Month: July 2018

  • Арестован Роберт Кочарян – ОБНОВЛЕНО

    Суд в Ереване арестовал в пятницу экс-президента Армении Роберта Кочаряна по делу о разгоне акций протеста 1 марта 2008 года.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщил журналистам его адвокат Арам Орбелян.

    «Суд принял решение об аресте. Больше этого сказать не могу. Все остальное представим на завтрашней пресс-конференции», – сказал защитник.

    Другой адвокат Кочаряна – Рубен Саакян отметил, что пока не ясно, куда будет доставлен его подзащитный. Началась процедура оформления его передачи под юрисдикцию правоохранительных органов. Саакян отметил, что Кочарян спокойно воспринял решение суда.

    Сам Кочарян считает обвинения сфабрикованным политическим преследованием. По мнению экс-президента, это может быть связано с желанием нейтрализовать его участие в политических процессах в преддверии внеочередных парламентских выборов.

    * * * * 

    Вчера в Ереване был арестован второй президент Армении Роберт Кочарян.

    Как передает Median.Az, ранее ему было предъявлено обвинение в свержении Конституционного строя Армении.

    Об этом вчера вечером в четверг сообщила пресс-служба Специальной следственной службы Армении.

    «На основе достаточности доказательств, собранных в рамках предварительного следствия по уголовному делу о событиях 1-2 марта 2008 года, 26 июля 2018 года бывшему президенту Армении Роберту Кочаряну было предъявлено обвинение по первой части статьи №300.1 УК Армении за то, что он по предварительному сговору с иными лицами сверг Конституционный строй Республики Армения», – было сказано в сообщении.

  • “Fitch” Azərbaycan iqtisadiyyatının artım səbəblərini açıqladı

    Beynəlxalq reytinq agentliyi “Fitch” Azərbaycanda siyasi-sosial sabitliyin qorunub-saxlanacağını açıqlayıb.

    Median.Az agentliyə istinadən xəbər verir ki, qurum eyni zamanda xarici valyutada emitetin defoltunun uzunmüddətli reytinqini “BB+”, sabit səviyyəsində təsdiqləyib.

    Agentliyin proqnozuna görə, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin yüksək olması, qaz hasilatı, turizm və kənd təsərrüfatının inkişaf etməsi nəticəsində cari ildə 2 faiz artım nümayiş etdirəcək.

    O da bildirilir ki, Azərbaycanın makroiqtisadi sabitliyi inflyasiyanın cari ilin 5 ayında 3,2 faizə düşməsi fonunda yüksəlir. Qeyd edilir ki, 2017-ci ilin müvafiq dövründə bu rəqəm 12,9 faiz təşkil edirdi.

    Bank sektorunda dollarlaşmanın azaldığını vurğulayan agentlik bank depozitlərində dolların payının 2017-ci ilin sonundakı 67 faizdən 2018-ci ilin iyun ayının 1-nə 63 faizə, kreditlər üzrə isə 41 faizdən 39 faizə düşdüyünü irəli sürür.

    “Fitch” cari il üzrə tədiyyə balansının profisitinin ÜDM-in 6,4 faizinə yüksələcəyini proqnozlaşdırır:

    “Buna neftin yüksək qiyməti, “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşması, “Şah Dəniz” qaz-kondensat yatağının hazırlanmasının ikinci mərhələsi çərçivəsində hasil edilən karbohidrogen ehtiyatlarının ixracı təsir edəcək./oxu.az

  • İstirahət gününün hava proqnozu açıqlandı

    Azərbaycanda bazar gününə gözlənilən hava proqnozu açıqlanıb.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq.

    Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26°, gündüz 31-35° isti, Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı – 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

    Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

    Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

    Azərbaycanın rayonlarında sabah hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.

  • Страстный поцелуй Влада Соколовского и Риты Дакоты за кулисами фестиваля «Жара-2018» в Баку (ВИДЕО)

    Фестиваль «Жара-2018», который третий год проходит в столице Азербайджана оставил позади два из четырех дней музыкального праздника.

    По красной дорожке за первые два дня международного музыкального фестиваля прошло более 100 звезд российского, азербайджанского и зарубежного шоу-бизнеса. Однако, помимо сцены, шумных вечеринок after-party, у главного музыкального события, есть и закулисная жизнь. 

    На официальной странице телеканала zharatv в социальной сети Instagram размещено видео страстного поцелуя певца Влада Соколовского с супругой певицей Ритой Дакоты.
     
    «За кулисами фестиваля Влад Соколовский и Рита Дакота показали, что значит настоящая ЖАРА», – говорится в комментарии к нижеприведенному видеоролику.

