Month: August 2018

  • 2 manatlıq xidməti turistə 20 manata təklif edirlər – Video

    Azərbaycana gələn xarici turistlərin sayı hər il daha da artır və gələn qonaqları növbəti dəfə ölkəyə cəlb etmək üçün bir sıra qaydalara əməl etmək lazımdır.

    ARB TV xəbər verir ki, bir çox hallarda xarici turistlər, elə yerli qonaqlar işbazların göstərdiyi xidmətlərə görə qiymət oyunlarının qurbanı olurlar.

    Taleh Sultanov – Turizm İnformasiya Mərkəzinin əməkdaşı: “Qubaya gələn turistlərin sayı təxminən 25% artmışdır. Bunlar əsasən Qubanın dağlıq kəndlərinə üz tutan turistlərimizdir. Demək olar ki, qubanın 45-ə yaxın turizm istirahət mərkəzi vardır ki, burda da hər bir şərait yaradılmışdır”.

    Qubaya gələn turistlər daha çox Qəçrəş, Xınalıq, və Çənlibel gölü adlanan turizm məkanlarında istirahət etməyə üstünlük verirlər. Amma kilometrlərlə məsafə qət edərək gələn əcnəbilər təbiətdən zövq alsalar da, məyus olduqları məqamlar da az deyil.

    Fayez Əbdülhəmid – Turist: “Səfərimin ilk günü Bakı şəhəri ilə tanış oldum. Bakı qədim şəhərdir. Nizami küçəsini bəyəndim. Bu gün isə Qubaya gəldik. Buranın təbiəti ilə yaxından tanış oluruq. Otellər və restoranlarda qiymətlə normaldır. Amma bir sıra xismətlərin bir az ucuz olması yaxşı olar.

    Qubanın mərkəzindən təxminən 14 kilometr aralıda yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edirlər. Burada qonaqlara təklif edilən qayıqla gəzinti yerli turistlər üçün 2 manat olduğu halda, xarici turistlər üçün 5 manatdır. Hələ turist ərəb olarsa, bu qiymət bir nəfər üçün 20 manatadək qalxa bilir. Ekspertlər bildirirlər ki, sahibkarların xarici turistlərə həddindən artıq qiymət oxumaları qanunsuz olmaqla yanaşı, birbaşa onların özlərinə ziyandır.

    Həzrətqulu Əhmədov – Turizm eksperti: “Hər bir xidmət obyektində, kafedə, restoranda menyu, kalkulyasiya cədvəli olmalıdır. Demək olar ki, Qubanın əksər ictimai iaşə müəssisələrində ya menyu ya da kalkulyasiya cədvəli yoxdur. Bir çaynik çay 15 manata. Bir şiş kabab 8 manata. Kassa aparatı və ya digər bir ödəniş aparatının olmaması təsüf doğurur.

    Turizm ekspertləri ictimai nəzarət postlarının yaradılmasını təklif edirlər. Restoranlarda menyuların hazırlanmasına və tətbiq edilən qiymətlərə güclü nəzarət edilməlidir ki, Azərbaycan digər turizm ölkələri arasında nüfuzunu artıra bilsin.

    Həzrətqulu Əhmədov – Turizm eksperti: “Bunun üçün ictimai nəzarət dövlət nəzarəti ilə birgə həyata keçirilməlidir. Həmin müəssisələrin yaxınlığında ictimai nəzarət postları olmalıdır, məntəqələri olmalıdır. Şikayəti olan, təklifi olanlar ora müraciət edə bilsinlər. Çünki əlçatmaz bir yerdə, hansısa gölün, müşənin, çayın kənarında köməksiz qalmış turist ancaq məcbur olub o əlavə pulu ödəməyə vadar olur”.

    Hər halda bu gün 5 manat artıq qazanmaq istəyən sahibkarlar bilməlidir ki, bu gəlirin daimi olması üçün turistləri aldatmaq yolverilməzdir. Xüsusilə də, əcnəbi turistləri. Heç kim bir dəfə aldadıldığı yerə ikinci dəfə üz tutmur.

