Month: June 2018

  • Bakı metrosunda görünməmiş dava: Qızla oğlan…-VİDEO

    Bu video Bakı metrosunda qeydə alınıb.

    Sərnişinlər arasında narazılıq yaranıb. Buna səbəb qısa şalvar geyinmiş gənc bir qızın qeyri-etik hərəkətləri olub. Sərnişinlərdən gənc bir oğlan və orta yaşlı xanım onun oturuşuna irad bildiriblər.

    O, isə iradlardan nəticə çıxarmaq əvəzinə ona irad bildirənlərə sərt cavablar qaytarıb.

    Bu zaman qatarda olan orta yaşlı xanımla həmin qız arasında insident yaranıb. Qızın üzərinə yeriyən qadın onu vurmağa cəhd edib. Lakin sərnişinlər onları ayırıblar.//cebhe.info

  • Türkdilli ölkələrin vahid gömrük zonası yaradıla bilər

    Gələcəkdə türkdilli ölkələr üçün vahid gömrük zonasının yaradılması məsələsinə baxıla bilər.

    Median.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev deyib.

    Səfir bildirib ki, Özbəkistanın Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv olmasından sonra təkcə iqtisadiyyat deyil, təhsil, gənclər, idman və turizm sahələrində də bütün mümkün layihələrin reallaşdırılmasına imkan yaranacaq:

    “Türkiyə Prezientinin Özbəkistana səfərindən sonra ölkə rəhbərliyi tərəfindən rəsmi Daşkəndin Türk Şurasının işində iştirakı barədə qərar qəbul olundu. Özbəkistanın Türk Şurasına üzv olması çox vacib hadisədir. Özbəkistan inkişaf dinamikası və əhalisinin sayına görə Şuranın işinə mühüm töhfə verəcək”.

    H.Quliyev qeyd edib ki, idxal rüsumu və kvota kimi ticarət maneələrinin azaldılması və tam aradan qaldırılması nəticəsində Mərkəzi Asiya ölkələri, Azərbaycan və Türkiyə arasında beynəlxalq ticarətin həcmi arta bilər:

    “Tariflərin azaldılması, öz növbəsində, Türk Şurasının təşəbbüsü ilə gömrük ittifaqının və ya azad ticarət zonasının yaradılması sayəsində, həmçinin praktikada geniş yayılmış beynəlxalq danışıqlar nəticəsində həyata keçirilə bilər”.

    Xatırladaq ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev 2018-ci il aprelin 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunları ilə bağlı bəyanatında ölkəsinin mənzil-qərargahı İstanbulda yerləşən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının işində iştirak etməyə başlayacağını bildirmişdi. Dövlət başçısı demişdi ki, Özbəkistan Bişkekdə Türk Şurasının növbəti iclasına qatılacaq.

    Qeyd edək ki, müasir türk dövlətlərini birləşdirən Türk Şurası beynəlxalq təşkilatının əsas məqsədi üzv dövlətlər arasında hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsidir. Şura 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində yaradılıb.

    Hazırda Şuranın üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır.

  • ADİU-nun müəllimi Baş prokurordan kömək istəyir- Adları işdə,özləri xaricdə olan müəllimlərin məvacibini kimlər mənimsəyib?

    Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı bəzi saytlarda və digər KİV-də yayılan informasiyalar bir daha təsdiqlədi ki,bu təhsil ocağı ilə bağlı fikir birmənalı deyil , o cumlədən ”inkişaf” adı altında dəyişən daha çox Universitetin obreviaturasının UNEC-lə əvəzlənməsidir.

    Eləcə də ,2015-ci il ödənişli təhsil sektorundan ADİU-nun bank hesabına daxil olmuş 25 milyon manatın “yoxa çıxması”ına dair mətbuatda yer almış fikirlərin özü belə bu ali məktəblə bağlı müəyyən qaranlıq mətləblərdən xəbər verir.Bu məbləğin Universitetdə çalışan müəllimlərin məvacibində artıma səbəb olmaması isə artıq narazılıq yaradan məsələlərdəndir ki,hazırda etiraz səsləri ucalmağa başlayıb.

    ADİU-nun bir sıra saytlarda “reklam”ı,bir neçə millət vəkilinin bəlağətli fikirləri,bəzi təhsil ekspertlərinin bu ali məktəbi dünya miqyaslı Universitetlərlə “müqayisə”si ,görünür, heç də həqiqəti əks etdirmirmiş. Hətta,bəzi baş redaktorların orada keçirilən sessiya imtahanlarına “telefon başında şahidlik etmələri”belə görüntü xatirinə imiş.Yəni ,bir müddət əvvəl səsləndirilən “Dövlət İqtisad Universitetinə təyin edilən rektor ciddi islahatlar aparır.Bununla da Universitetin nüfuzunu yüksəldir” fikri əslində həqiqətdən uzaq şəxsi istək və arzudan irəli gəlmiş ifadə kimi başa düşülməlidir.

