Month: July 2018

  • Главный секс-символ Первого канала посетит фестиваль «Жара-2018» в Баку (ФОТО, ВИДЕО)

    До старта международного музыкального фестиваля ЖАРА, который пройдет третий год подряд на берегу Каспия с 26-го по 29-ое июля остаются считанные дни.

    Как передает Median.Az, помимо звезд российской, азербайджанской и зарубежной эстрады, о своем участие в «Жаре-2018» сообщила и главный секс-символ Первого российского канала, ведущая программы «Короли фанеры» Яна Кошкина.

    “Я буду на самом горячем фестивале ЖАРА в Баку с 26 по 29 июля,” – сообщает Я.Кошкина, делясь в соцсети Instagram нижеприведенным роликом.

    Яна Кошкина – молодая и перспективная актриса с эффектной внешностью. Девушка сыграла множество эпизодических ролей, однако известность ей принесла роль Снежаны в ситкоме «ЧОП». Она совмещает актерскую деятельность с занятиями гимнастикой, певческой деятельностью, модельным бизнесом и ведением программы «Короли фанеры».

    Р.А.







  • Легендарный боец хочет открыть академию в Баку

    Живая легенда Ultimate Fighting Championship (UFC), известный бразильский боец Ройс Грейси прибыл в Баку.

    На пресс-конференции в воскресенье бразильский спортсмен сообщил о намерениях открыть в Баку собственную спортивную академию, хотя и признался, что не обладает большими познаниями о нашей стране.

    По словам руководителя промоушн-группы, пригласившей спортсмена в Баку, Эмиля Амирасланова, в Бразилии действует академия джиу-джитсу Грейси. В настоящее время ведутся переговоры об открытии филиала этой академии в Баку.

    Также он поведал о планах организовать в столице Азербайджана этап престижных соревнований Bellator MMA.

    В случае успешного завершения переговоров ожидается визит в Баку чемпиона WBF, WBC и IBF – легендарного Майка Тайсона.

  • Klinika sahibinə qarşı quldurluq edənlərə hökm oxundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevə qarşı quldurluqda təqsirləndirilən dəstə üzvlərinə hökm oxunub.

    Hakim İradə Həsənzadəninsədrlik etdiyi kollegiyanın hökmü ilə təqsirləndirilən Anar Əmirov 12 il 6 ay, Natiq Musayev 12 il 6 ay, Bəhruz Hacızadə 11 il 6 ay, Elməddin Musayev 10 il və Firdovsi Əliyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, prokuror çıxışında Anar Əmirovun 14 il, Natiq Musayev 14 il, Bəhruz Hacızadənin 13 il 6 ay, Elməddin Musayevin 12 il və Firdovsi Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

    Hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu ”Varovski” qəsəbəsində baş verib. Prokurorun elan ediyi itiham aktına görə, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu, həmçinin K.Abdullayevin bu yaxınlarda klinikası böyük tikinti şirkətlərindən birinin sahibinə sataraq, 2 milyon dollar pul alıb.

    Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi da danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər.

    Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə yatırdıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamıdla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.//bizimyol.info

  • Bütün dünya aeroportlarının Wi-Fi şifrəsi – Foto

    Kompüter təhlükəsizliyi üzrə mühəndis və blogger Anıl Polat bütün səyyahlara böyük bir yaxşılıq edib.

    Belə ki, WiFox adlı bir xəritə hazırlayaraq, mühəndis bütün dünya aeroportlarının Wi-Fi şifrələrini bu xəritədə toplayaraq, bizə təqdim edib. Xəritədə demək olar ki, dünyanın bütün ən böyük aeroportlarının Wi-Fi şifrələri göstərilib.

    Xəritə kiçik təyyarə ikonları ilə bol şəkildə qarşımıza çıxır. İstifadəsi olduqca rahatdır: sizə lazım olan hava limanını tapır və kiçik təyyarə ikonunun üzərinə basırsınız. Daha sonra isə bütün məlumatlar “ovcunuzun içinə gəlir.” Belə ki, təkcə şifrəni deyil, həm də aeroportun hansı tərəfində internetin daha yaxşı tutduğunu öyrənə bilirsiniz. Bəzi aeroportlarda Wi-Fi xidməti hər kəs üçün açıq olsa da, digərlərində ancaq Business Class müştəriləri üçün açıq olur. Anıl Polatın yaratdığı aşağıdakı xəritə isə sizin hər bir halda internetsiz qalmamağınıza kömək edir: (Pahoo.az)

  • Üç dəfə ərdə olan Flora Kərimovadan şok gizlinlər: “Kiminsə ərini zorla özümə sevdirməmişəm ki…” – VİDEO

    Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimovanın doğum günüdür.

    Təkraredilməz səs tembrinə və ifa tərzinə malik xalq artisti 60 ilə yaxındır ki peşəkar səhnədədir. Flora Kərimova keçdiyi sənət yolunda möhürünü vurduğu mahnılarla milyonların ürəyini fəth edib.

    23 iyul Ağdamın işğal günü olduğundan, sənətkar neçə illərdir doğum gününü qeyd eləmir.

    Bununla belə, xalq artisti doğum günündə Yenicag.az-ın suallarını cavablandırıb.

    Ərlərinin keçmiş həyat yoldaşlarından, xəyanətdən danışan xalq artisti kinli qadın olduğunu, heç vaxt onu yaralayan insanları bağışlamadığını deyib. Sənətkar “hətta övladımı belə bağışlamaram” deyə vurğulayıb.

