Month: June 2018

  • “Azərbaycan Dəmir Yolları”nda bədbəxt hadisə

    “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasında çalışan şəxs bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

    “Report”un xəbərinə görə, orada fəhlə işləyən 1997-ci il təvəllüdlü Xəyal Bədəlov iş başında elektrik cərəyanı vurması nəticəsində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda polislərdən nümunəvi addım – FOTO

    Xəstəxanada müalicə olunan qadın parkda gəzərkən burnundan çoxlu qan gəldiyi üçün huşunu itirib. Hadisə Nərimanov rayonu ərazisində baş verib.

    Yaşlı qadın Heydər Əliyev Mərkəzinin yaxınlığındakı parka nəvəsini görməyə gəlib. Lakin o, yüksək qan təzyiqindən əziyyət çəkdiyindən burnundan qan gəlib.

    Çoxlu qan itirdiyindən huşsuz vəziyyətə düşən qadını yaxınlıqdan keçən Əlahiddə Çevik Polis Alayının əməkdaşları görüb. Onlar xidmət vaxtı avtomobildə olan tibb çantasından istifadə edərək, qadına ilkin tibbi yardım göstəriblər. 

    Polis əməkdaşları tərəfindən əraziyə Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları çağırılıb və xəstə müalicə olunduğu Neftçilər Xəstəxanasına aparılıb.

    Polisin bu əməlini görən vətəndaşlar onların xeyirxahlığını mobil telefon vasitəsilə qeydə alıb. Parkda gəzən sakinlər Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına bu əməllərinə görə təşəkkür ediblər.//baku.ws

  • В Баку и Апшероне совершены два летальных наезда

    Как сообщает Median.Az, на проспекте Гейдара Алиева автомашина марки “Ford”, управляемая жителем столицы Тофик Алиевым сбил насмерть мужчину примерно 50 лет, неустановленной личности. Факт расследуюется сотрудниками Наримановского РУП.

    Кроме этого, в поселке Джейранбатан автомобиль марки “ВАЗ 21214”, управляемый жителем г.Сумгайыт Натик Гасановым сбил насмерть жителя поселка Сияба Сулейманова.

    По факту в Апшеронском РУП ведется расследование.

  • Клип на хит Мурада Арифа с Рамилем Набрань превысил 1.000.000 просмотров в YouTube (ФОТО, ВИДЕО)

    Менее чем за месяц, видеоклип Мурада Арифа на дуэтную композицию «Oppalara» с Рамилем Набрань в YouTube был просмотрен более 1.000.000 раз.

    27 мая в Сети был презентован красочный клип на песню «Oppalara», которую исполнили популярный телеведущий, композитор, шоумен и певец Мурад Ариф и рэпер Рамиль Набрань. Автором слов нового трека выступил Мурад Ариф, а музыка была взята из арабского фольклора. 

    Количество просмотров в YouTube менее чем за месяц дают право назвать композицию «Oppalara» главным хитом лета, как и предполагали сами исполнители. То, что просмотры которые на момент выхода материала составляли 1.126.980 были набраны без искусственной накрутки, можно сказать опираясь на заявление Мурада Арифа, который в своих интервью не раз говорил, что он не приемлет подобный вид набора просмотров. Главным для исполнителя является увеличение выступлений и мероприятий, которые приносят его работы.


    Режиссер клипа Эмин Мурадов, который работал с такими артистами как Bahh Tee и Эллаи, оператор Delee Oruclu, продюсер Самир Алескеров, фотограф Заур Заман.

    Руслан Алиев

  • Yeni Bakının köhnə lift dərdi – ARAŞDIRMA + FOTO

    Paytaxtın köhnə binalarının (sovet hakimiyyəti dövründə inşa olunan) lift dərdi bitmir. Ona görə Bakını önə çəkdik ki, hündürmərtəbəli evlərin 90 faizi burada yerləşir. Eləcə də, liftlərin təmiri, yenidənqurulması üçün hər il müvafiq quruma ayrılan büdcə vəsaitində də Bakının payı böyükdür. 

    Bəs dəyişən nədir? 

    Son illər rayon icra hakimiyyətləri tərəfindən binaların fasadları yenilənsə də, məhəllələrarası yollar yenidən qurulub, parklar salınsa da, liftlərin təmiri bu yenidənqurma prosesindən kənarda qalıb.

    Əksər binalarda liftlər fəaliyyətsizdir. Liftlərin sakinlərin anbar kimi istifadəsindən “xilas” edilməsinə baxmayaraq, bəziləri işləmir, bir qismi müəyyən mərtəbələrə qədər xidmət göstərir, bir sözlə, texniki vəziyyətləri qənaətbəxş deyil. 

