Month: July 2018

  • Ailəsindən Milli Qəhrəmanın məzarının dağıdılmasına – MÜNASİBƏT

    Atamın qəbrinin ermənilər tərəfindən dağıdılması xəbəri yalnışdır.

    Bunu oxu.az-a açıqlamasında Milli Qəhrəman Allahverdi Bağırovun qızı Zümrüd Bağırova bildirib.

    Onun sözlərinə görə, atasının məzarı Ağdamdadır:

    “Sosial şəbəkələrdə videosu yayılan qəbir daşı atama məxsus deyil. Atamın qəbri Şuşada deyil. Dəmir bir məhəccərin üstünə kağızdan şəkli qoyulmuşdu. O vaxtdan Ağdamdan qəbirləri götürməyə icazə verilmirdi.

    Deyirdilər ki, ora şəhidlərdən ibarətdir və hamısı oradadır. Şəhidlərin ailəsinə qəbrin götürülməsi üçün icazə verilmirdi. O vaxt atamın qəbrinin üstünə beton tökdülər. Orada heç vaxt mərmərdən daş olmayıb. Bu cür həqiqətə uyğun olmayan xəbərlərin yayılmasına necə icazə verilir?”

    Zümrüd Bağırova qeyd edib ki, yayılan xəbərdə Razmik adlı erməninin adı keçir:

    “Halbuki, o erməninin adı Razmik deyil. Bütün bunların hamısını çox yaxşı xatırlayıram. Xahiş edirəm ki, bu cür yanlış məlumatlar yaymasınlar. Bizim hansı hisslər keçirdiyimizi anlasınlar”.

    Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun qəbir daşı ermənilər tərəfindən dağıdılıb. Bu barədə məlumatı ermənişünas İsmayıl Tanrıverdi də “Facebook” səhifəsində yazıb.

    Guya bir qrup erməni Allahverdi Bağırovun qəbir daşını Xankəndi şəhərinin mərkəzinə aparıb və paramparça ediblər.

  • Тяжелая авария на дороге Баку-Сумгайыт – ВИДЕО

    На дороге Баку-Сумгайыт на территории поселка Джейранбатан произошло дорожно-транспортное происшествие.

    Пассажирский автобус столкнулся с легковым автомобилем. После столкновения автобус врезался в железное ограждение.

    О погибших и пострадавших пока не сообщается.

  • Bakı-Sumqayıt yolunda ağır qəza – VİDEO

    Bakı-Sumqayıt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

    Qəza Sumqayıtın Ceyranbatan qəsəbəsində qeydə alınıb.

    Hadisə zamanı sərnişin avtobusu avtomobillə toqquşub. Toqquşmadan sonra avtobus dəmir arakəsmələrə çırpılıb.

    Ölən və xəsarət alanlarla bağlı hələlik heç bir məlumat yoxdur.

  • Крупный пожар в Сочи: погибли выходцы из СНГ

    Рано утром в понедельник, 30 июля, в строениях на улице Просвещения, 81, в Адлере (район города Сочи, Краснодарский край РФ) произошел пожар, в результате которого погибли не менее восьми человек.

    Как передает Median.Az со ссылкой на ТАСС, по предварительным данным, все погибшие были выходцами из разных стран СНГ, работавшими в Сочи.

    Также в больницу доставлены трое пострадавших в результате этого пожара.

    Площадь пожара составила около 300 метров. В ликвидации пожара были задействованы 62 человека, 19 единиц техники.

    Причиной пожара мог стать незатушенный мангал.

  • Драка на бакинском пляже между мужчинами и женщинами – ВИДЕО

    На пляже «Гызылгум» в поселке Пиршаги Сабунчинского района мужчины напали на женщин.

    По словам очевидцев, женщины хотели позагорать на морском песке, однако сотрудники близлежащего ресторана попытались воспрепятствовать им.

