Month: June 2018

  • Азербайджанский фотограф продает свой Lamborghini за 102.000 долларов (ФОТО)

    Известный азербайджанский фотограф Джалал Кенгерли продает свой люксовый спорткар.

    Как стало известно Median.Az на сайте продаж автомобилей размещено объявление о продаже люксового спорткара марки Lamborghini Gallardo 2007-го года, который принадлежит фотографу и основателю бренда KNGRL – Джалалу Кенгерли. Продажная стоимость автомобиля в объявлении составляет 102.000 долларов (173.000 манатов). 


    Автомобиль был куплен в 2010 году у официального дилера и за оформление было оплачено 35.000 долларов. 

    Как сообщается в объявлении, причиной продажи Lamborghini является заказ фотографом нового автомобиля.

    Отметим, что в аккаунтах фотографа в соцсетях можно встретить не мало снимков с вышеуказанным автомобилем с госномерами 10-KK-085.

    С.П.
    ФОТО: Социальные сети






  • Azərbaycanlı fotograf Lamborghini avtomobilini 102 min dollara satır (FOTO)

    Tanınmış azərbaycanlı fotohraf Cəlal Kəngərli lüks sportkarını satışa çıxarıb.

    Median.Az xəbər verir ki, avtomobil satışı ilə məşğul olan saytda Cəlal Kəngərliyə məxsus olan Lamborghini Gallardo markalı avtomobilin satışı barədə elən dərc olunub. Buraxılış ili 2007 olan avtomobilin satış qiyməti 102.000 dollar qeyd olunub.



    “Avtomobil 2010-cu ildə rəsmi dilerdən alınıb. Maşının hal-hazırda Dubayda, Almaniyada satış qiyməti 80-85 min dollar arasıdır. Tək sənədləşdirilməsinə 35 min dollar verilib. Yeni maşın sifariş olunduğu üçün satılır”, – elanda deyilir.











  • Türkiyə hərbçiləri Bakıda: Ordumuzun yubiley tədbirində iştirak edəcəklər – VİDEO

    Türkiyə Silahlı Qüvvələrinin 100 nəfərədək hərbi qulluqçusu Azərbaycana səfərə gəlib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Onlar Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində iştirak edəcəklər.

  • Xarici diplomlar hansı hallarda tanınır? – Attestatla qəbul aparan universitetlər VİDEO

    Ali məktəblərə qəbul ərəfəsində bir sıra hallarda abituriyentlərə imtahan vermədən sadəcə attestatla xarici təhsil ocaqlarına qəbul olunub təhsil almaq şəraiti yaradılır. Buna isə adətən ölkədə keçirilən qəbul imtahanlarında yaxşı nəticə göstərməyən abituriyentlər meyl edir. Baxmayaraq ki, onların özləri belə həmin universitetlərdəki təhsillərinin aqibətinə görə tərəddüd edirlər.

    Təhsil Nazirliyinin isə xaricə üz tutan bu cür abituryentlərə bəzi tövsiyələri var. Çünki onların sonradan diplomları tanınmaya bilər.

    Bəzi hallarda abituriyentlərlə həmin universitetlər arasında vasitəçilik edən şirkətlər hətta Təhsil Nazirliyinin adından da istifadə edib diplomların tanındığını bəyan edirlər. Nazirliyin sözçüsü Cəsarət Valehov bu məsələyə də aydınlıq gətirib.

    Qurum rəsmisinin sözlərinə görə, əvvəlki illərlə müqayisədə xaricə üz tutanların sayında azalma müşahidə olunur. Xezerxeber.az

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • Gədəbəy meşələrində gecə qırğınları – FOTO + VIDEO

    Rayonun Yenikənd, Çobankənd, Novo-İvanovka, Şahdağ, İnəkboğan, Əyrəvənk və Hacı Qasımlı kəndlərində qaz yoxdur; sakinlər yaşıllıqların vəhşicəsinə qırılmasını  məhz bu problemlə əlaqələndirir

    Gədəbəydə meşələr kütləvi şəkildə “yaşıl soyqırım”a məruz qalır. Rayonun Novo-Saratovka kəndinin yaxınlığındakı meşə bu səbəbdən sıradan çıxmaq üzrədir. Reportyor qrupumuz meşədə müşahidə apararkən çoxillik ağacların kəsilib doğranması, kötüklərinin gizlədilməsi üçün torpaqla örtülməsinin şahidi olub.

