Month: July 2018

  • Öldürülən süpürgəçi ilə bağlı şok təfərrüat: “O qədər kasıb idi ki…”

    Bakıda avtomobilin vuraraq öldürdüyü süpürgəçi ilə bağlı təfərrüatlar məlum olub.

    Median.Az xəbər verir ki, yenicag.az-ın əldə etdiyi məlumata görə, Telli Babayeva Yasamal rayon 22 saylı mənzil-kommunal istismar sahəsinin işçisi olub. Səhər küçəni süpürərkən arxadan gələn maşın onu vurub.

    Sözügedən qurumdan saytımıza bildirilib ki, qadın artıq dəfn olunub:

    “Telli Babayeva səhər saatlarında küçəni süpürərkən, arxadan gələn maşın onu vurub. Elə yerindəcə canını tapşırıb. 60 yaşı vardı. Həyat yoldaşı rəhmətə gedib. Övladı da yox idi. Onu bacısı oğlu və doğmaları dəfn edib. Həddən artıq imkansız qadın idi, tək yaşayırdı. O qədər kasıb idi ki, heç bilmirik, yas mərasimi olacaq, ya yox. Bacısı oğluna zəng etdik ki, yas mərasiminə gedək, o, bizimlə sərt danışdı”.

  • Ильхам Алиев назначил нового главу Архивного управления

    Распоряжением президента Ильхама Алиева Аскер Адиль оглу Расулов назначен начальником Национального архивного управления Азербайджана, передаёт Median.Az со ссылкой на официальный сайт главы государства.

    Отметим, что ранее А.Расулов занимал должность заместителя начальника Национального архивного управления.

  • Prezident İlham Əliyev Milli Arxiv İdarəsinə yeni rəis təyin edib

    Prezident İlham Əliyev Əsgər Rəsulovun Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Əsgər Adil oğlu Rəsulov Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi təyin edilsin.

  • Keçmiş arvadını şəkilə görə boğan şəxsin məhkəməsi keçirilib

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rahib Babayevin (1985-ci il təv.) CM-nin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir ki, ittiham aktına əsasən, bu il yanvarın 23-ü gecə saat 3 radələrində Suraxanı rayonu, Əmircan qəsəbəsi Hasil Bayramov küçəsi, 67 ünvanında Rahib Babayev keçmiş həyat yoldaşı Ülviyyə Orucəliyevanı (1992-ci il təv.) boğaraq öldürüb və hadisədən sonra könüllü Suraxanı RPİ 31-ci polis bölməsinə gələrək, təslim olub.

    İbtidai istintaqda iş üzrə bindirilmiş R.Babayev bildirib ki, 2 ildir ki Ülviyyədən ayrılıb, nigahlarında iki azyaşlı övladları var. Rəsmən boşansalar da, birgə yaşayıblar, hətta məhkəmənin təyin etdiyi alimenti də ödəyib.Onun sözlərinə görə, Orucəliyeva qabağını kəsərək “səni qoymayacam evlənəsən, qayıt yanıma” deyib. Rahib birtəhər onu sakitləşdirib, evə gətirib. Lakin orada Ülviyyə sakitləşməyib və onu təhqir etməyə başlayıb. Buna görə Babayev dözməyərək, onu əlləri ilə boğazından tutub, boğub.

    Məhkəmə prosesində təqsirləndirilən şəxs əməlindən peşman olduğunu vurğulayıb : “Şərəf və ləyaqətimi alçatdığı üçün bu cinayəti törətdim. Peşmanam, özümü, onu və uşqalatın həyatını məhv etdim”. Rahib Babayevin sözlərinə görə, Ülviyyə Orucəliyeva iki dəfə ona bıçaqla xəsarət yetirib : “Birinci dəfə evdə vurdu məni. Bıçağı atdı, o da gəldi ayağıma batdı. Sonra Binə qəsəbəsində kirayə ev tutdum, izlədi, yerimi tapdı. Yolda rastlaşanda sinəmdən zərbə endirdi”. Hadisə baş verən gecə uşaqlar artıq yatmışdı : “Ülviyyə mübahisə zamanı özüünə xəsarət yetirmək istədi, qollarını kəsməyə cəhd edəndə, imkan vermədim. Ağzından da tutdum ki, qışqırmasın. Sakitləşdirdim”.
    Babayev bildirib ki, növbəti mübahisələri gecə saat 3-də başlayıb. O yataqda yatanda Ülviyyə telefonla şəkilini çəkib, yeni ailə həyatı qurduğu qadının qardaşına göndərib : Ülviyyə şəkilin dalncı səs göndərib, dedi ki, Rahib mənim yanımdadır, sən gəl, bacını apar. Bundan bərk əsəbiləşdim. Qışqıra-qışqıra əllərimlə boğazından tutub, sıxdım”.

    Növbəti proses avqustun 7-nə təyin olunub.

  • Gəncə hadisələrinə görə həbs edilənlərdən bəzilərinin ADLARI

    Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar həbs edilmiş şəxslərdən bir neçəsinin adı məlum olub.

