Month: July 2018

  • Kürdəmirdə “Ford Tranzit” aşıb, sürücü ölüb

    Median.Az xəbər verir ki, Kürdəmir şəhəri ərazisində rayon sakini Elnur Alıyevin idarə etdiyi “Ford Tranzit” markalı aşıb.

    Nəticədə sürücü hadisə yerində keçinib.

    Kürdəmir RPŞ-nə faktla bağlı araşdırma aparılır.

  • Vaqif Əsədov işgəncə görüntüsündən danışdı – VIDEO

    “Qazel” markalı avtomobilin inəyi maşının arxasına bağlayaraq, sürmək yol hərəkəti qaydalarının pozulmasıdır. Həmin şəxsin törətdiyi xəta ilə bağlı inzitabi məsuliyyət nəzərdə tutulub.

    Bu sözləri Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Yasamal rayonunda inəyi hərəkətdə olan maşının arxasına bağlayaraq, işgəncə verən sürücü haqqında danışarkən deyib. O bildirib ki, bu cür hallarda sürücülərlə bağlı araşdırmalar aparılır:

    “Əvvəlcə araşdırma aparılaraq, sürücü aşkarlanır və ondan izahat alınır. Bundan sonra sürücünün törətdiyi xəta ilə bağlı tədbirlər görülür. Ümumiyyətlə, heyvanlara bu cür zorakılıq əməli yolverilməzdir. Bir müddət əvvəl də buna oxşar hadisə baş vermişdi. Onda da “Qazel” markalı avtomobil iti maşına bağlayaraq sürmüşdü. Bunla əlaqədar tədbirlər də görüldü”.

    Qeyd edək ki, “Bizim yol” qəzeti Yasamal rayonunda 10 LO 913 dövlət nömrə nişanlı “Qazel” markalı avtomobil sürücüsünün inəyi maşının arxasına bağlayaraq sürməsinin görüntüsünü yayıb. Sürücünün əməli sosial şəbəkələrdə kəskin tənqid olunub.

  • Binanın blokunda iki qadını bıçaqlayan quldura hökm oxunub

    Bakı Ağır Cinayətlər Məhkəməsində Lənkəran şəhər sakini Şəhriyar Əlizadənin CM-nin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Median.Az xəbər verir ki, ötən il avqustun 30-da Qara Qarayev prospektindəki yaşayış evlərindən birinin girişində naməlum şəxs və ya şəxslər Bakı şəhər sakinləri Vüsalə Salmanova və Elnarə Mikayılovanı bıçaqlayıblar. Zərərçəkənlər ağır vəziyyətdə 3 saylı kliniki xəstəxanaya çatdırılıblar, onların həyatlarını həkimlər xilas ediblər. Həmin gün Nizami RPİ 25-ci polis bölməsinin əməkdaşları isti izlərlə şübhəli şəxs qismində Şəhriyar Əlizadəni saxlayıblar.

    Araşdırma zamanı qeyd edilən cinayətlərin törədilməsində Ş.Əlizadə ilə birlikdə qeyri-rəsmi nigahda yaşayan və zərərşəkənlərin rəfiqəsi olan Elyanora Osmanovanın da iştirak etdiyi məlum olub. Keçirilən əlavə tədbirlər nəticəsində E.Osmanova da saxlanılıb. Lakin istintaqın gedişatında o iş üzrə şahid kimi tanınıb və sərbəst buraxılıb. Məlum olub ki, qadınlar eyni barda işləyirlər.

    Şəhriyar Əlizadə barəsində ilkin olaraq CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, lakin sonra onun əməli CM-nin 181.3.3-cü maddəsinə tövsif olunub.

    Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

  • В ДТП в Гейгельском районе погиб 1, получили травмы 3 человека

    Как сообщает Median.Az, на территории села Гызылджа столкнулись автомобили марки “ВАЗ 21015”, управляемый жителем г.Дашкесан Джейхун Алиевым и “ВАЗ 2107”, управляемый жителем г.Гянджа Ровшан Вердиевым. В результате дтп два пассажира “ВАЗ 21015”, а также водитель “ВАЗ 2107” и один его пассажир с травмами различной степени тяжести были помещены в Центральную районную больницу. 

    Несмотря на предпринятые врачами медецинские меры пассажир “ВАЗ 2107” – В.Вердиева скончалась.

    В РОП по факту ведется расследование. 

