Month: July 2018

  • Марадона извинился перед ФИФА

    Легендарный аргентинский футболист Диего Марадона в своем инстаграме извинился перед ФИФА за критику Марка Гейгера — американского судьи матча 1/8 финала чемпионата мира между командами Колумбии и Англии.

    Об этом передает Median.Az со ссылкой на «Советский спорт».

    Марадона высказал мнение, что арбитр из Соединенных Штатов поспособствовал выходу англичан в 1/4 финала мундиаля своими несправедливыми решениями.

    «На днях я сказал пару вещей, и я признаю, что некоторые из них были неприемлемы.

    Приношу свои извинения ФИФА и ее президенту. Я абсолютно уважаю работу судей», – написал Марадона.

    Основное и дополнительное время встречи завершилось вничью (1:1). Англичане победили колумбийскую сборную в серии пенальти со счетом 4:3.

  • За разбой в Хатаинском районе арестован житель Зангилана

    Как сообщает Median.Az, сотрудники 37-го отделения полиции Хатаинского РУП задержали жителя Зангиланского района, ранее судимого Ниджата Исмайылова, который как показало расследование 29-го июня совершил разбойное нападение на С.Дадашова, вследствии чего угрожая, отобрал у потерпевшего 115 манатов.

    В Следственном отделе Хатаинского РУП по статье 181 (разбой) УК Азербайджана возбуждено уголовное дело.

  • В Баку турок обогатил попрошайку

    Курьезный случай произошел в Баку с гражданином Турции.

    Как передает Median.Az, об этом Sputnik Азербайджан сообщили в Управлении полиции Сабаильского района.

    Заявление гражданина Турции Саима Арслана Юсифа, 1970 года рождения, потешило сотрудников 39-го отделения полиции района. Саим Арслан пожаловался на то, что лишился 200 манатов.

    По его словам, третьего июля в 04:20 он, находясь в состоянии легкого алкогольного опьянения, возвращался из ночного клуба по улице Хагани, когда возле здания номер 31 напоролся на попрошайку. Мужчина достал из кармана деньги, намереваясь дать попрошайке два маната, но вместо этого дал ему две 100-манатные банкноты. Обрадовавшийся такому навару, попрошайка тут же ретировался, пока иностранец не опомнился.

    Позднее Саим Арслан пересчитал свои деньги, понял, что он ошибся. Турок обратился за помощью в полицию, но вряд ли оперативники смогут помочь ему, ведь в действиях попрошайки состава преступления нет.

  • “Aquapark”da ölən şəxsin qardaşı danışdı – FOTO

    Dünən Novxanı qəsəbəsində yerləşən “Aquapark”da baş verən ölüm hadisəsi ilə bağlı yeni iddialar var.

    Hadisə zamanı vəfat edən Zamiq Nağıyevin qardaşı Nicat Nağıyev bildirib ki, dünən polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə təhlükəsizlik kameralarından hadisə anının görüntülərini izləyiblər: “Zamiq saat 13:36-da Aquaparka gəlib, hadisə isə 15:07-də baş verib. Atraksionun yuxarısında da, aşağısında da nəzarətçi yoxdur. Videodan görünür ki, Zamiq atraksionun aşağısında çimir, bu zaman atraksionun göy rəngli hissəsinin yuxarısından hələ ki şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Dərhal da kənara çəkilib gözləyir, 15:08-də Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxardır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər, əgər orada nəzarətçi olsaydı, Zamiqi onlar çıxarardılar. Zamiqi vuran şəxs isə kənarda dayanıb baxır və köməklik etmir. 15:16-da Zamiqi tibb məntəqəsinə aparıblar. Aquaparkın rəhbərliyi bildirdi ki, insanlar nəzarətçinin sözünə baxmır deyə daha nəzarətçi işlətmirlər”.