    Bir müddət əvvəl,Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Zərifə Mansurovanın KİV-lər vasitəsilə video- müraciəti də  bir çox mətləblərə aydınlıq gətirir. Sözügedən müraciətdə Z.Mansurovanın haqsız yerə işdən çıxarılmasından, habelə ADİU-da baş verən müxtəlif qanunsuzluqlardan söz açılır:

    “Mənim 36 illik pedaqoji stajım var.Təqaüdə çıxmağıma 4-5 il qalıb. Belə bir vaxtda məni ixtisar adı ilə işdən azad ediblər. Ancaq sonradan yerimə “Tərcümə Mərkəzi”nin bir əməkdaşını işə götürüblər. Bu necə ola bilir? Uzun illər pedaqoji sahədə çalışan, təhsil sisteminin incəliklərini, metodikasını bilən bir şəxsi işdən kənarlaşdırırlar, ancaq onun yerinə təhsil sahəsindən uzaq, daim tərcümə ilə məşğul olan adamı işə götürürlər.Nədir maraqları?

    Bundan əlavə, necə olur ki, bizim kafedrada şərqşünas, türkoloq ixtişaşına malik olanlar rus dili müəllimi kimi işdə saxlanılır, ancaq sırf rus dili mütəxəssisi olduğum halda mən ixtisara salınıram”.

    Zərifə Mansurova üzləşdiyi haqsızlığın səbəbini aydınlaşdırmaq məqsədilə rektor Ədalət Muradovun qəbuluna düşmək istəsə də, buna nail ola bilmədiyini deyib: “Mən dəfələrlə rektorun qəbuluna getmişəm. Lakin görüşmək mümkün olmayıb. 2 dəfə də Təhsil Nazirliyində olmuşam. Oradan da məni rektorun qəbuluna göndəriblər. Ancaq yenə də heç nə alınmayıb. Rektorun ətrafı, xüsusən də prorektorlar görüşə imkan verməyiblər”.

    Z.Mansurova müəllimlər arasında necə ayrı-seçkilik edilməsi ilə bağlı maraqlı fikirlər səsləndirib: “Bir neçə il əvvəl ADİU-da diferensial əmək haqqı tətbiq edildi. Ancaq bu məsələ mənə aid edilmədi. Belə ki, mənim dərs proqramımı qəbul etmədilər. Bu söhbət düz 5 il çəkdi. Yalnız mən işdən çıxarılandan sonra həmin dərs proqramı təsdiq edildi. Onu da deyim ki, vaxtilə maaşlar qalxan kimi məni yarımştata keçirdilər ki, sonda da əmək haqqım cəmi 315 manat oldu.

    ADİU-nun müəllimi bir sıra digər faktları da açıqlayıb: “Çox acınacaqlı haldır ki, kafedrada müəllimlər 2 yerə bölünüb. Yalnız rəhbərliyə yaxın, özlərinin marağında olan müəllimlər irəli çəkilib. Diferensial əmək haqqı da onlara tətbiq edilib. Hətta, bu məqsədlə bəzi müəllimlərin adına başqa müəlliflərin əsərləri yüklənib. Sertifikatlar da özlərinə yaxın müəllimlərə verilib”.

    Z.Mansurovanın açıqladığı bir məsələ isə xüsusi narahatlıq doğurur və ADİU-da baş verənlərin əsl mahiyyətini ortaya qoyur: “36 ildə bircə gün icazəsiz işdən qalmadığım halda məni işdən çıxardan universitet rəhbərliyi çox qəribədir ki, xaricdə yaşayan bir sıra şəxsləri işlə təmin edib.Əslində isə onların adları var, özləri yox. Onlar kağız üzərində kafedranın iclaslarında iştirak edən kimi gösərilir. Lakin həmin şəxslər nə kafedranın iclaslarında iştirak edir, nə də dərs keçirlər. Dərs zamanı onları rəhbərliyə yaxın müəllimlər əvəz edir. Bir neçə min manatlıq maaşlarını da bankomatlardan həmin şəxslər çıxarırlar.

    Əgər müşahidə kameralarına baxış keçirilsə, onda xaricdə, misal üçün Londonda yaşayan şəxslərin əvəzinə ADİU-nun auditoriyalarında dərslərə hansı müəllimlərin girdiyini, eləcə də bankomatlardan pul vəsaitlərinin kimlər tərəfindən çıxarıldığını müəyyən etmək olar?”

    Z.Mansurova bütün bu məsələlərə hüquqi qiymət verilməsi üçün Baş prokuror Zakir Qaralova müraciət edərək onun işə qarışmasını və aparılacaq araşdırmaları şəxsi nəzarətə götürməsini xahiş edib.