    Meşələrdə çoxillik ağacların məhv edilməsində yandırılma üsulundan da istifadə edilir. Bu üsul canlı bir ağacın kötüyünə quru ağac qırıntıları yığıb yandırmaqdan ibarətdir. Beləcə, mişarla doğranması çətin olan çoxillik ağac yandırılıb yerə aşırılır, doğranır və meşədən daşınır. Digər üsullardan fərqli olaraq belə məhvetmə zamanı ağacın yenidən boy verməsi mümkün olmur. Gədəbəy meşələrdə məhz bu qəddar məhvetmə üsulu geniş yayılıb. Hər tərəfdə yanmış ağac gövdələrinin şahidi olduq. 

    Ermənistanla sərhəddə yerləşən bu yerlərdə meşələrin sürətlə məhv edilməsinin bir səbəbi də təbii qaz problemidir. Rayonun Yenikənd, Çobankənd, Novo-İvanovka, Şahdağ, İnəkboğan, Əyrəvənk, Hacı Qasımlı kəndlərində qazlaşma aparılmayıb. Sakinlər yaşıllıqların vəhşicəsinə qırılmasını da məhz bununla əlaqələndirirlər. “Yeni Müsavat”ın reportyor qrupu olaraq həmin kəndlərdə olduq.

    İllər öncə bu kəndlərin qazlaşdırılması planı olsa da, hətta bunun üçün qaz boruları kəndlərə gətirilsə də, işlər yarımçıq dayandırılıb. Sonradan nəinki bu plan həyata keçirilib, hətta həmin qaz boruları ya satılıb, ya da kəndlərdən naməlum istiqamətə aparılıb.

    Kənd  sakinləri vəzifəsindən azad edilən rayonun keçmiş icra başçısı Ramiz Yediyarovun sərhəd kəndlərinin qazlaşdırılmasının qarşısını aldığını söylədilər. Onlar icra başçısının qeyri-rəsmi tapşırığı ilə əvvəllər kəndlərə qazlaşma üçün gətirilən boruları kəndlərdən daşıtdırıb satdırdığını deyirlər. Bildirirlər ki, Ramiz Yediyarov rayona rəhbərlik etdiyi müddətdə Gədəbəyin iki kəndi  – Saratovka və İvanovka arasındakı şamlıq meşəsi “can vermək” həddinə çatıb.

    Kənd sakinlərindən Həsən deyir ki, meşələrin  məhv edilməsində rayona rəhbərlik edənlər günahkardır.  Onun sözlərinə görə, Ramiz Yediyarov vəzifəyə təyin ediləndən sonrakı dövrdə Gədəbəydə meşələrin sistematik qırılmasına başlanıb, bu qanunsuz əməllərə qarşı çıxan meşə gözətçiləri ya işdən çıxarılıb, ya da susdurulublar. Belə meşə gözətçilərindən biri də Şahdağ kənd sakini Zaman Əsgərov olub. Saratovka meşəsində meşə gözətçisi işləmiş bu şəxs günlərin birində meşədən 30-dan yuxarı ağacın kəsilərək oğurlanmasını görüb. Hər şey də bundan sonra başlayıb. Zaman Əsgərov bu barədə Gədəbəy Rayon Meşə İdarəsinə yazılı məlumat verib və kəsilən ağacların siyahısını təqdim edib. Meşə gözətçisinin qanunun tələb etdiyi tərzdə davranması Ramiz Yediyarovun xoşuna gəlməyib. Onu ağacların kəsilməsini rəsmiləşdirdiyinə görə əvvəl danlayıblar. Bir neçə aydan sonra həmin kəsilən ağaclara görə işdən qovublar, ayağına da cərimə yazıblar. Zaman Əsgərovun məsələnin ədalətlə araşdırılması tələbləri də qulaqardına vurulub. Gədəbəy meşələrində Ramiz Yediyarov vəzifədə olduğu dövrdə tam dərəbəylik hökm sürüb.