  • Əməkdar artist vəfat etdi, xəbəri 3 gün sora yayıldı – FOTO

    Əməkdar artist Həsənağa Abbasquliyev dünyasını dəyişib.

    Median.Az big.az-a isitnadən xəbər verir ki, mərhumun nəvəsi bu haqda məlumat verib. O bildirib ki, babası heç bir xəstəlikdən əziyyət çəkməyib:

    “Ciddi bir xəstəliyi yox idi. Ciyərlərinə su yığılmışdı, 3 gün öncə rəhmətə getdi. Yaşasaydı, bu ayın 12-də 80 yaşını qeyd edəcəkdi”.

    Qeyd edək ki, bu gün mərhumun 3 mərasimidir. Yas mərasimi Biləcəridə keçirilir.

  • Ərəb turistlər Azərbaycanda niyə ölür? – Viaqranın təsiri yoxsa …?

    Turist ölümləri ilə bağlı ilginc faktlar, beynəlxalq təcrübə və amillər… 

    Xəbər verdiyimiz kimi, Nərimanov rayonunda yerləşən “Caspian Business Otel”də İraq Respublikasının vətəndaşı dünyasını dəyişib. 1967-ci il təvəllüdlü Ammar Al Ce Cuborinin halı pisləşdiyindən otel rəhbərliyi təcili yardım çağırıb və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, ərəbin təzyiqini aşağı sala bilməyiblər və 51 yaşlı əcnəbi dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Nərimanov rayon şöbəsinə aparılıb.

    Hoteldən ölkə.az-a verilən açıqlamaya görə, Ammar Al Ce Cuborinin avqust ayının 3-dən turpaketlə İraqdan Azərbaycana turist kimi gəlib, ayın 10-da qayıtmalı imiş: ”Hadisə axşam saat 18 radələrində baş verib, halı pisləşdi, bizə məlumat verdi, biz də təcili yardım çağırdıq, apardılar xəstəxanaya. Sonra məlumat gəldi ki, dünyasını dəyişib. Biz də ölüm faktı ilə bağlı nümayəndəliyə məlumat verdik. Ümumiyyətlə, onun ölümünə ilkin səbəb kimi cinsi gücü artıran dərmanları həddindən artıq çox qəbul etməsidir, onun da üstündən enerji içkilərini içirlər. Bu zamanda ürəyin fəaliyyəti pozulur və belə hallar yaranır”.

    Birinin mədəsi deşilib, o biri 3 qadının güdazına gedib…

    “Yeni Müsavat” xatırladır ki, son aylar ölkəmizə gələn ərəb turistlərin ölməsi ilə bağlı statistika artmaqdadır. Öncə onlardan bəzilərini yada salaq. Bu ilin 19 iyul tarixində Bakıdakı “Viva Boutique Hotel”də ərəb turist ölüb. Buna səbəb ərəb turistin mədəsinin deşilməsidir. Bundan xəbəri olmayan ərəbdə daha sonra qanaxma başlayıb, ardınca isə dünyasını dəyişib.

    Bu ilin yanvarın 8-də isə Bakıda hotellərin birində ərəb turist əxlaqsızlıqla məşğul olan qadınların əhatəsində keçinib. İnsident Əhməd Rəcəbli küçəsində yerləşən “Ariva” hotelinin 311 nömrəli otağında baş verib. Ölən turistin 1962-ci il təvəllüdlü Məsfər Oman Əlbillahi olduğu müəyyən edilib. Nərimanov rayon Prokurorluğunun məlumatına görə, ərəb turist ürək çatışmazlığından dünyasını dəyişib.  İstintaqın gedişində məlum olub ki, xarici vətəndaş qaldığı hotel nömrəsinə fahişəliklə məşğul olan üç qadın gətirib. Polis hadisə yerinə gələn zaman qadınlar həmin nömrədə olmayıb. Bu barədə müstəntiqlərə hotel işçiləri məlumat verib.