    Göründüyü kimi,İqtisad Universitetində “ölü canlar”ın müasir formasının tətbiqindən tutmuş,dostbazlıq,qohumbazlıq,yerlibazlıq kimi hallar adi hala çevrilib. 

    ADİU-da baş verən saxtakarlıqlardan söz düşmüşkən, bir məsələni də xatırlatmaq, yəqin ki, yerinə düşər. Belə ki, sabiq rektor Şəmsəddin Hacıyevin vaxtında tələbələrin 4500-dən (dörd min beş yüz) artıq kəsir sayı olub. İndi sual olunur: O qədər kəsirə görə neçə nəfər ADİU-dan xaric edildi, ümumiyyətlə, belə bir hal oldumu? O qədər kəsir hansı yollarla, hansı şərtlərlə aradan qaldırıldı, diplomlar nələrin hesabına verildi?! Çox güman ki, bütün bu suallar rektor Ədalət Muradov tərəfindən cavabsız qalacaq. Necə ki, bir neçə il əvvəl ADİU-da 9 müəllim tərəfindən bir həftə ərzində 620 min manat rüşvət yığılması məsələsi ört-basdır edildi. Həmin vaxt Ə.Muradov cəmi 3 nəfəri işdən azad etməklə işini bitmiş hesab etdi. Əgər onun bu işlərdən həqiqətən xəbəri yox idisə, niyə prokurorluğa müraciət edib, məsələnin ətraflı araşdırılmasını tələb etmirdi?!

    Son günlər isə ADİU-nun adı daha bir biabırçı hadisə ilə bağlı mediada, sosial şəbəkələrdə müzakirə hədəfinə çevrilib.KİV-lərdə yazılanlara görə , universitetin mətbuat katibi Vüsal Şərifov kabinetində bir xanım müəllimlə  əxlaqsızlıqla məşğul olarkən mühafizə xidmətinin əməkdaşları qapını sındıraraq içəri daxil olub və sonra baş verənlərlə bağlı rektora məlumat veriblər.

    Ə.Muradovun bu məsələ ilə bağlı atdığı addım isə hər kəs  tərəfindən təəccüblə qarşılanıb.Belə ki, xanım əməkdaş işdən qovulub, Vüsal Şərifov isə mükafatlandırılıb – yəni, yeni yaradılan bir departamentə direktor təyin edilib – maaşı da 3000 manat.Belə çıxır ki, bütün günah xanım əməkdaşda olub.

    Gerçəkdən də əsl rəzalətdir. Hər zaman ADİU-nu göylərə qaldıran, reklam edən təhsil ekspertləri, saytlar isə susurlar. Nə oldu, niyə susursunuz. Yoxsa, elə bilirsiniz, qar yağdı, kalafalar örtüldü?

    Bəlkə, Ə.Muradovun xeyir-duası ilə bəzi həmkarlarımızın universitetdə doktoranturaya qəbul edilməsi bu cür susqunluğa səbəb olub?

    Nəhayət,onu da xatırladaq ki, bir müddət əvvəl rektor Ə. Muradovun doktorluq dissertasiyası və professor diplomları ilə bağlı yaranan məlum qalmaqallı söhbətlər də ADİU-nun kollektivi arasında əməlli-başlı şok effekti yaratmışdı.Hazırda bu məsələ məhkəmə predmetidi. Belə ki, Ə. Muradov rektor təyin olunan vaxta,yəni 5 mart 2014-cü ilə qədər  elmlər doktoru  kimi  tanınsa da,ona yalnız 26.12.2014-cü ildə AAK tərəfindən iqtilsad elmləri doktoru adı verilib. Onun doktorluq dissertasiyasını 1998-ci ildə Ukraynada müdafiə etməsinə rəğmən müəyyən problemlər səbəbindən diplomunu ala bilməməsi , 16 ildən sonra bu ada Azərbaycanda layiq görülməsi  söz-söhbətə səbəb olub.

     Bu azmış kimi, rektorun elmlər doktoru elmi dərəcəsi  almazdan əvvəl professor adına layiq görülməsi də pedaqoji kollektiv,elmi ictimayyət arasında,sosial şəbəkələrdə,instaqram səhifələrində böyük müzakirələrə səbəb olub. Belə ki, Ə.Muradov 2002-ci ildə keçmiş İqtisadi İnkişaf Nazirliyində işlədiyi müddətdə həm də Prezident yanında Ali İdarəçilik Akademiyasında dərs deyib. O  21.11.2014-cü ildə professor adına layiq görülsə də, bundan əvvəl 10 ilə yaxın müddətdə yarım ştat professor məvacibi alıb. Məhdud bir vaxtda,özü də ardıcıllığın pozulması ilə iki ada sahiblənmək təbii ki, müəyyən  söz-söhbətlərə yol açıb.  Burada hər kəsi düşündürən incə mətləb ondan ibarətdir ki, Ə.Muradov rektor təyin olunduqdan  8 ay sonra  əvvəl  professor, ardınca isə doktor adını necə alıb?

    Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

    Həsrət Gündoğan

    Faktinfo.az

  • Qeydiyyatı olmayan bahalı özəl uşaq bağçaları –Bu obyektləri kimlər himayə edir?

    Qalmaqala səbəb olan videomaterialın qəhrəmanı, Bakının Yasamal rayonunda yerləşən, tez-tələsik bağlanan “Kids Studio” özəl uşaq bağçasının tərbiyəçisi Firuzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, AR CM-in 133-cü (əzab vermə) maddəsi ilə ittiham olunan Tağıyeva barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qadın “Kids Studio” mərkəzində azyaşlı uşaqlara kobud davranmaqda və onları döyməkdə ittiham olunur.

    Sözügedən müəssisədə körpənin döyüldüyü əks olunan video bu həftə yerli sosial şəbəkələri sözün əsl mənasında silkələdi. Məlum oldu ki, videogörüntünü uşaq bağçasından işdən çıxarılan resepşn əməkdaşı yayıb. Uşaq bağçasının müdirəsi Nigar Müseyibova bildirib ki, videokadrlardan xəbəri yox idi, müəssisə qalmaqal aradan qalxana qədər fəaliyyətini dayandırır.

    Azərbaycanda belə hallarda həmişə olduğu kimi, rəsmi reaksiya çox gecikmədi. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Bakıda fəaliyyət göstərən “Kids Studio” uşaq bağçasının qanunsuz, lisenziyasız işlədiyini bəyan etməyə tələsdi. Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya verilməsi məsələləri ilə ASAN Xidmət məşğul olur.

    Öz növbəsində, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, idarə bu qalmaqalla bağlı araşdırmaya başlayıb, müvafiq qurumların nümayəndələri ilə birgə iş aparılır. Uşaqlara qarşı zorakılıq yolverilməzdir.

    Azərbaycanda böyük qəzalar, yanğınlar, sürüşmələr və qalmaqallar təcrübəsi göstərir ki, “mənimlə əlaqəsi yoxdur” sxemi ilə FH-dən kənarda durmaq dövlət qurumlarının ənənəvi fəaliyyət taktikasıdır.Onların cavabları şablon, üstüörtülüdür. Amma çoxları bir neçə il əvvəl hakimiyyətin özünə məlum olan səbəblərdən məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyindən çıxararaq, yerli icra hakimiyyətlərinin tabeliyinə verdiyini xatırlayır. Bu sahədə nizam-intizam yaratmaq üçün şəhər və rayon İH-də müvafiq şöbələr də yaradıldı.

    Buna görə, təbii ki, jurnalistlər “Kids Studio” ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinə müraciət etdilər. Bəs cavab necə oldu?

    “İH özəl uşaq bağçalarının fəaliyyətinə nəzarət etmir, bunu kimin etdiyini bilmirik. Biz dövlət uşaq bağçalarına nəzarət edirik”, deyə modern.az saytı paytaxt İH-nin məmurundan sitat gətirir.

    Vergilər Nazirliyinin məlumatına görə, ölkədə 94 uşaq bağçası fəaliyyət göstərir, onların maksimum 20-25-nin fəaliyyət lisenziyası var. Bu sənədi almaq üçün, sənədlər paketinin hazırlanması üçün digər qeyri-formal xərcləri nəzərə almasaq, təxminən 1600 manat tələb olunur. Bu biznes növünün qeydiyyat şərtləri ağırdır, buna görə bir çox sahibkarlar uşaq bağçaları ilə məşğul olmaq istəmir”, deyə təhsil üzrə ekspert Kamran Əsədov qeyd edir.

    Məşhur sosioloq, professor Əhməd Qəşəmoğlu vəziyyətə başqa nöqteyi-nəzərdən baxmağı təklif edir.

    “Bu gün uşaq bağçaları da məişət əşyasının satışı kimi bir biznes sahəsidir. Hansısa məmurun və ya sahibkarın pulu var və o, bu vəsaiti həyat yoldaşına, qızına, bacısına verir ki, uşaq bağçası açıb oraya uşaqlar və əməkdaşlar yığsın. Əsas məqsəd tezliklə yatırılan vəsaiti çıxarmaq, gəlir əldə etməkdir. Tərbiyəçilərin peşəkarlığına gəlincə, bu, ikinci dərəcəli məsələdir. Problem yarandıqda isə, “dam”ın və əlaqələrin köməyi ilə münaqişənin üstünü ört-basdır etmək mümkün olur. Bu vəziyyət cəzasızlığa, səhlənkarlığa gətirib çıxarır”, deyə Qəşəmoğlu qeyd edir.