    Onu da nəzərə çatdıraq ki, Bakıda lift xidməti 1970-ci illərin sonlarında -1980-ci illərin əvvəllərində tikilən doqquz mərtəbəli binalarla genişlənib.

    Yəni buna qədər şəhərin lift təsərrüfatında cəmi 120 ədəd lift istismar edilirdi. Ən əsası, həmin dövrdə liftlərin yararlılıq müddəti 25 il müəyyən olunmuşdu. 40 ildən çox vaxt keçib, liftlər hələ də istismardadır, texniki baxımdan işləməsələr belə. Liftlərə nəzarət edənlərə ayrılan milyonlar

    Bakıdakı liftlərə Bakı İcra Hakimiyyətinin nəzdində “Lift-Təmir” İB ilə yanaşı, Mənzil İstismar İdarələri və Fövqəladə Hallar Nazirliyinin xüsusi agentliyi nəzarət edir. Hər il bu qurumlara dövlət büdcəsindən liftlərin təmiri, dəyişdirilməsi üçün kifayət qədər vəsait nəzərdə tutulur.

    Bundan əlavə, müxtəlif illərdə ölkə başçısının sərəncamı ilə prezidentin ehtiyat fondundan Bakı, Gəncə və Sumqayıtda liftlərin yenilənməsi üçün 20 milyon manatdan çox vəsait ayrılıb. 

    Hesablama Palatasının 2017-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəyinə əsasən, Bakı şəhərində mənzil təsərrüfatı üzrə yerli xərclərdə mənzil fondunun zərərinin bağlanmasına ayrılmış 9525,6 min manat vəsaitin 2119,4 min manatı və ya 22,2%-i mənzil fondu evlərindəki liftlərə texniki xidmətə və 49,4 min manatı və ya 2,2%-i Bakı Funikulyorunun saxlanmasına görə “Lifttəmir” İstehsalat Birliyinə (İB), 1600,0 min manatı və ya 16,9%-i qeyd olunan təşkilatların təsərrüfatda işlədilməsi üçün mal-materialların alınmasına köçürülüb.Palatanın 2016-cı ilin büdcəsinin icrasına dair rəyindən də görünür ki, liftlərin texniki xidmətinə az vəsait xərclənməyib.

    Hesabat ilində Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (MKTD) ayrılmış 7880,2 min manat vəsaitin 2063,0 min manatı və ya 26,2%-i Bakı şəhəri üzrə mənzil fondu evlərindəki liftlərə texniki xidmətə və 172,0 min manatı və ya 2,2%-i Bakı Funikulyorunun saxlanmasına görə “Lift-təmir” İB-nə, 1395,1 min manatı və ya 17,7%-i qeyd olunan təşkilatların təsərrüfatda işlədilməsi üçün mal-materialların alınmasına köçürülüb. 

    Göründüyü kimi, dövlət çoxmənzilli binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün az vəsait xərcləmir.

    Məlumat üçün bildirək ki, 2017-ci ilin statistikasına əsasən, paytaxtda liftlərin sayı 5552 vahid təşkil edib.

    Bakı şəhəri üzrə mənzil fondu 116866,6 min kvadrat metr olub. Onun da 6192,3 min kvadratmetri dövlət mülkiyyətindədir. Mənzil fondunun 26190,0 min kvadratmetri Bakının payına düşüb.

    “Lift-Təmir” İstehsalat Birliyi suallardan qaçır 

    Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin “Lift-Təmir” İstehsalat Birliyinin (İB) məsələyə münasibətini öyrənməyə çalışdıq. Lakin qurum rəhbərliyi, həmişə olduğu kimi, susmağa üstünlük verdi. 

    İB-nin özünün yaydığı məlumatlara inansaq, onlar köhnə liftləri ilbəil siyahıya alaraq dəyişdirdiklərini irəli sürürlər.

    Bildirilir ki, İB-nin əsas məqsədi liftlərin texniki təhlükəsizlik qaydalarına cavab verməsidir. Əgər vermirsə, lift dayandırılır və yenisi ilə əvəzlənir.

    Yeni liftlər ABŞ-ın məşhur “Otis” firmasının Moskvada və Sankt-Peterburqda yerləşən müəssisələrindən alınır. O da qeyd olunur ki, 2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı təşkilatlarının balansında olan yaşayış binalarında 4130 ədəd lift mövcud idi.