    İlgili resim

    2016-cı ilin 11 avqustunda da Neftçilər prospektindəki “JW Marriott Absheron” hotelindəki nömrələrdən birində ərəb turistinin cəsədi aşkar edilib. Turistin şəxsiyyəti müəyyən edilib. Aşkarlanan cəsəd 1953-cü il təvəllüdlü Əlmuhanna Məhəmməd Əli Aminə məxsusdur. Cəsəddə zorakılıq əlamətlərinə rast gəlinməyib.

    Məhkəmə-tibb ekspertləri 270 kiloqram çəkisi olan ərəbin cəsədini yarıblar. Onlar həmin şəxsin ürək tutmasından ölməsi qənaətinə gəliblər. Ekspertlər həmçinin Əlmuhannanın şəkərli diabetdən əziyyət çəkdiyini aşkar ediblər. Ölməzdən əvvəl ərəb turistin qarın nahiyəsinə insulin vurulduğu məlum olub.

    Amma ərəb turistlərlə bağlı ölüm hadisələri heç də hər zaman “üz qızardıcı” səbəbdən baş vermir. Məsələn, 2017-ci ilin dekabrın 25-də “Qafqaz Sport Hotel”də BƏƏ vətəndaşı, 1940-cı il təvəllüdlü Ayişə Xalid Məhəmmədin meyiti tapılıb. Dünyasını dəyişən qadın hoteldə həyat yoldaşı və 2 oğlu ilə birgə istirahətdə olub. Həmçinin Qəbələ Mərkəzi Rayon Xəstəxanasından bildiriblər ki, əvvəllər ürəyindən əməliyyat olunan qadın Qəbələ Mərkəzi Rayon Xəstəxanasına kəskin ürək, ağciyər çatışmazlığı ilə bağlı müraciət edib. Ona bütün yardımlar göstərilib və xəstəxanada müalicə almağı məsləhət görülüb. Ancaq qadın iltizamnamə yazıb ki, ölkəsinə qayıtmalıdır. Bundan sonra qaldığı hotelə qayıdan ərəb qadın orada dünyasını dəyişib.

    Bakıda ÉrÉb öldü ile ilgili görsel sonucu

    Qeyd edək ki, dünyasını dəyişən qadın həm xərçəng, həm də şəkərli diabet xəstəliyindən əziyyət çəkib.

    Ərəblər Bakıya gələn kimi tur operatorlardan nə soruşur, nə istəyir?

    Amma mediada turizm agentliyində çalışan şəxslərin zaman-zaman ərəb turistlərlə bağlı verdikləri açıqlamaları da unutmaq olmaz. Daha çox adlarını gizlədərək, açıqlama verən tur-operatorlar ərəb turistlərin onlardan bir qayda olaraq Bakıda və əyalətdə olan intim xidmət göstərən məkanların adlarını istəyirlər. Bu barədə moderator.az saytında yayımlanan məqalədə tur operatora istinad edilmişdi. Belə ki, ərəblərin ilk tələbi intim xidmət göstərən yerlərə getmək olur. Onlar əsasən rus və ukraynalı xanımlarla tanış olmaq istəyirlər. Öz həyat yoldaşı ilə ölkəmizə  gəlmiş ərəblər  halalca arvadları bildiyi halda qaldıqları hotel nömrələrinə seks xidməti təklif edən qadınları dəvət etməsi faktları   da var.

    Ərəblərin digər əsas istəyi isə paytaxtın və turistik zona hesab olunan əyalətlərin pivəxanaları və spirtli içki verilən restoranlarıdır. Ölkəmizə təşrif buyuran ərəblərin ən böyük istəkləri bunlar olur. Təbii ki, istisnalar da olur. Amma onlar digər ölkələrdən gələn turistlər kimi şəhərimizin gəzməli, tarixi yerləri ilə elə də maraqlanmırlar. Ərəb turistlər əyalətlərdən əsasən Qəbələ, İsmayıllı, Quba və Xaçmaza daha çox səfər edirlər.

