Month: June 2018

  • За квартирные кражи в столице задержаны 5 человек

    Как сообщает Median.Az, cотрудники 1-го отделения полиции Хазарского РУП задержали жителя столицы Джейхуна Биннатова, который накануне в поселке Гала украл из частного дома 145 манатов и золотые украшения на сумму 5000 манатов.

    Кроме этого, сотрудники данного отделения полиции задержали жителя Лерикского района, несовершенолетнего М.А, который в ночь на 18-е июня в поселке Шимал Дрес украл из дома 1000 манатов, сотрудники 2-го отделения полиции Хазарского РУП задержали жителя столицы Намика Салаева, который 17-го июня в поселке Бузовна украл из дома 1130 манатов и золотые украшения, сотрудники 4-го отделения полиции Бинагадинского РУП задержали жителя столицы Фагани Асадова, который в июне с четырех дворовых участков в поселке М.Расулзаде и Баладжары похитил ремонтные инструменты и 540 метров электрического провода, сотрудники 14-го отделения полиции Сабунчинского РУП задержали жителя столицы, ранее судимого Ахлимана Исмайылова, который 17-го июня в поселке Рамана украл из дома жителя столицы Ю.Юсифова 200 метров электрического провода.

    По фактам по статье 177.2.3 (кража, совершенная с незаконным проникновением в жилище, помещение, на склад или иное хранилище) УК Азербайджана возбуждены уголовные дела, ведется следствие.

  • 100 milyon götürərək ölkədən qaçdığı deyilən Emin Zeynalov polisə müraciət edib — TƏFƏRRÜATLAR

    “Günaybank”ın sabiq sədr müavini Emin Zeynalov haqqında yayılan əsassız xəbərlərlə bağlı hüquq muhafizə orqanına müraciət edib.

    Median.Az xəbər verir ki, bu barədə FED.az-a E.Zeynalovun özü məlumat verib.

    Xatırladaq ki, dünən bəzi saytlarda E.Zeynalovun çalışdığı bankdan 100 milyon manat götürərək xaricə qaçması barədə məlumat yayılmışdı. Amma “Günaybank” və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bu məlumatı təkzib etmişdilər.

    İndi isə Emin Zeynalov yenidən haqqında yayılan əsassız xəbərlərlə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkillik Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) müraciət edib.

    E.Zeynalov bildirib ki, dünən onun haqqında bəzi xəbər saytlarında dərc olunan məlumatlardan sonra məsələnin araşdırılması üçün dərhal hüquq-mühafizə orqanlarına müraciət edib.

    Keçmiş bankir mətbuatda özü haqqında əsassız yayımının qarşısını almaq üçün bu addımı atıb.

    Məsələ bundadır ki, bu barədə açıqlamalara və məlumatın təkzib olunmasına baxmayaraq bəzi KİV-lərdə hələ də onun bankdan əmanətaçilərin 100 milyona yaxın vəsaitini götürərək ölkədən qaçdığı barədə məlumatlar yayılır.

    E.Zeynalov bildirib ki, haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil və heç bir əsası yoxdur. “Mən Bakıda olmuşam heç bir xarici ölkəyə getməmişəm indi də Bakıdayam. Sadəcə bankdan kənarda biznes partnyorlarım arasında borc problemi olub”.

  • Bakıda YPX uşağın sürdüyü maşını qovdu: avtomobil qəza etdi – VİDEO

    Bakı şəhərinin Nizami rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Lent.az xəbər verir ki, “Xəzər” universitetinin qarşısında “Mercedes S Class” markalı, 90 KL 506 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb.

    İlkin araşdırma zamanı məlum olub ki, qəza Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 509 dövlət qeydiyyat nişanlı “BMW”nin “Mercedes”i təqib etməsindən sonra baş verib. Belə ki, DYP əməkdaşı 14 yaşlı Samir Səfərovun (ad şərtidir) avtomobil idarə etdiyini görərək onu təqib edib.

    Həyəcanlanan uşaq uzaqlaşmaq istəyərkən qəza törədib. Avtomobilin sahibi, qəzada yaralanan yeniyetmənin atası Vüqar Səfərov bildirib ki, yol polisinin onun oğlunun sürdüyü maşını təqib etməyə hər hansı əsası olmayıb: “Maşının üzərində həbs və ya ödənilməmiş cərimə yoxdur. Əgər uşaq qəzada xəsarət almayıb ölsəydi, necə olacaqdı? Bu barədə nazirliyə də müraciət etmişəm, xahiş edirəm bu kimi hallara son qoyulsun”.