    N. Nağıyev qeyd edib ki, qardaşı Z. Nağıyevə qarşı oğurluq hadisəsi də baş verib: “Onun pul qabısı hadisə yerindən kənarda tapılıb, kimsə onun pulunu götürüb boş pul qabını tullayıb. Zamiqin heç bir xəstəliyi, qıcolması yoxdur. Meyiti morqdan aparanda gördük ki, boynunun arxasında və çiyninin yuxarı hissəsində göyərmə var, boynunun arxa sağ hissəsi şişib”.

    Qeyd edək ki, Z. Nağıyev evli olub, 5 yaşlı oğlu, 1 yaşlı qızı var. O, turizmlə məşğul olub və insanları turistik yerlərə aparmaqda xidmət göstərib. Həmin gün də qonaqlarını ora apardığı ehtimal edilir. Hazırda polis hadisəni törədən şəxsi axtarır. (Qafqazinfo)

  • “Elmara güllə atıblar, insanlar isə sevinir, hamısı ermənidir…” – İCRA BAŞÇISININ QARDAŞI DANIŞDI

    “Söz tapmıram, danışmağa, Elmara güllə atanı Milli Qəhrəman elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.

    Bu sözləri gununsesi.info-ya eksklüziv açıqlamasında sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev olaya münasibətində bildirib.

    Saytımıza açıqlamasında Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: “Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.

    Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: “Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.

    “Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi” sualına Şahmar Vəliyev “heç nə bilmirəm” deyə cavab verib.

  • Ölkəyə telefon gətirənlərə komitədən xəbərdarlıq

    Dövlət Gömrük Komitəsi tərəfindən xarici ölkələrdən sifariş edilən mobil telefonlarla bağlı aparılan araşdırma nəticəsində mövcud gömrük və vergi qanunvericiliyinin ciddi şəkildə pozulması halları müəyyən edilib.

    DGK-dan verilən məlumata görə, asan yolla qazanc əldə etmək istəyən bəzi şəxslər xarici ölkələrdə təsis etdikləri onlayn ticarət portalları vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının adına mobil telefonlar göndərir və ölkə ərazisinə gətirilən həmin telefonların daha sonra topdan və ya pərakəndə satışını təşkil edirlər.

    Aparılan araşdırma zamanı o da müəyyən edilib ki, bir çox hallarda sənədlərdə adı çəkilən şəxslər faktiki olaraq sifarişlərdən xəbərsizdir.

    Üstəlik gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki rəqəmlərin sifarişçinin bank hesabındakı rəqəmlərdən dəfələrlə aşağı olduğu aşkar edilib ki, bunun da məqsədi gömrük vergi və rüsumlarından yayınmaqdır.

    Digər tərəfdən gömrük orqanına təqdim olunan bəyannamələrdə malların tərkibi də düzgün göstərilmir.

    Qeyd edək ki, son bir ayda poçt göndərişləri vasitəsilə ölkə ərazisinə 30 minə qədər mobil telefon gətirilib ki, bunun da 25 mini Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən göndərilib. Əksər hallarda isə gömrük rəsmiləşdirilməsi üçün saxta invoyslar təqdim edilir.

    Poçt göndərişləri ilə bağlı yuxarıda sadalanan problemlərin aradan qaldırılması üçün aparılan araşdırmalar isə bəzi hallarda onlayn ticarətdən qanuni yollarla istifadə edən şəxslərin sifarişlərinin yubanmasına, vaxtında sahibinə təhvil verilməməsinə səbəb olur.

    Sifarişlərin çatdırılmasında baş verən geçikmələrin əsas səbəblərindən biri də “Azərpoçt” MMC tərəfindən yüklər barədə məlumatların əvvəlcədən elektron qaydada gömrük orqanlarına təqdim edilməməsidir. Bu da ölkəyə gətirilən yüklərin gömrük yoxlaması və rəsmiləşdirilməsi prosesini xeyli ləngidir. Belə ki, bu məlumatlar olmadığı üçün daxil olan yüklərin çeşidlənməsi, sifarişlərin mütəmadiliyinin yoxlanılması məqsədilə gömrük əməkdaşları bütün malların hər birinə tək-tək baxış keçirməli, daha sonra isə həmin məlumatları sistemə daxil etməlidir.

