Month: August 2018

  • Yol polisi xəbərdarlıq etdi: Sürücülər 50 manat cərimə olunacaq

    Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitəsi sahiblərinə müraciət edib.

    İdarədən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində və ya texniki nasazlıq səbəbindən mexaniki nəqliyyat vasitələrində baş verə biləcək yanğının qarşısının alınması üçün avtobuslarda, minik və yük daşıyan avtomobillərdə, eləcə də təkərli traktorlarda odsöndürənin olmamasına görə “Yol hərəkəti haqqında” qanununa 1 saylı Əlavənin VII hissəsinin 7-ci bəndinin tələblərinə müvafiq olaraq sürücülər inzibati məsuliyyət daşıyırlar.

    “Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin və avtomobil sahiblərinin diqqətinə çatdırır ki, müvafiq standartlara cavab verən ödsöndürəni olmadan idarə edilən nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat məbləğində cərimə ediləcəklər”, -deyə idarədən bildirilib.

  • Azərbaycan banklarında dollar satışına limit qoyulmasının səbəbi açıqlandı

    “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib.

    Median.Az xəbər verir ki, o, “Report”a açıqlamasında dollar satışına limit qoyulmasını belə izah edib:

    “Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni, hansısa siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki?

    Buna görə də, dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”.

  • Задержан житель Сальяна, совершивший в столице разбой

    Как сообщает Median.Az, сотрудники 6-го отделения полиции Бинагадинского РУП в ходе оперативно-розыскных мер задержали жителя Сальянского района, ранее судимого Хази Исаева, который накануне в поселке Баладжары незаконно проник в дом гражданки Л.Новрузовой, вследствии чего ударил ее кулаком, а затем забрал из дома мобильный телефон и ремонтные инструменты.

    В Следственном отделе Бинагадинского РУП возбуждено уголовное дело.

  • Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb

    Median.Az xəbər verir ki, Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Həzi İsayevi saxlayıblar.

    Müəyyən edilib ki, o ötən gün Biləcəri qəsəbəsində qanunsuz vətəndaş L.Novruzovanın evinə daxil olaraq, zərərçəkmişə yumruqla xəsarət yetirib, sonra isə oradan mobil telefon və təmir-tikinti alətlərini ələ keçirib.

    Binəqədi RPİ İstintaq şöbəsində fakta görə cinayət işi başlanılıb.

  • “İşıq sayğaclarına müdaxilə edilə bilər” – Ekspert mümkün ehtimalları açıqladı

    Bir neçə gündür sosial şəbəkələrdə vətəndaşlar iyul ayı üçün elektrik sərfiyyatında görə ödənişin çox gəldiyini bildiriblər. Əsasən paytaxt sakinləri burada şübhəli məqamların olduğunu qeyd ediblər.

    Məsələ ilə bağlı olaraq ekspert Osman Gündüz fikirlərini bildirib. O qeyd edib ki, qısa araşdırmada belə bir problem çox yerlərdə olduğunu görmək mümkündür. Ekspertin sözlərinə görə, “ağıllı sayğac” lara qarşı ciddi ittihamlar çox olub:

    “Hətta elə ölkələr olub ki geriyə, köhnə sayğaclara keçid təklif olunub. Köhnə sayğaclardan “ağıllı sayğac” ın əsas fərqi odur ki, onun sadəcə, yaddaşı var və ekranda olan məlumatlar, gündəlik sərfiyyat hər gün mərkəzi serverə, yəni “Azərişıq”a ötürülür. Sistem elə qurulub ki qurum uzaqdan sayğaca müdaxilə edə və onu dayandıra bilər. Ötürülmə kanalı da elə özlərinin elektrik xətləri və ya mobil şəbəkə üzərindən də ola bilir”.

    Osman bildirib ki, sayğacların düz işləməməsi və sərfiyyatın çox yazılması ilə bağlı problem aşağıdakı səbəblərdən yarana bilər:

    1. “Ağıllı sayğac”ların özündə problem var və standarta uyğun deyil, ehtimal ola bilər ki hansısa səbəbdən iş prinsipi pozulub. Yəni, sərfiyyatı sadəcə düz hesablamır.

