsələdə çox böyük əhəmiyyəti var.

    2000-ci ildə Minilliyin inkişaf sammiti oldu və orada səkkiz istiqamətdə strategiya qəbul olundu. Buna minilliyin hədəfləri də deyirlər. O hədəflərin-strategiyanın dördü qadınlarla – ana ölümü, ana xəstəliyi, ana sağlamlığı, qadınların gücləndirilməsi ilə bağlıdır. Amma bu gün təəssüf ki, Azərbaycanda bununla bağlı müəyyən problemlər var.

    Hələ bir neçə il öncə keçmiş təhsil naziri Mikayıl Cabbarov mətbuat konfransında müsahibəsində belə bir rəqəm səsləndirmişdi, – o statistikada da var, amma ictimaiyyət üçün bəlkə də yeni idi, – birinci snifə gedən uşaqlar arasında qızların sayı oğlanların sayından 10-15 min azdır.

    Bu, əlbəttə, çox düşündürücü və narahatedici bir məsələ idi.

    Statistika özü açıq-aydın  göstərirdi ki, artıq əhalimizin 7 yaşdan aşağı olan hissəsində qızların sayı oğlanların sayından azdır. Onu da deyim ki, bir neçə il öncə müvafiq qanunda dəyişikliklər etdik və həmin dəyişikliklərə əsasən də artıq cinsiyyətə görə tibbi müayinə aparılması ilə bağlı həkimlər də məsuliyyət daşıyır, onlara bu məsələ qadağan olunur. Yəni, məsuliyyət məsələsi qanunvericilikdə öz əksini tapdı.

    Amma hesab edirəm ki, bu, azdır.

    – Nəyə görə?

     – Əslində qadağan olunmaq söhbəti ola bilməz.

    Qadağan sözü birinci insan hüquqları ilə bağlı olan haldır, ikincisi də qadağan olunmaq maddəsi problemin həlli deyil.

    Bu məsələnin köklü həlli üçün biz  bu gün cəmiyyətdə geniş maarifləndirmə işləri aparmalıyıq. Avropada, inkişaf etmiş hansı ölkədə gedib desəniz ki, cinsə görə hamiləlik müayinə olunur, ona gülərlər və eyni zamanda, bu azmış kimi, ondan sonra hansısa cinsin olması ilə bağlı valideyn və yaxud da, həkim hamiləliyi ləğv edirsə, bu, artıq dəhşətdir.

    XXI əsrdə hamiləliyin qarşısının alınmasının metodları ola-ola, hamiləlikdən sonra bir növ ana bətnində olan uşağın öldürülməsi, qətlə yetirilməsi, bu, qəbulolunmazdır. Yəni, valideyn özü bilə-bilə öz övladının qatilinə çevrilir. 

    Ona görə burada ailə planlaşdırması çox  önəmlidir, eyni zamanda da, dediyim kimi,  maarifləndirmə işi aparılmalıdır.

    Rəhmətlik Səməd Vurğun hələ o zamanlar “Bəsti” poemasında yazırdı ki: 

    Anan səni doğanda adına Bəsti dedi,

    Əllərimi bir fələk oğuldan kəsdi dedi,

    Beləydi qayda bizdə qız doğanda analar,

    Baxıb qara geyərdi su üstündə sonalar… 

    Bu sözlərlə dahi şairimiz sanki o zamandan insanlara-bizlərə üsyan edirdi.

    Eyni zamanda, bu gün özündə belə Azərbaycanda qədimdən qalma köhnə adlar siyahısında Qıztamam, Tamam, Qızyetər, Qızbəsti adlarına tez-tez rast gəlinir. Yəni, bu adlarla sanki qızların dünyaya gəlməsinə etiraz olunur ki, bu da qətiyyən, düzgün deyil və yolverilməzdir.

    Ancaq o da var ki,  bu adlar bizim dindən qaynaqlanan adlar deyil.

    Bizim dinimizdə deyilir: “Cənnət anaların ayağı altındadır”.

