Month: June 2018

  • 79 yaşlı paytaxt sakini intihar edib

    Bakı şəhərində 79 yaşlı kişi özünü öldürüb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, paytaxtın Sabunçu rayonunda 1939-cu il təvəllüdlü Əziz Ələkbərov özünü ağacdan asaraq intihar edib.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Hərbi hissələrdə bayram tədbirləri keçirilir

    Azərbaycan ordusunun hərbi hissələrində bayram tədbirləri keçirilir.

    Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyi münasibətilə tədbirlər təşkil olunub.

  • В Баку ожидается до 37 градусов тепла

    В Баку и на Абшеронском полуострове 27 июня ожидается солнечная погода, северный ветер днем сменится на юго-восточный.

    Как сообщили в Национальном департаменте гидрометеорологии Министерства экологии и природных ресурсов, температура воздуха ночью – 21-25°, днем 33-37° тепла.

    На Апшеронских пляжах (Сумгайыт, Новханы, Пиршаги, Нардаран, Бильгя, Загульба) северный ветер днем сменится на юго-восточный. Температура воды в море – 24-25°.

    На южных пляжах (Тюркан, Говсан, Сахиль, Шихово) подует порывистый северо-западный ветер. Температура воды в море – 25-26°.

  • Sabaha 37 dərəcə isti gözlənilir

    İyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli keçəcək. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° gündüz 32-37° isti olacağı gözlənilir.

    Abşeronun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturunun 24-25° isti olacağı ehtimalı var. Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturunun 25-26° isti olacağı gözlənilir.

    Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 34-39° isti proqnozlaşdırılır.

    Yuxarı Qarabağ – Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

    Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayılrayonlarında hava günəşli olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.

    Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək, Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.

    Mərkəzi-Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 35-40° isti olacağı proqnozlaşdırılır.

    Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24°, gündüz 32-37° isti, dağlarda gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

  • Apple выпустила новую iOS

    Корпорация Apple выпустила публичную бета-версию iOS 12. Ее может установить любой пользователь.

    Об этом передает Median.Az со ссылкой на 9to5mac.

    В отличие от закрытой бета-версии системы, которая была доступна с начала июня, пользователю не нужно получать аккаунт разработчика, чтобы установить новую iOS.

    Для этого достаточно войти со своим Apple ID на сайт программы тестирования Apple. Затем необходимо выбрать требуемую версию системы (macOS, iOS либо tvOS) и зарегистрировать свое устройство.

    Перед установкой iOS рекомендуется сделать резервную копию системы.

    Большая часть нововведений iOS 12 связана с быстродействием и оптимизацией работы. Так, по заявлению разработчиков, камера запускается на 70 процентов быстрее, а клавиатура – на 50 процентов.

    В шторке уведомлений появилась группировка по приложениям. Каждую неделю смартфон будет составлять график использования с указанием, сколько часов пользователь провел в соцсетях или мессенджерах.

    Также можно будет задать ограничение на время использования смартфона.

    На тестовой версии системы некоторые функции могут работать некорректно. iOS 12 доступна на всех тех же устройствах, что получали iOS 11 (начиная с iPhone 5s, iPad Air и Mini 2).

    Финальная версия система выйдет осенью 2018 года.

  • “Apple” yeni əməliyyat sistemini istifadəyə verdi

    “Apple” korporasiyası iOS 12 əməliyyat sisteminin beta versiyasını istifadəyə verib. Onu istənilən istifadəçi yükləyə bilər.

    Öncəki qapalı versiyadan fərqli olaraq yeni beta versiyada əvvəlki məhdudiyyətlər olmayacaq.

    Yəni istifadəçinin öz ayfonuna iOS 12-i yükləməsi üçün daha tərtibatçının hesabına ehtiyac olmayacaq.

    İstifadəçidən sadəcə öz Apple İdentifikasiya nömrəsi ilə şirkətin proqram sınaqları səhifəsinə daxil olmaq tələb olunacaq. Menyudan lazımi versiya seçilir və cihaz qeydiyyatdan keçiirlir.

    Əməliyyat sisteminin quraşdırılmasından əvvəl rezerv surətin yaradılması tövsiyə olunur.

    Beta versiyada yeniliklər daha çox sistemin optimizasiyası ilə əlaqədardır. Belə ki, tərtibatçılar əmin edir ki, yeni əməliyyat sistemində kamera 70 faiz, klaviatura isə 50 faiz daha tez işə düşür.

    iOS 12-nin final versiyası 2018-ci ilin payız ayında işıq üzü görəcək./oxu.az

  • Lerik sakini Bakıda 14 yaşlı qızını ərə verir, bədbəxt ata fəryad edir – FOTO + VIDEO

    Lerik sakini Mirtəmən Sadoqov Bakıda yetkinlik yaşına çatmamış qızının keçmiş həyat yoldaşı tərəfindən ərə verilməsinə qarşı çıxır, kömək üçün  prezidentə və dövlət orqanlarına müraciət edir. 

