Month: August 2018

  • Bakıda tramvayların bərpası gözlənilir? – Aidiyyəti qurumlar müzakirələr aparacaq

    Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

    Median.Az Trend-ə istinadən xəbər verir ki, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:

    “İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.

    Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək.

  • Azərbaycanda xərçəngin daha çox yayılmış NÖVLƏRİ VƏ SƏBƏBLƏRİ

    2017-ci ilin statistikasına əsasən, Azərbaycanda qeydiyyatda olan xərçəng xəstələrindən 483-ü uşaqdır. Ötən il yenitörəmələrdən ölən 0-17 yaşda uşaqların sayı 105 nəfər təşkil edib.

    Median.Az xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə açıqlamasında bildirib ki, xəstəliyin qarşısını almaq üçün insanların vaxtında həkim müayinəsindən keçməsi lazımdır:

    “Gözləmək lazım deyil ki, xəstəlik tam yerini möhkəmləndirəndə həkimə müraciət olunsun”.

    Bəs Azərbaycanda xərçəng xəstəliyinin hansı növü geniş yayılıb?

    Bu sualını Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının baş həkimi Nəsimi Qasımov cavablandırıb.

    Baş həkimin sözlərinə görə, Azərbaycanda süd vəzi xərçəngi daha çox yayılıb:

    “Statistikaya görə bu xəstəliyə yoluxanların sayı dünyada 1,7 milyona çatır, bizim ölkədə isə ötən ilin nəticələrinə görə 2000 insan süd vəzi xərçəngindən əziyyət çəkir. İkinci yerdə ağciyər xərçəngidir. Ağciyər xərçəngi adətən kişilərdə daha çox rast gəlinir, ancaq 20-30% qadınlar arasında da yayılıb”.

    N.Qasımov qeyd edib ki, Azərbaycanda xəstəliyin artmasına bir neçə faktor səbəb olur:

    “İlk öncə qida faktoru, siqaret çəkmək, ətraf mühitin çirklənməsi və gec uşaq dünyaya gətirmək kimi amillər xərçəngə yol açır”.

    N.Qasımov qeyd edib ki, hazırda bağırsaq xərçəngindən əziyyət çəkənlərin sayı artıb:

    “Əvvəllər insanlar arasında mədə xərçəngi daha tez-tez rast gəlinərdi. İndi isə bağırsaq xərçəngi onu əvəz edir. Səbəb isə odur ki, əvvəllər keyfiyyətli qida yox idi, bu gün isə var, amma düzgün qidalanma yoxdur. Üstəlik siqaret çəkmək də xəstəlik riskini artırır”.

  • Beyləqanda məhkəmə tibbi ekspertini niyə öldürmək istəyiblər: Şok təfərrüat

    Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin (MTE və PA ETTB) Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov sui-qəsd cəhdinin qurbanı olub.

    Median.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyi yanında Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov məlumat verib.

    Qeyd edək ki, avqustun 7-də axşam saat 5 radələrində Fazil Bayramovun rayondakı kabinetinə yerli sakin, 1989-cu il təvəllüdlü Azadzadə Fariz Fazil oğlu daxil olub və əlindəki bıçaqla ekspertin üzərinə hücum çəkib.

    Cinayətkar Bayramova bir neçə zərbə endirərək onu öldürməyə cəhd edib. Lakin ekspert imkan daxilində özünü qorumağa çalışıb. Şöbənin köməyə gələn əməkdaşları Bayramovu dəliyə dönmüş adamın əlindən güclə alıblar. Nəticədə hücum edən şəxs hadisə yerindən qaçaraq gizlənib. Lakin Beyləqan rayon Polis Şöbəsinin əməkdaşları tez bir zamanda onu saxlayıblar.

    “Hazırda Bayramovun vəziyyəti sabitdir. Sinə nayihəsindəki yara dərin olduğundan, mümkün qanaxmanın qarşısını almaq üçün ola bilsin əməliyyat edildi. Zərərçəkmişin üzünə, boynuna, kürəyinə və əllərinə tikiş qoyulub. O, ekspertin otağına “Səni öldürəcəm!” deyə daxil olub” – deyə Ədalət Həsənov bildirib.

    Həsənovun sözlərinə görə, saxlanılan şəxslə bağlı rayon prokurorluğunda AR Cinayət Məcəlləsinin 288.4 maddəsi (Ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə: bu əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) ilə cinayət işi açılıb. Mümkündür ki, bu maddəyə AR CM-nin 29, 120-ci (adam öldürməyə cəhd) maddəsi də əlavə olunsun. Çünki cinayətkar öz məqsədini birbaşa bəyan edib. İş baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən nəzarətə götürülüb.