    O və ətrafında olan məmurlar özlərinə dəbdəbəli villalar ucaldarkən taxta-şalban üçün tikinti bazarlarına deyil, Gədəbəy meşələrinə üz tutublar. Tikintidə istifadəsi əlverişli sayılan şam ağacları beləcə qırılıb və yük maşınlarına doldurulmaqla müxtəlif məmur villalarına daşınıb. Əsasən gecələr Gədəbəy meşələri “məmur quldurlar”ın hücumuna məruz qalırlar. Sakinlər deyir ki, gecənin qaranlığında meşələrdə canavar-çaqqal səslərini ağır tonnajlı yük maşınlarının mühərrikindən çıxan nərilti batırır. Hamı bilir ki, meşəni qırır, daşıyıb aparırlar. Amma kimsə sinəsini qabağa verib “yaşıl soyqırım”ı durdura bilmir. Səbəb də sadədir. Ramiz Yediyarovun meşə qırğınına yandırdığı “yaşıl işıq”dan doğan cəzasızlıq mühiti onun işdən qovulmasından sonra da davam etməkdədir. Belə ki, meşə gözətçiləri Zaman Əsgərovun yolu ilə gedib işsiz qalmaq istəmirlər. Yerli sakinlər deyir ki, bir çox hallarda belə meşələrə gecə hücumlarında bələdçilər elə həmin meşə gözətçiləri olur. Onların hərəkətsizliyinə əmin olan məmurlar meşələrlə şəxsi dükan-bazarları kimi davranırlar. 

    Meşələr qırılır, tikinti materialı şəklinə salınmaq üçün  yararsız ağaclar ətraf kəndlərdəki evlərdə yaşayan sakinlərə satılır. Üstəlik, sakinlərə satılan ağacların  meşədən gecə saatlarında daşınması tapşırılır. Bu şəkildə evinə odun gətirmək sakinlərə daha ucuz başa gəlir deyə kimsə baş verənlərə etiraz etmir. Kənd sakinləri deyir ki,  bir maşın odun ən yaxşı halda 220 manata başa gəlir. Məmurların gizli sexlərində odun şəklinə salınan ağac parçalarının bir maşını isə 280 manatadır.

    “Meşə yaxınlığında yaşayan sakin meşədən lobya becərilməsi üçün balaca bir çubuq kəsib apara bilmirsə, məmur bir maşın odunu necə satır”, – sualı da açıq olaraq qalır.  

    Ermənistanla həmsərhəd kəndlərdə qazlaşmanın aparılacağı təqdirdə meşələrin qırğından “azad olacağı” da açıq şəkildə görünür. Sakinlər qapılarına odun gətirib, qışa hazırlıq görməyin asan olmadığını deyirlər. Bunun əziyyətli olduğunu, sadəcə, qazın olmaması ucbatından məcbur qaldıqlarını bildirirlər.

    Onu da qeyd edək ki, rayonun digər sərhədyanı kəndləri illər öncə qazlaşdırılıb. Məlum olmayan səbəblərdən Gədəbəyin düşmənlə sərhəddə yerləşən Saratovka, Yenikənd, Çobankənd, Novo-İvanovka, Şahdağ, İnəkboğan, Əyrəvənk, Hacı Qasımlı kəndləri kənarda qalıb.

    Gədəbəyin 28 kənddən ibarət olan Şınıx bölgəsində də olduq. Bu bölgənin Qarəvəlli və Hacıallar kəndlərinə sürətlə qaz çəkildiyinin şahidi olduq. Bu işlər başa çatdıqdan sonra rayonun yalnız yuxarıda adlarını çəkdiyimiz kəndləri qaz üzünə həsrət qalan ərazilər olacaq.(musavat.com)




  • Широкий жест датских футболистов товарищу по команде

    Игроки сборной Дании оплатили защитнику Йонасу Кнудсену (Jonas Knudsen) полет на частном самолете, чтобы он смог увидеться с женой и новорожденной дочкой.

    Как передает Median.Az, об этом сообщает BBC News.

    Жена 25-летнего футболиста родила девочку на несколько недель раньше положенного срока, в то время, пока футболист находился в России на чемпионате мира.

    Датский футбольный союз (DBU) объявил, что не планирует отправлять защитника в Данию из-за рождения дочери. Тогда команда решила оплатить частный рейс товарищу для поездки домой.

    Вратарь сборной датчан Каспер Шмейхель (Kasper Schmeichel) рассказал, что команда хотела проявить гуманность по отношению к товарищу. «В нашей команде очень много отцов. Как отец я могу представить, насколько тяжело было Йонасу получить сообщение о рождении дочери и не присутствовать рядом с семьей», — сказал он.