    Həqiqətən, Turan-ın müxbirinin paytaxtda bəzi özəl uşaq bağçalarının sıravi əməkdaşları, Təhsil Nairliyinin məmurları ilə söhbətlərindən aydın oldu ki, özəl uşaq bağçaları yüksək vəzifəli məmurların, Milli Məclisin deputatlarının mülkləridir. Bu obyektlər onların həyat yoldaşlarına və ya digər qohumlarına məxsusdur. Buna görə yerli İH nümayəndələri istəsələr də, sonradan problemlərlə və “yuxarıdan” təzyiqlə qarşılaşmamaq üçün orada yoxlama apara bilmirlər. Bax, belə vəziyyət yaranıb, iqtisadiyyatın inhisar olan ayrı-ayrı sektorlarında olduğu kimi.

    Kamran Əsədov qeyd edir ki, problemin kökündə məktəbəqədər təhsil sahəsinə lazımi nəzarətin olmaması durur, bu, xüsusən özəl müəssisələrə aiddir. Burada nizam-intizam yaratmaq üçün, birincisi, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilməlidir, ikincisi, kadr problemi həll olunmalıdır, üçüncüsü, yeni uşaq bağçaları tikilməlidir və nəhayət, bu obyektlərin sahibləri haqqında məlumat açıq olmalıdır.

    “Bu sistemin idarə edilməsi üçün vahid mərkəzə ehtiyac var. Buna görə uşaq bağçaları yerli İH-nin tabeliyindən çıxarılmalı və əvvəllər olduğu kimi, Təhsil Nazirliyinə verilməlidir. Bu siyahıya nəzarətsizlikdən istifadə edərək, özlərini reklam edib uşaqları cəlb edən, böyük gəlirlər əldə edən özəl uşaq bağçalarını da daxil etmək lazımdır”, deyə ekspert vurğulayır. (Turan)

  • ”Arvadlı-kişili hamınızı aparıb qoyacam içəri..” – BAKIDA HAMI BU POLİSDƏN DANIŞIR -VIDEO

    Bakıda bir qrup şəxs ağacların kəsilməsinə etiraz ediblər.

    Criminal.az sayıtının məlumatına görə, Nəsimi rayonu 4-cü mikrorayon, Hüseyn Seyidzadə kücəsi, bina 2-nin qarşısında ağacları kəsərək, bina tikmək istəyirlər. Sakinlər bayram günü tikintiyə sivil şəkildə etiraz edib.

    Əraziyə polis əməkdaşları gəlib, sakinləri həbslə hədələyib. ”Arvadlı-kişili hamınızı aparıb qoyacam içəri”-deyə polis zabitlərindən biri qışqıraraq aksiyaçıları hədələyib.

  • İranda etirazlar: qadın küçədə hicabı açdı və… – Video

    ranın Qəzvin şəhərində hökumətin məcburi hicab siyasətinə etiraz edən aksiyaçılar, küçədə baş örtüyünü açan bir xanıma dəstək verərək, hakimiyyətə qarşı şüarlar səsləndiriblər.

    Aksiyaçılar baş örtüyünü açan xanımın polis tərəfindən tutulmasının qarşısını alıblar.

    “Şir ürəkli qadınlara eşq olsun”, “Afərinlər sənə”, “Xameneiyə ölüm” və “Məcburi hicaba yox” şüarları səsləndirən aksiyaçılar, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi məcburi hicab siyasətinə son qoyulmasını tələb ediblər. Etirazlarda hər hansı bir aksiyaçının tutulması barədə məlumat yayılmayıb.//axar.az

  • Primitiv dələduzluq sxemi və Bakıdan Dubaya göndərilən qara pullar

    Bakı Ağır Cinayətlər Məhkəməsi daha bir dələduzluq cinayəti üzrə prosesə başlayıb. Məhkəmələrdə son illər dələduzluq əməlləri üzrə cinayət işlərinin qalaqlandığı, asan yolla varlanmaq istəyənlərin tamahından bəzən heç şeytanın da ağlına gəlməyən dolaşıq sxemlər quraraq faydalanan dələduzların hər dəfə məxsusi istedadının ortaya çıxdığı bir vaxtda əslində indiki halda mütəhimlər kürsüsündə əyləşən 29 yaşlı gəncin qurduğu sxem primitiv görünə bilər. Dubaydan ucuz “ayfon” gətirib satmaq və beləcə tər tökmədən qaz vurub qazan doldurmaq. Eyni zamanda bu cinayət işi Azərbaycandan pulların xaricə qeyri-leqal daşınması sxemini də bir daha ortaya çıxarmış olur.

    Külli miqdarda dələduzluqda ittiham olunan 29 yaşlı Bəhruz Muradov bu sxemi təkbaşına qurmayıb, ona 31 yaşlı Sehran Məmmədov və 30 yaşlı Abbas Rəsullu da yardım edib.