    Qeyd edək ki, uşaq atasından icazəsiz avtomobili idarə edirmiş.

  • Azərbaycanda 32 yaşlı şəxs 11-ci sinif şagirdi olan qızı qaçırdı (VİDEO)

    Ağdaş rayonunda yetkinlik yaşına çatmayan qızı zorla avtomobilə mindirərək Yevlax rayonuna qaçıran şəxslər tutulub.

    APA TV-nin yerli bürosunun xəbərinə görə, iyunun 12-də rayonun Korarx kənd sakini, 1986-cı il təvəllüdlü Xəlilov Rövşən Marif oğlu qonşusu olan qızı, Korarx kənd orta məktəbinin 11-ci sinif şagirdi A.C.-ni qaçırıb. Rövşən Xəlilov orta məktəbdən evə qayıdan 17 yaşlı qızı küçədə zorla tutaraq rayonun Yuxarı Nemətabad kənd sakini, 1986-cı il təvəllüdlü Mustafayev Maqsud Əhmədiyə oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik avtomobilinə mindirib və Yevlax rayonunun Əkşəm kəndinə aparıb.

    Qızın valideynləri dərhal Ağdaş Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq qızı qaçıran şəxslər tutularaq istintaqa təhvil verilib. Sağ-salamat ailəsinə verilən qız qonşusu Rövşən Xəlilovla ailə qurmaq istəmədiyini, bir kənddə yaşamalarına baxmayaraq, onunla əvvəllər heç bir ünsiyyəti olmadığını və zorla qaçırıldığını bildirib.

    Faktla bağlı Ağdaş RPŞ tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə (adam oğurluğu) cinayət işi başlanılıb.

  • Biləsuvarda özünü kameraya çəkərək intihar edən 16 yaşlı qızın ÖLÜMÜNÜN ŞOK TƏFƏRRÜATLARI – VİDEO

    May ayının 27-də Biləsuvar rayonunun Ağalıkənd kəndində məktəbli qız özünə qəsd edib. 16 yaşlı Səkinə Məmmədova nişanlısının ona xəyanət etməsini əsas gətirərək həyətlərinin tövləsində özünü asıb. Hadisə geniş müzakirələrə səbəb olub.

    Median.Az xəbər verir ki, Ağalıkənd kəndinin bələdiyyəsindən Ülfət Bağırovun “publika.az”a verdiyi məlumata görə, Səkinə Məmmədova 7-8 ay bundan öncə nişanlanıb: “Bizdə də hadisə ilə bağlı tam dolğun məlumat yoxdur. Hüquq-mühafizə orqanları məsələni araşdırırlar. Qızın nişanlandığı oğlan da kənd adamıdır. Bizdə kəndin yetmiş faizi bir-birilə qohumdur. Qızın məcburi şəkildə nişanlanmağını da eşitməmişəm. Özü də məktəbli idi. Davamlı olaraq dərslərdə iştirak etməsə də, arada gedirdi. Yəqin nişanlandığına görə arabir gedirmiş. Məktəbdən çıxmadığı da sonradan məlum oldu. Onsuz da, bu il 9-cu sinifi bitirib məktəbdən çıxacaqmış. Oğlan tərəfdə də heç kim günah görmür. Onlar özləri qızın yas mərasimində sona qədər iştirak etdilər”.

    Ağalıkənd orta məktəbinin direktoru Maarif Fətullayev isə Səkinə Məmmədovanın nişanlı olmadığını bildirib: “Səkinə məktəbimizin səkkizinci sinfində oxuyurdu, ancaq son bir ayda davamiyyəti yaxşı deyildi. Dilə gətirmək istəmirəm, amma qızın ana tərəfində psixoloji problemlər var. Onun anasının bibisioğlu, dayısıoğlunda psixi baxımdan çatışmazlıq var. Məktəbdə isə özünü yaxşı aparıb, sinif yoldaşları ilə münasibətləri yaxşı olub, fəal, şən şagird olub. Dərslərində o qədər da yaxşı olmasa da, ortabab oxuyurdu. Müəllimləri də onun ölümünə heyfslənir. Onun hərəkəti sadəcə ağılsızlıq olub.

    İndi olan olub, keçən keçib. Ancaq o məsələ nişanlı söhbətinə görə olmayıb. Ortalıqda heç nişan da olmayıb. Sadəcə “aldım-verdim” söhbəti olub. Ailələr dost olub, bir-birilərinə deyiblər ki, qızım sənin, qızın mənim, vəsaalam. Səkkizinci sinif uşağına nə nişan ola bilər ki?”.