    Кнудсен вернулся в Россию в понедельник,18 июня, после встречи с женой и новорожденной дочкой.

    Теперь датчане готовятся к следующему матчу, который пройдет в Самаре 21 июня со сборной Австралии. В субботу, 16 июня, сборная Дании обыграла Перу со счетом 1:0 в группе С.

    Кнудсен – воспитанник датского клуба «Эсбьерг». В 2014 году он дебютировал в составе сборной Дании. Летом 2015-го датский защитник перешел в английский клуб «Ипсвич Таун».

  • Продавец Araz Market убил коллегу – ОБНОВЛЕНО

    Как сообщает Median.Az, сотрудники Управления уголовного розыска Главного управления полиции (ГУП) г.Баку и 14-го отделения полиции Сабунчинского РУП в ходе оперативно-розыскных мер задержали жителя поселка Забрат Сурхая Алиева, который накануне вблизи “Arazmarket”а в поселке Маштага нанес ножевые ранения жителям поселка Вугару Гусейнзаде и Кянану Салимову. В результате В.Гусейназаде погиб на месте происшествия, К.Салимов был доставлен в клиническую больницу №3.

    В ходе разбирательства выяснилось, что задержанный и потерпевшие работали продавцами в “Arazmarket”е.

    В прокуратуре Сабунчинского района возбуждено уголовное дело по статье 120.1 (умышленное убийство) УК Азербайджана.

    * * * * *

    В Баку произошло убийство.

    Как передает Median.Az со ссылкой на АПА, инцидент зарегистрирован в поселке Маштага Сабунчинского района.

    Неизвестные напали на двух парней, один из которых только что снял деньги из банкомата.

    В результате 22-летний Вугар (фамилия уточняется), скончался на месте от полученного ножевого ранения, его товарищ – Салимов Кенан (1997 г.р.) помещен в больницу. Нападавшим удалось скрыться вместе с деньгами.

    В настоящее время ведутся оперативно-розыскные мероприятия по поимке преступников.

  • “Araz” marketin satıcısı iş yoldaşını öldürdü – YENİLƏNİB + FOTO

    Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

    Məlumatda bildirilib ki, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib.

    Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

    Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Əliyev Bakıxanov qəsəbəsinin ərazisində saxlanılıb.

    * * * * *

    Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində qətl törədilib.

    Median.Az APA-ya istinadla xəbər verir ki, hadisə bir nəfərin ölümü ilə nəticələnən kütləvi dava zamanı qeydə alınıb.

    Qəsəbənin girişindəki marketin qarşısında 22 yaşlı Vüqar adlı qəsəbə sakininə tanımadığı şəxslər hücum edib. Bu vaxt onun yanında dostu, 1997-ci il təvəllüdlü Səlimov Kənan Nəsimi oğlu da olub və dostlar həmin ünvanda yerləşən bankomatdan pul çıxararaq evə gedirmişlər. K.Səlimov tərəfləri ayırmağa çalışıb, ancaq naməlum şəxslər hər iki oğlana bıçaqla xəsarətlər yetirib.

    Vüqarın yaxınları bildirib ki, ən çox zərbələr bankomatdan pul çıxaran Vüqara dəyib. Nəticədə Vüqar yerində keçinib, hadisəni törədənlər isə pulu götürərək ərazidən uzaqlaşıblar. Xəsarət almış K.Səlimov ətrafdakıların köməyilə xəstəxanaya çatdırılıb.

    Hadisə yerinə polis və prokurorluq nümayəndələri gəlib. Ərazidə müayinələr aparılıb. Qətli törədənlərin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

  • Эксперт: Преступники в Баку заманивают детей из богатых семей

    В Азербайджане участились преступления, совершенные малолетками. В основном, они делают это ради быстрого заработка денег или же для популярности.

    Об этом в беседе с корреспондентом Oxu.Az сказал полковник МВД Азербайджана в отставке, профессор, социолог Таир Бехбутов.

    По его словам, преступность в общих своих чертах бывает волнообразной.

    «Это начинает больше всего проявляться, когда страна находится в глубоком экономическом кризисе или же когда государство на подъеме. Сегодня в Азербайджане наблюдается второе.

    Именно по этой причине у людей с низкой моральной ответственностью появляется чувство соблазна к быстрому и легкому обогащению. Именно эта дифференциация очень сильно сказывается на малолетках», – отметил эксперт.