    Qeyd edək ki, hazırda gömrük orqanları tərəfindən aparılan araşdırmalar davam etdirilir və araşdırmaların sonunda gömrük qanunvericiliyinin tələblərinin kobud surətdə pozan hüquqi və fiziki şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunacaq.

  • Vergi müfəttişi iş başında dünyasını dəyişdi

    Sumqayıt şəhərində vergi müfəttişi iş başında dünyasını dəyişib.

    Median.Az Report-a istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonda 2 saylı Vergilər idarəsinin inzibati binasında baş verib.

    Belə ki, Sumqayıt şəhər sakini 38 yaşlı Səbuhi Zeynalov iş zamanı qəfildən keçinib. Onun ölüm səbəbi hələ ki, məlum deyil.

    Səbuhi Zeynalov Vergilər Nazirliyinin 2 saylı Sumqayıt Vergi idarəsində müfəttiş vəzifəsində çalışıb. Mərhumun üç azyaşlı övladı var.

    Faktla bağlı araşdırma aparılır.

  • «Bakıda dükanımı satıb, sarımsaq əkmişdim – 25 MİN ZƏRƏRDƏYƏM»

    Ötənilki «sarımsaq bumu» fermerləri böyük ziyana salıb

    Azərbaycanda sarımsağın qiymətindəki ötənilki bahalaşmadan sonra bu sahəyə axın edən fermerlərin əksəriyyəti zərərlə üzləşib.

    Bu barədə fed.az-a sarımsaq əkini ilə məşğul olan fermerlər bildirib.

    Göyçaydan olan fermer Xurşud Qasımovun FED.az-a verdiyi məlumata görə keçən il sarımsağın qiymətinin yüksək olması onu bu il sarımsaq əkməyə həvəsləndirmişdi. Xatırladaq ki, ötən il ölkədə həm sarımsağa tələbatın artması, həm də müəyyən qıtlığı nəticəsində qiymətlər həddən artıq yüksəlmiş və 5-6 manat, hətta bəzən 10 manata qalxmışdı.

    Bunları nəzərə alaraq bir neçə hektar sahədə sarımsaq əkən X.Qasımov təqribən 50 ton məhsul əldə etsə də, qiymətlərin kəskin azalması ona gözlədiyi gəliri gətirməyib: «Ötən il 5-6 manata satılan sarımsaq bu il məhsul bolluğu nəticəsində 80-90 qəpiyə düşüb».

    Yer gəlmişkən, ötən il sarımsağın qiyməti o qədər yüksək olub ki, hətta bu vaxta qədər kənd təsərrüfatı ilə məşğul olmayan adamlar da, sarımsaq əkməyə başlayıblar. Bunlardan biri İsmayılov İsmayıl sarımsağın yüksək qiymətini görərək bu sahəyə yatırım etməyi qərara alıb. O FED.az-a bildirib ki, bu məqsədlə Bakıda məşhur ticarıt mərkəzlərinin birindəki mağazasını satıb, eləcə də əlində olan vəsaitləri sərf edərək, Göyçayda 3 hektar ərazidə sarımsaq əkib. Buradan 20 tona yaxın məhsul əldə etsə də, İ.İsmayılov onu sata bilməyib: «İlk dəfə idi ki, bu sahə ilə məşğul olurdum, bundan əvvəl ticarətlə məşğul idim. Ötən il sarımsağın qiyməti yüksək idi – 3-10 manat arasında. Mən də qərara gəldim bu sahəyə yartırım edim. Amma məhsul yığımından sonra qiymətlərin kəkin azalması baş verib. Sarımsağın kiloqrammı 50 qəpik – 1,5 manatadək azalıb. Nəticədə iş adamı azı 25 min manat zərərə düşüb.

    İndi İ.İsmayılov ümidini Rusyadakı tanışlarına bağlayıb və sarımsaqları qonşu ölkəyə ixrac etmək hazzında düşünür. Yeri gəlmişkən Rusiyanın ayrı-ayrı əyalətlərində sarımsağın qiyməti 100-200 rubl və ya 2,5-5 manat arasında dəyişir.

