Month: July 2018

  • В Баку мужчина похитил свою жену

    В Баку мужчина похитил свою жену. Тревогу забили родственники женщины. В 9-е отделение полиции Сабаильского района обратился Салманов Фамиль Салман оглу, 1960 года рождения.

    По словам мужчины, его дочь, Нигяр Гусейнова, 1984 года рождения, находится в процессе развода – дело рассматривается в суде.

    Однако 27 июня она была похищена своим мужем Гусейновым Солтаном Рамиз оглу, 1981 года рождения.

    Бывший зять увез дочь в неизвестном направлении, отключил ее и свой мобильные телефоны и уже 6 дней, как от них нет никаких вестей. Родители опасаются, что мужчина может причинить их дочери зло.

    В настоящее время полиция взялась за поиски супругов. Следите за нашими дальнейшими публикациями.

  • В ДТП в поселке Гобустан погибли 2 человека

    Как сообщает Median.Az, в поселке Гобустан микроавтобус марки “Mercedes Sprinter”, управляемый Эльман Османовым врезался в каменное ограждение.

    В результате дтп пассажиры – жительница столицы Лютвана Талыблы и житель Гаджигабульского района Мансур Зейналов погибли на месте происшествия, еще один пассажир с травмами различной степени тяжести был доставлен в больницу.

    По факту ведется расследование.

  • Баку во мраке ночи: Как это было – ВИДЕО

    Минувшей ночью Баку и многие районы Азербайджана остались без света.

    Как передает Median.Az, Report подготовил видеоматериал об оставшемся без света Баку.

    Отметим, что причиной прекращения подачи электричества стала авария на Мингячевирской ТЭЦ »Азербайджан». В ночные часы правоохранительные органы перешли на усиленный режим работы.

    Сотрудники дорожной полиции регулировали движение на дорогах ввиду перебоев в работе светофоров. На водоочистных установках на Куре и в Джейранбатане была приостановлена очистка и раздача воды. Возникли проблемы и в деятельности Бакметрополитена. Возникшие проблемы устраняются.

  • «Спасибо»: сборная Японии убрала раздевалку после проигрыша от бельгийцев (ФОТО)

    Футболисты сборной Японии после вылета с чемпионата мира-2018 прибрались в раздевалке и оставили организаторам послание с благодарностью на русском языке. Об этом сообщает Median.Az со ссылкой на World of buzz.

    После игры японцы привели раздевалку в порядок и оставили на столе записку, в которой по-русски было написано: «Спасибо». Матч состоялся на стадионе Ростова-на-Дону.

    2 июля сборная Японии по ходу встречи вела со счетом 2:0, однако в итоге проиграла бельгийцам (2:3). Сборная Бельгии в четвертьфинале сыграет с командой Бразилии, победившей мексиканцев (2:0).

    Ранее японские болельщики убрали весь мусор с трибун стадиона в Саранске после матча группового этапа мундиаля с Колумбией. Репутацию чистоплотных фанатов японцы заслужили после чемпионата мира-2014 в Бразилии, когда они также приводили трибуны в порядок после матчей национальной команды.


  • Bakıda qan töküldü — Qadın onu təhqir edən məşuqunu bıçaqladı

    Sevgilisinin təhqirlərinə dözməyən qadın qan tökdü. Kişi ilə qadın arasında mübahisə qanla nəticələnib.

    Median.Az “ölkə.az”a istinadən xəbər verir ki, Binə südçülük sovxozunda yaşayan 1994-cü il təvəllüdlü Zeynalov Elçin Adil oğlu qeyri-rəsmi yaşadığı qadınla mübahisə edib.

    Mübahisə zamanı Şərifova Gülnaz İmaməli qızı ərinə bir neçə bıçaq zərbəsi vurub. Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırıdı.

    Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət məcəlləsinin 126.1 (qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. G.Şərifova isə 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Qadın izahatında ilkin səbəb kimi qeyri-rəsmi yaşadığı E.Zeynalovun onu tez-tez döyməsini və təhqir etməsini göstərib.

  • İki dostun həbsxana DƏHŞƏTİ – Gəncədə ŞOK HADİSƏ

    Gəncə şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Eldəniz Məmmədov 9 iyul 2017-ci il tarixdə, saat 08-də Gəncə şəhəri, Kəpəz rayonu, “Sərçə” bazarı adlanan ərazidə yerləşən yeməkxanada tanışları Fuad Kazımov və Ramin Orucovla birlikdə yemək yeyib, spirtli içki qəbul ediblər.