    Ərəb turist səyahət sığortası etdiribsə…

    “Yeni Müsavat” bir neçə gün bundan öncə ərəb turistlərin Azərbaycanda niyə dünyasını dəyişməsi ilə bağlı geniş bir araşdırma yazısı dərc edib. Ekspertlərin rəyində qeyd edilib ki, ərəblərin içki təcrübəsi, içki mədəniyyəti olmadığı üçün bəzən spirtli içkinin dozasının aşması problemlərə səbəb olur. Bundan başqa, fərqli qidalanma, ağır çəki, bununla paralel çox yeyib, az hərəkət etmənin də fəsadları özünü göstərir. Seksopotoloqlar isə cinsi gücü artıran dərmanların heç də həmişə ölümlə nəticələnmədiyini deyir. Dozanın aşılması ancaq ürək xəstəsi olan şəxslərdə neqativ nəticələr yarada bilər.

    Bakıda ÉrÉb öldü ile ilgili görsel sonucu

    Bu arada burda dünyasını dəyişən ərəb turistin öz ölkəsinə göndərilməsi zamanı bir və ya bir neçə gün sənədlərinin hazırlanmasına sərf edilir. Ölüm kağızı, ekspertiza sənədləri alınandan sonra meyit təyyarə ilə öz ölkəsinə göndərilir və bu zaman daşınma xərcləri də ailənin öhdəsinə düşür. Ərəb turist səyahət sığortasını etdiribsə, bu halda ailəsi bu ölümdən sonra sığorta müqaviləsində qeyd olunan məbləği ala bilər.

    Xarici turistlərin antalyada ölmə səbəbləri – ilginc statistika

    Amma məsələyə bir qədər geniş prizmadan da yanaşmaq olar. Türkiyənin turizm cənnəti olan Antalyada da tez-tez turist ölümlərinə rast gəlinir. Məsələn, son 4 ildə Antalyada 851 xarici turist həyatını itirib. Antalya Ədliyyə Tibb Qurumu tərəfindən həyata keçirilən müayinə zamanı müəyyən edilib ki, 397 ölüm hadisəsindən 203-nün qarşısı alına bilərdi. Qəza ilə bağlı xarici turist ölümləri arasında ilk sıranı suda boğulma halları alırlar. Sözügedən zaman dilimində 114 turist dənizdə və ya hotel hovuzunda dünyasını dəyişib.

    Ölənlərdən 301-i kişi və 96-sı qadın olmaq üzrə 397 ölüm hadisəsi incəliklə araşdırılıb. Ölüm hadisələrini yaş kateqoriyası üzrə təhlil edəndə ən çox ölüm hadisəsi 61-70 yaş qrupunda özünü göstərib. Millətlər üzrə kateqoriyalaşmada isə birinci sırada almanların gəldiyi ortaya çıxıb. Onlardan sonra ruslar, daha sonra ingilislər, ukraynalı və hollandiyalılar yer alıb.

    araplar antalyada ile ilgili görsel sonucu

    170 hadisə üzrə təhlil zamanı məlum olub ki, ölümlər daha çox hotel daxilində baş verib. Bunlardan 90-ı hotel otağında, 67-si çimərlikdə və 12-si otel hovuzunda baş tutub.

    Ölüm səbəbləri arasında ilk sırada 203 hadisə və 51 faizlik payla qəza, yaralanmalar yer alır. Bunu 163 araşdırma və 41.1 faizlə infarkt kimi təbii ölümlər izləyib. Cəmi 14 turist intihar edib, 5 turist isə cinayətə qurban gedib.

    114 turist, dənizdə və ya hotel hovuzunda boğularaq həyatını itirib. Bu rəqəm bütün ölümlərin 28.8 faizini, qəza səbəbli ölümlərin isə 56.2 faizini təşkil edir. Suda boğulmadan sonra ən çox rast gəlinən qəza səbəbi yüksəklikdən yerə yıxılma və digər yıxılma qaynaqlı qəzalardır.