    Yəni, ananın ayağının altı öpüləcək dərəcədə müqəddəsdir. İslam hümmətinin, islam aləminin müqəddəs peyğəmbəri Məhəmməd peyğəmbərin qızı olub, oğlu olmayıb. Dinimizdə üç qızı olanın Allahın ən sevimli bəndələrindən olduğu qeyd olunur.  Yeri gəlmişkən, cahillik dövründə ərəb toplumunda qız uşaqları doğulanda öldürərlərmiş.

    Çox təəssüflər olsun ki, min illər bundan öncə olan, yaşanmış problemlərin bu gün Azərbaycanda qalması, bu, Azərbaycan ziyalılarının, Azərbaycan insanının adına şərəf deyil. Ona görə Azərbaycanın bütün bölgələrində, eləcə də mətbuat vasitəsilə ciddi tibbi maarifləndirmə işi aparılmalıdır.

    – Yeri gəlmişkən, bu gün Azərbaycanda məktəbdən, təhsildən yayınma, erkən nikaha getmə də 15-20 il bundan qabaqkından daha çoxdur…

    – Bu da çox ağrılı bir məsələdir.

    Bir tərəfdən, Azərbaycan sürətlə inkişaf edir, böyük nailiyyətlər əldə edirik və sair, digər tərəfdən, bizim qızlarımız təhsildən yayınır, erkən ərə gedir.

    Bu, bizim xalqımıza yaraşanmı əlamətdir? Bu, hansı dövrdür ki, valideyn-ana qız uşağını, öz övladını məhv etdirir?

    Vaxtilə 15-20 il bundan qabaq 3-4 ayından sonra ana bətnində olan uşağın ürək döyüntüləri eşidilirdi. Amma bu gün yüksək səviyyəli texnologiyalar əldə olunub ki, bir həftəlik dölün artıq ürək döyünməsi eşidilir.

    Deməli, bu, özü nəyi göstərir? Bu özü onu göstərir ki, fərqi yoxdur, bir günlük olsun, üç günlük olsun, istər 9 aylıq olsun, bu, insandır. İnsanın hüquqları var və insanın insana qarşı qətl törətməsi, onu öldürməsi necə ağır cinayətdirsə, 10 günlük, 15 günlük uşağı da öldürmək, ana bətnində olan məsum uşağı da öldürmək o dərəcədə ağır cinayət sayılır və sayılmalıdır.

    Buna görə yuxarıda da qeyd etdiyim kimi, ailə planlaşdırması çox önəmlidir. Ailə planlaşdırması uşaq dünyaya hələ gəlməmiş, eləcədə qadın – ana hamilə olmamışdan qabaq  aparılır. Yəni, bu, bir elmdir və bütün dünyada bu aparılır.

    Təbii ki, bəzi inkişaf etməmiş toplumlarda bunun aparılması mümkün deyil, onların bunun üçün imkanları yoxdur, amma bizim bu cür inkişafımız, nailiyyətlərimiz, bu cür resurslarımız ola-ola  bu istiqamətdə apardığımız  işlər  etiraf etməliyik ki, çox zəifdir.

    Elə o zəif işin nəticəsidir ki, bu gün Azərbaycanda 7 yaşına qədər olan əhalinin içərisində qızların sayı oğlanlardan xeyli azdır, burada  nəzərəçarpacaq dərəcədə fərq var və bu məsələ  beləcə özbaşına buraxılsa, gələcəkdə daha ciddi təhlükə yarada bilər…

  • Paşinyandan Qarabağla bağlı taktiki gediş – ŞƏRH

    Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda separatçıların lideri Bako Saakyanı dəyişmək istəyir.

    Bu sözləri oxu.az-a açıqlamasında azərbaycanlı politoloq Elxan Şahinoğlu deyib.

    O bildirib ki, Bako Saakyan keçmiş prezident və baş nazir Serj Sərkisyanın adamıdır.

    “Bu isə Paşinyan üçün hər an təhlükə yarada bilər. Ermənistanda siyasi ab-havanı həm də Dağlıq Qarabağdakı vəziyyət müəyyənləşdirir. Yaxın tarix də bundan xəbər verir. Zamanında Levon Ter-Petrosyan prezident olanda da onun əsas opponentləri məhz Qarabağdakı separatçılar idi və elə onu devirənlər də Qarabağdan gələnlər oldu”, – ekspert qeyd edib.