    Он сказал, что сегодня в Азербайджане дети из разных слоев общества видят в социальных сетях знаменитых людей и тоже желают аналогичной популярности. Будь это преступным путем или путем самоубийства.

    «В плане производства, творческой деятельности они ничего не могут. Даже те, у кого что-то и получается в творчестве или в науке, думают о долгом процессе к своей цели и опять-таки выбирают легкий путь, по их мнению», – подчеркнул бывший полковник полиции.

    Бехбутов отметил, что сегодня этих преступников даже не страшит закон.

    «В наших условиях они понимают, что закон можно преступить, если иметь большие деньги.

    А для того, чтобы иметь «банк», эти самые преступники привлекают к себе в команду молодых детей из обеспеченных семей, где имеются высокопоставленные чиновники. Их именно так и называют в узких преступных кругах – «мальчик-банк», – сказал собеседник сайта.

    Бехбутов также указал принцип, по которому можно бороться с преспупностью и суицидами среди молодежи:

    «Нужно начинать процесс борьбы с первых шагов. Мальчик украл ключи от машины отца и совершил несколько нарушений правил дорожного движения. Нельзя отпускать его, установив один только штраф. Его, как это практикуется в США, необходимо ознакомить с жизнью малолетних заключенных в тюрьмах, чтобы понимал, куда он может попасть в случае, если не образумится.

    Малолетняя тюрьма – это ужас. Там нет правил. Там каждый за себя. Увидев эту вакханалию, никто не захочет попасть туда. Естественно, и родителям необходимо постоянно контролировать круг общения своих детей», – подытожил социолог.

  • Ekspert: Məşhurlaşmaq istəyi uşaqları cinayətə sövq edir

    Azərbaycanda azyaşlılar tərəfindən törədilmiş cinayətlərin sayı artıb. Əsasən, onlar bunu tez bir zamanda pul qazanmaq və ya məhşurluq üçün edirlər.

    Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovniki, professor, sosioloq Tahir Behbudov deyib.

    O bildirib ki, cinayətlərin ümumi xüsusiyyətləri fərqli olur:

    “Bu hadisələr ölkədə iqtisadi böhran və ya inkişaf olanda baş verir. Bu gün Azərbaycanda ikinci olur. Məhz bu səbəbdən məsuliyyətsiz insanlarda tez və asan zənginləşmək istəyi yaranır. Bu isə azyaşlılara güclü təsir göstərir”, – ekspert qeyd edib.

    Onun sözlərinə görə, bu gün Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələrindən olan uşaqlar sosial şəbəkələrdə məşhur insanları görür və özləri də məşhurlaşmaq istəyir. Bu, cinayətkarlıq və ya intihar yolu ilə də ola bilər.

    “Yaradıcılıq baxımından onlar heç nə edə bilmir. Hətta yaradıcılıq fəaliyyətində az uğur qazananlar uzun yoldan çəkinərək, cinayətkarlığa baş vurur”, – sabiq polis polkovniki əlavə edib.

    Behbudov vurğulayıb ki, belə cinayətkarları qanun da qorxutmur.

    “Bugünkü şərtlərdə onlar başa düşür ki, qanunu böyük pullarla yenmək olar. Çoxlu pullar əldə etmək üçün isə onlar yanlarına zəngin ailələrin uşaqlarını cəlb edirlər. Öz ətraflarında belə uşaqları isə “bank-oğlan” adlandırırlar”, – müsahib deyib.

    Behbudov bu cür problemlərlə mübarizə aparmaq yollarını açıqlayıb:

    “Mübarizəni ilk addımlardan başlamaq lazımdır. Oğlan atasının maşınının açarlarını oğurlayıb və yol-hərəkət qaydalarını pozub. Onu cərimə yazmaqla buraxmaq olmaz. Onu ABŞ-da olduğu kimi, azyaşlılar üçün həbsxanalarla tanış etmək lazımdır. O başa düşməlidir ki, belə hal olsa, həbsxanaya düşə bilər.

    Azyaşlıların həbsxanası – bu dəhşətdir. Orada qaydalar yoxdur. Orada hər kəs özünə görədir. Bu vəziyyəti gördükdən sonra heç kəs ora düşmək istəməyəcək. Əlbəttə ki, valideynlər də davamlı olaraq, övladlarının ətrafına fikir verməlidirlər”, – sosioloq deyib.