    Bu arada araşdırmalar da onu da göstərir ki, ərəblərin Türkiyə və Azərbaycanı daha çox seçməsinin səbəbi buralarda halal qida, halal turizm anlayışlarının olmasıdır. Bundan başqa, tətil zamanı sağlamlıq problemlərini həll etmək istəkləri də Türkiyəni daha çox seçilən edir. Səhiyyə turizmi olaraq adlandırdığımız bu turizm növündən yararlanan ərəblər daha çox saç və bığ əkdirmə, burun əməliyyatı, mədə kiçiltmə, yağ aldırma və müxtəlif estetik müdaxilələrə yer verirlər. Yəni, ərəblər Türkiyəni seçəndə “bir daşla iki quş vururlar”.

    Azərbaycanı seçmələrində isə turizm bölgələrinin say çoxluğu, yaşıllıq, zəngin təbiət və təbii ki, dolların devalvasiyası ciddi faktordur. Ölkəmizə dollarla gələn ərəbə burda varlı münasibətinin göstərilməsi səbəbsiz deyil.

    “Yeni Müsavat”

  • В связи с незаконным оборотом наркотиков задержаны 4 человека

    Как сообщает Median.Az, cотрудники Главного управления по борьбе с наркотиками (ГУБН) МВД и Агсуинского РОП в ходе проведенной операции задержали жителя района, ранее судимого Эльчина Аббасова, у которого в земельном участке обнаружили 12 кустов конопли,
    а в доме 620 грамм марихуаны.

    Кроме этого, сотрудники Южного регионального отдела ГУБН МВД задержали жителя села Самидхан Масаллинского района Ядигяра Сулейманова, у которого в земельном участке нашли 11 кустов конопли.

    Сотрудники Тертерского РОП в ходе проведенных операций в селе Бурудж задержали местных жителей Расима Шахсуварова, у которого в земельном участке обнаружили 23 куста конопли и 7,498 грамм марихуаны и Мушвига Алиева, у которого в доме нашли 511,96 грамм опиума, 26,125 грамм героина и 8,648 грамм марихуаны.

    По фактам возбуждены уголовные дела, ведется следствие.

  • Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

    Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Ağsu RPŞ-nin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abbasovu saxlayıblar. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, yaşadığı evdən isə ümumi çəkisi 620 qram qurudulmuş marixuana aşkar edilərək, götürülüb.

    Bundan başqa, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Masallı rayonunun Səmidxan kənd sakini Yadigar Süleymanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilib.

    Tərtər RPŞ-nin əməkdaşları keçirdikləri əməliyyat tədbirləri nəticəsində Buruc kənd sakinləri Rasim Şahsuvarova məxsus həyətyanı sahədən 23 ədəd çətənə kolu və 7,498 qram marixuana və Müşfiq Əliyevin evinə baxış zamanı oradan 8,648 qram marixuana, 511,96 qram tiryək və 26,125 qram heroin aşkar ediblər.

    Faktlarla bağlı cinayət işləri başlanılıb.

  • Беременная телеведущая Лера Кудрявцева стала бабушкой (ФОТО)

    47-летняя телеведущая Лера Кудрявцева – супруга хоккеиста Игоря Макарова, которая должна сама родить в ближайшее время, стала бабушкой.

    Мальчика, который родился у 28-летнего сына телеведущей Жана Ленюка, назвали Львом, сообщает Median.Az со ссылкой на Super.

    Внука назвали в честь отца Леры Кудрявцевой – Льва Николаевича. Ребенок, которого ожидает сама телеведущая, станет первенцем в их браке с Игорем Макаровым.

    ÐаÑÑинки по запÑоÑÑ ÐºÑдÑÑвÑева беÑеменнаÑ

    Таким образом, окажется, что этот ребенок станет дядей новорожденному внуку Леры, а разница в возрасте между старшим и младшим ребенком телеведущей будет больше 28 лет.

    С.П.