    Şahinoğlu əmindir ki, əgər Paşinyan keçmiş şefinin bu səhfindən gərəkli nəticə çıxarıbsa, Dağlıq Qarabağda Bako Saakyanı sakitcə öz tərəfdarı ilə dəyişməyə çalışacaq.

    “Əks halda Serj Sərkisyan – Bako Saakyan cütlüyü gələcəkdə Paşinyanın hakimiyyətini laxlada bilər”, – politoloq əlavə edib.

  • Azərbaycanda müəllimlərin yerdəyişməsinə başlanılıb

    Bu gündən 11 iyun tarixinədək iş yerini dəyişmək istəyən müəllimlərin miq.edu.az saytında onlayn qeydiyyatı başlayır.

    Təhsil Nazirliyindən oxu.az-a verilən məlumatına görə, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi artıq eyni rayon (şəhər) daxilində və ya bir rayondan (şəhərdən) digərinə olmaqla iki mərhələdə yox, bir mərhələdə proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.

    Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək.

    İlk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən, digər dövlət qurumlarının tabeliyindəki və özəl təhsil müəssisələrindən müəllimlərin iş yerinin Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə dəyişdirilməsi müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə həyata keçirilir.

    Namizədlər şəxsiyyət vəsiqəsinin fin kodu ilə qeydiyyatdan keçdikdən sonra onlara sistem tərəfindən müvafiq iş nömrəsi və parol təqdim olunur.

    Şəxsi səhifəyə daxil olan hər bir namizəd ilk olaraq hazırda işlədiyi ümumi təhsil müəssisəsinin adını, tədris etdiyi fənni, bölməsini qeyd etdikdən sonra onun diaqnostik qiymətləndirmədə və ya müəllimlərin işə qəbulu müsabiqəsində topladığı ballar sistem tərəfindən görünəcək. Əgər namizəd işə qəbul üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə 2 və ya daha çox sayda iştirak etmişdirsə, müsabiqəyə qatılmaq istədiyi balı seçməlidir.

    Daha sonra iş yerini dəyişmək istəyən müəllim şəxsi, təhsil və digər zəruri məlumatları daxil edir. Digər məlumatlar bölməsində namizəd iş yerini dəyişməsinin səbəbini, müvafiq sosial amilləri qeyd etməli və təsdiqedici sənədləri yükləməlidir.

    Son olaraq namizəd vakansiya seçimi bölməsinə daxil olub, istəyi üzrə vakant yer seçimini etməlidir. Namizədlər elektron ərizələrində yerdəyişmə istədikləri 4 vakant yeri göstərə biləcəklər.

    Yuxarıda qeyd olunan qaydalara uyğun olaraq, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurularaq hesablanır. Belə ki, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanacaq. Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 artım əmsalına vurularaq hesablanmalıdır.

    Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət ediləcək. Mərkəz əməkdaşları namizədlərin şəxsi məlumatlarını araşdırdıqdan sonra müvafiq qərar qəbul ediləcək.

  • В Сумгайыте орудовали серийные грабители

    Задержаны лица, совершившие серию квартирных краж в Сумгайыте.

    Как сообщили в пресс-службе МВД, в результате проведенных сотрудниками 1-го отделения полиции Управления полиции города Сумгайыт оперативно-розыскных мероприятий были задержаны жители поселка Джорат Тасим Дадашов и Руфат Абасалиев, которые подозреваются в совершении краж из 9 домов на территории города.

    Подозреваемые с марта по июнь текущего года украли строительно-монтажные инструменты, электропровода, строительные материалы, ювелирные изделия из золота, предметы домашнего обихода и одежды.

    В ходе расследования было установлено, что они сдали украденные вещи в три пункта по приему металла. Сотрудниками полиции были изъяты из этих пунктов вещественные доказательства.

  • Имущество закрывшихся банков продадут на аукционе

    Движимое и недвижимое имущество находящихся в процессе ликвидации ЗАО «Bank Standard», «Texnikabank», «Zaminbank», «Royalbank» и ОАО «Bank of Azərbaycan» выставляется на аукцион.

    Как сообщили в Фонде страхования вкладов, всего на аукционе будет представлено 63 лота.