  • Göygöldə avtoqəza zamanı 1 nəfər ölüb, daha 3 yaralanıb

    Median.Az xəbər verir ki, Göygöl rayonunun Qızılca kəndi ərazisində Daşkəsən rayon sakini Ceyhun Əliyevin idarə etdiyi “VAZ 21015” və Gəncə şəhər sakini Rövşən Verdiyevin idarə etdiyi “VAZ 2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində C.Əliyevin iki sərnişini, habelə R.Verdiyev və onun bir sərnişini xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Göstərilən tibbi yardımlara baxmayaraq “VAZ 2107” markalı avtomaşının sərnişini V.Verdiyeva orada keçinib.

    Göygöl RPŞ-də araşdırma aparılır.

  • “Yunis Səfərov terror cəhdindən az əvvəl…” Mir Şahindən Elmar Vəliyevin vurulmasına münasibət

    …Qaranlıqlar çəkilir və yavaş-yavaş hər şey aydınlaşır. Gəncə İcra Hakimiyyətininbaşçısı, yüksək vəzifəli dövlət nümayəndəsi Elmar Vəliyevə Yunis Səfərovun atəş açmasını ilk dəfə olaraq terror aktı kimi qiymətləndirən deyəsən real olaraq biz idik.

    Ona görə ki, hadisənin bütün əlamətləri buna dəlalət edirdi. Və biz iyulun 4-də, fövqəladə buraxılışımızda yaxın tariximizin Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qətllərini də təsadüfən xatırlatmamışdıq.

    Əlbəttə, Azərbaycanın hüquq mühafizə orqanları həm bu terror aktını, həm də Mingəçevir İstilik Elektrik Stansiyasında, onun ətrafında baş verən qaranlıq hadisələri ciddi araşdırır. Nəticələr barədə yəqin ki, yeni məlumatlar da olacaq. Amma hər bir təhlilçi kimi mənim də fərziyyə irəli sürmək haqqım var və elə buna görə də hesab etməyə bilərəm ki, İstilik Elektrik Stansiyasında baş vermiş olay qəzadır, ya da yalnız qəzadır.

    Qaranlıq çox tünddür. Yanğından, partlayışdan sonra ortada tüstü, duman da var. Məsələn, günlərin bir günü məlum olsa ki, Yunis Səfərov terror cəhdindən az əvvəl bulanıq Mingəçevir dənizində balıq tuturmuş, buna qətiyyən təəccüblənmərəm.

    Çünki əvvəla Mingəçevir Gəncədən məsafə etibarilə çox uzaqda deyil. Terror texnologiyası və terrorçu təfəkkürü isə diqqəti yayındırmaq məqsədilə eyni gündə bir neçə aktın həyata keçirilməsini istisna etmir, bir sıra hallarda isə hətta zərurətə çevirir. Mən bu ehtimalı istisna etmirəm.

    Bəli, Mingəçevir istilik elektrik stansiyasında texniki vəziyyət yarıtmazdır, istehsalat mühiti əlverişsizdir. Amma burda olduğum müddətdə anladım ki, bu çox böyük, strateji sahə, nəhəng işıq tarlamız ən yaxşı və ən etibarlı mühafizə edilmir. Və bu etibarsız avadanlıqlar kənar müdaxilə ilə də partlaya bilərdilər.

    Doğrudur, mən o iddiada da deyiləm ki, kimsə həmin əraziyə qumbara atıb. Amma həssas suallar var. Məsələn, iyul ayının 5-də, səhər tezdən baş vermiş üçüncü yanğının təsvirləri o saat telefona çəkilir və dərhal da sosial mediyaya ötürülür.

    Çox asan bir şəkildə. Sonradan öyrəndim ki, çəkiliş bayırdan, mühafizə olunmayan ərazidən, amma hasarın dibindən, yanan transfarmatora ən yaxın nöqtədən aparılıb.

    Yaxşı, tutaq ki, çəkilişi aparan kəs heç pis niyyətli birisi, vətənini, anasını bir ərəb dürməyinə, fars çilovuna təklif edən vələduzna deyil, sadəcə bir maraqcıldır, görüb yanır, çəkib və qoyub “facebook”a.

    Bəs, telefonu başqa bir qurğu əvəz edərsə. Axı Yunis Səfərovun Suriyada döyüş təlimi keçdiyi deyilir, onda belə çıxır ki, o, təlim düşərgələrində ən primitiv partlayıcı qurğuların hazırlanma üsullarına da, onların kənardan işə salınması tək adi mücahid vərdişlərinə də yiyələnə bilərdi.

    Təkrar edirəm, istintaq araşdırması davam edir, müstəntiqlər işləyirlər, hər şey tezliklə tam aydınlaşacaq və bəlkə də elə Yunisin Mingəçevirdə ömründə bir dəfə də olmadığı məlum olacaq. 