    Bunlardan 3254 ədədi işlək vəziyyətdə olub, 876 ədədi isə uzun illər istismar olunmayıb. Mövcud şəraitdə dövlət yaşayış fonduna aid binalarda quraşdırılmış liftlərin texniki istismar vəziyyətinin qeyri-qənaətbəxş olduğunu nəzərə alaraq, dövlət mənzil fonduna aid binalarda istismar müddətini bitirmiş lift təsərrüfatının sağlamlaşdırılması üçün prezidentin şəxsi təşəbbüsü və göstərişi ilə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına 2012-2014-cü illərdə 1270 ədəd lift yenisi ilə əvəz edilib.

    Və onlar Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən qeydiyyata alınaraq, istismarına icazə verilib.

    1325 ədəd liftdə isə əsaslı təmir və bərpa işləri görülüb, bununla da yeni qəbul edilmiş mənzil fondu ilə birgə işləyən və texniki xidmət göstərilən 1246 binadakı liftlərin sayı 1 yanvar 2017-ci il tarıxinə 5291 ədədə çatdırılıb. 

    Bu rəqəmləri diqqətə alsaq, paytaxda texniki cəhətdən bərbad vəziyyətdə olan liftlərin sayı barmaqla sayılacaq qədər olmalıdır, nəinki indiki kimi kütləvi.Yeni liftlər artıq işləmir 

    Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Oxu.Az-a açıqlamasında bildirdi ki, Lift-Təmir İstehsalat Birliyi sadəcə liftlərin istismarına nəzarət edir. Liftlərin dəyişdirilməsi Fövqaladə Hallar Nazirliyi tərəfindən icra edilir: 

    “Vaxtilə nazirliyə bu istiqamətdə müəyyə qədər vəsait ayrılmışdı. Buna baxmayaraq, köhnə binalarda liftlərin çoxu dəyişdirilmədi, dəyişdirilənlər isə çox keyfiyyətsizləri ilə əvəz edildi. Yeni liftlər texniki və təhlükəsizlik baxımından yaxşı vəziyyətdə deyillər.

    Ya mülkiyyətçilər yığışıb liftlərin texniki baxımından vəziyyətinin yaxşılaşıdırılması üçün maliyyə vəsaiti toplamalıdır. Ya da hökumət yardım etməlidir. Faktiki Lift-Təmir İstehsalat Birliyi bunun üçün vəsaitin olmadığını deyir”.

    Mütəxəssis bildirir ki, 1972-ci ildə quraşdırılan liftlər daha keyfiyyətli idi, nəinki Fövqaladə Hallar Nazirliyinin dəyişdirdiyi liftlər.

    S. Məmmədov bildirir ki, lift istismara yaramırsa, dəyişdilməli, nəzarətedici orqan gəlib yoxlamalı və istifadəsini dayandırmalıdır:

    “Bakıda keyfiyyətsiz liftlərin sayı həddən çoxdur. Nazirliyin dəyişdirdiyi liftlərin bir çoxu artıq istismara yaramır”.Onun fikrincə, liftlərin yenilənməsi üçün ayrılan vəsait də bütün binaları əhatə etmək üçün yetərli deyildi. 

    S.Məmmədov hesab edir ki, təkcə köhnə deyil, yeni binalarda da liftlərin vəziyyəti qeyri- qənaətbəxşdir:

    “Tikinti şirkətləri binaları tikəndən sonra idarəçiliyi də əllərində saxlayır. Köhnə binalara isə Lift-Təmir İstehsalat Birliyi nəzarət edir. Amma onlar, sadəcə, pul toplamaqla məşğuldurlar.

    Liftlərin təhlükəsizliyinə cavabdeh olan orqan Fövqəladə Hallar Nazirliyidir. Çünki yeni tikilən binaları qəbul edərkən, istismar edərkən onlara bu orqan nəzarət edir”.Dövlət Mənzil Nəzarəti bərpa edilməlidir

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev hesab edir ki, mənzil təsərrüfatında problemlərin aradan qaldırılması Dövlət Mənzil Nəzarəti bərpa edilməlidir: 

    “Bu halda binaların vəziyyətinə vahid qurum nəzarət edəcək. Dövlət Mənzil Nəzarəti fəaliyyət göstərdiyi dövrdə binalara nəzarət daha ciddi idi”.//oxu.az