    «Имущество по 23 лотам выставляется на аукцион впервые, по 16 лотам – во второй раз, по 14 лотам – в третий раз, по 10 лотам – в четвертый раз», – говорится в информации.

    Отметим, что аукционы пройдут 11 июня, 25 июня и 2 июля.

  • Новое назначение в Минтруда

    В Министерстве труда и социальной защиты населения произведено новое назначение.

    Фазиль Талыбов назначен главой пресс-службы министерства. Ранее эту должность занимал Эльман Бабаев.

    Отметим, что до этого назначения Ф.Талыбов исполнял обязанности пресс-секретаря Госкомитета по стандартизации, метрологии и патентам.

  • Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yeni təyinat

    Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yeni təyinat olub.

    Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi təyin edilib.

    Yeni təyinatdan əvvəl bu vəzifəni Elman Babayev icra edirdi.

    Qeyd edək ki, bu təyinata qədər F.Talıbov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.

  • Президент принял Махмуда Ваези

    Президент Азербайджанской Республики Ильхам Алиев 4 июня принял главу аппарата президента Исламской Республики Иран Махмуда Ваези.

    Об этом сообщили в пресс-службе главы государства.

  • Prezident Mahmud Vaezini qəbul edib – YENİLƏNİB

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

    Dövlət başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, Prezident Həsən Ruhaninin Azərbaycana son səfərini məmnunluqla xatırladı və səfərin çox uğurlu olduğunu, əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin böyük önəm daşıdığını deyib.

    Bu səfərdən keçən dövr ərzində əlaqələrimizin yeni dinamika aldığını qeyd edən prezident İlham Əliyev uzun illər həll olunmamış məsələlərin birgə səylərlə öz həllini tapdığını bildirib. Bu, onu göstərir ki, hər iki ölkədə əlaqələrimizin sürətli inkişafı üçün güclü siyasi iradə var. Dövlət başçısı Mahmud Vaezinin Azərbaycana səfərinin əməkdaşlığımızın perspektivləri, əlaqələrimizin daha da möhkəmləndirilməsi ilə bağlı qarşıda duran vəzifələrin həllinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.

    Mahmud Vaezi İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin salamlarını prezident İlham Əliyevə çatdırıb. O, İran prezidenti Həsən Ruhaninin adından və öz adından dövlətimizin başçısına böyük səs çoxluğu ilə yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb. Mahmud Vaezi qeyd edib ki, İran-Azərbaycan ikitərəfli münasibətləri müxtəlif sahələrdə uğurla inkişaf edir.

    Həsən Ruhaninin Azərbaycana səfərinin və səfər zamanı əldə edilmiş razılaşmaların səmərəli nəticələri göz qabağındadır və yüksək səviyyədə icra olunur, Azərbaycan ilə İran arasında keçid məntəqəsi 24 saatlıq iş rejimində çalışır, Azərbaycanda avtomobil istehsalı zavodu fəaliyyətə başlayıb, Azərbaycandan İrana enerji ixracı həyata keçirilir. Nəqliyyat sahəsində əməkdaşlıq durmadan genişlənir, Astara-Astara dəmir yolunun tikintisi uğurla başa çatıb, yük terminallarının inşası davam edir.

    Söhbət zamanı humanitar-mədəni əlaqələrin və turizm sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub.

    Dövlətimizin başçısı İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş edib.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 4-də İran İslam Respublikasının Prezidenti Aparatının rəhbəri Mahmud Vaezini qəbul edib.

  • Парламент не спешит с изменениями в бюджет

    Милли меджлис (парламент) Азербайджана планирует провести три внеочередных заседания в текущем месяце.

    Первое заседание пройдет 12 июня.

    Следующие два заседания запланированы на 28 и 29 июня.

    На ближайшем заседании 12 июня не получится внести изменения в бюджет на 2018 год.
    Они будут внесены на двух последующих заседаниях.

    Причина, как отмечают источники сайта, в непредсказуемости цен на нефть на мировом рынке. Недавно наблюдался рост цен на нефть, связанный с процессами на Среднем и Ближнем Востоке. Однако в последние дни цены на нефть снижаются. Поэтому правительство не хочет рисковать, оценивая все «за» и «против».