    Virtualaz.org-un xəbərinə görə, istintaqla müəyyən edilib ki, Bəhruz Muradov İlkin Tağıyevi, Orxan Süleymanlını, Ruslan Babayevi və daha bir neçə nəfər tanışını Çindən Dubaya, Türkiyəyə və digər Avropa ölkələrinə mobil telefonlar, elektrik- avadanlıqlarının ticarəti ilə məşğul olduğuna, yaxşı pul qazandığına inandırıb.

    Və bu  ticarətə maya  qoyacaqları təqdirdə əldə olunan gəlirdən onlara da yaxşı gəlir verəcəyini vəd edib. Bu minvalla Orxan Süleymanlının 205 min dollarını, İlkin Tağıyevin  isə 112 min manat pulunu ələ keçirib. Növbəti dələduzluğa isə Sehran Məmmədov və Abbas Rəsullu ilə birgə “imza atıb”.  Onlarla əlbir olaraq Emil Əliyevin 148 min manat, Ruslan Babayev və Mübariz Babayevin 177 min manat pulunu alıblar.  

    İş üzrə zərərçəkmiş şəxslərin sayı cəmi 12 nəfərdir.

     

    “Pulları Aleksisə göndərirdim”

     

    Təqsirləndirilən Bəhruz Muradov ifadəsində göstərib ki, Orxan Süleymanovu onun qohumu, İsmayıl Musayevin vasitəsilə tanıyıb. Birlikdə hərbi xidmətdə olublar. 2014-2015-ci illər “ST finans” kredit təşkilatında direktor müavini işləsə də, kredit təşkilatının təsisçilərinin qərarı ilə işdən azad olunub. Bundan sonra xırda bizneslə, telefon aksessuarlarının satışı ilə məşğul olmağa başlayıb. Sonradan işini genişləndirmək qərarına gəlib. Bu məqsədlə Dubaya üz tutub. İlk vaxtlar on-beş iyirmi ədəd telefon gətirərək Bakıda yaxşı qiymətə sata bilib.

    Dubaya üçüncü səfərində ABŞ vətəndaşı Aleksis Vizardla  tanış olub. Çox pul qoyub daha çox gəlir əldə etmək istəyən B.Muradova Aleksis  topdansatış ucuz telefon aksesuarları tapa biləciyini söyləyib.

     “Aleksis təklif etdi ki, pul qoyub çoxlu qazanc əldə edək,  mən də ona inandım. Birgə ticarət üçün pul qoydum. Çünki bir neçə dəfə ucuz qiymətə topdansatış telefon tapmışdı. Malları haradan götürməsi ilə maraqlanmamışdım. Bakıya gələndə İsmayıla danışdım, yaşadığı evi girov qoyub bu işə maya qoya biləcəyini dedi. İsmayıl həmin işi Orxana da təklif etdi, razılaşdıq. Belə qərara gəldik ki, çoxlu sayda “İphone” markalı mobil telefonlar gətirib Azərbaycanda sataq. Orxan 173 min dollar verdi. Həmin puldan qazancı kimi Orxana da verdim, mayanı saxladım. Orxana qazancla birgə verməli olduğum məbləğ 205 500 dollar, götürdüyüm məbləğ isə 173 min dollar olub”-təqsirləndirilən ifadəsində belə nəql edib.

    Lakin Muradov “Aleksis Vizard” adlı adamın ümumiyyətlə mövcud olduğuna dair hansısa sübutlar, dəlillər təqdim etməyib. Bu baxımdan istisna deyil ki, mifik amerikalı barədə deyilənlər onun dələduzluq sxeminin bir hissəsidir. İstintaq isə təbii ki, “Aleksis Vizard” adlı adamı axtarmayıb, yaxud axtarsa da tapa bilməyib.

     

    “Onun nə zamansa yoxa çıxacağını düşünmürdüm”

     

    B.Muradovun ifadəsinə inansaq, bütün pulları Aleksisə verib. Həmin pulların müqabilində alınan və satışı təşkil edilən, müxtəlif ölkələrə daşınan malların hesabatı və maliyyə sənədlərini görməyib. “Skype” vasitəsilə mütəmadi olaraq əlaqə saxlayıblar, amma bir müddət sonra Aleksis  müəmmalı şəkildə yoxa çıxıb.

    Muradovun müstəntiqlərə danışdıqlarından:  “Bir neçə dəfə böyük qoşqulu yük maşınlarında mobil telefonlar göstərib özünün olduğunu demişdi. Azərbaycandan pulların köçürülməsi ilə bağlı heç bir sənəd təqdim edə bilmərəm. Çünki pulları qara bazar vasitəlilə Dubaya Aleksisə göndərirdim. Bu işlə məşğul olan şəxslər vardı. Onların xidmət haqqı ümumi məbləğin 0,5 faizini təşkil edirdi. Özüm də üstümdə Dubaya pul aparırdım. Aleksislə böyük həcimli ticarət quranda sadəcə ona pul verirdim, malların gəlməsi, daşınması və satışını bilmirdim. Amma hər dəfə 10-15 gün ərzində Aleksis  vəd etdiyi vaxtda qazancla birlikdə pulları qaytarırdı. Nə vaxtsa yoxa çıxacağını düşünməmişdim. Onun barəsində başqa heç bir məlumatım yoxdur”.