    Median.Az Report-a istinadən xəbər verir ki, bunlar Rauf Bayramov, Elşən Məmmədov, Urfan Məmmədov və Abbas Abbasovdur.

    Həmin şəxslərin barələrində ötən həftə həbs qətimkan tədbiri seçilib.

    Onların barəsində Cinayət Məcəlləsinin 120.2.7; 120.2.3; 120.2.11; 120.2.1; 120.2.10; 120.2.3; 120.2.10; 120.2.7; 120.2.11; 214.2.6; 220.1; 228.1; 228.4; 214.2.1; 214.2.3; 228.3; 234.1; 281.2; 277; 278.2 və 315.2-ci maddələri (ümumilikdə 21 maddə) ilə ittiham irəli sürülüb.

    Qeyd edək ki, Gəncə hadisələri iyulun 3-də və 10-da törədilib.

  • В Баку и регионах за совершение краж задержаны 7 человек

    Как сообщает Median.Az, cотрудники 22-го отделения полиции Насиминского РУП в ходе следственно-розыскных мер задержали жителя столицы, ранее судимого Вугара Алиева, который 16-го февраля этого года украл из кармана гражданина Угура Мамедова 100 манатов.

    Кроме этого, сотрудники 20-го отделения полиции Насиминского РУП задержали жителя столицы Фаика Ахмедова, который 11-го июля украл из дома 125 манатов, сотрудники 19-го отделения полиции Насиминского РУП задержали жителя Хачмазского района, несовершенолетнего Ф.Г, который 17-го марта украл из дома предметы быта, сотрудники 4-го отделения полиции Сумгайытского ГУП задержали жительницу города Т.Новрузову, которая работая служанкой в доме жителя города Расула Фазиль оглы похитила с января по апрель этого года 7500 манатов и золотые украшения на сумму 2000 манатов, сотрудники Управления Криминалистических расследований МВД и Ленкораньского РОП задержали жителя района Билала Вердиева, который 19-го июля украл у жителя района Н.Кязымлы мобильный телефон. В ходе разбирательства выяснилось, что он 5-го июля украл из двух автомобилей 500 манатов и магнитофон.
    Сотрудники Шекинского РОП задержали жителя города, ранее судимого Сеймура Аскерова, похитившего 28-го июля из кафе 198 манатов, сотрудники Нафталанского ГОП задержали жителя г.Барда, ранее судимого Сеймура Велиева, который 28-го июля украл из дома 70 манатов и золотые украшения.

    По фактам по статье 177 (кража) УК Азербайджана возбуждены уголовные дела.

  • Bakıda və regionlarda oğurluq törədən 7 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, bu il fevralın 16-da vətəndaş Uğur Məmmədovun cibindən 100 manat oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vüqar Əliyev saxlayıblar.

    Bundan başqa, Nəsimi RPİ 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən, bu il martın 17-də rayon ərazisindəki evlərin birindən paltaryuyan maşın oğurlayan Xaçmaz rayon sakini olan bir yeniyetmə saxlanılıb, Nəsimi RPİ 20-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 11-də evlərin birindən 125 manat oğurlayan Bakı şəhər sakini Faiq Əhmədovu saxlayıblar.

    Sumqayıt ŞPİ 4-cü polis bölməsinə müraciət edən şəhər sakini Rəsul Fazil oğlu, bu ilin ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manat pulun və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib. Keçirilən əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, oğurluğu həmin evdə xadimə işləyən T.Novruzova törədib. Dindirilərkən qadın bildirib ki, qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satıb.

    DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Lənkəran ŞRPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da N.Kazımlının mobil telefonunu oğurlayan rayon sakini Bilal Verdiyev saxlanılıb. Araşdırma zamanı, onun iyulun 5-də Lənkəran şəhəri ərazisindəki iki avtomobildən
    500 manat və maqnitofon oğurlaması müəyyən edilib.

    Şəki ŞRPŞ əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki kafelərin birindən 198 manat oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Əsgərovu saxlayıblar, Naftalan ŞPŞ-nin əməkdaşları tərəfindən iyulun 28-də şəhər ərazisindəki evlərin birindən 70 manat və qızıl əşyalar oğurlayan Bərdə şəhər sakini, əvvəllər məhkum olunmuş Seymur Vəliyev saxlanılıb.

    Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.

  • В бакинском метро машинист открыл двери, не доехав до станции – ВИДЕО

    Машинист ЗАО «Бакинский метрополитен» остановил поезд для высадки и посадки пассажиров, не доехав до станции.

    Как передает Median.Az, подтвердивший Report информацию руководитель пресс-службы ЗАО Бахтияр Мамедов сказал, что в отношении машиниста начато расследование.

    «Инцидент произошел сегодня утром в 08:29 в двигающемся по направлению станции метро «Ичеришехер» поезде №6. Машинист остановил поезд до приезда на станцию. Инцидент анализируется, машинист будет приглашен для объяснения ситуации. В ближайшее время в связи с инцидентом будет принято окончательное решение», – заявил Б.Мамедов.