    Как сообщается, у женщин потребовали 15 манатов за пользование песком.

    Женщины обратились в полицию.

  • Bakıda çimərlikdə biabırçılıq: sərxoş kişilər qadınlara hücum çəkdi – VİDEO

    Çimərlikdə istirahət etmək istəyən qadınlar hücuma məruz qalıb.

    Median.Az femida.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Qızılqum” çimərliyində baş verib.

    Ərazidə qumluq sahədən istifadə etmək istəyən vətəndaşlar orada fəaliyyət göstərən restoran əməkdaşlarının hücumuna məruz qalıb. Hücuma məruz qalan Rusiya vətəndaşı Gülzar Antonova bildirib ki, qumluq sahədən istifadə etmək üçün onlardan bir nəfər üçün 15 manat ödəniş tələb olunub:

    “Bizə dedilər ki, çimərlikdən və dənizdən istifadə etmək ödənişlidir. Biz isə onların təklif etdiyi masada əyləşməkdən imtina etdik. Özümüz dənizin kənarında, qumluq sahədə əyləşdik. Bu zaman orada restoran fəaliyyəti ilə məşğul olan şəxslər bizə dedilər ki, onların stolunun kölgəsi düşən ərazidə oturmayaq. Bizi nalayiq söyüşlərlə təhqir etdilər. Dedilər, bu ərazilər bizimdir. Bizə hücum çəkib, ərazidən çıxarmağa çalışdılar. Ətrafdakı insanlar bizi onların hücumlarından qorudu.”

    Gülzar Antonova hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyini də bildirib.

    Çimərlikdə baş verən həmin hadisənin görüntülərini təqdim edirik:

  • Ильхам Алиев принял спецпредставителя ЕС

    Президент Азербайджанской Республики Ильхам Алиев 30 июля принял делегацию во главе со специальным представителем Европейского Союза по Южному Кавказу и кризису в Грузии Тойво Клааром.

    Об этом сообщила пресс-служба президента.

  • İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

    Prezident İlham Əliyev iyulun 30-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

  • Новруз Мамедов отговорил мужчину от самоубийства – ВИДЕО

    Премьер-министр Азербайджана Новруз Мамедов отговорил мужчину от суицида на мосту около станции метро «Кероглу».

    Согласно информации, мужчина поднялся на мост утром в 07:30.

    Он решился на такой шаг после того, как жена заявила, что хочет развода.

    Прибывшие на место происшествия сотрудники МЧС около часа отговаривали его.

    Как пишет Musavat.com, в это время премьер-министр страны Новруз Мамедов ехал на служебной машине по проспекту Гейдара Алиева.

    Н.Мамедов остановил автомобиль и поинтересовался происшествием.

    Отмечается, что премьер-министр позвонил мужчине, который пытался совершить самоубийство, и отговорил его.

    Далее на место происшествия была приглашена супруга мужчины, из-за которой он решился на такой шаг.

  • Novruz Məmmədov intihar etmək istəyən kişini fikrindən daşındırdı – VİDEO

    Bakıda intihar edən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırıb.

    Məlumata görə, bir nəfər səhər 07:30 radələrində intihar məqsədilə körpüyə çıxıb.

    O, həyat yoldaşının ondan boşanmaq istəməsinə etiraz olaraq intihar etmək istəyirmiş.

    Hadisə yerinə gələn FHN və polis əməkdaşlarının həmin şəxslə danışıqları təxminən bir saata yaxın davam edib.

    Musavat.com yazır ki, həmin vaxt baş nazir Novruz Məmmədov Heydər Əliyev prospektində xidməti maşınında hərəkətdə olub. Baş nazir avtomobilini saxlatdıraraq hadisə ilə maraqlanıb.

    İntihar edən şəxslə baş nazir arasında telefon danışığı olub. N.Məmmədovun həmin şəxsi fikrindən daşındırdığı bildirilir.

    Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı dəvət edilib.