    Virtualaz.org xəbər verir ki, çarəsiz ata “Kanal 1” internet televiziyasına müraciət edərək azyaşlı qızının anası tərəfindən ərə verilməsinin qarşısının alınması üçün prezident  İlham Əliyevdən, dövlət orqanlarından kömək istəyib.

    “Mən prezidentə inanıram. Öz hökümətimə inanıram, xahiş edirəm toyun qarşısını alsınlar. Uşaqlar sığınacağa yerləşdirilsin”,- Sadıqov müraciətində deyir.

    Atanın sözlərinə görə, keçmiş həyat yoldaşı Məmmədova Əminə uşaqlarını ondan gizlədir: “Dövlət araşdırsın, 14 yaşlı qızı ərə vermək olarmı?  Qızlarımın adı Leyla, Nüşabə, Aytən və Yeganədir”.

    M.Sadıqov deyir ki,hazırda qardaşının Binə qəsəbəsindəki evində qalır. Və uşaqlarının taleyi barədə mətbuata  hər şeyi açıq danışmaq istəmir. Amma toy təxirə salınsa və azyaşlı qızının ərə verilməsinin qarşısını alınsa  dövlət orqanlarına izahat verməyə hazırdır.  

    “Uşaqlarımı gizlədə və ya başına bir iş gətirə bilərlər. Mən kemiş həyat yoldaşımdan hər şey gözləyirəm. 14 yaşı qızı ərə vermək olmaz. Mən uşaqların oxmasını istəyirdm. Uşaqlarımı gizlədə və ya öldürə bilərlər”, -ata söyləyib.

    M.Sadıqov bildirir  ki, qızlarından biri dayısına verilib, onun evində uşaqlarına qulluq edir: “Qızlarım başqalarına nökərçilik edir. Ana isə gündüzlər evdə olmur, işləməyə, gəzməyə gedir, axşamtərəfi evə  gəlir”.

     

    M.Sadıqovun bildirdiyiə görə hazırda keçmiş həyat yoldaşı qızları ilə birgə Türkan bağlarında qalır. Əminə Türkandakı  5-ci südçülük savxozunda fəhlə işləyir.

    Virtualaz.org saytı azyaşlının ərə verilməsi faktının qanunla qadağan edilən və cinayət məsuliyyəti yaradan əmək olduğunu nəzərə alaraq bu məsələni araşdırıblar,  M.Sadıqovla telefon əlaqəsi saxlayıblar.  Sadıqov videomüraciətində dediklərini bir daha təsdiqləyib. Onun sözlərinə görə, 1-i oğlan, 9 qız olmaqla 10 uşaq atasıdır. Qızları təhsil almayıb, oğlu isə hazırda hərbi xidmətdədir. Keçən il həyat yoldaşı ilə ayrılıb, bundan sonra uşaqlarını yalnız 1-2 dəfə görə bilib.

    “Ərə verilən Leyla 7-ci övladımdır. Mən onun toyu haqda qohumlarımıza göndərilən dəvətnamədən xəbər tutmuşam. 2004-cü ilin mayında doğulub. Anası ilə birgə fermada işləyir. Ərə getdiyi Arzuman adlı oğlan da fermada onunla birgə işləyib”, -ata danışır.

    Bakıda fəhləliklə məşğul olan Sadıqov uşaqlarının oxutmağa imkanı olmadığını etiraf edir. Deyir ki, azyaşlı uşaqları anaları ilə birgə fəhləlik edirlər. Toy isə  iyulun 1-də Hövsandakı “Sahil” şadlıq sarayında keçiriləcək.

    M. Sadıqov deyir ki, dəfələrlə keçmiş həyat yoldaşı Əminə Məmmədova ilə danışmağa çalışsa da, o görüşmək istəmədiyini deyib. Nəinki özü görüşməyib, həmçinin uşaqları da ondan gizlədilib. 10 uşaq atası olan Lerik sakini niyə boşandığı haqda danışmayıb.

    M. Sadıqov deyir ki, qızlarla əvvəl görüşüb və uşaqlar dərdlərini ona danışıblar. Amma sonradan Ə. Məmmədova onu uşaqlara və özünə yaxınlaşacağı təqdirdə özünü öldürəcəyi ilə qorxudub.

    “Elə şeylər var ki, mətbuata danışa bilmirəm, amma əgər polis araşdırsa, hamısını danışaram. Biz bir il əvvəl boşanmışıq və  o, qızlarım Leyla, Nüşabə, Aytən və Yeganəni götürərək atasının evinə gedib. Uşaqlar indiyə kimi məktəb üzü görməyiblər,mən dəfələrlə Əminəyə demişdim ki, gəl bunları məktəbə qoyaq təhsil alsınlar. Amma mənə qulaq asmadı, onların hərəsini aparıb bir qohumun evinə qoydu, hamı da onları nökər kimi saxlayır. Birinə qardaşı baxır, o birilər fermadadırlar. Qızı ona görə ərə vermək istəyir ki, ona mane olmasın, sərbəst olsun. Mənim qızım uşaqdı, özü də ərə getmək istəmir”, – deyə ata bildirir.