    “Türmədə atan hörmətsiz olub”

    Yeyib-içən dostlar daha sonra çay içməyə başlayıblar. Bu zaman Ramin Orucov Eldəniz Məmmədovun əvvəllər məhkumluq həyatı yaşamış atasının ünvanına xoşagəlməz sözlər danışıb.

    Ramin Orucov onun atasının cəza çəkmə müəssisəsində yaxşı ad çıxarmadığını, cəza çəkən şəxslər arasında hörmətsiz olduğunu və digər sözlər söyləyib.

    Hədə-qorxu və dava

    Ramin Orucovun bu kimi ifadələr işlətməsi səbəbindən Eldəniz Məmmədovla aralarında mübahisə yaranıb. Onlar bir-birinin ünvanına nalayiq sözlər və hədələr deyiblər.

    Daha sonra Raminlə Eldəniz dalaşmağa başlayıb. Dava zamanı Ramin Orucov eyni məzmunlu sözləri təkrar etməsi Eldəniz Məmmədovu özündən çıxarıb.

    Eldəniz Məmmədov Ramin Orucovun baş və sifət nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirib. Hadisə yerində olan Fuad Kazımov aralığa girib.

    Bir təpiklə törədilən qətl

    Fuad Kərimov Eldəniz Məmmədovu bayıra çıxarsa da, o, bir neçə dəqiqədən sonra çölə çıxan Ramin Orucovun təpiklə baş nahiyəsindən vurub.

    Eldəniz Məmmədovun atdığı təpik Ramin Orucovun bədənin də müxtəlif xəsarətlərlə nəticələnib. Baş verən hadisə zamanı Ramin Orucov vəfat edib.

    İstintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

    “Atamın ünvanına xoşagəlməz ifadələr işlətdi”

    Təqsirləndirilən şəxs qismində ifadə verən Eldəniz Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O deyib ki, “Sərçə bazarı” adlanan ərazidə tanışları Ramin Orucov və Fuad Kazımovla yeyib-içən zaman Ramin Orucov onun atasının ünvanına xoşagəlməz ifadələr işlədib: “Ramin Orucovun dediyinə görə, guya atam həbsxanada cəza çəkdiyi dövrlərdə hörmətsiz adam olub. Ramin bu ifadəni dəfələrlə təkrar etdi. Bu zaman aramızda mübahisə yarandı, mübahisə sonda faciəli hadisənin baş verməsi ilə nəticələndi”.

    11 il 6 ay cəza

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldəniz Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Hökmdən narazı qalan Eldəniz Məmmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.

    Hökm narazılıq yaratdı

    Həmçinin prokuror tərəfindən də apelyasiya protesti verilib. Prokuror Eldəniz Məmmədovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunmasını, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən yüksək həddə ona cəza verilməsini tələb edib.

    Eldəniz Məmmədovun şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elçin Xasməmmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

    Apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, həm prokurorun protesti, həm də təqsirləndirilən şəxsin şikayəti təmin olunmayıb.//publika.az

  • Daha bir həkim səhlənkarlığı: Əməliyyatdan sonra öldü

    Qazax Müalicə Diaqnostika Mərkəzində xəstə cərrahiyə əməliyyatından sonra dünyasını dəyişib.

    Bgün Ağstafa rayon Poylu kənd sakini, 1947-ci il təvəllüdlü Mustafayev Rüstəm Süleyman oğlu sağ ayağından əməliyyat olunub.

    Əməliyyatdan sonra xəstə narkozdan ayılmayıb və dünyasını dəyişib.

    Qeyd edək ki, iyunun 29-da M.Mustafayevin qohumu, Ağstafa rayonu, Poylu kənd sakini, 1954-cü il təvəllüdlü Dəmirova Natalya da Qazax Müalicə Diaqnostika Mərkəzində qarın yırtığından əməliyyat zamanı dünyasını dəyişib.

    Faktla bağlı araşdırma aparılır.//apa.az

  • Azərbaycanın ən böyük su anbarları təhlükədə – alimdən SOS (FOTO)

    Mingəçevir, Ceyranbatan, Şəmkir, Varvarada ciddi problemlər var; alim İbrahim Quliyev: “Baş verə biləcək qəza böyük sayda insan itkisi və dağıntıya səbəb ola bilər”

    “Hidrotexniki qurğular həm təhlükə potensiallı, həm də strateji obyektlər siyahısına daxil olduğundan onların təhlükəsiz istismarı son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ancaq araşdırmalar zamanı hidrotexniki qurğuların əksəriyyətinin vəziyyətinin qənaətbəxş olmadığı, bəzilərinin isə təhlükəli vəziyyətdə istismar olunduğu aşkar edilib”.