    Р.А.

  • Ağır xəstə olan Əməkdar artistimizin son görüntüləri – FOTO

    Ağır xəstəlikdən əziyyət çəkən Əməkdar artist Həsənağa Sadıqova sənət yoldaşları baş çəkib.

    Onlar arasında Xalq artisti Ənvər Sadıqov, müğənnilər Hacı Nazim, Emil Bədəlov və başqa musiqiçilər də olub.

    Qeyd edək ki, Həsənağa Sadıqov onkoloji xəstəlikdən əziyyət çəkir. Xəstəlik ucbatından günü-gündən arıqlayan Həsənağa Sadıqov tanınmaz hala düşüb. Bir neçə gün öncə sənətçinin oğlu Elşən Sadıqov atasının müalicəsinin xaricdə mümkün olduğunu və bunun üçün köməyə ehtiyac olduğunu bildirib.


  • В Баку за разбойное нападение задержан житель столицы

    Как сообщает Median.Az, сотрудники 13-го отделения полиции Сабунчинского РУП в ходе оперативно-розыскных мер задержали жителя столицы, ранее судимого Кошабеи Мурадова, который накануне в поселке Бакиханова угрожая ножом жителю Гедабейского района Туралу Гусейнову, отобрал у потерпевшего 10 манатов.

    В Следственном отделе Сабунчинского РУП по статье 181.1 (разбой) УК Азербайджана возбуждено уголовное дело.

  • Sabunçu rayonunda quldurluq törədən şəhər sakini tutulub

    Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Köşəbəyi Muradovu saxlayıblar.

    Müəyyən edilib ki, ötən gün Bakıxanov qəsəbəsində K.Muradov Gədəbəy rayon sakini Tural Hüseynovu bıçaqla hədələyib, 10 manat pulunu alıb.

    Sabunçu RPİ İstintaq şöbəsində CM-nin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

  • Flora Kərimova Röya ilə münasibətlərindən danışdı – VİDEO

    Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var.

    Bu sözləri Xalq artisti Flora Kərimova Həmid Həmidovun “Youtube” kanalına verdiyi müsahibəsində deyib.

    Əfsanəvi sənətkar aparıcının “Röya ilə aranızda qalmaqal varmı?” sualına belə cavab verib:

    “Röya ilə nə konfliktim ola bilər ki? Bir qadın kimi ona, sadəcə, arzularım ola bilər ki, özünü belə aparmasın. Populyarlaşmaq üçün o, düz yol seçməyib. Bu yaxınlarda eşitdim ki, artıq heç kimlə qalmaqal etməyəcəyini deyib. Səbəb kimi oğul böyütdüyünü göstərib. Bəs illərdir ki, mən elə bunu demirdimmi?

    Onun sonuncu hərəkəti məni çilədən çıxardı. Guya ki, mən kiminsə acığına onunla münasibətlərimi korlamışam. Bu, elə həyasızcasına deyilmiş yalan idi ki, susa bilməzdim. Röya deyirdi ki, guya onunla mübahisəni piar üçün etmişəm. Ay qızım, ay nəvəm, ay sənə qurban olum, mənə bu yaşda nə piar?”

    Xatırladaq ki, bir neçə ay əvvəl Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı şou gündəmini zəbt etmişdi. Tərəflər biri-birinə qarşı ağır ittihamlar səsləndirmişdi. F.Kərimova Röya haqqında geniş tənqidi köşə yazmışdı.

  • Universitet seçimində nəzərə alınmalı yeddi vacib məqam

    İmtahanların başa çatması ilə bütün abituriyentlər üçün ixtisas seçimi mərhələsi başlayır.

    Universiteti və ixtisas seçimi gələcək həyatınızı istiqamətləndirəcək çox vacib məqamdır. Bütün bunları nəzərə almaqla, uğurlu ixtisas seçiminizə kömək edəcək vacib məqamları sizin üçün seçdik.

    Median.Az universitet seçimində nəzərə alınması vacib olan yeddi məqamı təqdim edir.

    Tətbiqi təhsilin əhəmiyyəti

    Nəzəri dərslər oxuyacağınız ixtisas və peşə haqqında geniş məlumat verir. Lakin məzun olduqdan sonra sizi iş dünyasına hazırlayan əsas mərhələ tətbiqi, yəni praktiki təhsildir. Praktika sizi iş dünyasına aparan yolun əsasını təşkil edir.

    Keyfiyyətli tətbiqi təhsil almaq üçün seçəcəyiniz universitetin imkanlarına baxın. Görün, seçəcəyiniz universitetin intensiv şəkildə istifadə etdiyi laboratoriya və ya universitetin sənaye müəssisələri ilə əməkdaşlığı mövcuddurmu?!