    Qeyd edək ki, sosial şəbəkələrdə 16 yaşlı qızın nişanlanması və özünə qəsdi geniş müzakirələrə səbəb olub. Hadisəni qınayan şəxslər yeniyetmə çağında olan bir qızın nişanlanmasının düzgün olmadığını, hadisənin qızın və ailəsinin savadsızlığı üzündən baş verdiyini əsas gətirib.

  • Baş nazirin müavini qeyri-rəsmi məşğulluqdan danışıb

    Azərbaycanda qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində müəyyən irəliləyişlər əldə edilib.

    Bunu baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov deyib.

    O bildirib ki, bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43 min 434 əmək müqaviləsi təşkil edib ki, bunlardan 9 min 560-ı Naxçıvan Muxtar Respublikasındadır:

    “Keçən ilin eyni dövründə isə bu göstərici 21 min 506 müqavilə təşkil edib. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artım tempinin müsbət saldosunun iki dəfədən çox artması müşahidə olunub”.

    Baş nazirin müavini qeyd edib ki, bu il yanvarın 1-i vəziyyətinə 1 milyon 310 mindən çox, iyunun 1-dək isə 1 milyon 354 min müqavilə bağlanıb. Bağlanan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də, tikinti sahələrində olub.

    Bu il mayın 1-nə ölkədə muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artaraq 1 milyon 538,2 min nəfərə çatıb.

  • Bu da oldu: təyyarədə də dilənirlər – VİDEO

    Dilənçilərə şəhərlərin ən müxtəlif yerlərində, küçələrədə, kurortlarda və otellərin qarşısında rast gəlmək olar. Lakin bu günlərdə unikal, indiyədək misli görüşməmiş olay yaşanıb.

    Median.Az Daily Mail-ə istinadən bildirir ki, “Qatar Airways” aviaşirkətinin Doha-Şiraz reysi ilə uçan təyyarəsinə Pakistanda çıxan iranlı şəxs orada dilənməyə, sərnişinlərdən pul istəməyə başlayıb.

    Stüard və stüardessaların “Lütfən, belə etməyin, oturun!” demələrinə rəğmən, iranlı əlində paket tutaraq pul dilənməyə davam edib.

    İran vətəndaşı sərnişinlərdən biri idi.

    “Qatar Airways” aviaşirkəti olayla bağlı rəsmi açıqlama verməyib.

  • Tanışını yandıranın cəzası dəyişmədi

    Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Səbuhi Ağayevin CM-nin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Ötən ilin oktyabr ayında Yasamal rayonunda aralarında baş vermiş mübahisə zamanı Səbuhi Ağayev tanışı Anar Muradovun üzərinə yanacaq tökərək, ona od vurub.

    Yaralanan şəxs 5 saylı şəhər klinik xəstəxasına çatdırılıb, həkimlər onun həyatını xilas ediblər.

    Cinayəti törədən Səbuhi Ağayev həmin gün Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o hadisə zamanı sərxoş vəziyyətdə olub. İş üzrə dindirilmiş Ağayev Muradovu öldürmək niyyəti ilə yandırmadığını bildirib.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

    Məhkum hökmdən apellyasiya şikayəti verib.

    Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, S.Ağayevin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayıb.

  • Захарова сделала новые обещания по Карабаху

    Россия будет делать все от нее зависящее, чтобы вносить конструктивный вклад в урегулирование армяно-азербайджанского нагорно-карабахского конфликта.

    Об этом сказала в среду на пресс-конференции пресс-секретарь министерства иностранных дел России Мария Захарова.

    «Во-первых, Россия полностью привержена своей роли как участника Минской группы ОБСЕ.

    И, во-вторых, будет делать все от нее зависящее для того, чтобы вносить конструктивный и эффективный вклад в урегулирование имеющегося кризиса и нормализацию отношений этих двух стран.

    Это наша традиционная позиция. Для нас это очень серьезный вопрос», – сказала она.

  • Перевернулась бетономешалка: есть пострадавшие – ВИДЕО

    На 44-м километре дороги Баку-Газах перевернулась бетономешалка.

    Как передаёт Median.Az со ссылкой на oxu.az, аварию совершило транспортное средство с номерным знаком 99 JM 011.

    Сообщается о наличии пострадавших.