  • Ağdaşda güllələnən müəllimlə bağlı şok fakt – Qətldən əvvəl…

    Ağdaş rayonunun Qaradağlı kəndi ərazisində baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

    Median.Az xəbər verir ki, Qaradağlı kənd bələdiyyəsinin sədri Əli Musayev “yenicag.az”a açıqlamasında hadisədən danışıb:

    “Nizami ilə onu öldürən Hüsü adlı şəxs əvvəllər dost olub. Hüsünün atası Qarabağ əlilidir. Deyilənə görə, səhər saat 7-8 radələrində Hüsü onu evindən çağırıb. Nizaminin də evi qəbiristanlığın yaxınlığında yerləşir. Hüsü onu qəbiristanlığın yanına çağırıb və orada başından güllələyib. Güllə səsinə camaat yığışıb. Görüblər ki, artıq gecdir. Nizami dünyasını dəyişib. Səbəb bilinmir. Nizamini morqa aparmışdılar, indi gətiriblər, dəfn edəcəklər. Hüsü də özü polisə gedərək təslim olub”.

    Bələdiyyə sədri Nizaminin əvvəllər həbsdə olduğunu bildirib:

    “Nizami vaxtilə 12 il həbsxanada yatıb. O, qonşu kənddə idman müəllimi işlədiyi vaxtlarda bir oğlana yumruq vuraraq öldürüb. Ehtiyatsızlıq ucbatından baş verən bu cinayətə görə həbs olunub. İndi də bu hadisə baş verdi”.

  • Mehman Hüseynov həbsxanaya qaytarıldı

    Bloqqer Mehman Hüseynov cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 14 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, ona anası Firəngiz Hüseynovanın yas mərasimində iştirak etmək üçün verilən icazənin müddəti başa çatıb.

    M.Hüseynov Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməkdaşları tərəfindən cəzaçəkmə müəssisəsinə aparılıb.

    Qeyd edək ki, M.Hüseynovun anası Firəngiz Hüseynova avqustun 5-də vəfat edib. Ona anasının yas mərasimində iştirak etmək üçün icazə verilmişdi və müvəqqəti azadlığa buraxılmışdı.

    Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb.

    Bloqqer Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

  • Ərəb otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra peşman oldu – Bakı polisi hərəkətə keçdi

    Yasamal rayonunda yerləşən otellərin birində oğurluq faktı baş verib.

    Median.Az “ölkə.az”a istinadən məlumatına görə, “Röyal Qrant” oteldə barda tanış olduğu qızla dincəlməyə gələn İraq Respublikasının vətəndaşı Heçhan Vadinin başına iş gəlib.

    Belə ki, otelə gətirdiyi qızla cinsi əlaqə olduqdan sonra içkinin təsirindən yuxulayan ərəb səhər açılanda pullarının yoxa çıxdığını görüb. Bu barədə 27-ci Polis Bölməsinə məlumat verən İraq vətəndaşının izahatı alınıb və araşdırmalara başlanılıb. Məlum olub ki, Heçhan Vadi mütəmadi olaraq bu otelə qız gətirsə də birinci dəfədir ki, belə hal ilə rastlaşır.

    Faktla əlaqədar 27-ci Polis Bölməsində təhqiqat araşdırmalarına başlanılıb. Bölmədən faktı təsdiqləyərək bildirdilər ki, yaxın günlərdə əcnəbinin pulunu oğurlayan qız saxlanılacaq.

  • Страшная находка азербайджанки в ленинградском лесу

    Вчера, 8 августа, почти в одиннадцать часов вечера к правоохранителям обратилась 31-летняя женщина, являющаяся уроженкой Азербайджана, с сообщением о том, что в поселке Бугры Ленинградской области, при въезде на Кольцевую автомобильную дорогу, она обнаружила труп незнакомой девушки.

    Как передает Median.Az со ссылкой на politexpert, отряд полиции тут же выехал по указанному адресу, где на дереве была найдена 36-летняя незнакомка в джинсовых штанах и белой футболке.

    Через плечо у нее висела сумка, где нашелся паспорт, удостоверяющий ее личность.

    На текущий момент все обстоятельства смерти местной жительницы выясняются следствием.

    На теле умершей не было никаких следов насильственной смерти. Труп отправили в морг для установки причины наступления кончины девушки.