    B.Muradovun ifadəsinə görə, İlkin Tağıyevi uzun illərdir ki, tanıyıb. Gördüyü işlərlə bağlı İlkini də məlumatlandırıb və birgə iş qurmağı təklif edib:”İlkindən 99 min dollar almışam. Qazanc olaraq 12 min dollar vermişəm”.

     

    “Pulların Bəhruza hansı formada çatdırılmasından xəbərim olmayıb”

     

    Təqsirləndirilən Sehran Məmmədov ifadəsində 2012-2015-ci illərdə FHN-də sürücü işlədiyini, Bəhruzun atası Raqif Muradovun onların rəisi olduğunu, sonradan öz ərizəsi ilə işdən azad edildiyini göstərib:”Bəhruzu orta məktəb vaxtlarından tanıyıram. 2016-cı ildə Nərimanovda görüşəndə dedi ki, Çindən Dubaya, Dubaydan İstanbula elektrik mallarının daşınması və satışı ilə məşğul olur. Bu ticarətdən yüksək gəlir əldə etmək mümkün olduğunu dedi. Bəhruzla bir neçə nəfəri tanış etdim. Əldə olunan gəlirdən mənə 200-300 manat verirdi. Pulların Bəhruza hansı formada çatdırılmasından xəbərim olmayıb”.

    Təqsirləndirilən Abbas Süleymanlı ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində telefon satışı ilə məşğul olan B.Muradovu İsmayılın vasitəsilə tanıdığını göstərib. Bəhruzun ticarətini təşkil edən sənədləri, dovriyyədə olan malları görməsə də, İsmayıla etibar etdiyi üçün bu işin varlığına inanıb.

    Süleymanlının ifadəsindən: “İsmayıl həm dostluqda, həm də işdə etibarlı adam idi. Sehranı bu prosesin gedişi zamanı tanımışam. Sehran Bəhruzun xahişi ilə müxtəlif şəxlərdən pul alıb ona çatdırırdı. Bunun müqabilində ona 200-300 manat müqabilində şirinlik verirdi. 2016-cı ildə Emil adlı şəxslə görüşüb ondan aldığım 5 min dolları aparıb Bəhruza vermişəm. Sonra da qazanc kimi on gün sonra Bəhruzun verdiyi 5500 doları Eminin özünə qaytarmışam. Mənim bu işdə heç bir marağım olmayıb. Aramızdakı dostluğa görə Bəhruzun xahişini yerinə yetrimişəm. 2017-ci ilin yanvarında  ticarətə pul qoymaq üçün Ruslan adlı şəxsdən 57 min 600 manat alıb Bəhruza verdim. Pulun qaytarılmasında problem yarananda Bəhruzun arxasınca Türkiyəyə getdim. Tezliklə ödəniş eləyəcəyini dedi”.

     

    “Daha böyük işlər görmək zamanıdır”

     

    Zərərçəkmiş Orxan Süleymanov ifadəsində göstərib ki, dostu İsmayıl ona qohumu Bəhruzun karqo işi ilə məşğul olduğunu, yuxarı dairələrdə olan şəxslərinin əmanətlərinin Azərbaycana gətirilməsini təşkil etdiyini deyib:”Bəhruz işlədiyi şirkətinin rəhbərinin Aleksey (Aleksis)  adlı şəxsin milliyyətcə gürcü olduğunu deyirdi. Alekseylə Dubayda, Sinqapurda, Türkiyədə və Çində olan ofislərində fəaliyyət göstəriblər. Bu şəxs haqqında deyirdi ki, çox nüfuzlu adamdır, ona heç kim bata bilməz. Sonradan başa düşdüm ki, Bəhruz bu sözləri gələcəkdə həyata keçirəcəyi əməlləri törətdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət etməyimin qarşısını almaq üçün deyirmiş. Bəhruzun səmimiyyətinə inansam da, karqo şirkətinin rəsmi sənədlərini göstərmirdi. Pulu vaxtında qaytarırdı deyə irad tutmurdum”.

    Bir müddət sonra B.Muradov O.Süleymanova daha böyük işlər görməyin vaxtı çatdığını söyləyib:”Azərbaycana çoxlu sayda telefon gətirib satışını təşkil edəcəyini, daha çox qazanc əldə olunacağını dedi. Öz dostlarıma da müraciət etdim. Bəhruz məndən 223 min dollar alıb. Həmin puldan cəmi 20 min 500 dollar qaytarıb”.