    Amma ehtiyatlı igidin anası ağlamaz. Bu fərziyyəni də yoxlamaq olar, çünki hadisələrin bir-birinə parketvari bağlanması, işıqların bütün ölkədə keçməsi, təkrar qəzanın, məhz səbəbləri araşdıran komissiyanın iclası davam edərkən baş verməsi, Gəncə İcra Hakimiyyəti başçısına terrorun məhz ikinci qəza ilə təxminən eyni vaxtda törədilməsi, özü də bu olayların Azərbaycan polisinin 100 illik yubiley günlərinə düşməsi məndən ötrü adi təsadüf zənciri deyil.

    Onu da nəzərə alaq ki, hadisənin ilk günündən müxtəlif mülahizələr səslənib. Yunisin anasının Rusiyanın xüsusi xidmət orqanlarına işlədiyini deyən də olub, bu faktın dini ekstremizm anlayışı ilə heç bir bağlılığının olmadığını söyləyənlər də.

    Hakimiyyət nümayəndəsinə açılan atəşdə təxribat və terror ehtimalının olmasını qətiyyətlə rədd edənlər də olub, onu adi kriminal hadisə kimi şərh edənlər də. Özü də bu mülahizələri sıravi vətəndaşlar irəli sürməyib. Onlar hakimiyyətdə kifayət qədər yüksək və məlumatlı postlar tuturlar. Gördüyünüz kimi rəylər və fərziyyələr tez-tez dəyişir.

    Deməli yenə də dəyişə bilər. Onda niyə bizim fərziyyənin günəş, daha doğrusu qaranlıq altında yeri olmasın.

  • Презентовано новое видео на стихи Лейлы Алиевой (ВИДЕО)

    В YouTube презентован клип на новое стихотворение вице-президента Фонда Гейдара Алиева, главного редактора журнала Баку Лейлы Алиевой под названием «Прощание».

    Как сообщает Median.Az, режиссером видео является Сергей Ходаковский.  В качестве моделей в ролике выступила известная российская модель Вераника Бутакова и Андрей Юрченин. Стихи читает автор Лейла Алиева.

    Представляем нашим дорогим читателям возможность просмотреть и оценить новый клип одними из первых.

    С.П.

  • Polis Gəncədə əməliyyat keçirdi – Saxlanılan var

    Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə, silah və döyüş sursatı aşkar edilib.

    Median.Az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Gəncə Regional qrupundan verilən məlumata görə iyulun 7-də Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Hamlet Abdullayev saxlanılıb. Polis İdarəsində vətəndaşın üzərinə şəxsi baxış keçirilən zaman 2.689 qram çəkidə narkotik vasitə olan “heroin” aşkarlanaraq götürülüb.

    Davam edən əməliyyat-istintaq tədbirləri ilə saxlanılan şəxsin mənzilindən 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapanca, həmin tapançaya məxsus 8 ədəd patron və alışqanı ilə birlikdə 1 ədəd RQD-5 markalı əl qumbarası aşkar olunaraq götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Novxanıda piyadanı vurub, öldürən sürücü saxlanılıb

    Median.Az xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nurlan Müseyibovu saxlayıblar.

    Müəyyən edilib ki, iyulun 8-i saat 22 radələrində Novxanı kəndi ərazisində o, idarə etdiyi “Moskviç” markalı avtomobillə Naxçıvan şəhər sakini Rasim Cəfərovu vurub və hadisə yerindən qaçıb. Piyada hadisə yerində ölüb.

    RPİ İstintaq şöbəsində cinayət işi başlanılıb.

  • 26 yaşlı ana iki azyaşlı qızı ilə yoxa çıxdı – polis hər yerdə onları axtarır (VİDEO)

    Goranboyda ana iki qız övadını da götürərək evdən gedib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə 4 gün öncə rayonun Səfikürd kəndində baş verib.

    26 yaşlı Məmmədova Bəsti Kazım qızı günorta saatlarında 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən çıxıb. Yaxınları bütün qohum-əqrəbanı soraqlasa da, ana və uşaqlarını gördüm deyən olmayıb. 26 yaşlı gəlinin qayınanası Dursun Məmmədova övladlarından narahat olduğunu bildirir. Onlar günün isti vaxtı çıxdıqlarından kənd sakinlərindən də kimsə onları görməyib.

    B.Məmmədova və azyaşlı qızlarının itkin düşməsi barədə Goranboy Rayon Polis Şöbəsinə də müraciət edilib. Yaxınları 26 yaşlı B.Məmmədovanı və onun 2 qızını görənlərdən 070-915-94-35 (qayınanası Dursun Məmmədova), 050-390-84-80 (qayınatası Oqtay Məmmədov), 070-633-59-25 (gəlinin atası Kazım) nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.