    Göyçayda sarımsaq biznesində «yanan» iş adamlarının sayı az deyil, hətta 100 ton məhsul götürərək sata bilməyən sahibkarlar da var. Amma onlar geniş məlumat verməkdən imtin edirlər.

    Rayonda sarımsaq biznesidə baş verənlərdən icra hakimiyyətinin də xəbəri var. Göyçay Kənd Təsərrüfatı İdarəsinin əməkdaşı Elçin İsmayılov FED.az-a bildirib ki, problemi həll etmək üçün müəyyən tədbirlər görülür: «Rayonda tədarük,alqı-satqı məntəqələri vasitəsi ilə bu problemin aradan qaldırılması üçün müəyyən işlər həyata keçiilir».

    Fermerlərin əlində qalan sarımsaqların əsas alıcısı bir qədər əvvəl kənd təsərrüfatına dəstək məqsədilə yaradılan «Ərzaq Məhsullarının Tədarükü» ASC ola bilərdi. ASC-dən təsdəqliyiblər ki, burada fermerlərin məhsullarını dövlət ehtiyacları üçün almağa hazırdırlar. Belə ki, indii bu təşkilat 2 minə yaxın dövlət qurumunun ərzağa olan tələbatını ödəmək üçün yerli məhsul alır. Amma bunların arasında sarımsağın payı çox azdır.

    ASC-nin nümaynədəsi Nicat Nəsirov FED.az-a bildirib ki, sarımsağa dövlət tələbatı o qədər də böyük deyil və 2017-2018-ci il mövsümündə cəmi 48 ton olub: «Doğrudur, bu il üçün sifarişlər hələ toplanır və son rəqəm məlum deyil, amma çox güman ki, bu ilki, sifariş də ötənilkindən çox da fərqlənməyəcək».

  • Начался суд над женщиной, убившей и расчленившей топором подругу – ФОТО

    В Бакинском суде по тяжким преступлениям состоялось подготовительное заседание по уголовному делу в отношении жительницы столицы Ирины Горловой (1968-го года рождения), обвиняемой по статье 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью) УК Азербайджана.

    Как сообщает Median.Az, 16-го февраля этого года примерно в 9 часов утра на основании поступившей информации на проспекте Азадлыг, 28 в мусорных ящиках сотрудники 5-го отделения полиции Бинагадинского РУП обнаружили расчлененный труп женщины.

    В ходе оперативно-следственных мер проведенных сотрудниками Главного управления полиции (ГУП) г.Баку, Бинагадинского РУП и прокуратуры района выяснилось, что покойная – жительница поселка Бюль-Бюля Любовь Рагимова (1960-го года рождения).

    Cледствие установило, что 12-го февраля ранее судимая Ирина Горлова нанесла Любовь Рагимовой удары топором по голове. После того как женщина скончалась, Горлова разрубила ее, поместила их в сумки и выбросила в мусорный ящик в Бинагадинском районе.

    В ходе оперативных мер И.Горлова была задержана и передана следствию.

    На подготовительном заседании суд уточнил анкетные данные обвиняемой.

    Рассмотрение дела назначено на 9 июля.



  • Rəfiqəsini balta ilə hissələrə doğrayan qadının məhkəməsi başlayıb – FOTO

    Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İrina Qorlovanın (1968-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

    Median.Az xəbər verir ki, bu il fevralın 16-ı səhər saat 9 radələrində daxil olan məlumat əsasında Binəqədi RPİ-nin əməkdaşları Azadlıq prospekti, 28 ünvanında məişət tullantıları qutusunda hissələrə bölünmüş naməlum meyit aşkar ediblər.

    Hadisə yerinə və meyitə baxış zamanı müəyyən edilib ki, cəsəd qadın cinsiyyətinə aiddir və onun təxminən 50-60 yaşı olub.

    Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçiridikləri əməliyyat-istintaq tədbirləri ilə mərhumun, Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.

    Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ.Qorlova tutularaq, istintaqa təhvil verilib.

    Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İş üzrə baxış iyulun 9-na təyin edilib.