    2. “Azərişıq”ın informasiya sisteminə, şəbəkəsinə kənardan qeyri-qanuni müdaxilə olub. Sayğaclardan ötürülən məlumatlar ola bilər ki, başqa alternativ bir “billing sistem”ə yönləndirilib və başqa hesablama aparılıb. (Vaxtilə ölkənin beynəlxalq telefon trafikində belə kənar yönləndirmə ilə milyonlar qazananlar oldu)

    3. İnsan amili rol oynayıb. Yəni “manual” olaraq sayğaclara kənar müdaxilə olunub. Amma problem kütləvi olduğundan özümə də bu inandırıcı gəlmir.

    4. Ola bilər k, “Azərişıq”ın “real billing” sistemində və ya ötürmə kanallarında problem yaşanıb. Güman ki, hansısa səbəbdən məlumatların ötürülməsində kəsinti olub. Və rəsmilər də “manual” olaraq ortalama hesablaşma aparıblar. Bu ortalama hesablamalar üzrə olan bildirişlərdə də əvvəlkilərlə müqayisədə ciddi fərqlər olub. Mənə daha çox bu variant inandırıcı gəlir.

    5. Sosial mediada bəzən səslənir ki, bu, Azərişıq tərəfindən məqsədyönlü olaraq, investisya xərclərini qarşılamaq üçün edilib. Qeyd edim ki bu hədsiz, çox böyük risk olardı, bu baxımdan inandırıcı deyil. Amma texniki-texnoloji cəhətdən reallaşdırmaq mümkündür.

    Qeyd edək ki, “Azərişıq” ASC isə əhali tərəfindən irəli sürülən iddiaların heç biri ilə razılaşmır və burada hər hansı şübhəli məqamın olmadığını söyləyir:

    “Elektrik enerjisindən istifadəyə görə, təyin edilən məbləğ sərfiyyata görə hesablanır. Demək ki, bu ay sərfiyyat çox olub. Həm də burada Tarif Şurasının qərarı ilə 300 kilovatdan sonra qiymətin 11 qəpikdən hesablanmasını da nəzərə almaq lazımdır. Sərfiyyat aylıq həmin normanı keçdikdə ödəniş üçün təyin olunan məbləğdə fərq hiss oluna bilər. Amma sayğaclara hər hansı müdaxilə mümkün deyil. Əgər hansısa abonentin narazılığı varsa, bizə müraciət etsin, həmin sayğacı laboratoriyada yoxlaya bilərik”.

    Mənbə: minval.info

  • В Самухе бывший преподаватель поджег себя

    Житель Самухского района получил тяжелые ожоги.

    Как сообщает Median.Az со ссылкой на Report, инцидент зарегистрирован в селе Говларсары.

    Местный житель Гасан Газанфар оглу Юсифов 1941 г.р. выбежал со двора своего дома на улицу весь в огне. С помощью очевидцев пламя было потушено, Г.Юсифов госпитализирован. Его состояние расценивается как средней тяжести. Предположительно, мужчина совершил самоподжог.

    Отмечается, что он является кандидатом сельскохозяйственных наук и ранее преподавал в одном из университетов.

    По факту ведется расследование.

  • Azərbaycanda dəhşətli hadisə: universitet müəllimi özünü yandırdı

    Faktla bağlı araşdırma aparılır.

    Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

    Median.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb.

    Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur.

    Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • В Бакинском аэропорту возникла проблема – ФОТО

    Вот уже 40 минут как местные и иностранные граждане, прибывшие в Международный аэропорт Гейдар Алиев в Баку, чтобы ступить на территорию Азербайджана, столкнулись с проблемой.

    Как передает Median.Az со ссылкой на Report, пассажиры сообщили, что люди не могут пересечь контрольно-пропускной пункт.

    Это связано с тем, что в аэропорту возникли проблемы с используемым для регистрации граждан программным обеспечением.

  • Bakı aeroportunda problem – Yüzlərlə insan sərhəd-buraxılış məntəqəsindən keçə bilmir (FOTO)

    Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.

    Median.Az xəbər verir ki, sərnişlərin Report-a verdiyi məlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.

    Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.


  • В Гяндже задержан водитель, сбивший 9 дней назад пешехода

    Как сообщает Median.Az, 1-го августа примерно в 20 часов в г.Гянджа автомобиль неустановленной марки сбил жительницу города Хадиджу Багирову и скрылся.

    Сотрудники Низаминского РУП в ходе оперативно-розыскных мер задержали жителя города Турала Годжаева, который совершил наезд на автомобиле марки “Mercedes”.

    По факту возбуждено уголовное дело.