    Отметим, что сегодня утром на станции метро «28 мая» поезд остановился, не доехав до станции. В это время ввиду нахождения последнего вагона в туннеле защитные барьеры прикрыли двери и пассажиры столкнулись с трудностями по высадке и посадке.

  • Fədayə Laçın “Qoca”nı qaçırmasının BÜTÜN SİRLƏRİNİ AÇDI – ŞOK İFADƏ

    Bakıda məhbusların qaçmasına köməklik göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.

    Publika.az-ın məlumatına görə, Fədayə Laçın prokurorluqda verdiyi ifadəsində kriminal aləmdə nüfuza malik olan “Qoca” ləqəbli Etibar Məmmədovun Ali Ağami ilə birlikdə 23 oktyabr 2017-ci ildə “Bakı-Astara-Bakı” planlı dəmir yol qarovlunun mühafizəsi altında qaçmasına köməklik etmədiyini, bu məqsədlə ona vaqonun pəncərəsini açmaq təyinatlı xüsusi üçkünc açar tapıb göndərmədiyini deyib. Xüsusilə təqsirləndirilən Aqil Nəcəfov Fədayə Laçın ilə üzləşdirilərkən onun əməlini üzünə qarşı deməsindən sonra cinayət əməlini etiraf edib.

    O bildirib ki, 1995-ci ilin fevral ayından el şənliklərinə, toylara gedərək müğənniliklə məşğul olub: “Etibar Məmmədovu 2013-cü ildən tanıyıram. Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Həmin zaman Etibarı tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam”.

    Fədayə Laçının ifadəsinə görə, təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarından adı yadında qalmayan şəxs ona Hacıqabul rayonunda bir nəfərin ad günün də 1-2 saatlıq oxumağı təklif edib: “Həmin müğənni yoldaşımın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Məni şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisdə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadəmdə olan mobil nömrəmi ona verdim. Aradan təxminən 10 gün keçəndən sonra mənə vatsapda mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən”, – məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda “Salam Etibar, necəsən dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.

    2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan Fədayə Laçın bildirib ki, həmin ilin noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli şəxslə və “Tahir Maqa” ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefon vasitəsi ilə danışmağa başladı”.

    Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə Etibarla görüşüb, həmin görüşə tək gedib. Qeyd edib ki, iyulun 29-da Lerik rayonunda konsertdə olan zaman Etibarın iyulun 2-də qatarla Lənkərana gəlcəyi ona məlum idi: “2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi söylədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər məni bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq”.

    Fədayə Laçın bildirib ki, arada Etibar yenə də ona zəng edib, telefonla ünsiyyət saxlayıb: “2017-ci ilin avqustunda Etibar Məmmədov mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibar Məmmədovun hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsi dəmirbarmaqlı olub və pəncərədə pərdə olub. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aid olub. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

    Fədayə Laçının sözlərinə görə, təxminən sentyabr ayında ona Etibarın Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: “Aqil telefonu konfrans edərək Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum. Etibar mənə dedi ki, dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açar taparaq onun dostu Aqilə verim. Məsələ burasında idi ki, Etibar Məmmədov bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işləməsini bilirdi. Etibarın bu istəyini icra edəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar Vatsap vasitəsi ilə mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət mənimlə küsdü və danışmadı”.

    Fədayə Laçın deyib ki, Etibar Məmmədov istintaq təcridxanasından ona zəng edib və açarı tapıb-tapmaması ilə maraqlanıb: “Dedim ki, açar bir nəfər adım da var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil zəng edib. Aqilin mobil telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

    Fədayə Laçın bildirib ki, açar barədə bacısı Telliyə deyib və qıfıl açmaq üçün həmin açar tanışlarından birinə lazımdır. Onun ifadəsinə görə, Tellidə bu barədə tanışları ilə maraqlanacağını, ona xəbər verəcəyini deyib. Fədayə Laçının ifadəsinə görə, bir neçə gün sonra bacısı Telli ona açarın tanışı Ədalət adlı şəxsdə olduğunu, ondan götürə biləcəyini deyib.

    Fədayə Laçın bildirib ki, Etibar Məmmədov bir neçə gün sonra həmin açarla qatardan qaçmaqda istifadə edib: “Bundan sonra telefonumun yaddaşından Etibar Məmmədovla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bildirmək istəyirəm ki, bacım Tellinin Etibarın qaçması planlından xəbəri olmayıb”.

  • Владелец аптеки осужден на 6 лет

    В Бакинском суде по тяжким преступлениям завершилось рассмотрение уголовного дела в отношении жителя столицы Рашада Абиева, обвиняемого по статье 240.3.2 (незаконный оборот сильнодействующих или ядовитых веществ в целях сбыта в крупном размере) УК Азербайджана.

    Как сообщает Median.Az, Р.Абиев был задержан сотрудниками полиции в аптеке на территории Насиминского района. Во время обыска в аптеке были обнаружены сильнодействующие препараты в крупном размере. 

    Суд приговорил обвиняемого к 6 годам лишения свободы.