    Şəxsi həyatı ilə bağlı şok açıqlamalar verən F.Kərimova gizlinləri açıb-töküb.

    Keçmiş həyat yoldaşlarının hansını daha çox sevib, ona xəyanət ediblərmi, xoşbəxt qadındırmı? Həyat yoldaşlarını yanında saxlamaq üçün hansısa addımlar atıbmı?

    Bütün bu sualların cavabını videodan izləyin.
    //yenicag.az

  • Azərbaycanda toyda 14 nəfər zəhərləndi – 5-i isə uşaqdı

    Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.

    Median.Az APA-ya istinadən bildirir ki, rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.

    Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi məlum olacaq.

    Faktla bağlı araşdırma aparılır.

  • Sosial şəbəkələrdə avtoxuliqanlığı təbliğ edən şəxs tutuldu – VİDEO

    Sosial şəbəkələrdə avtoxuliqanlıq edərək canlı yayıma çıxan “Ağdamlı Faiq” tapılıb.

    Hadisə ilə bağlı Ağdam rayon Yol Polisi Şöbəsindən Avtosfer.az-a bildiriblər ki, sözügedən şəxslə bağlı məlumat efirə gedəndən 10 dəqiqə sonra həmin şəxs aşkarlanıb. Onun barəsində toplanmış materiallar Ağdam rayon məhkəməsinə göndərilib.

    Sabah (həftənin bazar ertəsi) sürücü barədə məhkəmə qərar qəbul edəcək.

    Qeyd edək ki, sürücü və atası Ağdamda kondisioner ustasıdır. O, bu hərəkətlərini çılğınlıq adlandırıb və “cavanlıq” etdiyini deyib.

  • Bakıda film kimi olay: Üzərinə it hücum edən şəxs, onu bıçaqladı, itin sahibi ölümdən döndü

    Dünən gecə saatlarında paytaxtın Xətai rayonu ərazisində, Ukrayna dairəsində, Həzi Aslanov metrosuna gedən yolun bağlanmasına səbəb olan hadisə yaşanıb.

    Azxeber.com-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sahibi ilə yol gedən it naməlum şəxs tərəfindən bıçaqlanıb.

    Buna səbəb itin sahibinin əlindən çıxaraq, ona hücum etməsi olub. Hadisə nəticəsində it ölüb. Nəticədə həmin yol bağlanıb.

    Bunu görən itin sahibi huşunu itirib və şok keçirib.

    Hadisə yerinə tibbi yardım, polis əməkdaşları gəlib və həmin şəxs xəstəxanaya aparılıb.

  • “Qarabağ”ın transfer etdiyi Con Delarj kimdir? – VİDEO + QOLLARI

    Xəbər verdiyimiz kimi, Türkiyənin “Bursaspor” klubunun futbolçusu Con Delarj “Qarabağ”a transfer olub.

    Azərbaycan təmsilçisi “timsahlar”a 200 min avro transfer haqqı ödəyib. 28 yaşlı hücumçunun imzalayacağı müqavilənin müddəti və əmək haqqı açıqlanmır. Delarj son zamanlar “Bursaspor”da oyunundan çox şəxsi həyatı ilə gündəmdə olub. Təcrübəli oyunçu daha bir il qüvvədə olan müqaviləsinə güvənərək, məşqlərə laqeyd yanaşıb. Bunun nəticəsində baş məşqçi Samet Aybaba ona əsas heyətdə yer verməyib. Konqolu forvard 2017-ci ildən çıxış etdiyi komandada 15 oyuna 4 qol vurub. Klub onu 700 min avroya satışa çıxarsa da, Ağdam klubu bu məbləği yarım milyon avroyadək endirə bilib.

    Qeyd edək ki, Con Delarj Kamerunun “Union Duala”, Slovakiyanın “Dunayska Streda”, Çexiyanın “Slovan” (Liberets), Avstriyanın “Admira” (Vakker) və icarə əsasında Türkiyənin “Osmanlıspor” klublarında da forma geyinib. O, “Bursaspor”a 2017-ci ilin avqustunda “Admira”dan 1,25 milyon avroya transfer olunub.

    Delarjın performansını özündə əks etdirən videonu təqdim edirik:
    /azxeber.com

  • Народная артистка Флора Керимова отмечает 77-летие (ФОТО)

    23 июля народной артистке Азербайджана певице Флоре Керимовой исполняется 77 лет.

    Как сообщает Median.Az, именинница выложила снимок с праздничным тортом в личном аккаунте социальной сети Instagram, где поблагодарила всех поклонников за годы любви.

    “Исполнилось 77. Спасибо мой дорогой народ за годы, которые прошли с вашей любовью”, – подписала нижеприведенный снимок Ф.Керимова.


    Напомним, что Флора Керимова родилась 23 июля 1941 года в Баку. В 1965 году поступила в Медицинский институт им. Н. Нариманова по специальности «лечебное дело», где проучилась до 1971 года.

    С 1972 по 1977 годы училась в Азербайджанской государственной консерватории по классу вокала. Рабочий диапазон голоса певицы составляет четыре октавы.

    В начале 60-х годов Флора Керимова начала свою эстрадную деятельность в Азербайджане. Впервые она выступила в октябре 1960 года на сцене Азербайджанской государственной филармонии.

    В 1992 году Флоре Керимовой было присвоено звание Народной артистки Азербайджана. Керимова стала первой певицей получивший это звание уже в независимом Азербайджане.

    Р.А.