    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İbrahim Quliyev “Xalq qəzeti”ndə dərc olunan “Fövqəladə hallar atlasının hazırlanması günün tələbidir” başlıqlı məqaləsində yazıb.

    Yazıda qeyd olunur ki, 1983-cü ildə istifadəyə verilmiş Şəmkir hidroqovşağının qəza sutullayıcı qurğusunun beton konstruksiyalarının dağılması nəticəsində 2003-cü ildən indiyədək sutullayıcı qurğuda sızma prosesi davam edir: “Bu səbəbdən Şəmkir su anbarının imkanlarından tam şəkildə istifadə olunmur. Qeyd edək ki, sızmanın qarşısının alınması məqsəd ilə ”Azərenerji” ASC tərəfindən təmir-bərpa işləri aparılsa da, heç bir nəticə verməmişdir. Problemin bu şəkildə davam etməsi yaxın gələcəkdə bəndin torpağının yuyulmasına, onun özülünün zəifləməsinə, nəticədə bəndin dağılmasına səbəb ola bilər. Çoxsulu illərdə Şəmkir su anbarında daşqın sularını ötürmək üçün başqa qurğu mövcud deyildir. Hazırda istismara yararsız olan sutullayıcı qurğudan daşqın zamanı istifadə olunması həm Şəmkir su anbarının bəndi üçün, həm də Kür çayının aşağı axarında kaskad şəklində yerləşən Yenikənd, Mingəçevir və Varvara su anbarlarının torpaq bəndləri üçün böyük təhlükə yarada bilər ki, bu da ölkə səviyyəsində böyük fəlakətə səbəb ola bilər”.

    Yuxarı QarabaÄ kanalı ile ilgili görsel sonucu

    Alimin yazdığına görə, Yuxarı Qarabağ kanalının suqəbuledicisi və tunelin başlıq hissəsi potensial sürüşmə sahəsində yerləşir. Mingəçevir su anbarının kompleksinə daxil olan və Azərbaycan İstilik Elektrik Stansiyasını texniki su ilə təmin edən tuneldə də problemlər mövcuddur: “Qurğunun istismarı Mingəçevir su anbarına və bəndinə ciddi təsir edir, orada baş verə biləcək nasazlıq böyük fəsadlarla nəticələnəcək qəzaların yaranmasına səbəb ola bilər. Məlumdur ki, 1988, 2006-cı illərdə bu tunelin başlıq hissəsində sürüşmə baş verib. Sürüşmələrin təkrar baş verəcəyi təqdirdə tunelin su qəbuledicinin deformasiyaya uğraması nəticəsində su anbarında qısa bir zamanda su səviyyəsinin enməsi bəndin yuxarı yamacının dağılması ilə nəticələnə bilər.

    Torpaq bəndin təhlükəsizliyinə nəzarət etmək üçün bəndin nüvəsi ilə birbaşa əlaqəli olan nəzarət ölçü cihazlarının (pyezometrlərin) yararsız vəziyyətdə olması onlar vasitəsi ilə dəqiq ölçü işlərinin aparılması mümkün deyil”.

    Varvara su anbarı ile ilgili görsel sonucu

    Varvara su anbarı layihədə nəzərdə tutulmuş normadan artıq lillənmə nəticəsində öz funksiyasını demək olar ki, itirib:“Torpaq bəndlərdə filtrasiyanın artması və su sızmasının normadan dəfələrlə yüksək olması bəndin dağılmasına, sutullayıcının çıxışında yuyulma nəticəsində sudöyən qurğuda beton konstruksiyaların dağılmasına və daşqınlar zamanı fəlakətli qəzanın baş verməsinə səbəb ola bilər.

    Mingəçevir və Varvara su anbarlarında bəndin yuxarı yamacında beton üzlüklərin dağılması irihəcmli boşluqların yaranmasına səbəb olmuşdur və bu proses davam etməkdədir”.

    Ceyranbatan ile ilgili görsel sonucu

    Qeyd edilən problemlərin mövcud olması, su anbarlarının kaskad şəklində yerləşməsi, eləcə də Mingəçevir su anbarının yerləşdiyi ərazinin seysmo-tektonik xüsusiyyətləri bu su obyektlərinin təhlükəsizliyinin təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsini tələb edir: “Məlum olduğu kimi, keçmiş SSRİ dövründə Mingəçevir su anbarının hidrotexniki qurğularında Rusiyanın müxtəlif şirkətlərinin iştirakı ilə müvafiq qurumlar tərəfindən 5 ildən bir instrumental müayinə işləri aparılırdı. Sonuncu dəfə bu müayinə işləri Mingəçevir və Şəmkir su anbarlarının hidrotexniki qurğularında yalnız ”Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən 2009-cu ildə aparılmışdır”.