    Ekspertə hücumun səbəbi 2017-ci ilin 23 dekabrında baş verən dava ilə bağlı məhkəmə-tibbi ekspertizanın rəyi olub. 1989-cu il təvəllüdlü Fariz Azadzadə 23 dekabrda Beyləqan rayonunda 3 nəfərlə dava edib və bədən xəsarəti alıb. O, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün MTE və PA ETTB-nin Beyləqan rayon şöbəsinə göndərilib. Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynundan və sifətinin sol tərəfindən aldığı xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə “sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma” kimi, bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə “sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər” kimi qiymətləndirilib. Ekspertin Azadzadənin yüngül bədən xəsarətləri aldığı barədə rəyi ikincini qane etməyib. Bundan sonra Azadzadə anlaqsız olması barədə rəy almaq üçün iki dəfə Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertizalar Mərkəzində ambulator qaydada məhkəmə-psixiatrik ekspertizadan keçib. Lakin hər iki ekspertiza rəyində onun istəyi əksini tapmayıb. Ekspertiza göstərib ki, cinayət törədilən vaxt o, anlaqlı olub.

    Ə,Həsənovun dediyinə görə, maraqlıdır ki, Fariz Azadzadənin atası Fazil Beyləqan rayon xəstəxanasında psixiatr işləyir və psixi çatışmazlıqdan əziyyət çəkir. Psixiatr bildirib ki, oğlunu şəxsən müayinə edib. Onun sözlərinə görə, dekabrda baş verən davadan sonra oğlu güclü stress keçirib və ruhi xəstə olub. Bu isə ekspertizada ağır bədən xəsarətinə bərabər tutulur. Lakin ekspertiza göstərir ki, Fariz Azadzadə psixi cəhətdən sağlamdır.

    Birliyin baş direktoru qeyd edib ki, məhkəmə-tibbi ekspertləri müntəzəm olaraq morqda meyitləri yarılan şəxslərin qohumları tərəfindən hücuma məruz qalırlar. Ötən il Şirvanın eksperti yol-nəqliyyat hadisəsi zamanı ölmüş şəxsi tədqiq edəndən sonra mərhumun qohumlarının hücumunun qurbanı olmuşdu.

    Yol-nəqliyyat hadisəsinin Kürdəmir rayonundan olan qurbanının qohumları meyitin yarılmasının əlehinə idilər və bu səbəbdən də onlar dəmir qapını qıraraq, pəncərənin dəmir barmaqlıqlarını çıxararaq ekspertin kabinetinə soxulmuş və ona xəsarət yetirmişdilər. Faktla bağlı cinayət işi açılmışdı.

    “Bu yaxınlarda Lənkəranda ekspertiza şöbəsinin qapı və pəncərələrini qırmışdılar. Qohumlara heç cür başa salmaq olmur ki, meyitin yarılması prokurorluq tərəfindən məcburi xarakter daşıyır” – deyə Həsənov bildirib.

  • Как туристы экономят на гостиницах в Баку – ФОТО

    Приключения арабских туристов в Баку продолжается.

    Как сообщает Median.Az со ссылкой на Cebhe.info, прибывшие Баку иностранные туристы, решили сэкономить на ночлеге.

    Таким образом, вместо того, чтобы отправиться в гостиницу, они провели ночь на крыше автомобиля.

    Это вызвало удивление прохожих.

  • В Гяндже без вести пропала 16-летняя девушка – ФОТО

    В Гяндже пропала 16-летняя жительница города Расмия Керимова

    Как передает Median.Az, об этом сообщили Report в Гянджинской региональной группе пресс-службы МВД.

    Согласно информации, девушка 3 августа ушла из дома и не вернулась.

    Ее приметы: рост – 168 см, худое тело, длинные черные волосы, карие глаза.

    На Керимовой было темно-зеленое платье, летняя обувь желтого цвета и черная сумка.

    Лиц, располагающих какой-либо информацией о пропавшей, просят позвонить в службу «102 Call Center» МВД, а также по номерам 022-256-07-53, 022-266-33-75 города и (055) 331-24-24, (050) 314-14-91

  • Мужчина притворился мертвым, чтобы избавиться от жены

    Уроженец Гондураса попытался сымитировать собственную смерть, чтобы отвязаться от жены, которая настойчиво требовала от него денег.

    Как передает Median.Az, oб этом сообщает Mirror.

    27-летний Денни Гонсалез (Danny Gonzalez), работающий в США, отправил своей жене, находящейся в Гондурасе, снимки, на которых он лежит, притворяясь мертвым.

    Он затолкал в нос вату и накрылся белым полотенцем для того, чтобы избранница поверила, будто он находится в морге. Кроме того, мужчина отправил вместе с этими снимками изображение гроба, устланного цветами.

    В сообщении также указывалось, что Гонсалез умер «от рака и астмы».

    Весть о смерти, переехавшего в США, дошла до местных СМИ, а затем и до родственников обманщика.