    Yeni Bakının köhnə lift dərdi - ARAŞDIRMA + FOTO

    Yeni Bakının köhnə lift dərdi - ARAŞDIRMA + FOTO

    Yeni Bakının köhnə lift dərdi - ARAŞDIRMA + FOTO

    Yeni Bakının köhnə lift dərdi - ARAŞDIRMA + FOTO

    Yeni Bakının köhnə lift dərdi - ARAŞDIRMA + FOTO

    Yeni Bakının köhnə lift dərdi - ARAŞDIRMA + FOTO

    Yeni Bakının köhnə lift dərdi - ARAŞDIRMA + FOTO

  • FIFA пожаловалась YouTube на клип Arash`а с Нюшей (ФОТО, ВИДЕО)

    Неожиданный скандал развернулся вокруг видеоролика “Goalie Goalie” певца Arash, Нюши и Pibull Blanco — артисты сняли его и посвятили чемпионату мира по футболу.

    Однако после того как ролик набрал на YouTube более 2-х миллионов просмотров, представители Arash внезапно получили претензии от FIFA. Международной спортивной организации не понравилось использование в ролике на песню, не являющейся официальным гимном чемпионата, его символики без официального разрешения.


    Сам YouTube порекомендовал срочно отредактировать видеоклип под угрозой удаления с видеохостинга. В разговоре с SUPER представители Aarsh сообщили, что в итоге им пришлось заретушировать символику ЧМ — теперь вместо знакомых футбольных символом там красуются пугающие размытые пятна.

    Продюсеры видео настаивают — они ничего не воровали, но пошли навстречу FIFA из “уважения”, ибо конфликтовать с международной спортивной организацией бесполезно. Также пресс-службе Arash пришлось разослать письма всем партнерам и музыкальным сервисам с извинениями и объяснениями ситуации.


  • Universitetlərə qəbul üzrə orta ballar açıqlandı – SİYAHI

    2017-2018-ci tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanı zamanı abituriyentlərin topladığı orta ballar açıqlanıb.

    Təhsil Nazirliyinin illik hesabatında universitetlərin orta balları yer alıb.

    1. Bakı Ali Neft Məktəbi – 678,4

    2. Azərbaycan Tibbi Universiteti – 603,1

    3. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – 595,4

    4. Dövlət Gömrük Komitəsinin Akademiyası – 576,9

    5. ADA Universiteti – 532,9

    6 .Azərbaycan Dillər Universiteti – 457,5

    7. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 430,1

    8. Milli Aviasiya Akademiyası – 427,2

    9. Bakı Dövlət Universiteti (BDU) – 421,2

    10. Azərbaycan Dövlət İqtisad Universiteti – 412,2

    11. Bakı Mühəndislik Universiteti – 409,4

    12. Azərbaycan Dövlət Pedaqoji Universiteti – 392,1

    13. Naxçıvan Dövlət Universiteti – 389,1

    14. Turizm və Menecment Universiteti – 381,9

    15. Xəzər Universiteti – 366,2

    16. Bakı Slavyan Universiteti – 363,8

    17. Gəncə Dövlət Universiteti – 334,2

    18. Mədəniyyət və İncəsənət Universiteti – 331,8

    19. Mingəçevir Dövlət Universiteti – 307,7

    20. Memarlıq və İnşaat Universiteti – 307,5

    21. Azerbaycan Texniki Universiteti – 305,8

    22. Sumqayıt Dövlət Universiteti – 300,6

    23. Naxçıvan Müəllimlər Universiteti – 295,8

    24. Lənkəran Dövlət Universiteti – 280,4

    25. Azərbaycan Dövlət Aqrar Universiteti – 266,8

    26. Əmək və Sosial Münasibətlər Akademiyası – 262,2

    27. Bakı Qızlar Universiteti – 253,1

    28. Naxçıvan Universiteti – 251,9

    29. Qərbi Kaspi Universiteti – 249,8

    30. Azərbaycan Universiteti – 249,1

    31. Bakı Avrasiya Universiteti – 242,1

    32. Azərbaycan Texnologiya Universiteti – 232,8

    33. Bakı Biznes Universiteti – 231,4

    34. Odlar Yurdu Universiteti – 231,3

    35. Azərbaycan Kooperasiya Universiteti – 214

  • Zəhərlənməyə görə beş nəfər həbs edildi

    Pambıq sahələrində baş verən zəhərlənmə ilə bağlı Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb.

    2018-ci il iyunun 10-da Saatlı rayonunun Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından, iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsindən, iyunun 19-da İmişli rayonu ərazisində “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli filialına məxsus əkin sahələrindən, iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus torpaq sahəsindən bir qrup şəxs zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olub.

    Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Baş Prokurorluq, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər və məsul əməkdaşlarından ibarət komissiya baş vermiş hadisə ilə bağlı zəhərlənmənin səbəblərini araşdırmaq məqsədilə müvafiq rayonlara ezam edilib.

    Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri İmişli rayonunda sahibkarlar və yerli mütəxəssislərlə görüşlər keçirib, onları maraqlandıran sualları cavablandırmış, baş vermiş hadisənin təkrarlanmaması üçün konkret tapşırıqlar verib.

    Bununla yanaşı, bu sahədə çalışan şəxslərin pestisidlərdən istifadə zamanı texniki təhlükəsizlik qaydaları ilə təlimatlandırılması, o cümlədən əhalinin maarifləndirməsi işləri genişləndirilib, bu fəaliyyətə həmçinin yerli icra hakimiyyəti orqanlarının əməkdaşları cəlb edilib.

    Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nazirliyin məsul əməkdaşları İmişli və Yevlax rayonlarında olaraq zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olmuş şəxslərin müalicəsini nəzarətə götürüb. Hazırda hər cür tibbi təminatla əhatə olunan xəstələrin səhhəti üçün hər hansı təhlükə müəyyən edilmir.

    Qeyd olunan faktlar üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 2018-ci il 10 iyun tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

    İstintaq zamanı çoxsaylı şahid və zərərçəkmiş şəxslərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

    Azərbaycan Respublikasının Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin, bitki, torpaq və digər nümunələri götürülərək, onların tədqiqatı aparılıb, məhkəmə tibbi, kimyəvi və digər ekspertizalar təyin olunub.

    Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Quliyev Camal Alqulu oğlu 2018-ci il 20 iyun tarixində tutduğu vəzifədən azad olunub.

    Xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilən “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov barəsində 2018-ci il 21 iyun tarixdə həmin şəxslərə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq, barələrində həbs-qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə digər müraciətlər də araşdırılmaqla insanların həyat və sağlamlığına təhlükə yaradan bu qəbil hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilməklə, zəruri istintaq hərəkətləri davam etdirilir.

    Araşdırma zamanı həmçinin müəyyən edilib ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır./oxu.az

  • В ДТП в Зардабском районе погиб 1, получили травмы 2 человека

    Как сообщает Median.Az, на территории села Бурунлу Зардабского района столнклись автомобили марки “ВАЗ 2107”, управляемый жителем района Нурлан Магеррамовым и “Daewoo”, управляемый жителем г.Мингячевир Ракиф Юнусовым. В результате Р.Юнусов скончался на месте происшествия, его два пассажира, а также Н.Магеррамов с травмами различной степени тяжести были помещены в Центрлаьную районну больницу.

    В Зардабском РОП по факту ведется расследование.

  • Криминальная принцесса: как живет дочь грузинского криминального авторитета Таро (ФОТО)

    В Сети появились фото и подробности жизни дочери одного из самых влиятельных криминальных авторитетов — Тариэла Ониани, известного как Таро. Оказалось, что 25-летняя Гванца Ониани живет довольно благополучной жизнью и проводит время на светских вечеринках.

    Сейчас Тариэл Ониани отбывает десятилетний срок за похищение бизнесмена в колонии «Черный дельфин», и уже в следующем году он должен выйти на свободу. Его дочь Гванца между тем часто бывает на вечеринках у детей бизнесменов, пишет портал Super. «Криминальная принцесса» живет в Москве и часто путешествует по всему миру, отмечает издание. Так, нередко она отдыхает на элитном греческом курорте Миконос, в Монако и Сочи.


    Известно, что в детстве Гванце Ониани пришлось пережить довольно сильное потрясение. В 1990-е ее отец переехал во Францию, где на него завели несколько уголовных дел, а затем — в Испанию. Правоохранительные органы этой страны в 2005 году провели спецоперацию по поимке русских мафиози, однако добраться до Таро не смогли. Тогда они задержали его дочь Гванцу и поместили ее в тюрьму для несовершеннолетних, пообещав освободить ее, только если за ней придут родители. Но этого так и не произошло, и дочь криминального авторитета выпустили через четыре дня после задержания. После этого Тариэл Ониани уехал в Россию и отказался от грузинского гражданства.


    В России же Таро стал конфликтовать с другими авторитетами — Дедом Хасаном и Япончиком. В 2009 году Ониани приговорили к десяти годам заключения за похищение бизнесмена и вымогательство. Пока он был за решеткой, убили и Деда Хасана, и Япончика. Ониани считался одним из главных претендентов на место главного российского вора в законе.



    С.П.
    ФОТО: super.ru