    Xüsusilə, sənaye dünyası ilə geniş əlaqələri olan universitetlərin seçilməsi vacibdir. Çünki belə universitetlər tələbələri yiyələnəcəkləri peşəyə uyğun hazırlaya bilirlər. 

    Təhsil alarkən iş dünyası ilə əlaqə qurabilmə imkanı

    Tətbiqi təhsilin vacib məqamlarından biri də biznes mühitini “görə bilmək” – praktika keçməkdir. Peşənizə uyğun sektorla nə qədər tez təmasa keçsəniz, işləmə şansı əldə etsəniz, karyera baxımından gələcəyinizi o qədər uğurlu formalaşdıra bilərsiniz.

    Seçəcəyiniz universitet əməkdaşlıq etdiyi şirkətlər vasitəsilə bu məsələdə sizin işinizi asanlaşdıra bilər. Universitet sizə praktika imkanı təklif edirsə, bunu mütləq dəyərləndirin!

    Müasir düşüncəli və təcrübəli müəllim heyəti

    Ali təhsili necə aldığınız qədər, kimdən aldığınız da böyük əhəmiyyət kəsb edir. Öz sahəsində mütəxəssis, müasir metodikanı mənimsəmiş, eyni zamanda, böyük təcrübəyə malik müəllim heyəti təhsil aldığınız müddətdə sizə böyük dəstək olacaq.

    Müəllim heyətini incələyərkən onların həm milli, həm də beynəlxalq uğurları ilə yanaşı, müəllif layihələrinə sahib olub-olmadıqlarına və bu layihələrə tələbələri cəlb edib-etmədiklərinə baxın. 

    İnnovativ, elmi və texnoloji imkanlara sahib universitetləri seçin

    Ali təhsilin əsas üstünlüyü innovativ, elmi və texnoloji imkanları tələbələrin ixtiyarına verməsidir. Tələbə dövrün tələbinə uyğun, yeni texnologiyalarla təchiz olunmuş mühitdə təhsil almalıdır. Universitetdənkənar texnoparklarda, elmi araşdırma laboratoriyalarında dərs keçmə imkanı təklif edən ali təhsil müəssisəsi seçəcəyiniz universitetlər arasında ilk sıralara qoyulmalıdır.

    Sosial-mədəni imkanlar

    Tələbələrin universitet həyatı sadəcə təlim-tərbiyədən ibarət olmamalıdır. Universitetlər tələbələrinə sosial və mədəni imkanlar təmin etməklə, onların tam formalaşmasına kömək göstərməlidir. İxtisas və universitet seçərkən universitetlərin bu sahədə hansı fəaliyyətlərlə məşğul olduqları, hansı imkanlara sahib olduqları mütləq araşdırılmalıdır. 

    Təqaüd imkanı

    Xüsusilə özəl universitet seçəcək abituriyentlər təqaüd imkanını mütləq araşdırmalıdır. Təqaüdün miqdarı və müddəti xüsusilə nəzərə alınmalıdır.

    Müasir kampuslar 

    Seçəcəyiniz ixtisasın balı iki universitetdə də eynidirsə, sizin üçün universitetin yeri seçiminizdə mühüm rol oynayır. Bu halda hansı universitetin yerləşdiyi yer sizə uyğundursa, onu seçə bilərsiniz.

    Eyni zamanda, metroya yaxınlıq, ictimai nəqliyyatla rahat gedə bilmə imkanı seçiminizə təsir göstərən amillərdəndir. Bununla yanaşı, müxtəlif yerlərdən gəlmiş, Bakıda kirayədə qalacaq tələbələr üçün o yerin sakit və təhlükəsiz olması böyük əhəmiyyət kəsb edir. Bu məsələdə universitetin imkanları da araşdırılmalıdır. Yataqxanasının olub-olmaması və yaxud ətrafındakı kirayə verilən mənzillərin mövcud vəziyyəti, qiymətləri diqqət yetirilməli məqamlardandır.//oxu.az

  • В Гяндже ребенок утонул в бассейне

    В Гяндже малолетний ребенок утонул в бассейне.

    Как передает Median.Az со ссылкой на АПА, происшествие было зарегистрировано на улице Сефевилер города Гянджа.

    Житель города Гаджиев Зульфугар Сабир оглу (2012 г.р.) упал в бассейн во дворе дома и утонул. Согласно информации, родители ребенка уехали в Баку и оставили мальчика с бабушкой.

    По факту сотрудниками правоохранительных органов ведется расследование.