    Azyaşlının toyunun təyin olunduğu şadlıq sayarından iyulun 1-də “cənub bölgəsindən olan bəylə gəlinin” toy üçün yer sifariş verildiyini təsdiqləyiblər. Amma bəy və gəlinin adını deməyiblər.

    “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyindən bildiriblər ki, müvafiq qərar verilsə uşaqlar sığınacağa yerləşdirilə bilər. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə deyib ki, faktla bağlı araşdırma aparacaqlar. “Biz hüquq müdafiəçiləri də daxil olmaqla azyaşlılarla iş üzrə dövlət komissiyasını toya dəvət edirik. Hamılıqla iştirak edək”, -Ağazadə ironiya ilə söyləyib. Onun sözlərinə görə, uşaqlar valideynlərdən alınaraq sığınacağa yerləşdirməli, təhsilə cəlb edilməlidir. Sabahdan bunun üçün bütün qurumlara müraciət edəcək.

    Suraxanı Polis İdarəsindən  isə deyiblər ki, onlara azyaşlının toyu ilə bağlı rəsmi müraciət daxil olmayıb.

  • Солдат спецназа Теграна Бахрузи представила проект посвященный 100-летию ВС Азербайджана (ФОТО)

    Представляем читателям Median.Az новую фотосессию обладательницы титула «II Vice Mrs. Top of the World-2015», военнослужащей войск специального назначения Азербайджана – Теграны Бахрузи.

    Автором идеи проекта приуроченного к 100-летию образования Вооруженных сил Азербайджана является визажист Сабина Иманова, которая также работала и над имиджем Теграны Бахрузи. Фотографом выступил Рамин Асланов. 


    Отметим, что Т.Бахрузи родилась 7 сентября 1986 года в Амурске (Хабаровский край, Россия), живет в Баку, гражданка Азербайджана – девушка имеет юридическое образование по уголовно-правовой специализации, окончила Самарский государственный университет по специальности «клиническая психология». Девушка служит в войсках специального назначения Азербайджана – обладает всеми навыками подготовленного военнослужащего, и успешно сочетает службу в армии с модельной деятельностью.

    С.П.
    ФОТО: Рамин Асланов















  • В Ленкораньском районе “ВАЗ 2107” сбил пешехода

    Как сообщает Median.Az, на территории села Саглакючя Ленкораньского района автомобиль марки “ВАЗ 2107”, управляемый Гафил Алиевым сбил жителя села Мядата Шукюрова, вследствии чего потерпевший скончался по дороге в больницу.

    В районном отделении полиции (РОП) по факту ведется расследование.

  • Binəqədidə sakinlər tikintiyə etiraz edir: “50 metr yer qalmışdı, oranı da…”-VİDEO

    Bakının Binəqədi rayonu, 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi bina 6-nın qarşısında olan-qalan kiçik ərazini də hasarlayıb obyekt tikmək istəyirlər. Bu barədə Yeniavaz.com saytına bina sakinləri məlumat veriblər.

    Onların sözlərinə görə, binanın qarşısındakı olan-qalan kiçik bir ərazinin hasarlanıb obyekt tikilməsinə cəhd göstərilməsi dözülməz haldır: “Bina ilə qarşısındakı yolun arasında 50-60 metr məsafə var, oranı da hasarlayıb obyekt tikmək istəyənlər var. Bu, nə tikinti normalarına, nə qanuna sığası iş deyil”.

    Həftənin bazar günü əraziyə 1 maşın “kubik” tökülüb, fəhlələr gətirilib və tikintiyə başlanılmasına cəhd göstərilib. Lakin sakinlərin Binəqədi Rayon İcra Hakimiyyətinin 1646 nömrəli “qaynar xətt”inə, Daxili İşlər Nazirliyinin 102 Zəng Xidmətinə, Mənzil İstismar Sahəsinə müraciət etməsindən sonra tikintinin qarşısı alınıb, hörülmüş daşlar sökülərək bir kənara yığılıb.

    Məsələ ilə bağlı sakinlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “qaynar xətti”nə də zəng vuraraq məlumat veriblər.

    Komitədən məsələnin araşdırılacağı bildirilib.

    Sakinlərin şikayətini Binəqədi Rayon İcra Hakimiyyəti də nəzarətə götürüb.

    Məsələni diqqətdə saxlayacağıq.

    Sonda ərazidə inşaat işlərinə başlanılarkən çəkilmiş videonu təqdim edirik. Artıq bu tikinti işləri dayandırılıb.