    Его родные заметили, что на снимках «умерший» хихикал, а окружение было совсем не похоже на морг: он просто лежал на кровати.

    Журналисты разыскали Гонсалеза, и он признался, что больше не мог выносить требований жены.

    По его словам, она звонила ему каждую неделю и кричала, чтобы тот присылал больше денег.

    «Она просила отправить ей мобильный телефон. Я присылал уже шесть штук, но она каждый раз говорила, что их украли», — рассказал мужчина.

    Бывшие соседи Гонсалеза отметили, что весть о смерти очень подкосила его родителей. «Если не хочешь отправлять деньги, так и скажи, зачем притворяться, что ты умер!» — прокомментировал новость один из местных жителей.

    Многие жители Гондураса полагаются на финансовую помощь родственников, которые смогли перебраться в Штаты. По данным издания, за первую половину 2018 года из США в Гондурас было отправлено около 1,5 миллиона долларов.

  • Покушение на российского бизнесмена в Бишкеке

    В Бишкеке взорвалась машина российского предпринимателя Александра Гайдукова.

    Как передает Median.Az со ссылкой на 24.kg, бизнесмен получил незначительные травмы.

    По данным правоохранительных органов, что-то взорвалось под машиной предпринимателя. Автомобиль Lexus находится во дворе дома. Александра Гайдукова госпитализировали на скорой помощи.

    В ГУВД столицы и Госкомитете национальной безопасности произошедшее пока не комментируют.

  • Yanğın hadisələrinə görə daha iki nəfər saxlanıldı

    Avqustun 9-da Şamaxı rayonunun Çuxuryurd kəndi ərazisində iki hektar biçilmiş taxıl sahəsində küləş yanıb. Yanğın söndürülüb, onun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Məlumatlara əsasən, Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisənin kənd sakinləri olan iki yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib və onlar saxlanılıb.

  • Türkiyə lirəsi ucuzlaşmaqda davam edir

    Türkiyə ilə ABŞ arasında gərginlik dolların türk lirəsinə qarşı daha da dəyər qazanmasına səbəb olub.

    Səhər saatlarında dollar/lirə məzənnəsi 5,73 lirəyə yüksəlib.

    Hansı ki həftənin çərşənbə günü dollar/lirə məzənnəsi 5,30 lirə təşkil edib. Avronun məzənnəsi ilə 6,63 lirədən 7,35 lirəyə qalxıb.

    Valyuta bazarında funt sterlinqin dəyəri lirəyə nisbətdə 7,35 lirə səviyyəsində olub.

  • Azərbaycanda körpələrə “Topuq testi” tətbiq olunacaq

    Dünya səhiyyə sistemində tətbiq edilən “Topuq testi” Azərbaycanda tətbiq olunacaq.

    Bunu oxu.az-a açıqlamasında K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev bildirib.

    Onun sözlərinə görə, yeni doğulan uşaqdan götürüləcək “Topuq testi” üçün avanadlıqlar alınıb:

    “Bu, xüsusi skrin proqramdır. Onun tətbiqi üçün müəyyən avadanlıqların olması zəruridir. Artıq həmin avadanlıqlar ölkəyə gətirilib. Bir və bir il yarıma kimi həmin layihə Azərbaycanda tətbiq edilməyə başlanacaq.

    Layihə əvvəl pilot şəklində Bakıda həyata keçiriləcək. İlk növbədə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda tətbiq olunduqdan sonra tədricən respublika ərazisində yerləşən xəstəxanalarda analizlər reallaşacaq.

    Dünya tibb sistemində olan “Topuq testi”nin 2014-2020-ci illəri əhatə edən dövlət proqramına salınması üçün səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən təlimat verilib. Həmin test dövlət tərəfindən pulsuz şəkildə gerçəkləşdiriləcək”.

    Baş pediatr bildirib ki, “Topuq testi” çox maliyyə tələb edir:

    “Bu test vasitəsilə bir sıra anadangəlmə irsi xəstəliklərin yeni doğulmuş körpələrdə erkən diaqnostikasına nail olacağıq. Uşaqların orqanizmində metobolik xəstəliklərin törətdiyi zəhərlənmələr baş vermədən tədbir görüləcək.

    Bu test metabolik xəstəliklərə yol açan bəzi hormon və ferment əskikliklərini zamanında ortaya çıxarmağa kömək edəcək. Uşaq doğulandan ilk sutka ərzində götürmək olar. Yenidoğulanlarda xəstəliklərin qarşısını almaq üçün effektli analizdir”.

    Qeyd edək ki, dünya səhiyyə sistemində “Topuq testi” və ya “tarama testi” adlanan bu test metabolik pozğunluqları aşkar etmək və vaxt itirmədən müalicəyə başlamaq üçün olan rutin testdir. Bu test bir çox ölkələrdə tətbiq olunur. Testlərin nəticəsinə görə xəstəliklərin qarşısı alınır.