    Zərərçəkmiş Ruslan Babayev Bəhruzu Sehranın vasitəsilə tanıdığını, onun özünü çox nüfuzlu adam kimi təqdim etdiyini deyib. Sitat: “Sehran deyirdi ki, özü də bu işə pul qoyub yaxşı qazanc əldə edir. Guya Aleksis adlı bir şəxsin rəhbərliyi altında malların həm daşınmasını, həm də Türkiyə, Azərbaycan və Avropa ölkələrində satışını təşkil edirdi. Abbası bizə özünün şəriki kimi təqdim etmişdi. Bəhruz və onunla əlbir olan şəxslər mənimlə qardaşım Mübarizin 153 min manatını dələduzluqla ələ keçirdilər. Hər ikimizə külli miqdarda ziyan dəyib”.

    Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız B.Muradov həbsdədir, digər iki nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

  • В Баку открылся летний Фестиваль еды – две недели объедения!

    В древней части Баку – Ичери шехер, около ворот Гоша гала, сегодня открылся самый крупный летний Фестиваль еды, который продлится до 1 июля, передаёт Median.Az со ссылкой на Trend Life.

    Baku Summer Food Fest организован кулинарным проектом Meal for Real при поддержке Управления Государственного историко-архитектурного заповедника “Ичеришехер”. Это третий Фестиваль еды – в 2017 году Meal for Real с большим успехом провел Baku Street Food Festival и Baku Sweet November.

    Фестиваль еды вновь вызвал большой интерес бакинцев и зарубежных гостей, которые пришли сюда за атмосферой отдыха, развлечений и вкусной едой. Ежедневно с 11:00 до 23:00 около тридцати ресторанов и кафе столицы представляют не только любимые блюда, но и специальное меню для гостей. Одна из главных фишек – это доступные цены. Например, если блюдо в обычное время стоит 20 манат, то здесь его “стрит-фуд” версия обойдется вам всего лишь в 5 манат. При этом, все рестораны строго соблюдают высокий уровень качества и безопасности еды.

    В программе фестиваля также организованы различные викторины, мастер-классы, дегустации, развлечения для детей, а также соответствующая атмосфере музыка и марафон из лучших диджейских сетов страны, тематические вечера – Indian Night, Jazz Night, Voice of Summer Food Fest и т.д. Именно благодаря разнообразию развлечений, на фестивале будет весело как детям, так и их родителям. Здесь также представлена выставка различных блюд, продажа продуктов и сувениров. Baku Summer Food Fest – это островок, где каждый ощущает себя будто он в отпуске, или на отдыхе за рубежом, вне зависимости от того, пришел ли он на час, или провел здесь весь вечер. Все это придаст в течение двух недель ощущения беспрерывного праздника!

    Вход на территорию фестиваля – свободный. Главная цель организаторов показать, что уличная еда – не просто быстрый перекус, это целая культура, которая открывает дверь в мир новых вкусов и ощущений.

  • Палата: Информация о Günay Bank безосновательна

    Палата по надзору за финансовыми рынками (ПНФР) внесла ясность в распространенную в печати информацию о присвоении экс-заместителем председателя правления ОАО Günay Bank Эмилем Зейналовым 100 миллионов манатов и его выезде из страны.

    Как передает Median.Az, об этом сообщил Report пресс-секретарь организации Эльшан Аллахвердиев.

    «В соответствии с графиком сотрудники Палаты более месяца проводят проверки в Günay Bank, и фактов выноса из банка крупной суммы денег выявлено не было. Деятельность Günay Bank», его финансовые показатели соответствуют нормативам, пруденциальным нормам», – отметил он.

  • Дизельгейт: задержан глава Audi

    Правоохранительные органы ФРГ задержали главу автоконцерна Audi Руперта Штадлера в связи с «дизельным скандалом».

    Об этом передает Median.Az со ссылкой наSüddeutsche Zeitung.

    «Мы можем подтвердить, что Штадлер был сегодня утром временно задержан. В настоящее время продолжается проверка обоснованности ареста», – сообщил газете представитель компании Audi.

    Несколько дней назад прокуратура города Мюнхен возбудила дело в отношении Штадлера по подозрению «в мошенничестве и опосредованном подлоге». В квартире чиновника был проведен обыск.

    Напомним, в конце 2015 года Управление по защите окружающей среды США объявило результаты исследования, согласно которым концерн VW длительное время занижал данные о вредных веществах в автомобильных выхлопах.

    По мнению американской стороны, они были уменьшены в пять раз.

    Затем расследование провели во многих странах мира, в итоге компания согласилась выплатить $4,3 млрд штрафа.

    Шесть человек из руководства концерта были осуждены. Общие потери компании в результате «дизельгейта» оцениваются в €25 млрд.

    Позднее стало известно, что в скандале замешаны и другие немецкие автопроизводители.