    Ceyranbatan su anbarının ətrafında 7 ədəd bəndin uzun müddət əsaslı təmir edilmədən istismar olunması nəticəsində onların dəmir-beton üzlüklərinin çox hissəsi dağılıb. Bu bəndlərin əksəriyyətində sızmalar müşahidə edilir:“Ceyranbatan su anbarının Bakı, Sumqayıt, Xırdalan şəhərlərinin və Abşeron rayonunun əhalisinin içməli su ilə təchiz etdiyini və onun dağıdıcı dalğasının təsir zonasında çoxlu sayda yaşayış binalarının, sənaye və sosial obyektlərin yerləşdiyini nəzərə alsaq, bu obyektdə baş verə biləcək qəza böyük sayda insan itkisi və dağıntıya səbəb ola bilər”.

    Qeyd olunan obyektlərdə bəzi hidrotexniki qurğular 50 ildən artıq istismar olunduğundan onların təhlükəsizliyinin təmin olunması üçün kompleks və çoxfaktorlu analizlərin və xüsusi tədqiqatların aparılması tələb olunur: “Bu tədqiqatların tərkibinə topo-geodezik, mühəndis-hidroqrafik, mühəndis-geoloji, hidrometeoroloji, mühəndis-geofiziki, seysmoloji və müxtəlif növ laborator analiz və sınaq işləri daxildir. Bu işlərlə yanaşı, layihə çərçivəsində hər obyekt üzrə müasir avadanlıqlardan istifadə edilərək batimetriya ölçmələrinin, aerofotoşəkil tədqiqatların, digər müayinələrin aparılması, həmçinin böyük həcmdə mövcud layihə sənədlərinin toplanması və təhlili vacibdir”.

    “Yeni Müsavat”

  • Более 100 волонтеров проходят тренинги перед фестивалем ЖАРА (ФОТО)

    Более 100 волонтёров проходят тренинги в преддверии международного фестиваля ЖАРА в Баку, который пройдет на берегу Каспия с 26 по 29 июля.

    До старта самого масштабного музыкального события года в Азербайджане остаются считанные дни. Подготовка к грандиозному событию идет полным ходом. В преддверии ежегодного международного фестиваля ЖАРА, компания Beat Group организовала тренинги для волонтеров. В тренингах приняли участие более 100 человек.


    “ЖАРА и в этом году поражает своим масштабом, количеством звезд, юбилейными и творческими вечерами! Каждый день мы проделываем огромное количество работы, чтобы подарить вам 4 незабываемых дня в Sea Breeze Baku! В настоящее время мы находимся в очень активной стадии подготовки к незабываемому празднику. Сейчас более 100 волонтёров проходят тренинги!”, – отмечается на странице фестиваля в Instagram.

    Руслан Алиев
    ФОТО: Instagram by @zharafest

  • Последствия блэкаута: Потребители потеряли до 20 миллионов манатов

    В ночь со второго на третье июля на крупнейшей электростанции Азербайджана произошла авария, в результате которой были полностью обесточены Баку и несколько регионов страны. По этой причине у многих граждан перегорела техника, кто-то лишился компьютера, кто-то холодильника, микроволновки и другой электротехники.

    Как заявил в беседе с Media.Az председатель Центра исследований устойчивого развития Нариман Агаев, из-за аварии на крупнейшей электростанции Азербайджана потребители понесли ущерб, не меньше, чем на 20 миллионов манатов. Дело в том, что в некоторых частях города произошли пожары.

    «У нас в подъезде взорвались лампочки», – сказал он.

    По его словам, граждане могут спокойно пожаловаться в Государственную службу по антимонопольной политике и защите прав потребителей при Министерстве экономики АР. Тем более, в этом случае что-либо доказывать не придется, поскольку причина всем известна. Единственное, что будет необходимо, так это провести экспертизу, чтобы доказать, что техника сгорела из-за перебоев с напряжением.

    Эксперт отметил, что такие ситуации в принципе случаются. Были случаи, когда Канада осталась на полдня без электричества. Что касается выхода из строя техники, то, по словам Агаева, это тоже случается довольно часто. Дело в том, что у каждого электроприбора должна быть установлена защита. Тут вина производителей. Кроме этого, потребители сами могут установить предохранители.

    «Остается непонятно только одно, почему пошла цепная реакция. Специалисты должны в этом разобраться. Во всех крупных городах есть резервные электролинии. В Баку их две, кроме этого, есть генераторы. Столица не должна была остаться без света. Поэтому этот вопрос необходимо расследовать», – заключил председатель Центра исследований устойчивого развития Нариман Агаев.//media.az